May 20, 2013

Mutasiyalar

Bu yazımızda mutasiyalara ətraflı toxunacağıq və bəlkə də bəzi qaranlıq və çətin anlaşılan məsələləri aydınlaşdırmaq baxımından ən əhəmiyyətli yazılarımızdan biri olacaq. Çünki təəssüf ki bu gün bəzi elmdən həqiqi mənada anlayışı olmayan qaynaqlar və elm yerinə bu qaynaqları çatdıran Təhsil Nazirliyi kimi təhsil müəssisələri üzündən mutasiyalar, Təkamül Nəzəriyyəsinin mərkəzinə yerləşdirilməyə çalışılır. Bunun səbəbi aydındır: Elmi bir həqiqətə, lakin içərisindəki təsadüfilik ünsürləri önə çıxarılaraq, "Baxın, hər şeyə təsadüf gözüylə baxırlar!" şəklində şərhlər edərək elmə, elmin və elm insanlarına gözü bağlı təhqir edərək hücum edirlər. Bu insanların və təşkilatların etdiyi də açıq-aşkar budur. Hələ mövzu haqqında zəngin məlumata sahib olmayan
daha ətraflı...

May 17, 2013

İtlərin təkamülü 32.000 il əvvəl başladı

İnsanlarla itlər yaxşı dostdurlar. Yeni araşdırmalar bu iki növün təkamül tarixlərinin birlikdə başladığını göstərir. 3 gün əvvəl Çin Elm Akademiyası tərəfindən aparılan tədqiqata görə, 32 min il əvvəl qurdlardan ayrılan itlər, bu zamandan etibarən beyin və həzm sistemi orqanlarının inkişafında insanlara bənzər dəyişikliklər sərgilədi.

Nature Communications jurnalında yer alan araşdırmada eyni zamanda, itlərin düşündüyümüzdən daha qədim zamanlarda əhilləşdirildiyi fikri müdafiə edildi. İtlər və insanlar, ortaq həyat sahəsi mənimsəmələri sayəsində təkamül proseslərində də bənzərliklər ortaya qoymuşdurlar.

Tədqiqatçılar, "Əhilləşmə, əhali sıxlığının artması və sıx mühitlərdə həyatın önə çıxardığı bir anlayış olaraq, insan və itlərin içində olduğu çətin həyat şərtləri, hər iki növün də şəriklik tapdığı bir "seçmə təzyiqi" ortaya çıxarmış ola bilər" deyə bildirdilər.

Elm adamları, qurdların dəqiq olaraq nə vaxt əhilləşdirildiklərini və insanın ən yaxın dostu halına çevrildiklərini bilmirdilər. Sibir dağlarında tapılan it kəllə sümüyü fosili, itlərin qurdlardan ayrılaraq ilk dəfə təxminən 32 min il əvvəl əhilləşdirilmiş ola biləcəyinə dair məlumatlar verir. Genetik analizlər isə itlərin Çində ilk olaraq 16 min il əvvəl əhilləşdirildiklərinii ortaya qoyur. Elm dünyasında qəbul edilən ümumi görüş isə itlərin insan həyatına 10 min il əvvəl yaxşıca uyğunlaşma təmin etdiyi istiqamətində idi.

Çinli genetik alim Guo-dong Wang və həmkarları, dörd qurd, üç Çin iti, bir Alman çoban iti, Belçika Malinoisi və Tibet çoban iti növlərinin DNT-ni yaxşıca araşdırdı. DNT analizləri, itlərin qurdlardan 32 min il əvvəl ayrıldığını və yeni bir təkamül cığırına daxil olduğunu göstərdi.

NBC News'un yaydığı xəbərə görə, tədqiqatçılar, Çinə xas olan itlərin, itlərin ümumi əhilləşdirilmə müddətində əskik hissəni təmsil edə biləcəyini bildirdilər.

32 min il əvvəlindən etibarən itlərin mərhələli olaraq insan həyatına girdiyi və zaman içində it populyasiyalarında ani enişlər yaşanmadığı bilinərkən, insanların verdikləri qida artıqlarıyla bəslənməyə başlayan itlər həyatımızın bir hissəsi oldular.

Guo-dong və onun qrupu, əldə etdikləri nəticələri insan və it genləriylə müqayisə etdi. Nəticələr, iki növün həzm orqanları və metabolizmində bənzər genetik dəyişikliklər göstərdiyinə işarə etdi. Nümunə olaraq, it və insanlarda olan kolestrol daşıyıcı genin bənzər olduğu məlum oldu. Bu əhəmiyyətli tapıntının, insan və itlərin bir yerdə yaşadığı mühitlərdə heyvan sayına müqayisədə bitki nisbətinin azalmasından qaynaqlanmış ola biləcəyi də həmçinin bildirildi. 

Araşdırmada, beynin də təkamül müddətində bəzi oxşarlıqlar olduğu kəşf edildi. Belə ki, beyində olan kimyəvi maddə - serotoninə təsir edən genlərin bənzər olduğu aydın oldu. İnsanlarda serotoninə təsir edən genlərin fərqliliyi aqressivlik ölçüsünü təyin edir.


Qaynaq: Nature
daha ətraflı...

May 16, 2013

Klonlama üsuluyla ilk insan kök hüceyrəsi yaradıldı

ABŞ-dan olan elm adamları bu gün ilk dəfə klonlama üsuluyla insan kök hüceyrəsi yaratdıqları xəbərini yaydılar. Bunun üçün klon qoyun Dolly'nin inkişaf etdirilməsini təmin edən bir metodu istifadə etdiklərini bildirən Portland'daki Oregon Sağlamlıq və Elm Universitetindən olan alimlər, hədəflərinin insan klonlamaq olmadığını isə xüsusilə vurğuladılar.

Yaradılan kök hüceyrələrin hər cür hüceyrə istehsalında istifadə edilə bilmə ehtimalı səbəbiylə, gələcəkdə xəstə və ya yaralanmış hüceyrələri əvəz edərək istifadə edilməsi hədəflənir.

"Cell" adlı elm jurnalında nəşr olunan tədqiqatı aparan Şokrat Mitalipov başçılığındakı qrup, təcrübəni parkinson, skleroz (MS), ürək xəstəlikləri və onurğa iliyi yaralanmaları kimi bir çox narahatlığın müalicəsi istiqamətində böyük bir addım olaraq görür.

Elm adamları bir dəri hüceyrəsindən alınan genetik materialı, hüceyrə nüvəsi çıxarılmış bir yumurta hüceyrəsiylə birləşdirməyə nail oldular.  

Şokrat Mitalipov, "Edilən detallı araşdırma bu üsulla əldə edilən kök hüceyrələrin normal embrionik kök hüceyrələr kimi digər bir çox fərqli hüceyrə tipinə çevrilə bildiyini təsdiqləmişdir" deyə açıqlama verdi.

Qaynaq: ntvmsnbc
daha ətraflı...

İnsanın mənşəyini maraqlandıran yeni tapıntı

Binghamton Universitetində işləyən bir antropoloq tərəfindən icra edilən və bu həftə PNAS jurnalında nəşr olunan tədqiqatda, qədim dövrlərdə Cənubi Afrikada yaşamış iki fərqli insan əcdad növünə aid olan qulaq sümüyünün hissələri tapılmışdır. Bu tapıntı, müasir insanların mənşəyindən xəbər verə bilər.

Bu kiçik qalıq sümükləri, insan skeletində, digər sümüklərlə müqayisədə doğuşdan yetkinliyə gələnə qədər eyni qalır. Bu səbəbdən, onların formaları baxımından kiçik olmasına baxmayaraq, bu təkamül məlumatının çox güclü bir genetik xəzinə içində olduğunu göstərir.

Araşdırma, Binghamton Universitetində antropoloq olan Rolf Quam başçılığında ABŞ, İtaliya və İspaniyadaki elmi təşkilatlardan qatılan tədqiqatçıların yaratdığı Beynəlxalq bir tədqiqat qrupu tərəfindən icra edilmişdir. Qrup, erkən dövrlərdə yaşamış hominid növlərindən "Paranthropus robustus""Australopithecus africanus"ların üç fərqli qulaq içi sümüklərini analiz etdilər. Bu əhəmiyyətli məlumatlar, Cənubi Afrikada yerləşən "Swartkrans və Sterkfontein" adlı mağaralarda əldə olundu.

Tədqiqatçılar, işin bir neçə əhəmiyyətli tapıntısını hesabat qatdılar. Malleus adlı qalıq parçası insan kimi, görünüşləri və ölçülərinə görə ən yaxın qohumlarımız olan oranqutan, şimpanze və qorillalardan fərqli olduğundan ayırd edilə bilər. Bu erkən insan əcdadlarımızın kəllə, diş və skelet strukturları bir çox baxımdan homo sapiens'ə (müasir insan) görə primitivdir. Bu hominid növlərinin xüsusilə də Malleus'daki anatomik dəyişiklikləri bizim təkamül tariximizə təsir etmiş ola bilər. Quam'a görə "İnsanın təkamülündə iki ayaq üzərində dik durma, yerimə və it dişlərinin inkişafı əhəmiyyətli bir faktordur".

Araşdırılan Malleus adlı qalıq, bildiklərimizi dəyişdirəcək şəkildə yenilik etməyimizi təmin edə bilər. Quam, "Tapılacaq hər erkən dövrlərə aid yaşamış insanabənzər fosili bu iddialarımızı sübut edə bilər" deyə bildirir. Malleus'un iç qulaq sümük hissələri, müasir oranqutan, şimpanze və qorilla növləriylə müqayisədə daha çox inkişaf etmişdir. Həmçinin Quam, "Bu tapıntılar, insanlarla meymun növlərini bir-birindən ayıra və təkamül müddətindəki dəyişmələri təsdiq edə bilər" deyir.

Bu insan əcdadlarının daxili və xarici qulaq sümüklərindəki anatomik fərqliliklər müasir insanla müqayisə edildikdə, bu ilk insanabənzər əcdadların eşitmə tutumlarının bizimkilərlə eyni olduğunu görmək olar. Bu iş qəti olaraq bunu göstərir ki qrup, yüksək səviyyəli 3 ölçülü virtual rekonstruksiya istifadə edərək bu ilk homonidlərin qulaq içinin funksional quruluşunu çıxarmışdırlar. Qrup Şimali İspaniyadakı Sierra də Atapuerca adlı mağarada tapılan 500 min illik insan qalıqlarına da eyni texnikanı tətbiq etmişdi. Qrup üzvləri bu mağarada yaşamış olan Neandertal insanlarının da Homo sapiens kimi bir qulaq asma duyğusu olduğunu deyirlər. Müasir insanın qulaq asma duyğusunun isə AustralopithecusParanthropus insanlarından təkamülləşərək dövrümüzə qədər gəldiyini asanca deyə bilərik.

Qaynaq: ScienceDaily
daha ətraflı...

May 15, 2013

30 dəqiqə ərzində nəfəs almadan yaşaya biləcəyik

Boston Uşaq Xəstəxanasında təcrübələr aparan bir tədqiqat qrupu, qan axışına oksigen əlavə edilməsini təmin edən bir mikro hissəcik inkişaf etdiməyə nail oldu. Kəşf sayəsində, insanların ağciyərlərindəki havanı istehlak etmək, yəni tənəffüs etmədən oksigen ehtiyacını qarşılaya bilmək yolunda böyük addım atılmış oldu.

TechWench saytının yaydığı xəbərə görə, tənəffüs çatışmamazlığından ölüm təhlükəsi yaşayan xəstələr ən az 30 dəqiqə boyunca həyatda qala biləcəklər. Bu müddət, tənəffüs çatışmamazlığı səbəbiylə meydana gələn infarkt üçün kafi hesab edilir. 

Qana oksigen əlavə edə bilən yeni mikro hissəcik, qırmızı qan hüceyrələrinə nisbətdə üç-dörd qat daha çox oksigen daşıyır. Oksigen, yağdan çıxarılan hüceyrə divarını təmsil edən hissəcikdə yığılır. Hüceyrə divarının yağdan olması, əvvəllər müxtəlif materiallardan yaradılan hissəciklərlə müqayisədə, elastikliyi sayəsində qanın kapilyar damarlarda dayanmamağını, dövr etməsini təmin edir. 

Prof. John Kheir'in başında durduğu tədqiqat qrupu, tibb sahəsində yeni cığır aça biləcək kəşfi tənəffüs çatışmamazlığı çəkən gənc bir xəstəni itirmələrindən sonra həyata keçirdi. Sətəlcəm olan gənc qız, ağciyərləri qanla dolmağa başladıqdan sonra müdaxilə edilə biləcək kifayət qədər vaxt olmadığı üçün ani ürək dayanması nəticəsində həyatını itirdi. 

Elm adamları, qana oksigen köçürmə üsulunun tibbdən başqa hərbi və digər sahələrdə də istifadə edilə biləcəyini bildirdilər. Bu kəşf gələcəkdə sualtı dalğıcların 30 dəqiqə ərzində quruya çıxmadan yaşamağını təmin edə biləcək.

Qaynaq: ntvmsnbc
daha ətraflı...

Oranqutan Zəkası və Təqlid Etmə Bacarığı

Bu möhtəşəm fotoşəkil 2008-ci ildə nəşr olunan "Meşənin Mütəfəkkirləri: Oranqutan Hesabatı" adlı kitabda yayımlanmışdır. Kitabın müəllifləri Schuster, Smits və Ullal ilk dəfə bu qədər dəqiq üsulla, bir alət istifadə edərək ov edən bir oranqutan fotoşəklinin çəkildiyini deyirlər:

"...Bir erkək oranqutan budaqlardan tutunaraq suyu bir çubuqla qarışdırır və bu şəkildə balıqları ovlamağa çalışır. Bu qeyri-adi və Dünya səviyyəsində olduqca yayılan fotoşəkil, Borneo'da yerləşən Kaja adasında çəkilmişdir. Bu fərd bölgədə, Gohong çayı
daha ətraflı...

May 14, 2013

"Harun Yahya"nın saxtakarlıqları

Harun Yahya ləqəbli elm düşməni Adnan Oktarı yəqin ki çoxları tanıyır və kim olduğunu yaxşı bilirlər. Əsas məsələ isə tam başqa mövzunu əhatə edir. Bu insan yazdığı kitablarında (əslində fərqli qaynaqlardan tərcümə etdiyi) təkamül təliminə zərbə endirmək üçün əlindən gələn saxtakarlığı edir. Buna səbəb bir çox şey ola bilər, lakin düşünürəm ki bu yazıda həmin səbəblər
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top