April 29, 2013

Ara Keçid Elmi Olaraq Nədir ?

Təkamül, olduqca yavaş inkişaf edən bir prosesdir və təkamülləşən canlılar tək-tək fərdlər deyil, ümumi olaraq populyasiyalardır. Bu, həqiqətən başa düşülməsi lazım olan ən əhəmiyyətli nöqtələrdən biridir. Heç bir zaman, fərdi olaraq bir insanabənzər insana çevrilmir. Heç bir zaman tək bir qurbağa təkamül keçirib başqa bir canlıya çevrilməyəcəkdir. Təkamül, tək-tək fərdlərin bəzi xüsusiyyətləri baxımından Təbii Seçmə ilə zamanla aradan qaldırılmaları nəticəsində, ümumi olaraq populyasiyaların müəyyən və ümumiyyətlə əvvəldən naməlum istiqamətlərə doğru dəyişmələridir. Çünki bir fərd, elə ya belə genetik bir materialla, ana və atasından fərqli bir fərd olaraq doğulur. Bu fərqli və özünə xas xüsusiyyətlər, təbiət qarşısında imtahana tabe tutulur və müvəffəqiyyətli olsa, özü də inkişaf edə bilir. Beləcə özündəki genetik vəsaiti balalarına ötürür. Bu zəncirin minlərlə nəsil sürməsi nəticəsində canlılar, addım-addım dəyişməyə başlayırlar.

Bir insanabənzər harada qurtarır, harada bir insan başlayır - bu ayırd edilə bilməz. İlk su dörd ayaqlısı hansı idi və hansı nöqtədə quruya keçidi tamamlandı - bu da bilinə bilməz. Onsuz da ara keçid növünün yalnış anlaşılmasının kökündə duran məsələ bunun anlaşılmamasıdır. Yarı insan-yarı primat ara keçid növü yoxdur, ola da bilməz. Bu, təkamül əleyhdarı insanların bu təlimə hücum üçün və fantaziyaları daxilində canlandırdıqları səhv təkamül imicini təmin etmək üçün uydurduqları və daha sonra elm insanlarının onların bu iddialarına cavab vermək üçün onların dilindən danışmaları nəticəsində bu anlayışın dilimizə yerləşməsiylə ortaya çıxan bir vəziyyətdir. Əslində hər canlı, daha doğrusu hər populyasiya ara növlər təşkil edir. Hər bir yeni doğulan canlı ara keçid növüdür. Biraz izah edək:

Dediyimiz kimi, təkamül oldquca yavaş hərəkət edir və 80 illik insan ömrü, insanın bu dəyişiklikləri dərk etməsinə bəs etməyəcək qədər qısadır. Təkamül əleyhdarları, xəyallarındakı səhv təkamül imicini köçürə bilmək üçün "ara növ" anlayışını irəli sürürlər. Onlara görə hər iki canlı arasında, onların hər ikisinə bənzəyən bir ara növ olmalıdır. Məsələn bir ördək ilə bir timsah arasında, "ör-sah" ya da "tim-dək" kimi bir canlı olmalıdır. Bu, açıq-aşkar bir axmaqlıq, insan zəkasına bir təhqir və elmə hörmətsizlikdir. Təkamülün heç bir zaman belə bir iddiası olmamışdır və olmayacaq. Təkamül çox yavaş reallaşan və hər yeni növün, təməldə, əcdad növlərə olduqca oxşadıqları bir şəkildə reallaşır. Təkamül Ağacı anlayışını qavramayan insanlar hər canlı arasında xüsusi bir keçid növü axtarırlar. Bu doğru deyil.

Bir digər məsələ, bu axmaqlığın istədikləri kimi hədəfə çatmasıdır. İki canlı düşünək: A və C canlıları adlandıraq. Bunlar arasında bir keçid növü axtarırıq (bunlar, bir-biri ilə qohumluğu məlum canlılar olsun, məsələn insanabənzərlərlə insanlar olsun). Minlərlə elm adamının fədakar səyləri və illərini xərcləri nəticəsində, təkamül əleyhdarlarının istədikləri B "ara növü" tapılmış olsun. Ancaq onlar, burada dayanmayacaqlar: A və B arasındaki ilə B və C arasındakı keçidi də tələb edəcəklər. Onlardan da bir qismini tapdığınızda, yeni açılan boşluqlar doldurulmağa başlanacaq. Bu uzun müddət belə davam edəcək və sonda məsələ ata-bala fərdə gəlib çatacaq və bu nöqtədə də bir daha hər yeni doğulan canlının keçid canlısı olduğu məlum olacaq.

Bu insanların yanıldığı hissə, fosilləşmə qaydalarını bilməmələri və əslində kökdə təkamülü qəbul etmək istəməmələridir. Bəli, hər iki növ arasında bir keçid növü var, ancaq paleontologiyada istifadə edilən bu qayda unudulmamalıdır: Hər 1 milyon fərdlik populyasiyanın statistik olaraq yalnız 1 fərdi fosilləşir. Bu səbəblədir ki, fosil tapmaq çox çətin və əziyyətli işdir. Oturacağın yerdən "onunla bunun arasındakı ara keçid hanı?" deyə soruşmaq asandır. Əhəmiyyətli olan elmə qatqı təmin etməkdir.

Nəticə budur ki heç bir canlının "ilk üzv"ündən bəhs edilə bilməz, çünki təkamül çox yavaş inkişaf edir və o keçidi ayırd etmək mümkün olmur. Bundan başqa "ara növ" deyə bir xüsusi anlayış elmi olaraq yoxdur, hər canlı, özündən bir əvvəlki və bir sonrakı növlər arasındakı bir keçid növüdür. Buna bütün müasir canlılar da daxildir.
daha ətraflı...

Ən qədim dinozavr embrionu

Dünyadakı hegemonluğu 65 milyon il əvvəl sona çatan dinozavrların təkamül müddəti ərzində bilinən bütün canlılarla müqayisədə ən sürətli embrionik mərhələyə sahib olduğu ortaya çıxdı.

Çinin cənub-qərbindəki Yunnan əyalətində yerləşən Kunming şəhəri yaxınlığındakı qazıntı sahəsində, otobur Lufengosaurus dinozavrına aid çox sayda fosil tapıldı. Boyları 10 metrə qədər uzanan Lufengosaurus'lar Dünyanın gördüyü iki ayaq üzərində yeriyən ən böyük dinozavrlar idi.

Nature jurnalında yayımlanan araşdırmaya görə, 195 milyon illik fosillər üzərində tədqiqatlar aparanlardan Robert Reisz, "Bu canlılar bu günə qədər gördüyümüz bütün məməli, quş və ya digər dinozavr növlərindən daha sürətli inkişaf edirdi" dedi. Kanadanın Toronto Universitetindən olan prof. Reisz'ın başçılıq etdiyi tədqiqat qrupunda Çin, Tayvan, Avstraliya və Almaniyadan gələn paleontoloqlar da iştirak edirdi. Tədqiqatçılar, Lufengosaurus embrionlarının, bu günə qədər əldə edilən ən köhnə dinozavr qalıqları olduğunu bildirdilər.

New York Amerikan Tarix Muzeyindən olan Mark Norell, "Tapılan fosillər inkişaf prosesində dinozavrların erkən embrioloji mərhələləri haqqında unikal bir dünyagörüşü təqdim edir" deyə açıqladı.

Qaynaq: Nature
daha ətraflı...

Australopithecus sediba İnsan təkamülünün ən əhəmiyyətli pilləsidir

Zürich Universitetindən olan bir qrup tədqiqatçı, insan təkamülünün qabaqcılları arasında yer alan, 2 milyon il əvvəl Cənubi Afrikada yaşamış Australopithecus sediba növünün necə göründüyünü ilk dəfə gözlər önünə sərdi. Australopithecus sediba, Afrikada başladığı qəbul edilən insan təkamülü prosesində ən əhəmiyyətli mərhələni meydana gətirmişdi.

Müasir insanların ortaya çıxmasından əvvəl təkamül müddətində iştirak edən Australopithecus sediba'nın üzü, elmi məlumatlara əsaslanaraq ilk dəfə canlandırıldı. Primitiv bir gediş tərzinə sahib olan Sediba, ön dişləriylə insana bənzərkən, tərəvəzlərlə bəslənir və vaxtının böyük bir hissəsini ağaclarda keçirirdi.

ScienceDaily elmi jurnalında yayımlanan araşdırmada insan təkamülünün əhəmiyyətli pilləsi olan Australopithecus sediba`nın necə göründüyü, hərəkət etdiyi və qidalandığı lk dəfə ətraflı şəkildə təqdim edildi.

Tədqiqatçı qrupun başında duran Lee Berger ScienceDaily'yə verdiyi açıqlamasında, Australopithecus sediba'nın ilkin hominidlərlə uyğunluq təşkil etməsiylə birlikdə Homo sapiens'lə də oxşarlıqları olduğunu, bu növün müasir insanlarda olan kəllə sümüyü, diş, çənə sümüyü, qollar baxımından olduqca bənzədiyini bildirdi.

Cənubi Afrika Respublikasının Witwatersrand Universitetində Təkamül Tədqiqatları sahəsində araşdırmaçı olan Berger həmçinin bunları dedi: "Sediba uğurlu bir 'keçid növü' nümunəsidir". Sediba fosili, Johannesburg şəhərinin yaxınlığındakı Malapa qazıntı sahəsində kəşf edilmişdir. Fosil təxminən 2 milyon il yaşındadır.

Sediba'nın dişləri üzərində aparılan araşdırmalar, bu növün, təxminən 2.1 milyon il əvvəl yaşamış olan Australopithecus africanus'la yaxın qohum olduğunu da göstərdi. Hər iki növ, müasir insanın da əcdadı qəbul edilən Homo erectus'la diş quruluşu baxımından bənzərliklər ortaya qoyurdu.

ABŞ-ın Ohio Dövlət Universitetindən olan antropoloq Debbie Guatelli-Steinberg:


"Bu ana qədər aparılan tədqiqatlar, Sediba'nın primitiv avstralopiteklər və müasir insanlar arasında bir körpü meydana gətirdiyini sübut edir. Sediba insan təkamülündə olduqca əhəmiyyətli bir ara keçid növüdür."

Bundan başqa Sediba'nın diş fosilində bitki elementlərinə aid mikroskopik parçalar tapılmışdır. Bu da növün davamlı olaraq bitkilərlə qidalandığını və hələ tam olaraq ət yeməyə uyğunlaşmadığını göstərir.

Sediba, omba və dizləri önə əyik və əyri bir şəkildə, tam təkmilləşməmiş bir yerişə malik idi. Elm adamları, bu tərz yerişin dik yerimə və ağac dırmaşma arasındakı təkamül əlaqəsini meydana gətirdiyi qənaətindədirlər.


Qaynaq: ScienceDaily
daha ətraflı...

April 9, 2013

Yumurta qoyan məməlilər digər məməlilərdən daha yavaş təkamülləşdi

Avstraliyada tapılan 100 milyon illik çənə sümükləri platypus (ornitorenk) kimi yumurtlayan məməlilərin digər məməlilərdən daha yavaş təkamül keçirdiyini göstərdi.

Yumurtlayan məməlilər, birdəlikli (monotrem) olaraq adlandırılır, ümumiyyətlə iki qrupa ayrılır: ördəkburunlu, düz döşəməli platypuslar (ornitorenk) və bəstəboylular, tikanlı qarışqa yeyənlər yexidna olaraq adlandırılır. İkisinin də təbii həyat bölgəsi Avstraliyadır. İkisi də qalıq qeydlərində qeyri-kafi göstərilir, monotrem ailə ağacını izləmək istəyən araşdırmaçılar ağırlıqla molekulyar məlumatlardan faydalanmışdır. Araşdırmaçılar, müəyyən gen ya da zülalın ardıcıllığında fərqliliklərin sayını hesablayaraq platypus (ornitorenk) və yexidnaların nə qədər zaman əvvəl iki qrupa ayrıldıqlarını təxmin etməyə çalışıblar.

Nəticələr çalışılmış gen ya da zülala bağlı olaraq müxtəlifdir və təxminlər 17 milyondan 80 milyona qədər əvvəldə hər hansı bir yerdə ayrıldığınə göstərir. Bəzi araşdırmaçılar Teinolophos olaraq adlandırılan yaşı 100 milyondan çox olan Avstraliyada yaşayan qədim canlının ilk platypus (ornitorenk) olub ola bilməyəcəyi ilə maraqlandılar. Əgər elədirsə, bölünmənin tarixi çox daha uzaqda davam edə bilər. Teinolophos skeletlərinin araşdırmalarından çıxan nəticə növün platypus ya da bəzi ümumi monotrem əcdadı olub olmadığını tam şəkildə ortaya qoymur. Austin'də Texas Universitetindən Timothy Rowe və araşdırmaçı qrup yoldaşları yüksək keyfiyyətli X-ray tomoqrafiya ilə araşdırmaq üçün darama yolu ilə kəllə sümüyünün şəklini çıxardılar.

Burun Rentgeni

Testlər böyüdülmüş kanalın çənəsi, şəkli və ölçüləri ilə çalışılan platypusların göstəricisi olduğunu, lakin yexidnaların göstəricisi olmadığını ortaya çıxardı. Müasir heyvanlarda, bu kanallar sinirlər və qanla birlikdə platypuslarda daha xüsusiyyətli dimdiyi təmin edir. Eyni şəkildə heyvanların dişlərinin araşdırılması platypuslarda ortaq xüsusiyyətlər göstərdi, amma yexidnalarda ortaq xüsusiyyət göstərmədi.

Bu, növün 100 milyon il əvvəl ortaya çıxmasından əvvəl bu iki qrup arasında ayrıldığını göstərdi. Bu iki nəticə necə uzlaşır? Platypus-yexidnanın ayrılması zamanı digər məməlilərdə müşahidə edilən ardıcıllıq dəyişməsinin nisbəti əsasa alınaraq hesablanmışdır. Amma əgər monotremlər digər məməlilərdən daha yavaş təkamülləşibsə, Rowe'un göstərdiyi kimi, tədqiqatçılar yığılan mutasiyalar üçün verilən zamanı əskik dəyərləndirmiş ola bilərlər. Rowe, bu monotremlərin həqiqətən yavaş bir təkamül əhvalatı ola biləcəyini söylədi.

Monotrem təkamülündə araları tam olaraq nə ifadə etdiyi müəyyən deyil. Rowe monotremlərin ümumiyyətlə yavaş maddələr mübadiləsinə və uzun artım zamanına sahib olduğunu iddia edir. Hər ikisi də nəzəri olaraq təkamül dəyişikliyinin nisbətini yavaşlada bilər. Əgər monotremlər ekoloji taxça üçün uyğun olsaydı bu da dəyişiklik üçün seçmə təzyiqinin azalmış olmasını gözləyə biləcəyimiz mənasını verərdi. Rowe, varlığın ehtimalla təkamülləşməyə ehtiyacı olmadığını düşündü, çünki onların ovçuluq qabiliyyətləri çox yaxşı idi: platypusun dimdikləri ovun yaydığı müəyyən elektrik siqnalları üçün olduqca həssas sinir uclarına malikdir.

David Wake, Kaliforniya Berkeley Universiteti təkamülçü bioloqu, bu kəşfin həqiqətən əhəmiyyətli olduğunu söylədi. Amma David Wake'in çənə sümüyü məsələsinə fərqli həlli var. O, canlının platypus olmadığını düşündüyünü söylədi. David Wake, daha əvvəl var olmuş digər köhnə bütün monotremlər haqqında heç bir şey bilmədiklərini söylədi. David Wake, gələcək fosil tapıntılarının çənə sümüyünün vəzifəsini dəyişdirə biləcəyini düşünür. Məsələn, kanal iki dəfə təkamülləşə bilər, əvvəl bir dəfə bölünmüş və sonra bölünərək. Əgər bu vəziyyətdə olsa, Avstraliyada çənə sümükləri bu cür olanlar platypus və yexidnalar arasında əvvəlcədən ayrılmış ola bilər.


Qaynaq: Nature
daha ətraflı...

Ara keçid gözümüzün önündə

Scelotes - ilana həddindən artıq çox bənzəyən canlı əslində bir kərtənkələ növüdür. Növün çoxunda ön ayaqlar yox olmuş (və ya çıxıntı halında qalmış) olsa da, bu növdə heç bir işə yaramayan ön ayaqlar hələ də durur. Növlərin hər birində qumu qazmağa yarayan, dəmək olar ki korlaşmış və sümük quruluşuna uyğun olmayan funksiyalara sahib olan arxa ayaqlar mövcuddur. Bu ayaqların sümük quruluşuna baxsaq, əvvəllər növün sürünmək yerinə ayaqları üzərində rahat yeriyə bildiyini görmüş olarıq. Ancaq təkamül prosesi nəticəsində bu sümüklər ayaqlarla birlikdə korlaşmışdır. Hər arxa ayağının ucunda iki kiçik pəncəcik var və bu pəncəciklər sayəsində torpağı qaza bilir. Ümumiyyətlə ayaqlarını yerimək üçün deyil, torpağı qazmaq üçün istifadə edir. İlanların necə təkamülləşmiş ola biləcəyinə dair möhtəşəm ara keçid nümunəsidir.
daha ətraflı...

April 8, 2013

Üzgəclər Necə Ayaq Oldular?

Onurğalıların sudan çıxıb quru həyatına başlaması həyatın tarixindəki əhəmiyyətli hadisələrdən biri olmuşdur. Cell Press jurnalının dekabr ayı buraxılışındaki "Developmental Cell" hissəsində olan araşdırma, əl və ayaqların təkamülünün, müəyyən genləri aktivə edən yeni DNT parçalarının qazanılmasıyla ortaya çıxdığını göstərir.

İspaniyanın Sevilla şəhərindəki Pablo də Olavide Universiteti CSIC'də işləyən Prof. José Luis Gómez-Skarmeta hadisəni belə şərh edib: "Hər şeydən əvvəl bu tapıntı, gen ifadəsi üzərindəki dəyişikliklərin bədənimizi necə dəyişdirdiyini anlamağımızı təmin etdi. Bəzi genetik xəstəliklər orqanların inkişafına mənfi istiqamətdə təsir edir. Üzvlərin meydana gəlməsindən məsul olan genlərin funksiyasını tam olaraq yerinə gətirə bilməməsi də SPD və HFGS kimi xəstəliklərə yol açır.
"

Üzgəclərin üzvlərə necə təkamülləşmiş ola biləcəyini anlamaq üçün Prof. Gómez-Skarmeta və Fernando Casares zebra balığı embrionunun üzgəcləri qisminə bədən parçalarının fərqliləşməsini idarə edən Hoxd13 geni əlavə etdilər. Çaşdırıcı bir şəkildə, genin əlavə olunduğu qismdə üzgəc toxumasının azaldığı müşahidə ediləcəkkən qığırdaq yaranması müşahidə edildi. Bu dəyişiklik yer heyvanlarının üzvlərinin meydana gəlməsinin əsas nöqtələrini yekunlaşdırır. Araşdırmaçılar, bu Hoxd13 nəzarət mexanizminin keçmişdə Hoxd13 geninin ifadə səviyyəsini artırıb-artırmadığını anlamaq üçün daha bir sınaq təşkil etdilər. Bunun üçün siçandaki embrionik üzvlərin ifadəsini idarə edən, lakin balıqlarda olmayan bir DNT nəzarət mexanizmi istifadə etdilər.

Prof. Casares, "Siçandan alıb zebra balığına köcürdüyümüz Hoxd13 nəzarət mexanizminin üzgəc layihəsinin meydana gəlməsini təmin edən geni aktiv etmə xüsusiyyəti olduğunu gördük. Bu nəticə, bu nəzarət mexanizmini aktivləşdirən molekulyar qurğunun balıqların və quru heyvanlarının son ortaq əcdadında olduğunu sübut edir" - deyə sözlərini bitirdi.


Qaynaq: ScienceDaily
daha ətraflı...

Darwin göyərçinlər barədə haqlı idi

İnsanlar göyərçin cinslərini istədikləri xüsusiyyətlərinə görə hər görünüşə, rəngə və davranış xüsusiyyətinə sahib olacaq şəkildə dəyişdirirdilər. Bu müxtəlifliyin mənbələri ilk dəfə Darwin tərəfindən tutulmuşdu və o da, öz göyərçinləri üzərində təkamül təcrübələri etmişdi. İndi isə bir neçə yerli və vəhşi göyərçin növünün genomları ilk dəfə düzüldü və bu sayədə, elm adamları, göyərçinlərin fərqli növ və cinslərinin günümüzdəki xüsusiyyətlərini necə qazandığını və bu xüsusiyyətlərin necə təkamülləşdiyini dəqiq şəkildə anlamağı bacardılar.

31 Yanvar 2013 tarixində, Science jurnalında nəşr olunan məqalə, məlum olan bütün göyərçinlərin vəhşi qaya göyərçinindən (Columba livia) təkamülləşdiyini göstərir. Salt Lake City'dəki Utah Universitetindən olan və məqaləni hazırlayan tədqiqatçılar arasında olan prof. Michael Shapiro belə deyir:



"Təcrübəmiz sayəsində, əvvəllər göyərçinlərə aid tək bir geni belə dəqiq bir şəkildə bilmirdik, lakin artıq əlimizdə göyərçinlərin bütün genomu olduğu kimi, hər bir xüsusiyyətin hansı gen tərəfindən idarə edildiyini biləcək qədər də ətraflı məlumata sahibik."

Tədqiqat fərqli göyərçin növləri arasındakı məlumat boşluqlarını tamamilə doldurur. Bu göyərçinlərin çoxunun mənşəyi Orta Şərqə söykənir. Darwin, bütün göyərçin növlərinin vəhşi qaya göyərçinindən təkamülləşdiyini irəli sürmüşdü. Shapiro araşdırmalarının nəticəsi Darwinin iddiasını təsdiqləməklə qalmayıb, bir addım daha irəliyə apardığını göstərir. Bundan başqa araşdırmanın nəticələrinə görə küçə göyərçinləri mərmi göyərçinlərinə çox yaxın bir qohum növdür.

Aparılan araşdırmanın Darwinin müşahidəyə söykənən təxminlərini təsdiqləməsi, Təkamül Nəzəriyyəsinin təməllərinin nə qədər möhkəm olduğunu və təkamülün fərqli tərəflərdən təsdiqlənə biləcəyini bir daha sübut etdi.


Qaynaq: Sciencemag
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top