Showing posts with label Məqalələr. Show all posts
Showing posts with label Məqalələr. Show all posts

November 23, 2013

Cinsi Seçmə

Bu yazımızda sizlərə Təkamül təliminin əhəmiyyətli bölmələrindən biri olan "Cinsi Seçmə"dən bəhs edəcəyik. Hal-hazırda, Cinsi Seçmə, şübhəsiz ki Təkamül təliminin mexanizmləri arasında ən əhəmiyyətli və ən güclülərindən biri hesab edilir. Bu təbiət qanunu təsadüfi olmayan cütləşmə olaraq da adlandırıla bilər. Bu prosesdə yalnız bir cinsə aid üstün əlamətlər meydana çıxır.

Cinsi Seçmənin Kəşfi: Darvini "Xəstə Edən" Təbiət Qanunu

Darvin, yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Və o bu fikrində haqlı idi də. Çünki Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin Mənşəyinə əlavə etdiyi "Nəzəriyyənin Çətinlikləri" qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar. Xüsusilə XX əsrdən etibarən genetika elmi yüksəlməyə başlamış və araşdırdığımız hər canlının hər bir geni təkamül tarixinə işıq tutmuş və Darvini haqlı çıxarmışdır. Bu səbəbdən hal-hazırda Darvinin açıqlaya bilmədiyi hər mövzu aydınlaşdırılmış və təkamül biologiyası sayəsində açıqlana bilmişdir.

Amma Darvini, öz deyimiylə "xəstə edən" bir mövzu, uzun müddət sual olaraq qalmışdır: tovuz quşlarının göz qamaşdırıcı rəngləri və nəhəng quyruğu... Çünki o dövrlərdə olduqca detallı olaraq analiz edilə bilən təbii seçmə qanunu daxilində, bir növün fərdlərinin hərəkətini bu qədər məhdudlaşdıran və ovçulara bu qədər dəqiq şəkildə yerini bəlli edən bir canlının təkamülləşməsi, daha doğrusu təbii seçmə tərəfindən dəstəklənməsi qeyri-mümkün görünürdü. Necə olur ki, həyatda qalma mövzusunda bu qədər ciddi problemlər yarada biləcək bir əlamət tovuz quşlarında təkamülləşə bilmişdir?

Amma Darvin bu problemin cavabını ölməzdən əvvəl verməyi bacarmış və bu gün, Cinsi Seçmə adını verdiyimiz təbiət qanununu kəşf edə bilmişdir. Növlərin Mənşəyindən sonrakı kitablarında bu qanuna ətraflı şəkildə toxunmuş və hətta bu mövzuda ayrı bir kitab da yazmışdır.

Darvinin bu kəşfi, həyatın və təkamülün sirrlərindən birini də açıqlığa qovuşdurmuş və özümüzü daha yaxşı tanımağımızı təmin etmişdir. Darvin anladı ki, doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmir. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur. Yəni canlılar, yalnız həyatda qalmaq üçün deyil, çoxalmaq (genlərini gələcəyə ötürmək) üçün də mübarizə aparırlar. Bəzi genlərdən qaynaqlanan zahiri xüsusiyyətlər və davranışlar əks cinsi daha çox çəkir, bəziləri də daha müvəffəqiyyətsiz olur. Bu səbəbdən həyatda qalmağı bacara bilənlər həm də artma mövzusunda müvəffəqiyyətli olmaq məcburiyyətində idilər. Beləliklə, nəsil artırma mövzusunda təbiətin seçmə mexanizminə Cinsi Seçmə qanunu deyirik.

Əvvəl cinsi çoxalmanın, sonra isə cinsiyyətlərin təkamülləşməyə başlamasıyla birlikdə, eyni növün iki fərqli cinsiyyəti fərqli xüsusiyyətlər qazanmağa başlamışdırlar. Bu vəziyyət növə müxtəliflik baxımından daha çox müvəffəqiyyət gətirmişdir, lakin bu müvəffəqiyyətin qarşılığında cinsiyyətlər bir-birləri üçün mübarizəni də zəruri etmişdir. Bu mübarizə, göründüyü qədər sadə deyil. Çünki əksər hallarda əks cins üçün aparılan mübarizə ölümlə nəticələnir.


Darvin və Darvindən sonraki alimlər bu vəziyyətin maraqlı bir nəticəsini kəşf etdilər: təbii seçmənin dəstəklədiyi əlamətlər ilə cinsi seçmənin dəstəklədiyi əlamətlər əksər hallarda üst-üstə düşmürdü. Yəni təbii seçmə kiçik və solğun rəngli quyruqları dəstəkləyərkən, cinsi seçmə böyük parlaq rəngləri dəstəkləyirdi. Bu səbəbdən bir növün normal şərtlər altındakı xüsusiyyətlərinin bu iki əks qanun arasındakı tarazlıqla təmin edildiyini deyə bilərik. Yəni sabit şərtlər altında bir tovuz quşu populyasiyasının erkəklərinin quyruq iriliyi və rəng müxtəlifliyi müəyyən sərhədlər daxilində olacaq. Amma nə vaxt ki tarazlıq bir tərəfə pozulsa, onda təkamül müddəti daxilində növdə dəyişmələr başlayır. Məsələn, populyasiya üzərindəki ovçu təzyiqi artsa təbii seçmə cinsi seçməni üstələyəcək və hər nəsildə daha qısa və daha solğun quyruqlular həyatda qalacaq. Beləcə bu istiqamətdə təkamül müşahidə ediləcək. Lakin ovçu təzyiqi ortadan qalxsa (ya da azalsa), həyatda qalmaq artıq problem olmayacaq (və ya daha asanlaşacaq) və artım mövzusundakı müvəffəqiyyət bütün müvəffəqiyyəti təyin edəcək. Bu vəziyyətdə, nəsillər içərisində daha uzun və daha parlaq quyruqlu populyasiyaların təkamülləşəcəyi aydındır.


Erkək tovuz quşu (sağda), dişi tovuz quşuya (solda) cinsi yaxınlaşma edir

Darvin bu problemi həll etdiyində, olduqca rahatlaşmışdır. Çünki tovuz quşlarından başqa digər növlərdəki bir çox xüsusiyyət cinsi seçmə sayəsində açıqlana bilmişdir. Məsələn, maralların yerimə və qaçma bacarıqlarını olduqca məhdudlaşdıran nəhəng buynuz strukturları cinsi seçmə qanunu ilə asanlıqla açıqlana bilər. Onsuz da sonradan aparılan təcrübələrlə cinsi seçmənin təkamül dəyişiklikləri yarada biləcəyi laboratoriya mühitində də təsdiq edilmişdir.

Təbiətdə Cinsi Seçmənin və Çoxalma Mübarizəsinin Əhəmiyyəti

Təbiətdə hansı canlıya baxsaq, az və ya çox miqdarda cinsi seçmə görərik. Buna, bir növ üzərindəki cinsi təzyiq deyilir. Bioloji baxımdan hər növün iki təməl həyat məqsədi var.

1) Həyatda Qalmaq
2) Çoxalmaq


Bir düşünün, ən mürəkkəb və əqli baxımdan inkişaf etmiş kimi bildiyimiz Homo sapiens,
yəni hətta biz də, incəsənət və ədəbiyyat yaratmadan, dini rituallarla məşğul olmadan, Dünya səyahətinə çıxmadan, karyeraya sahib olmadan, xoşbəxt olmadan, özünə əhəmiyyət vermədən, ictimai ətrafı olmadan yaşaya bilər... Həyat təməliniz olaraq yuxarıda göstərdiyimiz iki məqsəddən (həyatda qalmaq və çoxalmaq) başqa nə desəniz deyin, onu etmədən mövcud olub bioloji varlığınızı davam etdirə bilərsiniz. Doğrudur, bunları etmədən həyat çox darıxdırıcı və mənasız olacaqdır. Çünki insan yalnız bioloji təkamül keçirmiş bir canlı deyil, eyni zamanda, beynimizin təkamülləşməsi nəticəsində mədəni təkamül də keçirmişik və burada sadaladığımız "İkinci" məqsədlər bu cür təkamülün çox əhəmiyyətli göstəriciləridir. Həyatı tamamilə darıxdırıcı etsə də, bioloji baxımdan növləri araşdırdığımızda heç birinin mədəni təkamül amillərinə qarşı mütləq bir asılılıqları yoxdur. Amma bioloji təkamülün vacib şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər. 



Bəlkə təkamül baxımından müvəffəqiyyətli olmağın sizin üçün bir mənası olmaya bilər. Lakin biz, bioloji və təkamül baxımından növləri araşdırarkən nəyə görə bunların çox əhəmiyyətli olduğunu dediyimizi belə göstərə bilərik: insanların hamısı eyni anda mədəni təkamülün "məhsullarını" davam etdirməkdən əl çəksələr, yenə də növümüz Yer üzərindəki varlığını olduqca darıxdırıcı bir hal yaransa da, davam etdirə biləcək. Amma planetdəki insanların istisnasız hamısı, həyatda qalma mübarizəsindən, ya da çoxalmaqdan imtina etsələr, insan növünün 80-100 il ərzində nəslinin kəsiləcəyini görərik. Çünki bu dəqiqə doğulan bir körpə də, əgər heç kim nəsil artırmasa, 80-100 il dən sonra öləcək və o da nəsil artıra bilməyəcəyi üçün insan nəsli davam etməyəcək. Məhz bu səbəbdən, bütün növlərin 2 bioloji məqsədi var. Bunu cinsi yolla artan bütün canlılara aid edə bilərik.Təbiətdə hər heyvan doğuşundan ölümünə qədər ilk olaraq həyat mübarizəsi ,sonra isə çoxalma mübarizəsi aparır. Çoxalma mübarizəsi, dediyimiz kimi, növlərin bəzi fərdləri üzərində cinsi təzyiq dediyimiz amili meydana gətirir. Bu, əks cinsə təsir edə bilmək üçün bir fərdin sahib olması lazım olan xüsusiyyətlərdir. Təbiətdə fərdlər, cütləşə bilmək üçün bir-biriləriylə mübarizə aparmaq məcburiyyətindədirlər. Və bəzi xüsusiyyətlərə sahib olan fərdlər, digərləri ilə müqayisədə daha üstün mövqedə olurlar və çoxalma şansları da artır.

Cinsi Seçmənin Növləri:

1) Intersexual Selection (Cinsiyyətlər Arası Seçmə)

2) Intrasexual Selection (Cinsiyyət Daxili Seçmə)

3) Sexual Conflict (Cinsi Qarşıdurma)


1. İnterseksual Seçmə

Təbiətdə dişilər arasında gedən mübarizə nümunələri çoxdur, amma erkəklər arasında olan döyüş, hər vaxt dişilər arası olanından daha çox və sərtdir. Bunun səbəbi, təbiətdə çox böyük nisbətdə növlərin dişilərinin erkəklərini seçməsi vəziyyətinin etibarlı olmasıdır. Quşlardan insana, həşəratlara qədər bir çox növdə ümumiyyətlə dişilər seçici mövqedə, erkəklər isə seçilən mövqedədir. Elm adamları bunlarla əlaqədar bir çox nəzəriyyələr irəli sürmüşdürlər. Bunlardan ən maraqlısı, dişilərin daha çox seçici olmasının səbəbini izah edən qamet miqdarıdır. Bunun bir başqa adı cins qatqısıdır. Nəticə olaraq ortaya çıxan erkək-dişi fərqlilikləri nəticəsində yaranan təkamül təzyiqi isə İnterseksual Seçmə adıyla tanınır. Dişilər, ümumiyyətlə erkəklərə görə müqayisə edilməyəcək qədər az sayda qamet çıxarırlar. Məsələn insanda, dişilər cütləşmədə istifadə edilmək üçün 1 yumurta (qamet) çıxarır, kişi isə milyonlarla spermatozoid (qamet). Bu vəziyyət, cinsi fərq səbəbiylə, dişilərin daha qiymətli, erkəklərin isə daha dəyərsiz olduğunu göstərir. Çünki təbiətdə az olan hər zaman daha qiymətlidir. Buradakı "qiymət" və "dəyər" sözləri əlbəttə əxlaqi mənada deyil, təkamül mənasındadır. Çünki növlərin təkamülündə, ömürləri ərzində sərf etdikləri hər enerji əhəmiyyətlidir və uyğunlaşma müvəffəqiyyətlərinə təsir edir. Beləliklə, erkəklər seçilmək üçün daha çox enerji sərf edir, dişilər isə seçmək üçün daha az enerji sərf edirlər. Təbii ki bu bütün növlərə aid deyil, çünki bəzi canlılarda bunun əksini müşahidə etmək olar.

   
Phalaropus sp. növündən olan dişi quşlar (solda), erkək üçün (sağda) döyüşürlər


Tovuz quşu dişisi
Tovuz quşlarında, dişilərə təsir etmə öhdəçiliyindən erkəklər daha bəzəkli, iri, maraqlı xüsusiyyətlərə sahib olan və "gözəl" quruluşu olan cinsə çevrilmişdirlər (bəli, insan növündəkinin tam əksinə). Bəzi nümunələr:


Euptilotis sp. növündən olan erkək quş


Kərtənkələlərdə erkəklərin şişə bilən, əl-əlvan rəngdəki boğaz çıxıntıları... Cinsi yaxınlaşma əsnasında bu kisəciyi şişirdərək rəngləri göstərirlər və dişilər buna uyğun olaraq öz seçimlərini edir.




Bizim növümüzdə vəziyyət heç də fərqli deyil. Hal-hazırda insanlar bir-birlərinə təsir etmək üçün rənglərini parlaqlaşdıran, göz rənglərini dəyişdirən, bədənlərinin cinsilik mesajları verən bölgələrini açıq saxlayan paltarlar geyirlər, makiyaj edirlər, əzələlər inkişaf etdirilir. Təbiətin bir parçası olaraq növümüz üçün bunlar olduqca təbiidir.


2. İntraseksual Seçmə

İntraseksual Seçmədə, ümumiyyətlə ikincili cinsi əlamətlər dediyimiz xüsusiyyətlər seçilir, ya da uduzur. Bu seçmənin tək səbəbi, əks cins üçün aparılacaq mübarizədən zəfərlə çıxa bilmək, rəqibləri uzaqlaşdırmaq, yaralamaq və ya öldürməkdir. Nümunə olaraq buynuzlar göstərilə bilər. Bunlar ümumiyyətlə "silahlar" kimi də təyin oluna bilər, çünki dişi üçün aparılacaq mübarizədə böyük əhəmiyyətə sahibdirlər. Aşağıda əks cins üçün döyüşən canlıları görürük. Diqqətlə fikir verin, rəqiblərini məğlub edə bilmək üçün güclü buynuzlar, dişlər, pəncələr və digər silahlar təkamülləşmişdir.

   
Kenqurularda dişi mübarizəsi


Kanada marallarının mübarizəsi




Yenə növümüzdə gender daxili mübarizə tez-tez müşahidə edilən bir Cinsi Seçmə mübarizəsidir. Birdən çox kişi bir qadın üçün və ya birdən çox qadın bir kişi üçün mübarizə apara bilər. Amma, mədəni təkamülümüz bir-birimizi yaralamağa və ya öldürməyə ehtiyac duymadan (əksər hallarda) var olan imkanlar qədərilə ağıllı şəkildə istifadə etməyə çatacaq qədər irəli getmiş, beynimiz kifayət qədər təkamülləşmişdir.



3. Cinsi Qarşıdurma

Cinsi Qarşıdurma daha texniki bir termindir və bir cinsiyyətə təsir etməyə çalışan əks cinsiyyətdəki fərdlərin bir-birləriylə üst-üstə düşən, yəni sağlam və formda olmaq baxımından bərabər dəyərə sahib xüsusiyyətlər təkamülləşdirmiş olmalarından qaynaqlanır. Mövzu çox geniş olduğu üçün bu haqda növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

Cinsi Seçmə Nümunələri

* Sənədli filmlərdə tez-tez gördüyünüz kimi, bir çox erkək heyvan, mühitdəki dişini cəlb edə bilmək üçün bir-biri ilə döyüşür. Bunlardan biri də Şimal Dənizfili (Northern Elephant Seal) olaraq tanınan növdür. Hər il cütləşmə dövrlərində amansız döyüşlər aparan bu növün erkək fərdlərindən qazananlar, 30-100 arası dişiylə cütləşə bilərkən, məğlub olanlar bəzən heç bir dişiylə cütləşə bilmirlər. Bu səbəbdən hər vaxt ən güclü dişlərə, çənəyə və kəlləyə sahib olan fərdlər bu qanlı mübarizədə daha üstün mövqedə olacaq və cinsi seçmə bu canlıların lehinə işləyəcəkdir.

* Bəlkə də Cinsi Seçmənin ən məşhur nümunəsi tovuz quşlarıdır. Erkək tovuz quşlarının ovsunlayıcı deyilə biləcək quyruq tüklərini hamımız bilirik. Ancaq maraqlıdır ki, bu tüklər əslində onun üçün daşınmaz bir yükdür. Və təbii mühitdə olan tovuz quşları üçün yeganə deyimlə "ölümcüldür". Çünki tovuz quşunu inanılmaz dərəcədə yavaşladırlar və ovçulardan qaçmasını qeyri-mümkün hala gətirirlər. İllərcə elm əleyhdarları bu tükləri Təbii Seçməyə qarşı olaraq təqdim etmişlər və "bir quşa qaçmasında çətinlik təmin edəcək bir xüsusiyyətin təkamül ilə açıqlana bilməyəcəyini, amma insanın göz zövqü üçün belə gözəl bir quş yaradıldığıyla açıqlana biləcəyini" iddia etmişlər. Amma artıq bilirik ki, tovuz quşlarının bu gözəl və ağır quyruqları dişilərin həmişə daha al-əlvan rənglərə sahib və uzun quyruqlu olan fərdləri seçmələrindən, yəni cinsi seçmədən qaynaqlanır.


* Bir başqa nümunə, yenə dişi üçün bir-biriylə ağlasığmaz şiddətdəki mübarizələrə daxil olan marallardır. Bəzi maral növləri, uzun buynuzları və güclü başlarıyla bir-birləriylə inanılmaz sərtlikdə vuruşurlar. Sonunda məğlub olan erkək dişilərdən əl çəkir və qazanan hətta birdən çox dişiylə cütləşə bilir.

* Quşlarda da xüsusilə İnterseksual Seçməyə gözəl nümunələr var. Uçuş sürəti, yüksəkliyi, forması; tük rənginin tonları, rəngarəngliyi; dişilər üçün aparılan mübarizələr; bəzən ən yaxşı və dayanıqlı yuvanı quran erkəklər və bu tip ikinci xüsusiyyətlər quşların seçiminə təsir edir. Ətrafımızdakı bir çox rəngbərəng quşların mövcud olma səbəbləri, üzərlərindəki cinsi təzyiqdir. Bu, xüsusilə tutuquşularda daha çox görülür.

* Və insan... İnsanda da Cinsi Seçmə mövcuddur. Zəkanın inkişafıyla birlikdə bəlkə seçmə tək tərəfli, yəni yalnız dişilərin seçməsindən ibarət deyil, amma bu vəziyyətin hələ də etibarlı olduğu deyilə bilər. İbtidai insanlarda dişilərin əzələli, güclü və dayanıqlı kişiləri, kişilərin isə daha iri sinəli, daha geniş ombalı qadınları seçdiyini bilirik. Çünki iri sinələr daha çox süd verə biləcək və iri ombalar isə daha çox sayda uşaq doğa biləcək fərdləri işarə edir. Hal-hazırda isə ağlın inkişafıyla əlaqədar bu seçimlər daha mürəkkəb bir hal almışdır. Amma təməl olaraq bir çox kişinin meyli ilə qadının meyli, bəzi sərhədlər daxilində ümumiləşdirilə bilər. Rəngli gözlü, rəngli saçlı, açıq bədənli qadınlar seçim səbəbi olarkən, kişilərdən də yenə daha möhkəm bir görünüşə sahib olan, uzun boylu kişilər seçim səbəbidir. Əlbəttə, bu seçimlər adamdan adama çox dəyişir. Lakin nə olursa olsun, nəticə eynidir: Fiziki görünüş, cinsi seçmədə rol oynayır.

Nümunələri artırmağımız mümkündür. Nəticə olaraq görə bildiyimiz qədərilə, təbiətdə cinsi seçmə cəhətindən çox əhəmiyyətli təkamül mərhələləri keçilmişdir və keçilməyə davam edir. Cinsi Seçmə, təkamülün qaçılmaz bir parçasıdır və bəzən (tovuz quşlarında olduğu kimi) Təbii Seçmədən, yəni həyatda qalmaqdan daha böyük əhəmiyyət daşıya bilir. Üstəlik Cinsi Seçmə bir çox digər Təkamül mexanizmləri kimi təcrübi olaraq da təsdiq edilmişdir.

Qaynaq:

UCSC-1
UCSC-2
UTM
UBC
Stanford University
Nature
Princeton University
University of California at Barkeley
Wikipedia
daha ətraflı...

October 19, 2013

İnsanda dəri rəngi təkamülü və tük azalması

İnsanlıq tarixinin qara səhifəsi olaraq, onlarla və hətta yüzlərlə il insanlara dəri rənglərindəki fərqliliklər səbəbilə əziyyət və işgəncə edilmiş, ümumiyyətlə qara rəngli insanlar köləliyə məhkum edilmişdir. Amma həqiqətən də dəri rəngimiz bizi bir-birimizə bu qədər insanlıq xarici davranışları göstərməyimiz üçün səbəb idi? Ağlar, görəsən hər zaman öyündükləri ağ rəngdə qalıblar? Qaradərili olmaq geridə qalmışlıq hesab edilə bilər? Bu yazıda bu suallara cavablar axtaracağıq və dəri rənginin təkamülünə nəzər salacağıq.

Dəri rəngimiz, təməl olaraq melanin adlanan bir piqmentdən asılıdır və ona görə dəyişikliklər göstərir. Hamımızın bildiyi kimi, insan növündə dəri rəngi ağdan qaraya qədər çox geniş ola bilər və qan damarlarının dəridən uzaq olduğuna görə açıq-çəhrayı dəri rəngləri belə görmək mümkündür. Dəri rəngi irsi xüsusiyyətdir və təkamül mənşələri üzərindəki tədqiqatlar hələ davam edir. Ən çox rəng müxtəlifliyi Sahara-Altı Afrikada müşahidə olunur. Həmçinin bildiyimiz kimi, dəri rəngimiz Günəşin altında qalma müddətimizə görə dəyişir və tündləşir (qaralır). Bu modifikasiyanın (qeyri-irsi fenotipik dəyişiklik) səbəbi, Günəş şüalarının artmasının verdiyi zərərlərə və ya ultrabənövşəyi şüaların bədənimizdəki folik turşusu (folat) tarazlığına verdiyi zərərlərə qarşı dərimizin adaptasiya olmasıdır. Bunu başa düşmək lazımdır: Qara rəng, Günəş şüalarına qarşı müqavimət yaradır və onları bədəndən keçirmir. Ağ rəng isə günəş şüalarını keçirir (adətən Günəş şüası çox olduqda açıq rəngli geyinirlər, çünki açıq rəng günəşi əks etdirir, amma dərimiz üçün tam əksi etibarlıdır, çünki paltarlarımızda biokimyəvi reaksiyalar baş vermir və dərimizə rəng verən maddə paltarlarımıza rəng verən sintetik maddələrin əksinə orqanik molekul olan melanindir, fərqi yaradan budur).


Utah Universitetindən olan təkamülçü genetik Alan Rogers və elmi qrup yoldaşlarının 2004-cü ildə Current Anthropology jurnalının 45-ci sayında nəşr etdirdikləri araşdırmalarında izah etdikləri kimi, apardıqları uzun və ətraflı elmi işlər müddətində planetin dörd bir yanından olan insan və şimpanzenin MC1R (Melanocortin 1 receptor) adlı genlərini müqayisə etdilər. Bu tədqiqat göstərdi ki, bundan təxminən 6 milyon il əvvəl şimpanzelər və insanlar bir-birindən ayrılmağa və hər birisi özü üçün təkamülləşməyə başladıqda, bu iki növün ortaq əcdadının dəri rəngi açıq rəngli və ya ağ rəngə daha yaxın rəngdə, lakin qara tüklərlə örtülü idi. Zamanla, bundan 1,2 milyon il əvvəlinə qədər olan müddətdə (təxminən 4.8 milyon il ərzində), get-gedə insanbənzəri növlər bədənlərindəki tükləri tökməyə başladılar. Bunun səbəbi kimi tüksüz bədənlərinin daha asan tərləməsi və beləcə daha asan istilik itkisinin baş verməsi göstərilir (Penn State Universiteti antropoloqu prof. Nina Jabłoński və prof. George Chaplinin araşdırmalarına və məqalələrinə baxa bilərsiniz, aşağıda daha geniş izah verəcəyik). Həmçinin cinsi seçmənin də təsiri olduğu hesab edilir. Amma nə olursa olsun, tədqiqatlar göstərir ki, 1,2 milyon il əvvəl Homo ergaster növündən Homo sapiens'in təkamülləşməsi əsnasında, yerüzündə müasir dövrdə yaşayan bütün insanların ortaq əcdadının dəri rənginə aid genlər hal-hazırda Afrikada yaşan insanlarınkı ilə eynidir. Bunun səbəbi genlərin yaratdıqları açıq bədən rəngi və bu rəngə sahib olanların qovurucu Afrika istiliyinə dözə bilməyərək ölmələridir. Əksinə, daha tünddərili fərdlər isə qızmar Günəş altında həyatrda qalmağı bacarmışdırlar. Beləcə daha tünd dəri rənglərinə sahib olanlar Təbii seçmə nəticəsində seçildilər və mövcudluqlarını davam etdirə bildilər. Hər nəsillərdə daha da tünddərili fərdlər meydana gəlməyə başladı. Bu səbəblə də, bundan 1,2 milyon il əvvəlindən təxminən 100.000 il əvvəlinə qədər bütün insanlar qaradərili idi.

Daha sonra, insan növü Afrikadan digər ərazilərə köç etməyə başladı. Bu, təxminən 100.000-70.000 il əvvəl başladı. Daha şimal, daha soyuq ərazilərə köç edən insan, Afrikadakı isti və qovurucu Günəş şüalarından xilas oldu və qara rəngi bu dəfə üstünlük təmin etməyən mövqeyə çəkildi. Bunun səbəbi kimi ağ dəri rənginə sahib olan fərdlərin daha çox vitamin D (cholecaliferol) çıxara bilmələri, azalan Günəş şüaları səbəbiylə folat molekullarının daha az parçalanması və s. faktorlar göstərilə bilər. Bunlara da bir azdan toxunacağıq.

Bu kimi ekoloji və genetik faktorlar nəticəsində Afrikadan ayrılan insanların rəngləri ağ rəngə doğru açılmağa başladı. Şərqi Asiyalılar və Avropalıların oxşar dəri rənglərinə sahib olmasının səbəbi şimal ərazilərə yerləşmələrindən qaynaqlanır.

İndi isə, ümumi xronoloji sıraya daha ətraflı nəzər salaq: Bundan 6 milyon il əvvəl insanlarla şimpanzelərin ortaq əcdadının dəriləri açıq rəngliydi və bədənləri kifayət qədər tüklü idi.

4,5 - 2 milyon il əvvəlinə qədər dəri rəngimiz müasir şimpanzelərinki ilə oxşar idi. Bu dövrlər arasında insanbənzəri əcdadlarımız yağışların bol olduğu meşələrdən (qədim meymunbənzəri əcdadlarımızın yaşadıqları əsas mühit) çıxaraq Afrika savanalarına yerləşdilər. Burada daha çox Günəş şüalarına məruz qaldılar. Üstəlik qida tapmaq üçün də daha çox səy göstərmək və Günəş altında daha çox vaxt itirmək məcburiyyətində idilər. Əhəmiyyətli bir məlumat: İnsan beyni istilik dəyişiklikləri qarşısında inanılmaz dərəcədə həssasdır. Təkcə 5-6 dərəcəlik bir temperatur artımı həddindən artıq bədən istiləşməsinə və bu səbəblə şok keçirməyinizə səbəb ola bilər. Buna görə, çox xüsusi bir adaptasiya lazımlı idi. Bu problemin həlli üçün insan irqi və ya daha doğru desək - təbiət gözəl üsul tapdı: Tərləmək.

İlk insanbənzəri əcdadlarımızda, 4,5 - 2 milyon il əvvəl şimpanzelərdəki qədər az tər vəzi var idi və çoxu, şimpanzelərdəki kimi ovuc içərisində və ya ayaqların alt hissəsində yerləşirdi. Lakin genetik müxtəliflik burada da dəyər qazandı və daha çox tər vəzinə və ya daha aktiv tər vəzlərinə sahib olan insanbənzəri fərdlər üstünlüklü mövqeyə keçid aldılar. 2,5 milyon illik Təbii seçmə prosesi nəticəsində əcdadlarımızın bədəni yeni tər vəzləri qazandı. Müasir insanların bədənində təxminən 2 milyon ədəd tər vəzi var və bu sayədə çox aktiv olaraq isti günlərdə tərləyərək istilik itirə bilirlər.

Bunun təsiri ilə insan bədəni tüklərini itirməyə başladı. Bunun əsas səbəbi tüklərin artıq işə yaramaz hal almaları idi. Yalnız həssas və ya əhəmiyyətli bölgələrimizdə qorunmaları təmin edildi (kəllə sümüyünü əhatə edən hissə, üz hissəsi, qolaltı, cinsi orqanların ətrafı və s.), lazım olan yerlərdə olduqca azaldılar, lakin mövcudluqlarını davam etdirdilər.

Tük tökülməsi eyni zamanda yeni bir problemi doğurdu: Günəş şüaları. Günəş şüaları bədəndə folat molekullarının meydana gəlməsi üçün zəmin hazırlayırdı və bu molekullar orqanizmimiz üçün olduqca zərərlidir. Çünki spermanın meydana gəlməsinə mane ola bilər və ya zərər verər, və bu molekullar süd vəzləri yoluyla insan balalarına keçdikdə sinir sistemi zədələnə bilər. Bunlar, Joblanski'nin tədqiqatlarının nəticələri idi.

Həmçinin prof. Farnsworth Loomis'in 1960-cı ildəki hipotezinin bir hissəsi indiki vaxtda etibarlılığını itirsə də, gələcək tədqiqatların qapısını açmış olması baxımından əhəmiyyətlidir: Bədənin Vitamin D'yə ehtiyacı var və Günəş şüaları bunun istehsalına təkan verir. Ağdərili insanlar ultrabənövşəyi şüaları daha asan və tez qapırlar və Vitamin D istehsalını artırırlar. Bu səbəblə Şimala köç edən insan növləri ağdərili olmuşdurlar. Ekvator bölgəsi və ətrafında yaşayanlar isə qaradərililərdir, çünki qara rəng Günəş şüalarını blok edir (qarşısını alır) və insanın həddindən artıq Vitamin D çıxarmasına mane olur.

Jablonski'nin tədqiqatları insan bədəninin heç vaxt həddindən artıq Vitamin D yarada bilməyəcəyini ortaya qoymuşdur. Amma Loomis'in fərziyyəsindən yola çıxaraq Jablonski, Loomis'in Vitamin D ilə əlaqədar iddialarını və özü ilə yoldaşlarının folat molekulları ilə əlaqədar işlərini gözdən keçirərək insanın dəri rənginin dəyişməsini və təkamülünü dəqiq olaraq açıqlamışdır.


Ekvator yaxınlığında yaşayan insanlar qara rəngli bədənə sahibdirlər, çünki qara rəngləri Günəş şüalarına mane olur və onların qarşısını alır. Şimal bölgələrdə yaşayan insanlar isə ağ bədən rənginə sahibdirlər, çünki bol Günəş şüasına ehtiyac duyurlar və bu sayədə uzun sürən qış günlərində düşən az miqdarda şüaları yığa bilirlər və ehtiyacları olan Vitamin D'ni istehsal edə bilirlər. Tədqiqatlar əsnasında Jabłoński, bu prosesdə insanın Şimal bölgələrə köç edərək orada D vitamini ilə zəngin olan balıqları da ovlamasının əhəmiyyətini açıqlamışdır.

Yəni, dərimizin rəngi nə olursa olsun, bundan 1,2 milyon il əvvəlinə qədər hal-hazırda yaşaan bütün insanların tək bir ortaq əcdadı mövcud idi və Afrikada yaşayan bu əcdadımızın dəri rəngi qara idi. Daha sonradan meydana gələn köçlərlə ağ bədən rəngi təkamülləşmişdir. Düşüncələrimiz, bədən rənglərimiz, sonradan icad etdiyimiz millətlərimiz və nəyimiz fərqli olursa olsun, unutmamalıyıq ki, biz bir canlı növüyük. Tək bir əcdaddan törəmişik və bütün fərqlərimizin tək səbəbi aid olduğumuz təbiətin fərqli şərtlərinin bizi apardığı fərqli təkamül yollarıdır. Bu kiçik budaq ayrılıqlarımızdan başqa heç bir fərqimiz yoxdur.


Qaynaq:

wikipedia.org

washington.edu
daha ətraflı...

October 16, 2013

Süni Seçmə

Növyaranma mexanizmləri mövzusunda bir neçə ay əvvəl ilk olaraq təbiətin ən güclü qanunlarından biri olan Təbii seçməni mümkün olduğu qədər ətraflı izah etməyə çalışdıq. Bunu Süni seçmədən qabağa salmağımız, əvvəlcə bir təbiət qanununu sizlərə tanıdıb, daha sonra isə onun praktik tətbiqi olan Süni seçməni tanıtmaq istəyimizdən qaynaqlanırdı. Əsrlərdir insanların, fərqində olmadan ya da tam olaraq anlamadan istifadə etdikləri Süni seçməni açıqlayaraq təkamülü izah etməyə çalışmaq insanların gözündə müəyyən bir obraz yaratmaq məqsədiylə daha asan olur. Bunu bilən Darvin də, Təbii seçmə nəzəriyyəsini irəli sürmədən əvvəllər bütün detallarıyla Süni seçməni oxucularına ətraflı izah edə bilirdi. Onsuz da Darvinin təbiətdə baş verən bu Təbii seçmə prosesini qavramasının əsas səbəbi, Süni seçməni çox yaxşı bildiyi idi. Biz də, əvvəlcə Təbii seçməni sizlərə təqdim etmək istədik, indi isə bu həqiqətin kəşfinə səbəb hesab edilə biləcək digər bir qanun, Süni seçməyə nəzər salaq.


Süni seçmə necə tətbiq olunur?


Süni seçmə, xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. Təbii seçməni qavrayan birinin Süni seçməni dərk etməsi olduqca asan olacaq. Çünki Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Amma misalları sonda göstərəcəyik. Süni seçməni daha da ətraflı izah etmək istəyirik.

Təbii seçmə, təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir.


Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu" içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir. Bu, milyonlarla illik Süni (və ya Təbii) seçmə nəticəsində əldə edilə bilər. Bəli, əgər lazımlı seçmə olsa və ya tətbiq olunsa bu əldə edilə bilər. Amma bu çox uzun müddət davam edəcək. Yəqin ki, insanlığın nəslinin kəsildiyi bir dövrə qədər məşğul olmaq lazımdır. Çünki inəklər uça biləcək xüsusiyyətə sahib deyillər, həmçinin uçmaları üçün lazımlı olan əsas şərtlərin də heç birinə sahib deyillər (bunun üçün lazımlı olan ön üzvlərin boş, havada qalması, arxa üzvlər üzərində hərəkət etmə, aerodinamik quruluşdur). Amma, misalçün, vəhşi pələnglərin evlərdə daha sakit, daha kiçik, daha kövrək şəkildə seçilməsi və bu istiqamətdə bir təkamülün təmin edilməsi mümkündür. Çünki bu, həm quruda yaşayan və dörd ayaq üzərində hərəkət edən bir heyvanın uçmağa başlamağı kimi böyük bir hadisə tələb etmir., həm də müasir pələng populyasiyası içərisində hal-hazırda bu seçmələri tətbiq etməyə uyğun genetik və fiziki xüsusiyyətlərə sahib olan fərdlər var. Qısaca, Süni seçmə ilə bir növü təkamülləşdirmədən əvvəl, ömrümüzün buna çatacağından əmin olmalıyıq. Çünki təkamül olduqca yavaş hərəkət edən prosesdir.


Daha sonra, o populyasiya içərisindəki müxtəliflikdə bu xüsusiyyəti daşıyan fərdlər seçilir və öz aralarında cütləşdirilirlər. Sakit və kiçik pələnglərin davamlı bir-birləriylə cütləşdirilməsi kimi. Vəhşi təbiətdə bu mümkün olmaya bilər. Məsələn, vəhşi təbiətdə sakit və kiçik bir pələng, daxili təbiətindəki vəhşilik az olduğundan ovları uğurlu şəkildə edə bilməyəcək və ən erkən ölənlərdən biri olacaq. Üstəlik sakit bir pələngin vəhşi təbiətdə yenə özü kimi sakit bir digər pələnglə çütləşəcəyinə ehtimal həddindən artıq azdır. Amma Süni seçmə birbaşa hədəfə istiqamətlidir. Yalnız şüurlu və seçmə gücünə sahib olan bir növ (məsələn insan) davamlı istiqamətləndirilmiş bir seçmə tətbiq edərək, sakit və kiçik pələnglərin davamlı bir-birləriylə çütləşməsini və balalar arasında da ən sakitlərinin böyüyəndə davamlı olaraq yenə sakit fərdlərlə cütləşməsini təmin edə bilər.

Bunun xaricində qalanların isə çütləşməsinə şərait yaradılmayacaq və ya məhdudlaşdırılacaq. Beləcə, gərəksiz enerji və zaman itkisinin baş verməməsi üçün tədbir görüləcək. Nəsillər ərzində doğulan balalarda əvvəldən arzulanan xüsusiyyəti ən çox daşıyanlar yetişdirilərək özləri kimi bu xüsusiyyəti daha çox daşıyan əks cinsdən olan fərdlərlə çütləşdiriləcəklər. Bu üsulla, nəsillər keçdikcə arzulanan xüsusiyyət daha da sıx görünməyə başlayacaq və bir müddət sonra bu şəkildə süni olaraq təcrid edilən fərdlər əvvəlki əcdadlarıyla çütləşə bilməyəcək hala gəldiklərində növyaranma prosesi və dolayısı ilə təkamül reallaşmış olacaq. Ümumiyyətlə Süni seçmə nəticəsində növyaranma prosesi tam baş vermir və ya tam baş verməsi üçün süni seçməyə tabe tutulan canlının yenidən təbiətə buraxılması lazımdır (lakin öz əcdadları hesab olunan canlılarla eyni mühitlərə yox, çünki yenidən onlarla qarışa bilərlər və çox az müddət sonra seçmə pozula bilər). Çünki seçmənin idarəçilik altında olduğu və kənardan müdaxilə faktoru olduğu səbəbiylə canlıda seçilən genlər sabit hal ala bilmir, davamlı olaraq bir istiqamətə doğru məcburi olaraq, canlının öz istəkləri daxilində olmadan, çox az müddət ərzində və çox tez sürüşdürülür. Bu da, Süni seçmə ilə əldə edilmiş populyasiyaları öz əvvəlki həyatlarına qaytardıqdan sonra yalnız bir neçə nəsil içərisində köhnə xüsusiyyətlərinə yenidən dönmələrinə səbəb ola bilər. Amma daha şüurlu, sabit və dəqiq olaraq edilən seçmə nəticəsində, bir daha heç vaxt geri qayıda bilməyəcək növlər əldə edilə bilər. Bu, seçməni aparan növün bu sahədə mütəxəssis olub-olmadığını göstərəcək.


Süni seçmənin tarixi

Süni seçmə, ilk olaraq romalılar tərəfindən istifadə edilmişdir. Əkinçiliklə məşğul olan romalılar müəyyən xüsusiyyətlərə sahib olan heyvan və bitkiləri öz aralarında cütləşdirərək, istənilən xüsusiyyətdəki balaların doğulma şansını artırmışdırlar. Daha sonralar fars Əbu Reyhan Biruni, 11-ci əsrdə yazdığı "Hindistan" adlı kitabında Süni Seçməyə bir çox nümunələr vermişdir. Son olaraq isə Darvin, mövzu üzərində çox uzun illər işləmiş və bir çox əhilləşdirmə əməliyyatı aparmış mütəxəssis olaraq, "Növlərin Mənşəyi" adlı əsərində və "Əhliləşdirmə Altındaki Bitki və Heyvanlardaki Müxtəliflik" adlı kitablarında bu mövzuya geniş yer ayırmışdır. Təbii seçmə nəzəriyyəsinin də başlanğıcına Süni seçmə məlumatını yerləşdirmişdir. "Süni seçmə" terminini ortaya atan və bu seçmə növünün daha əraflı və tam dəqiq izahını ilk dəfə verən də Darvin olmuşdur. Darvin, Süni seçmənin və dolayısi ilə təkamülün təsirini Növlərin Mənşəyi'ndə belə izah edir:


"Seçmə müddəti uzun vaxt ala bilər, amma insanın süni seçmənin gücünü istifadə etdiyi təqdirdə, ola biləcək dəyişikliklərin hər hansı bir sərhədini görə bilmirəm."


Süni seçmə nümunələri

Süni seçməyə bir çox nümunə vermək olar. Bir neçəsinə toxunaq:

1) Yabanı kələmdən süni seçmə ilə əldə edilən yeni növlər


Yabanı kələm (Brassica oleracea), Süni seçmə nəticəsində meydana gələn təkamülün ən gözəl nümunələrindən biridir. Brassica cinsi Cənubi Avropa sahillərində və Qərbi Avropada yaşayır. İnsanlar, bu kələm cinsinin fərqli xüsusiyyətlərini öz istəkləri daxilində Süni seçmə istifadə edərək seçmiş və özlərinin təyin etdiyi istiqamətlərdə təkamül keçirməsini təmin etmişdir. Bunun nəticəsində, hal-hazırda hamımızın tanıdığı və tez-tez istifadə etdiyimiz və bu seçmədən əvvəl təbiətdə heç vaxt mövcud olmamış bu tərəvəzlər əldə edilmişdir: kələm, brokkoli, gül kələmi, Brüssel kələmi, quru kələm, buruq kələm, yer kələmi və Çin kələmi. Bütün bu tərəvəzlər bir tək yabanı kələmin davamlı seçilmələrə tabe tutulmasıyla yaradılmışdır.

2) Qarğıdalı

Qarğıdalı da, təbiətdə yetişən teosinte adlı bir bitkinin davamlı olaraq Süni Seçməyə uğradılması nəticəsində əldə edilmişdir. Teosinte çox az dənəyə sahib olan bitkidir (şəkildə solda gördüyünüz növ). Davamlı olaraq bol dənəli olan teosinte'lər öz aralarında hibridizasiyaya uğradılaraq müasir bol dənələri olan qarğıdalıların təkamülləşməsinə səbəb olmuşdur.




3) Baş heyvanlarda süni seçmə tətbiqi

Bu gün alıb bişirdiyimiz ətlər, ümumiyyətlə hər dövrdə ən çox və ən keyfiyyətli ətə sahib olan
inək, qoyun, donuz və s. heyvanların davamlı olaraq digər ən keyfiyyətli ətə sahib olan fərdlərlə çütləşdirilməsi nəticəsində əldə edilir. Beləcə, heyvanları yetişdirməklə məşğul olan şəxslərin tək bir heyvandan əldə etdikləri xeyir daha yüksək olur. Əhilləşdirilmiş baş heyvanların hamısı 10.200 il əvvəl vəhşi təbiətdəki 80 zubrun (Avropa bizonu) süni seçməsi nəticəsində təkamülləşməyə başlamışdır və bu hadisə genetik olaraq təsdiq olunmuşdur. Hal-hazırda həmin əcdad zubrların nəsli kəsilmiş olsa da, bu əcdadın çox sayda tam qorunmuş fosili tapılmışdır.

Üsul olduqca funksionaldır və növlərin çox sürətli təkmilləşməsini təmin edir. Bir neçə nəsil ərzində əcdad xüsusiyyətlərini itirməsi və ya bu xüsusiyyətlərin tamamilə dəyişməsi ilə nəticələnir. Məsələn, ev inəklərinin əcdadları olan Bos primigenius növü inəklər balaladıqdan sonra orta hesabla gündə 4-5 litr süd verə bilirdilər və bu miqdar balaları üçün yetərli idi. Amma hal-hazırda Süni seçməni istifadə edilərək bu inəklərdən yaradılan Bos taurus növündən olan ev inəkləri balaladıqdan sonra gündə orta hesabla 50 litr süd verirlər. Aradakı fərq həqiqətən inanılmazdır. Bunu mümkün edən tək şey, davamlı olaraq daha çox süd verə bilən fərdlərin törəməsinə şəraitin yaradılması, digərlərinin isə maraq dairəsində qalmayıb nəsli kəsilərək uduzmasıdır.

Üsul çox sadədir: hər inək birdən çox sayda bala doğur və bu balaların genetik strukturları
bir-birlərindən fərqlidir. Bu fərqlilik, yetkin olub artdıqları zaman verə biləcəkləri süd miqdarına da təsir edir. Məsələn, gündəlik 10 litr süd verə bilən bir ananın balalarının hamısı gündə 10 litr süd verəcək xüsusiyyətlərdə ola bilməyəcək. Bəziləri gündə 8-9 litr, əksəriyyəti anaları kimi 10 litr, digərləri isə analarından daha çox, 11-12 litr süd verəcəkdir. Bu "digər" balaların törəməsinə icazə verilməsi nəticəsində, davamlı olaraq artan (bəzi hallarda müvəffəqiyyətsiz olan və azalan) süd istehsal imkanlarına çatmaq mümkündür. Bunu edən süni seçmədir. Bu yeni nəsillər əcdadlarından o qədər fərqlidir ki, bir yerə gətiriləcək olsalar artıq bir-birləriylə cinsi birləşmə etməyəcək qədər ayrılmış ola bilərlər, etsələr belə bala meydana gəlməz, çünki əcdad növlərin cinsi strukturlarıyla müasir nümayəndələrin cinsi strukturları uzun müddət qarışmadığından bir-birini tanımayacaq. Bu hadisə növyaranma prosesinin başlanğıcı hesab olunur.

4) Ev itləri

Bütün müasir ev itləri iki alt növə aiddir: Canis lupus familiaris və Canis lupus Dingo. Bunların
hər birisi, vəhşi qurd (canavar) adıyla tanıdığımız Canis lupus'un alt növləridir. Minillər əvvəl insanlar, yaşadıqları ərazilərə ən çox yaxınlaşan, ən az yırtıcı olan, ən güclü olan və s. xüsusiyyətlərə görə seçdikləri vəhşi qurdları əhilləşdirmiş və bu xüsusiyyətlərinə görə seçmə tətbiq etmişdir. Müasir bu çox fərqli it müxtəlifliyi minillərdir tətbiq olunan bu seçmələrdən, insan amilindən qaynaqlanır. Bu it növlərinin hər birisi öz aralarında cütləşə bilir (bunun səbəblərindən biri insanın seçməyə daha az peşəkarcasına yanaşmasından irəli gələn davamlı qarışmalarıdır) və hal-hazırda pitbul kimi itlər əldə etmək üçün istənilən xüsusiyyətlərə sahib olan itlər öz aralarında cütləşdirilir. Məsələn, bir Golden Retriever ilə bir Rottweiler bir-birlərindən nə qədər fərqli görünsələr də, eyni alt növə aiddirlər (Canis lupus familiaris), bir-birləriylə rahat cütləşə bilirlər. Əlbəttə ki, daha uzun müddət davam edən sərt izolyasiyalar meydana gəlsə növyaranma prosesi qaçılmaz olacaq.

5) Atlar

Dünyanın ən sevilən atları olan İngilis atları, Ərəb atlarının davamlı olaraq ən sürətli və güclülərinin seçilməsi nəticəsində əldə edilmişdir. Hal-hazırda bu seçmə hələ də süni olaraq davam etdirilir.

6) Göyərçinlər

Darvinin Süni seçməni kəşf etməsinə səbəb olan canlılar inəklər və ya digər nümunələr deyil,
dövrün aristokratlarının xobbi olaraq saxladıqları göyərçinlər idi. Darvin, yaşayan çox sayda və bir-birinə heç də oxşamayan göyərçin növlərinin hər birisinin Columba Livia adlı qaya göyərçinindən, xobbiçilərin istəkləri istiqamətində nəsillər içərisində təkamülləşdiyini fərq etmişdi. Bolin göyərçinindən (Columba Bolin) Kamerun göyərçininə (Columba sjostedti), Nilqiri göyərçinindən (Columba elphinstonii) limon göyərçininə (Columba larvata) qədər onlarla müxtəlif növ göyərçin, qaya göyərçininin müəyyən xüsusiyyətlərinin seçilməsi nəticəsində təkamülləşmiş olmalı idi. Bir neçə ay bundan əvvəl aparılan tədqiqatda Darvinin, hər hansı bir dəlilsiz və sübutsuz, amma dahiyanə olaraq fikirləşdiyi və ortaya atdığı bu iddiası təsdiqləndi.

Darvin bu mövzuya illər ərzində diqqət yetirdi, bir çox əhliləşdirmə və hibridizasiya mütəxəssisləri ilə göyərçinlər haqqında yazışdı və söhbət etdi. Etdiyi təcrübələrin nəticəsində, növlərin insan istəyiylə təkamülləşə biləcəyini və əcdadlarından tamamilə fərqli xüsusiyyətlər qazana biləcəyini, hətta müəyyən bir mərhələdən sonra artıq əcdadlarıyla cütləşməyəcək qədər dəyişilə biləcəyini kəşf etdi. Bunu mümkün edən qanuna Süni seçmə adını verdi, çünki süni yollarla, təbiətin etməyəcəyi edilirdi.

Süni seçmənin bir çox üsulları var. Hal-hazırda bakteriyalar arasında Süni seçmə tətbiq olunaraq bəzi dərmanlar hazırlanır.

Süni seçmənin bir mənfi təsiri var: növdaxili müxtəlifliyi azaltdığından (davamlı istənilən xüsusiyyətlərə sahib olan fərdlər seçilir və digərlərinə əhəmiyyət verilmir) xəstəliklərə, epidemiyalara və bəzi zəifliklərə səbəb olur. Məsələn, davamlı süd verməsi istiqamətində seçmə edilən bir canlı təbiətdə sərbəst buraxıldıqda yaşama ehtimalı azalır. Bu da həmçinin süni seçmə ilə növyaranma prosesinin baş verməsi ehtimalını azaldır. Bu səbəblə Süni seçmənin tətbiq edildiyi yerlərdə çox ciddi nəzarətə ehtiyac olur.

Yerdə yaşayan canlılar arasında Süni seçmə tətbiq edə bilən yeganə növ insan deyil. Məsələn,
Atta columbica növündən olan qarışqalar yuvalarında artan saysız fərqli göbələk qrupundan ən sıx olaraq bazidiomiset qrupundan olan göbələklərin həyatda qalmasına səbəb olurlar və digərlərini məhv edirlər. Bunun səbəbi, bazidiomisetin ifraz etdiyi kimyəvi maddələrin qarışqaların düşmənlərini yuvadan uzaq tutması ilə əlaqəlidir. Eynilə bizim süd məhsuldarlığı baxımından inəkləri seçməyimiz kimi, qarışqalar da, ifraz edilən kimyəvi maddə baxımından göbələkləri seçirlər və süni olaraq, istəkləri istiqamətində təkamülləşdirirlər. Bu nümunə, vəhşi təbiətdə də ehtiyaclardan doğan seçmə təzyiqinin mövcud ola bildiyini dəqiq olaraq göstərir.


Qaynaq: 

daha ətraflı...

September 30, 2013

Psevdogenlər

DNT'miz butövlükdə genlərdən ibarət deyil. DNT'mizdə mövcud olan genlər qədər psevdogenlər deyilən strukturlar da var. Psevdogenlər bir vaxtlar işləmiş, indi isə fəaliyyətini dayandırmış gen qalıqlarıdır. Məlum olduğu kimi, genin fəaliyyətini pozan bir zərərli mutasiya olduğunda, mutasiya daşıyan insan nəsil verməyərək ölür. Zərərli mutasiyalar adətən sonrakı nəsillərə ötürülə bilmir. Yəni, təbii seçmə bunun qarşısını alır.

Amma bunun çox əhəmiyyətli bir istisnası var. Bildiyimiz kimi hüceyrələr bölünərkən
daha ətraflı...

August 24, 2013

Timsahların Təkamülü

Bəzi elmdən kənar qaynaqların iddialarında tez-tez müraciət etdikləri bu arqumentlərə yəqin ki rast gəlirsiniz: timsahlar və tarakanlar milyon illər ərzində "təkamülləşməyiblər", bu səbəbdən də Təkamül Nəzəriyyəsi etibarsızdır. Bu yazımızda timsahlara və timsahların təkamülünə toxunmaq istəyirik, daha sonrakı yazılarımızda isə tarakanlardan da bəhs edəcəyik.

İlk olaraq terminlər haqqında bir məlumatlandırma ilə başlayaq: "timsah" əslində yalnızca bir ailədir.
daha ətraflı...

Kembri Partlayışı

900 - 635 milyon il əvvəl

Kembri dövründən əvvəlki dövr Yer tarixinin ən uzun dövrüdür və Yer kürəsinin ilk meydana gəldiyi zaman olan 4.6 milyard il əvvəlindən, 542 milyon il əvvəlinə qədər davam etmişdir. Bu, dünyanın dövrümüzə qədərki bütün ömrünün 88%-ə bərabərdir. Canlılıq (ilk konservatlar), Yer kürəsinin meydana gəlməsindən təxminən 600-800 milyon il sonra, 3.8-4 milyard il əvvəl ortaya çıxmışdır. Çox uzun illər (Kembri dövrünə qədər) dünyaya yalnız tək hüceyrəli bakteriyalar hökm etmişdir. Ən qədim bakteriyalar 3.8-3.46 milyard il əvvəlinə aiddir.

İlk çox hüceyrəli canlılara isə ilk dəfə təxminən 700-900 milyon il əvvəl rast gəlirik. Yəni təxminən
daha ətraflı...

August 3, 2013

Təkamül Nöqteyi-nəzərindən Dinlər və Tanrılar

Bu dəfə sizlərə təkamül nəzəriyyəsi nöqteyi-nəzərindən dinin inancların və tanrıların varlığını, insanların təkamülündə hansı əhəmiyyətə sahib olduqlarını ətraflı şəkildə izah etməyə çalışacağıq. Başlamadan əvvəl, düşünürük ki, bunları əlavə etməliyik.

Niyə belə bir yazı hazırlayırıq?

Bu suala çox əhatəli, heç bir müzakirəyə girmədən və heç bir şəxsi inanca və bu inancların spesifik iddialarına toxunmadan cavab verəcəyik. Biz işin elmi tərəfindəyik və əlbəttə ki, bu mövzu da, bizə görə, təbiətdəki hər bir fakt kimi elmi olaraq açıqlana bilər. Dediyimiz kimi, bu yazıda heç bir elmdən kənar müzakirəyə girməyəcəyik.

daha ətraflı...

May 31, 2013

Təbii Seçmə

Bu yazımızda təbiət gerçəyi olan Təkamülün ən təsirli və güclü mexanizmindən, Təbii Seçmədən bəhs edəcəyik. Xüsusilə, Təbii Seçmənin əhəmiyyəti və gücünü izah etməyə çalışacağıq. Bu səbəbdən oxuyarkən darıxmayacağınızı və yeni məlumatlar öyrənə biləcəyinizi düşünürük.

Yazımızda, Təbii Seçməni daha qısa cümlələrlə, dəqiq bir şəkildə izah etmək istəyirik: İlk olaraq, canlılarda genetik müxtəliflikdən irəli gələn bir çox fərqlilik olduğunu bilirik. Məsələn siz, əkiz olmayan bir qardaşınızdan və ata-ananızdan olduqca fərqlisiniz. Bu xarici görünüşün cəminə "fenotip" deyilir. Bunu təyin edən genetik quruluşun cəminə isə "genotip" deyilir. Genotipiniz, fenotipinizi və digər hər şeyinizi təyin edir. Təbii Seçmə, fenotiptəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Həyatda qala bilən və ya daha asan şəkildə qala bilən bir canlı, törəyə biləcək və balalarına öz genetik materialının yarısını (meyoz bölünmə) ötürə biləcək. Bu yarım genetik materialın içərisində özünü təbiətə qarşı üstün edən genlərin olma ehtimalı da yüksəkdir. Hər bala, genlərinin yarısını anasından, digər yarısını isə atasından alır. Bunların cəminin yaratdığı müxtəliflik, əgər balanın mühitə daha adaptasiya olmasını təmin edirsə, bala daha asan həyatda qalır, böyüyür və törəyir. Bunun nəticəsində, özünü daha üstün edən kombinasiyanın yarısını balalarına köçürür. Təbii Seçmə, bu şəkildə, davamlı olaraq, nəsillərə aid fərdləri məğlub etdirir və ya "sürüşdürür".

Təbii Seçmə ilk etapda xarici xüsusiyyətlər üzərində təsirli olur. Yəni, genetik xüsusiyyətlərinizin (genotip) necə olduğuna baxılmadan, bunların xarici xüsusiyyətləriniz üzərindəki təsirləri araşdırılaraq, Təbii Seçmənin işləmə mexanizmi aydın ola bilər.

Təbii Seçmənin çox qədim bir tarixi var. Bəzi canlıların təbiətə qarşı təsadüfi bir şəkildə daha üstün hala gəldikləri fikirini ilk irəli sürən adam e.ə. 450-ci illərdə yaşamış olan Empedokldur. Daha sonra şagirdi Lukretius, daha sonra Aristotel, əl-Cehiz kimi adlar həyat mübarizəsini təyin etmiş və inkişaf etdirmişdir. Həmçinin Biruni, təbiətdə bu tip bir seçmə olduğunu irəli sürmüşdür. 18-ci əsrdə bir müddət fasilədən sonra təkrar gündəmə gələn Təbii Seçmə fikri, Pierre Luis Maupertius tərəfindən aktuallaşmışdır. Lakin bütün bunların fikirlərindən yola çıxıb, möhtəşəm bir müşahidə gücü və müqayisə qabiliyyətiylə, ətraflı şərhləriylə irəli sürən və o günə qədərki Platonçu və Lamarkçı izahlardan təmizləyən adam, 19-cu əsrin dahisi olaraq xatırlanan Çarlz Robert Darvin'dir.

Çox uzun sürəcəyi üçün, bu fikrin Darvində necə inkişaf etdiyini izah etməyəcəyik. Amma bir neçə əhəmiyyətli məsələdən bəhs etmək lazımdır. Darvin, Biql səfərinə çıxdığı illərdə, Christ's College'də oxuyurdu. Bura, rahib alimlər yetişdirən bir teologiya (din-elm) məktəbi idi. Burada Darvin, məşhur bir botanikaçı teoloq olan John Stevens Henslow'un rəğbətini qazanmışdı. Henslow təbiətdə müəyyən səbəblərdən bu qədər böyük bir müxtəliflik və canlılar arasında kiçik fərqliliklər olduğunu düşünürdü. O dövrə qədər bir çox insan İncildəki yaradılışı təsdiq etməyə çalışmışdı, lakin konkret dəlillərə çatılmamışdı. Bu səbəblə Henslow, İncildəki yaradılışın gözəlliyi və gücünü sübut etmək və konkret tapıntılar əldə etmək üçün, ən parlaq şagirdlərindən biri olan Çarlz Darvini seçmiş və Biql gəmisinin çıxacağı səfər üçün Kapitan Robert FitzRoya onu təklif etmişdi. Yəni Darvin, həmin vaxt rahib olmaq üçün təhsil alırdı və güclü bir şəkildə yaradılışa inanırdı. Biql təklifini qəbul etmə səbəbi də təbiətə olan inanılmaz eşqi və yaradılışı elmi olaraq isbat edən ilk adam olma arzusu idi. Darvinin səfəri tam 5 il davam etdi və yaradılışı sübut etmək baxımından xəyal qırıqlıqlarıyla dolu keçdi. Lakin heç bir zaman, Təkamül Əleyhdarlarının iddiasındakı kimi Qalapaqos adalarında "vəhy enmiş kimi" Təbii Seçmə qanununu tapmadı; onsuz da özündən əvvəlki bir çox insan bu fikri irəli sürmüşdü. O isə, bu fikirlərin nə qədər doğru, yaradılış inancının isə nə qədər əsassız olduğunu, 5 illik çalışma və tədqiqatlar nəticəsində gördü və bu müşahidələrini elmi bir təlim halına gətirdi. Bu təliminin mərkəzinə də, eynən Cazibə Qüvvəsi kimi bir fakt olan Təbii Seçməni yerləşdirdi.

Təbii Seçmə, həqiqətən də olduqca güclü və təsirli bir təbiət qanunudur. Çünki vəhşi təbiət, bu anda evinizdə oturduğunuzda xəyal edə bilməyəcəyiniz qədər kompleks proseslər üzərinə qurulmuşdur və ən kiçik bir səhv ölümlə nəticələnir. Hərçənd heç bir canlı mükəmməl olmadığı və Müxtəliflik Mexanizmləri sayəsində davamlı olaraq canlılar arasında bəzi fərqliliklər meydana gəldiyi üçün (əkiz olmayan qardaşınızdan və ata-ananızdan nə qədər fərqli olduğunuzu düşünün), təbiətdə bəzi canlılar mühitə uyğunlaşmış, bəziləri isə uyğunlaşa bilməmişdir. Bu, təbiətdə davamlı bir seçmənin olmasını da özü ilə gətirməkdədir. Çünki ilkin canlılıqdan bəri təkamülləşən "var olma məqsədimiz" aydındır: Həyatda qalmaqtörəmək. Bunun xaricindəki bütün həyat məqsədləri (sənət, musiqi, əyləncə, dinclik, din, və s.) insan tərəfindən zəkanın təkamülüylə birlikdə uydurulmuşdur və başqa heç bir canlıda bu ikincil həyat məqsədləri yoxdur. Bu ikincili məqsədlərin təbiət üçün heç bir mənası yoxdur və etibarsızdır. Bu uydurulmuş həyat məqsədlərindən hər hansı birini və hətta heç birini etmədən nəslinizi və varlığınızı davam etdirə bilərsiniz - ki təbiət üçün əhəmiyyətli olan, nəslin artırılmasıdır. Məsələn, insan növü həyatda qalma mübarizəsinə son versə və ya törəməkdən imtina etsə, ən yaxşı ehtimalla 90 ildə tək bir insan fərdi belə həyatda qalmaz və insan növünün nəsli kəsilər. Bu səbəblə, insanların da, özü kimi olan digər bütün heyvanlar və canlılar kimi var olmasında tək məqsədi həyatda qala bilmək və çoxalmaqdır.

Təbii Seçmə, təməl olaraq bunlardan birincisiylə, həyatda qalmaqla əlaqəlidir. Təbiətdəki bəhs etdiyimiz müxtəlifliklər səbəbiylə, üstün olanlar davamlı olaraq seçilir və gələcək nəsillərə özlərindəki üstün xüsusiyyətləri təmin edən genləri köçürmə şansı əldə edirlər. Bunun nəticəsində, hər dəfəsində, bir qədər daha çox üstün gen köçürülür və hər yeni nəsildə meydana gələn bala fərdlərin mühitə daha da adaptasiya olmaları təmin edilir. Buna "təcrübəli seçmə" (təcrübəli təkamül) deyilir.

Bu yerdə, mövzuyla əlaqəli bir başqa təbiət həqiqətini vurğulamalıyıq: Təkamül keçirən fərdlər deyil, populyasiyalar və nəsillərdir! Bunu anlamaq, bir neçə digər yazımızda da bildirdiyimiz kimi çox əhəmiyyətlidir. Bu, bir çox səhvləri aradan qaldıracaq. Bu qanunun iddia etdiyi budur: Canlılar, tək-tək təkamülləşmirlər. Yəni heç bir X canlısının tək bir fərdi (məsələn bir antilopun ya da insanın) ömrü ərzində dəyişib təkamül keçirə bilməz. Bunun yerinə, bir nəsildəki ya da populyasiyadakı ən üstün fərdlər davamlı olaraq seçilir və balalarına genlərini köçürürlər. Beləcə, nəsillər boyunca, təcrübəli bir irəliləmə müşahidə edilir; tək-tək fərdlərdə və fərdlərin ömürləri boyunca deyil. Qısacası, Təkamülü araşdırmaq üçün tək bir canlını ələ alıb müşahidə edə bilməzsiniz, o canlının nəsillər boyu, bütün qohumlarını (əcdadlardan müasirlərə qədər) ələ almağınız və araşdırmağınız lazımdır.

Bunun nəticəsində, məsələn bir mühitdə daha güclü pəncələrə sahib olmaq bir üstünlükdürsə, davamlı olaraq, eyni populyasiya daxilindəki ən güclü pəncəlilər həyatda qalmağı daha asan bacaracaq. Bunun nəticəsi nədir? Artmaq üçün daha çox enerjiyə sahib ola biləcəklər, daha üstün hala keçərək dişiləri daha asan özlərinə cəlb edə biləcəklər və hətta dişilər daha asan ov edən erkəkləri seçəcəyi, erkəklər daha müvəffəqiyyətli dişiləri seçəcəyi üçün yenə üstün mövqeyə keçmiş olacaqlar. Hətta, daha asan ov edən bir fərdin cütləşmək üçün yalnız daha çox enerjisi deyil, daha çox zamanı da olacaqdır. Bu kimi faktorlar sayəsində daha çox törəyə biləcək və özündəki güclü pəncə variasiyasını təmin edən genləri balalarına (gələcək nəsillərə) köçürə biləcəklər. Beləcə balalarda da bu xüsusiyyətin görünməsi ehtimalı artacaq. Digər tərəfdən, gücsüz pəncəli bir fərd, ov etməyə çalışdığından çoxalmağa zaman və enerji tapa bilməyəcək və ya dişilərə təsir edə bilməyəcək və ölüb, artma şansını tamamilə itirəcəkdir. Bu səbəblə də özündəki bu nisbi olaraq zəif variasiyaya səbəb olan genləri balalarına köçürə bilməyəcək. Seçmə məhz belə işləyir.

Burada bunu anlamaq çox əhəmiyyətlidir: Pəncə nümunəmizdə olduğu kimi və ya ağılınıza gələ biləcək hər hansı bir başqa nümunə üçün əhəmiyyətli olan, ətrafmühit şərtləridir. Təkamül araşdırıldıqda, mütləq çox istiqamətli bir tədqiqat aparmaq lazımdır. Çünki Təkamülə təsir edən yüzlərlə, minlərlə amil ola bilər. Məsələn, 100 il boyunca bir mühitdə güclü pəncələrə sahib olmaq üstünlük təmin edə bilər, amma çox sürətli qaçmaq o qədər də əhəmiyyətli olmaya bilər. Lakin mühitdə meydana gələ biləcək hər hansı bir dəyişiklik (ov-ovçu tarazlıqlarının dəyişməsi, quraqlıq, zəlzələlər, bitki örtüyünün dəyişməsi, iqlim və s.) nəticəsində tarazlıqlar tərsinə dönə bilər və güclü, qalın, əzələli pəncələrə sahib olmaq yerinə, daha sürətli qaçmaq üstün hala gələ bilər. Bu vəziyyətdə, seçmə də anında tərsinə dönəcək və güclü pəncəlilərin yerinə sürətli qaçanlar dəstəklənəcək. Bu da, seçmənin və dolayısı ilə təkamülün tək bir istiqaməti olmadığını göstərir. Əvvəldən təyin edəcəyiniz və ya təxmin etməyə çalışacağınız istiqamət, əvvəldən təxmin edilə bilməyən ətraf şərtləriylə birlikdə davamlı və təsadüfi olaraq istiqamət dəyişdirir.

Eyni zamanda, tək bir xüsusiyyətin dəyişməsi də tək istiqamətli deyil. Məsələn pəncənin təkamülləşə bilməsi üçün, yalnız pəncəni təşkil edən əzələlərin inkişafı kifayət deyil. Bu əzələlərin bağlandığı sümüklər, sümükləri bir-birinə bağlayan bağlar, qonşu əzələlər, buna bağlı olaraq beyindəki bəzi idarəetmə mərkəzləri, bu bölgələrin dəyişməsinə bağlı olaraq bəzi digər orqanlar, bu orqanların dəyişməsinə bağlı olaraq bəzi sistemlər, pəncələrin inkişafına bağlı olaraq sinir və qan dövranı sistemləri və bir çox amil təkamülləşməli və bu pəncə təkamülünə adaptasiya ola bilməlidir. Yəni pəncə təkamülləşsə də, lakin beynin pəncəni nəzarət edən hissəsi bu yeni vəziyyətə adaptasiya ola bilməsə, bu yenə canlı üçün uğursuz olacaq. Və ya pəncə təkamülləşərsə, pəncəni qidalandıran damarlar və sinirlər buna görə adaptasiya ola bilməzlərsə, pəncə gücsüz qalacaqdır. Dediyimiz kimi, Təkamül çox istiqamətlidir və tək bir baxımdan araşdırıla bilməz.


Təbii Seçmənin 3 əsas növü var:

1) İstiqamətli Təbii Seçmə

İstiqamətli Təbii Seçmə, az əvvəlki pəncə nümunəmizdə olduğu kimi, müəyyən bir xüsusiyyətin üstün olduğu vəziyyətlərdə, Təkamülün müvəqqəti o istiqamətə doğru irəliləməsi və o xüsusiyyətə sahib olan fərdlərin üstün mövqeyə keçmələridir. Amma bu istiqamətin davamlı və təbiət şərtlərinin təsadüfi dəyişməsiylə dəyişə biləcəyini unutmayın. Seçmə adı sizi çaşdırmasın.

















Yuxarıda görə biləcəyiniz kimi, İstiqamətli Təbii Seçmə nəticəsində, orijinal populyasiyadakı bir xüsusiyyətin paylaşılması, başqa bir oriyentasiyaya doğru, istiqamətli olaraq sürüşür. Yuxarıdakı qrafikdə üfüqi oxa "pəncə gücü" yazılsa, güclü pəncələrin üstünlüklü olduğu bir vəziyyətdə, pəncə gücü davamlı olaraq artmağa meylli olacaq və qrafik sağa (daha güclü pəncələrə) doğru sürüşəcək.


2) Stabilləşdirici Təbii Seçmə

Bir populyasiyadakı fərdlərin hər bir xüsusiyyəti, təməl olaraq bir qrafik göstərir. Məsələn insan növü üçün ağırlıq paylaşılmasına baxsaq, orta ağırlıqdakı fərdlərdən daha çox taparıq: təsadüfi 100 nəfər kişi seçsək, bunların 60-70 nəfəri orta kişi ağırlığı olan 80-90 kq. arasında olacaqdır. Amma bu 100 adamın içərisində, orta hesaba görə daha az sayda zəif kişi (60-70 kq.) və yenə az sayda kök kişi (100-110 kq.) olacaq. Bu da, qrafik olaraq bir parabola əyrisi əldə etməyimizə səbəb olur.

Beləliklə, bəzən uclarda olmaq üstün olmamağa səbəb ola bilər. Məsələn, bir insan körpəsi normal olaraq 3-4 kq və 45-55 santimetr olaraq doğulur; çünki ana bətnindən çıxa bilmək üçün orta hesabla bu xüsusiyyətlərdə olmaq lazımdır. lakin xüsusilə kilo baxımından bu sərhədlərə uyğun gəlməyən körpələr, doğum əsnasında ölə bilərlər. Yəni çox ağır və ya həddindən artıq zəif doğulan körpələr, ya ana bətnindən çıxa bilməyəcək ya da həyatda qala bilmək üçün lazımlı olan ağırlığa sahib ola bilməyəcəklər. Bu səbəblə də ölərək məğlub olacaqlar və hər vaxt orta vəziyyətə, çəkiyə sahib olanlar üstün olacaq.

Bunun nəticəsində, orta vəziyyətli fərdlərin sayı daim artacaq və müəyyən bir yerdə sabitlənmə meydana gələcək. Bu cür seçmənin qrafiki aşağıdakı kimidir:





















Yuxarıda gördüyünüz kimi, xüsusiyyət paylaşması baxımından uclarda qalanlar uduzacaq və ortalardakı fərdlər dəstəklənəcəkdir. Bunun nəticəsində uc tərəfdəki fərdlər həyatda qala bilməyib sayları azalacaq və ortalardakı fərdlərin sayı artacaq. Buna, stabilləşdirici təbii seçmə deyilir.

3) Pozucu (Dizruptiv) Təbii Seçmə

Bu vəziyyətdə isə, parabola əyrisinin ortasındakı fərdlər üstünlüksüz mövqedə qalacaq və uclardakılar üstün mövqeyə keçəcəklər. Məsələn bir bitki üçün, çox uzun boylular yüksəkdən uçan heyvanlar tərəfindən, alçaq boylular isə yerə yaxın yaşayan heyvanlar tərəfindən tozlandırılacaq. Amma orta boya sahib olanların səviyyəsində yaşayan bir heyvan yoxdursa, tozlanmaları çətinləşəcək və çoxala bilməyəcəklər. Bu vəziyyətdə, uclarda olan fərdlər üstün mövqeyə keçəcək və saylarını artıracaqlar. Bu tip seçməyə aid qrafik aşağıdakıdır:



















Qrafikdən çıxarılacaq çox əhəmiyyətli bir nəticə var: Pozucu Təbii Seçmə, bir populyasiyadakı fərdləri ikiyə bölməyə meyllidir və bu, növyaranma prosesini inanılmaz dərəcədə dəstəkləyən bir xüsusiyyətdir. Pozucu Təbii Seçmə sayəsində ikiyə bölünən bir populyasiyadan, fərqli istiqamətlərdə təkamül keçirməsi nəticəsində yeni növlər ortaya çıxacaqdır.

Aydın olduğu kimi, Təbii Seçmə təbiətdə fərqli formalarda baş verə bilər.

Son olaraq, Təbii Seçmə və Təkamül əlaqəsinə dair son söz demək istəyirik: İnsanların çoxu indiki vaxtda təbiətdə bir seçmə olduğunu istər istəməz qəbul etməkdədirlər, çünki bu Cazibə Qüvvəsi qədər aydın və müşahidə edilə bilən bir faktdır. Lakin həmin insanların bəzilərinin Təkamülü rədd ettiklərini görürük. Halbuki bu, Cazibə Qüvvəsini qəbul edib, bizim tikdiyimiz bütün binaların Cazibə Qüvvəsi sayəsində inşa edilə bildiyini rədd etmək kimi bir vəziyyətdir. Çünki Təbii Seçmə varsa, Təkamül qaçılmazdır. Fərdlər arasındakı fərqliliklər Təbii Seçmə sayəsində ayırd edilir və bu, davamlı olaraq növlərin dəyişilməsinə səbəb olur. Ümumiyyətlə insanların qəbul etməkdə çətinlik çəkdiyi hissə, növlərin bir-birinə çevrilməsidir. Bunu, saxtakar məlumat qaynaqları bir siçanın filə çevrilməsi kimi izah etməyə çalışdıqları üçün, anlamaq çətinləşməkdədir. Amma yazılarımızı oxuyanların asanca görə biləcəyi kimi, növyaranma prosesi bu demək deyil və kifayət qədər yavaş reallaşır. Məsələn Pozucu Təbii Seçmədə gördüyümüz kimi, bir populyasiya, müəyyən bir xüsusiyyət baxımından ikiyə bölünə bilir (məsələn bir ağac, bir meymun, bir siçan populyasiyası). Daha sonra, bu ikiyə bölünmüş fərdlər, fərqli mühitlərdə yaşamaq məcburiyyətində qalır və öz mühitlərinə aid bir seçməyə məruz qalırlar. Təcrübəli Seçmə sayəsində zamanla, kiçik dəyişilmələr keçirirlər. Sonda isə, Növləşmə Mexanizmləri adlı yazımızda bəhs etdiyimiz üsullarla bir-birlərindən fərqliləşirlər. Hər nə qədər yeni yaranan nəsillər, əcdad nəsillərə oxşasa də, onlarla cütləşə bilməyəcək qədər fərqli və morfoloji olaraq da fərqli ola bilirlər. Bu Təkamüldür. Təbii Seçməni qəbul edib, Təkamülü rədd etmək məlumatsızlıq və məntiqsizlikdir.


Süni seçmə haqqında olan yazımızı da oxumağınız məsləhət görülür.


Qaynaqlar:

discovery.com
actionbioscience.org

wikipedia.org
biology-online.org
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top