Showing posts with label Genetika. Show all posts
Showing posts with label Genetika. Show all posts

April 8, 2013

DNT kosmosda meydana gəldi?

NASA, DNT-nin hissəciklərinin, yəni həyatın hissəciklərinin kosmosda meydana gəlmiş ola biləcəyini göstərən yeni dəlillər tapdı. Sübut, Yerdə həyatın meydana gəlməsini təmin edən hissəciklərin ilk olaraq kosmosda meydana gəlmiş ola biləcəyini göstərir. Tədqiqatı aparan NASA mütəxəssisləri, üzərində DNT elementləri olan bəzi meteoritlərin bu komponentləri kosmosdan gətirdiyini düşünür.

Bu, NASA-nın eyni mövzudakı yeganə tədqiqatı deyil. Goddard Kosmos Uçuş Mərkəzi mütəxəssisləri, buna bənzər işlərin 1960-cı ildən bəri aparıldığını xatırladır. Ancaq, tədqiqatçılar daha əvvəl meteoritlərdə tapılan DNT hissəciklərinin kosmosdamı, yoxsa sonradan Yerdəki həyat formalarındanmı meydana gəldiklərindən əmin ola bilmirdilər. NASA mütəxəssisi Michael Callahan, "Bu hissəciklərin əslində ilk olaraq kosmosda meydana gəldiyinə dair əlimizdə ilk dəfə dəlil var" dedi.

Alimlər daha əvvəl asteroid və kometalarda həyat meydana gətirmə bacarığına malik olan kimyəvi maddələr olduğuna dair fərqli dəlillər əldə etmişdi. Məsələn, Wild 2 adlı kometada canlıların əhəmiyyətli bir parçası hesab olunan zülalları meydana gətirən bəzi amin turşularının mövcudluğu müəyyən olunmuşdu.

NASA-nın internet saytında yer alan xəbərə görə Antartikadan gətirilən meteoritlərdə DNT-nin nukleobaz olaraq adlandırılan parçasını meydana gətirən adenin və guanin'lərə rast gəlindi. Mütəxəssislər bu komponentlərin Yer üzündə formalaşmış ola bilməyəcəyini iddia edirlər, çünki həmin komponentlərə bizim planetdə bu halda rast gəlinmir. Bütün bu tapıntılar "həyatın" bizim planetdə yox, kosmosda formalaşıb sonradan bizim planetə düşdüyünü göstərir. Mütəxəssislər, meteoritlər üzərində yer üzünə dəydikdən sonra parçalara ayrılan DNT hissəciklərinin daha sonra həyatı meydana gətirən DNT bloklarına çevrildiyini hesab edirlər. Araşdırma, Proceedings of the National Academy of Sciences jurnalında nəşr olundu.

Qaynaq: NASA
daha ətraflı...

Neandertal DNT-si düzüldü

Almaniya Leipzig'dəki Max Planck Təkamül Antropologiyası Universitetindən olan elm adamları cənub Sibirdə 2010-cu ildə tapılan Neandertala aid bir ayaq barmağı sümüyünü istifadə edərək insanın var olmuş ən yaxın qohumu hesab olunan Neandertallara aid genomun 50 qatını başdan sona sıraladı. 1.79 gigabayt sahə örtən genomun 99.9 %'lik qismi insanın gen düzülüşünü təkrar edir. Mitoxondrial DNT və nüvə DNT-si üzərində aparılan araşdırmalardan isə, müasir insan olaraq bilinən biz Homo sapiens növündən qohumlarımıza 1%'lik bir gen ötürülməsi olduğu görülür. Bu da insanlar ilə Neandertalların qarşılaşaraq çütləşdikləri fikrini yenidən təsdiqləyir.

Baş tədqiqatçı Svante Pääbo mövzuyla əlaqədar bunları söyləyir: "Neandertal genomu, bu gün yolda gedən hər hansı bir müasir insanınkı qədər əskiksiz şəkildə ortaya qoyuldu."

Elm adamları hazırda bu yeni genom sıralamasını əllərindəki hissə-hissə olan genomlar ilə müqayisə edirlər. Hissələrdən biri keçən il nəşr olunan Denisova genomuna aiddir. Fotoşəkildə Neandertallar, Denisovalar və müasir insanların təkamül ağacı dəqiq bir şəkildə ortaya qoyulmuşdur.

Pääbo: "Neandertal və Denisovaların keçmişi və müasir insanın ayrıldığı nöqtədən etibarən olan genetik dəyişikliklər haqqında əhəmiyyətli məlumatlar əldə edəcəyik."


Qaynaqlar: Sciencemag , Theverge
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top