May 31, 2013

Təbii Seçmə

Bu yazımızda təbiət gerçəyi olan Təkamülün ən təsirli və güclü mexanizmindən, Təbii Seçmədən bəhs edəcəyik. Xüsusilə, Təbii Seçmənin əhəmiyyəti və gücünü izah etməyə çalışacağıq. Bu səbəbdən oxuyarkən darıxmayacağınızı və yeni məlumatlar öyrənə biləcəyinizi düşünürük.

Yazımızda, Təbii Seçməni daha qısa cümlələrlə, dəqiq bir şəkildə izah etmək istəyirik: İlk olaraq, canlılarda genetik müxtəliflikdən irəli gələn bir çox fərqlilik olduğunu bilirik. Məsələn siz, əkiz olmayan bir qardaşınızdan və ata-ananızdan olduqca fərqlisiniz. Bu xarici görünüşün cəminə "fenotip" deyilir. Bunu təyin edən genetik quruluşun cəminə isə "genotip" deyilir. Genotipiniz, fenotipinizi və digər hər şeyinizi təyin edir. Təbii Seçmə, fenotiptəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Həyatda qala bilən və ya daha asan şəkildə qala bilən bir canlı, törəyə biləcək və balalarına öz genetik materialının yarısını (meyoz bölünmə) ötürə biləcək. Bu yarım genetik materialın içərisində özünü təbiətə qarşı üstün edən genlərin olma ehtimalı da yüksəkdir. Hər bala, genlərinin yarısını anasından, digər yarısını isə atasından alır. Bunların cəminin yaratdığı müxtəliflik, əgər balanın mühitə daha adaptasiya olmasını təmin edirsə, bala daha asan həyatda qalır, böyüyür və törəyir. Bunun nəticəsində, özünü daha üstün edən kombinasiyanın yarısını balalarına köçürür. Təbii Seçmə, bu şəkildə, davamlı olaraq, nəsillərə aid fərdləri məğlub etdirir və ya "sürüşdürür".

Təbii Seçmə ilk etapda xarici xüsusiyyətlər üzərində təsirli olur. Yəni, genetik xüsusiyyətlərinizin (genotip) necə olduğuna baxılmadan, bunların xarici xüsusiyyətləriniz üzərindəki təsirləri araşdırılaraq, Təbii Seçmənin işləmə mexanizmi aydın ola bilər.

Təbii Seçmənin çox qədim bir tarixi var. Bəzi canlıların təbiətə qarşı təsadüfi bir şəkildə daha üstün hala gəldikləri fikirini ilk irəli sürən adam e.ə. 450-ci illərdə yaşamış olan Empedokldur. Daha sonra şagirdi Lukretius, daha sonra Aristotel, əl-Cehiz kimi adlar həyat mübarizəsini təyin etmiş və inkişaf etdirmişdir. Həmçinin Biruni, təbiətdə bu tip bir seçmə olduğunu irəli sürmüşdür. 18-ci əsrdə bir müddət fasilədən sonra təkrar gündəmə gələn Təbii Seçmə fikri, Pierre Luis Maupertius tərəfindən aktuallaşmışdır. Lakin bütün bunların fikirlərindən yola çıxıb, möhtəşəm bir müşahidə gücü və müqayisə qabiliyyətiylə, ətraflı şərhləriylə irəli sürən və o günə qədərki Platonçu və Lamarkçı izahlardan təmizləyən adam, 19-cu əsrin dahisi olaraq xatırlanan Çarlz Robert Darvin'dir.

Çox uzun sürəcəyi üçün, bu fikrin Darvində necə inkişaf etdiyini izah etməyəcəyik. Amma bir neçə əhəmiyyətli məsələdən bəhs etmək lazımdır. Darvin, Biql səfərinə çıxdığı illərdə, Christ's College'də oxuyurdu. Bura, rahib alimlər yetişdirən bir teologiya (din-elm) məktəbi idi. Burada Darvin, məşhur bir botanikaçı teoloq olan John Stevens Henslow'un rəğbətini qazanmışdı. Henslow təbiətdə müəyyən səbəblərdən bu qədər böyük bir müxtəliflik və canlılar arasında kiçik fərqliliklər olduğunu düşünürdü. O dövrə qədər bir çox insan İncildəki yaradılışı təsdiq etməyə çalışmışdı, lakin konkret dəlillərə çatılmamışdı. Bu səbəblə Henslow, İncildəki yaradılışın gözəlliyi və gücünü sübut etmək və konkret tapıntılar əldə etmək üçün, ən parlaq şagirdlərindən biri olan Çarlz Darvini seçmiş və Biql gəmisinin çıxacağı səfər üçün Kapitan Robert FitzRoya onu təklif etmişdi. Yəni Darvin, həmin vaxt rahib olmaq üçün təhsil alırdı və güclü bir şəkildə yaradılışa inanırdı. Biql təklifini qəbul etmə səbəbi də təbiətə olan inanılmaz eşqi və yaradılışı elmi olaraq isbat edən ilk adam olma arzusu idi. Darvinin səfəri tam 5 il davam etdi və yaradılışı sübut etmək baxımından xəyal qırıqlıqlarıyla dolu keçdi. Lakin heç bir zaman, Təkamül Əleyhdarlarının iddiasındakı kimi Qalapaqos adalarında "vəhy enmiş kimi" Təbii Seçmə qanununu tapmadı; onsuz da özündən əvvəlki bir çox insan bu fikri irəli sürmüşdü. O isə, bu fikirlərin nə qədər doğru, yaradılış inancının isə nə qədər əsassız olduğunu, 5 illik çalışma və tədqiqatlar nəticəsində gördü və bu müşahidələrini elmi bir təlim halına gətirdi. Bu təliminin mərkəzinə də, eynən Cazibə Qüvvəsi kimi bir fakt olan Təbii Seçməni yerləşdirdi.

Təbii Seçmə, həqiqətən də olduqca güclü və təsirli bir təbiət qanunudur. Çünki vəhşi təbiət, bu anda evinizdə oturduğunuzda xəyal edə bilməyəcəyiniz qədər kompleks proseslər üzərinə qurulmuşdur və ən kiçik bir səhv ölümlə nəticələnir. Hərçənd heç bir canlı mükəmməl olmadığı və Müxtəliflik Mexanizmləri sayəsində davamlı olaraq canlılar arasında bəzi fərqliliklər meydana gəldiyi üçün (əkiz olmayan qardaşınızdan və ata-ananızdan nə qədər fərqli olduğunuzu düşünün), təbiətdə bəzi canlılar mühitə uyğunlaşmış, bəziləri isə uyğunlaşa bilməmişdir. Bu, təbiətdə davamlı bir seçmənin olmasını da özü ilə gətirməkdədir. Çünki ilkin canlılıqdan bəri təkamülləşən "var olma məqsədimiz" aydındır: Həyatda qalmaqtörəmək. Bunun xaricindəki bütün həyat məqsədləri (sənət, musiqi, əyləncə, dinclik, din, və s.) insan tərəfindən zəkanın təkamülüylə birlikdə uydurulmuşdur və başqa heç bir canlıda bu ikincil həyat məqsədləri yoxdur. Bu ikincili məqsədlərin təbiət üçün heç bir mənası yoxdur və etibarsızdır. Bu uydurulmuş həyat məqsədlərindən hər hansı birini və hətta heç birini etmədən nəslinizi və varlığınızı davam etdirə bilərsiniz - ki təbiət üçün əhəmiyyətli olan, nəslin artırılmasıdır. Məsələn, insan növü həyatda qalma mübarizəsinə son versə və ya törəməkdən imtina etsə, ən yaxşı ehtimalla 90 ildə tək bir insan fərdi belə həyatda qalmaz və insan növünün nəsli kəsilər. Bu səbəblə, insanların da, özü kimi olan digər bütün heyvanlar və canlılar kimi var olmasında tək məqsədi həyatda qala bilmək və çoxalmaqdır.

Təbii Seçmə, təməl olaraq bunlardan birincisiylə, həyatda qalmaqla əlaqəlidir. Təbiətdəki bəhs etdiyimiz müxtəlifliklər səbəbiylə, üstün olanlar davamlı olaraq seçilir və gələcək nəsillərə özlərindəki üstün xüsusiyyətləri təmin edən genləri köçürmə şansı əldə edirlər. Bunun nəticəsində, hər dəfəsində, bir qədər daha çox üstün gen köçürülür və hər yeni nəsildə meydana gələn bala fərdlərin mühitə daha da adaptasiya olmaları təmin edilir. Buna "təcrübəli seçmə" (təcrübəli təkamül) deyilir.

Bu yerdə, mövzuyla əlaqəli bir başqa təbiət həqiqətini vurğulamalıyıq: Təkamül keçirən fərdlər deyil, populyasiyalar və nəsillərdir! Bunu anlamaq, bir neçə digər yazımızda da bildirdiyimiz kimi çox əhəmiyyətlidir. Bu, bir çox səhvləri aradan qaldıracaq. Bu qanunun iddia etdiyi budur: Canlılar, tək-tək təkamülləşmirlər. Yəni heç bir X canlısının tək bir fərdi (məsələn bir antilopun ya da insanın) ömrü ərzində dəyişib təkamül keçirə bilməz. Bunun yerinə, bir nəsildəki ya da populyasiyadakı ən üstün fərdlər davamlı olaraq seçilir və balalarına genlərini köçürürlər. Beləcə, nəsillər boyunca, təcrübəli bir irəliləmə müşahidə edilir; tək-tək fərdlərdə və fərdlərin ömürləri boyunca deyil. Qısacası, Təkamülü araşdırmaq üçün tək bir canlını ələ alıb müşahidə edə bilməzsiniz, o canlının nəsillər boyu, bütün qohumlarını (əcdadlardan müasirlərə qədər) ələ almağınız və araşdırmağınız lazımdır.

Bunun nəticəsində, məsələn bir mühitdə daha güclü pəncələrə sahib olmaq bir üstünlükdürsə, davamlı olaraq, eyni populyasiya daxilindəki ən güclü pəncəlilər həyatda qalmağı daha asan bacaracaq. Bunun nəticəsi nədir? Artmaq üçün daha çox enerjiyə sahib ola biləcəklər, daha üstün hala keçərək dişiləri daha asan özlərinə cəlb edə biləcəklər və hətta dişilər daha asan ov edən erkəkləri seçəcəyi, erkəklər daha müvəffəqiyyətli dişiləri seçəcəyi üçün yenə üstün mövqeyə keçmiş olacaqlar. Hətta, daha asan ov edən bir fərdin cütləşmək üçün yalnız daha çox enerjisi deyil, daha çox zamanı da olacaqdır. Bu kimi faktorlar sayəsində daha çox törəyə biləcək və özündəki güclü pəncə variasiyasını təmin edən genləri balalarına (gələcək nəsillərə) köçürə biləcəklər. Beləcə balalarda da bu xüsusiyyətin görünməsi ehtimalı artacaq. Digər tərəfdən, gücsüz pəncəli bir fərd, ov etməyə çalışdığından çoxalmağa zaman və enerji tapa bilməyəcək və ya dişilərə təsir edə bilməyəcək və ölüb, artma şansını tamamilə itirəcəkdir. Bu səbəblə də özündəki bu nisbi olaraq zəif variasiyaya səbəb olan genləri balalarına köçürə bilməyəcək. Seçmə məhz belə işləyir.

Burada bunu anlamaq çox əhəmiyyətlidir: Pəncə nümunəmizdə olduğu kimi və ya ağılınıza gələ biləcək hər hansı bir başqa nümunə üçün əhəmiyyətli olan, ətrafmühit şərtləridir. Təkamül araşdırıldıqda, mütləq çox istiqamətli bir tədqiqat aparmaq lazımdır. Çünki Təkamülə təsir edən yüzlərlə, minlərlə amil ola bilər. Məsələn, 100 il boyunca bir mühitdə güclü pəncələrə sahib olmaq üstünlük təmin edə bilər, amma çox sürətli qaçmaq o qədər də əhəmiyyətli olmaya bilər. Lakin mühitdə meydana gələ biləcək hər hansı bir dəyişiklik (ov-ovçu tarazlıqlarının dəyişməsi, quraqlıq, zəlzələlər, bitki örtüyünün dəyişməsi, iqlim və s.) nəticəsində tarazlıqlar tərsinə dönə bilər və güclü, qalın, əzələli pəncələrə sahib olmaq yerinə, daha sürətli qaçmaq üstün hala gələ bilər. Bu vəziyyətdə, seçmə də anında tərsinə dönəcək və güclü pəncəlilərin yerinə sürətli qaçanlar dəstəklənəcək. Bu da, seçmənin və dolayısı ilə təkamülün tək bir istiqaməti olmadığını göstərir. Əvvəldən təyin edəcəyiniz və ya təxmin etməyə çalışacağınız istiqamət, əvvəldən təxmin edilə bilməyən ətraf şərtləriylə birlikdə davamlı və təsadüfi olaraq istiqamət dəyişdirir.

Eyni zamanda, tək bir xüsusiyyətin dəyişməsi də tək istiqamətli deyil. Məsələn pəncənin təkamülləşə bilməsi üçün, yalnız pəncəni təşkil edən əzələlərin inkişafı kifayət deyil. Bu əzələlərin bağlandığı sümüklər, sümükləri bir-birinə bağlayan bağlar, qonşu əzələlər, buna bağlı olaraq beyindəki bəzi idarəetmə mərkəzləri, bu bölgələrin dəyişməsinə bağlı olaraq bəzi digər orqanlar, bu orqanların dəyişməsinə bağlı olaraq bəzi sistemlər, pəncələrin inkişafına bağlı olaraq sinir və qan dövranı sistemləri və bir çox amil təkamülləşməli və bu pəncə təkamülünə adaptasiya ola bilməlidir. Yəni pəncə təkamülləşsə də, lakin beynin pəncəni nəzarət edən hissəsi bu yeni vəziyyətə adaptasiya ola bilməsə, bu yenə canlı üçün uğursuz olacaq. Və ya pəncə təkamülləşərsə, pəncəni qidalandıran damarlar və sinirlər buna görə adaptasiya ola bilməzlərsə, pəncə gücsüz qalacaqdır. Dediyimiz kimi, Təkamül çox istiqamətlidir və tək bir baxımdan araşdırıla bilməz.


Təbii Seçmənin 3 əsas növü var:

1) İstiqamətli Təbii Seçmə

İstiqamətli Təbii Seçmə, az əvvəlki pəncə nümunəmizdə olduğu kimi, müəyyən bir xüsusiyyətin üstün olduğu vəziyyətlərdə, Təkamülün müvəqqəti o istiqamətə doğru irəliləməsi və o xüsusiyyətə sahib olan fərdlərin üstün mövqeyə keçmələridir. Amma bu istiqamətin davamlı və təbiət şərtlərinin təsadüfi dəyişməsiylə dəyişə biləcəyini unutmayın. Seçmə adı sizi çaşdırmasın.

















Yuxarıda görə biləcəyiniz kimi, İstiqamətli Təbii Seçmə nəticəsində, orijinal populyasiyadakı bir xüsusiyyətin paylaşılması, başqa bir oriyentasiyaya doğru, istiqamətli olaraq sürüşür. Yuxarıdakı qrafikdə üfüqi oxa "pəncə gücü" yazılsa, güclü pəncələrin üstünlüklü olduğu bir vəziyyətdə, pəncə gücü davamlı olaraq artmağa meylli olacaq və qrafik sağa (daha güclü pəncələrə) doğru sürüşəcək.


2) Stabilləşdirici Təbii Seçmə

Bir populyasiyadakı fərdlərin hər bir xüsusiyyəti, təməl olaraq bir qrafik göstərir. Məsələn insan növü üçün ağırlıq paylaşılmasına baxsaq, orta ağırlıqdakı fərdlərdən daha çox taparıq: təsadüfi 100 nəfər kişi seçsək, bunların 60-70 nəfəri orta kişi ağırlığı olan 80-90 kq. arasında olacaqdır. Amma bu 100 adamın içərisində, orta hesaba görə daha az sayda zəif kişi (60-70 kq.) və yenə az sayda kök kişi (100-110 kq.) olacaq. Bu da, qrafik olaraq bir parabola əyrisi əldə etməyimizə səbəb olur.

Beləliklə, bəzən uclarda olmaq üstün olmamağa səbəb ola bilər. Məsələn, bir insan körpəsi normal olaraq 3-4 kq və 45-55 santimetr olaraq doğulur; çünki ana bətnindən çıxa bilmək üçün orta hesabla bu xüsusiyyətlərdə olmaq lazımdır. lakin xüsusilə kilo baxımından bu sərhədlərə uyğun gəlməyən körpələr, doğum əsnasında ölə bilərlər. Yəni çox ağır və ya həddindən artıq zəif doğulan körpələr, ya ana bətnindən çıxa bilməyəcək ya da həyatda qala bilmək üçün lazımlı olan ağırlığa sahib ola bilməyəcəklər. Bu səbəblə də ölərək məğlub olacaqlar və hər vaxt orta vəziyyətə, çəkiyə sahib olanlar üstün olacaq.

Bunun nəticəsində, orta vəziyyətli fərdlərin sayı daim artacaq və müəyyən bir yerdə sabitlənmə meydana gələcək. Bu cür seçmənin qrafiki aşağıdakı kimidir:





















Yuxarıda gördüyünüz kimi, xüsusiyyət paylaşması baxımından uclarda qalanlar uduzacaq və ortalardakı fərdlər dəstəklənəcəkdir. Bunun nəticəsində uc tərəfdəki fərdlər həyatda qala bilməyib sayları azalacaq və ortalardakı fərdlərin sayı artacaq. Buna, stabilləşdirici təbii seçmə deyilir.

3) Pozucu (Dizruptiv) Təbii Seçmə

Bu vəziyyətdə isə, parabola əyrisinin ortasındakı fərdlər üstünlüksüz mövqedə qalacaq və uclardakılar üstün mövqeyə keçəcəklər. Məsələn bir bitki üçün, çox uzun boylular yüksəkdən uçan heyvanlar tərəfindən, alçaq boylular isə yerə yaxın yaşayan heyvanlar tərəfindən tozlandırılacaq. Amma orta boya sahib olanların səviyyəsində yaşayan bir heyvan yoxdursa, tozlanmaları çətinləşəcək və çoxala bilməyəcəklər. Bu vəziyyətdə, uclarda olan fərdlər üstün mövqeyə keçəcək və saylarını artıracaqlar. Bu tip seçməyə aid qrafik aşağıdakıdır:



















Qrafikdən çıxarılacaq çox əhəmiyyətli bir nəticə var: Pozucu Təbii Seçmə, bir populyasiyadakı fərdləri ikiyə bölməyə meyllidir və bu, növyaranma prosesini inanılmaz dərəcədə dəstəkləyən bir xüsusiyyətdir. Pozucu Təbii Seçmə sayəsində ikiyə bölünən bir populyasiyadan, fərqli istiqamətlərdə təkamül keçirməsi nəticəsində yeni növlər ortaya çıxacaqdır.

Aydın olduğu kimi, Təbii Seçmə təbiətdə fərqli formalarda baş verə bilər.

Son olaraq, Təbii Seçmə və Təkamül əlaqəsinə dair son söz demək istəyirik: İnsanların çoxu indiki vaxtda təbiətdə bir seçmə olduğunu istər istəməz qəbul etməkdədirlər, çünki bu Cazibə Qüvvəsi qədər aydın və müşahidə edilə bilən bir faktdır. Lakin həmin insanların bəzilərinin Təkamülü rədd ettiklərini görürük. Halbuki bu, Cazibə Qüvvəsini qəbul edib, bizim tikdiyimiz bütün binaların Cazibə Qüvvəsi sayəsində inşa edilə bildiyini rədd etmək kimi bir vəziyyətdir. Çünki Təbii Seçmə varsa, Təkamül qaçılmazdır. Fərdlər arasındakı fərqliliklər Təbii Seçmə sayəsində ayırd edilir və bu, davamlı olaraq növlərin dəyişilməsinə səbəb olur. Ümumiyyətlə insanların qəbul etməkdə çətinlik çəkdiyi hissə, növlərin bir-birinə çevrilməsidir. Bunu, saxtakar məlumat qaynaqları bir siçanın filə çevrilməsi kimi izah etməyə çalışdıqları üçün, anlamaq çətinləşməkdədir. Amma yazılarımızı oxuyanların asanca görə biləcəyi kimi, növyaranma prosesi bu demək deyil və kifayət qədər yavaş reallaşır. Məsələn Pozucu Təbii Seçmədə gördüyümüz kimi, bir populyasiya, müəyyən bir xüsusiyyət baxımından ikiyə bölünə bilir (məsələn bir ağac, bir meymun, bir siçan populyasiyası). Daha sonra, bu ikiyə bölünmüş fərdlər, fərqli mühitlərdə yaşamaq məcburiyyətində qalır və öz mühitlərinə aid bir seçməyə məruz qalırlar. Təcrübəli Seçmə sayəsində zamanla, kiçik dəyişilmələr keçirirlər. Sonda isə, Növləşmə Mexanizmləri adlı yazımızda bəhs etdiyimiz üsullarla bir-birlərindən fərqliləşirlər. Hər nə qədər yeni yaranan nəsillər, əcdad nəsillərə oxşasa də, onlarla cütləşə bilməyəcək qədər fərqli və morfoloji olaraq da fərqli ola bilirlər. Bu Təkamüldür. Təbii Seçməni qəbul edib, Təkamülü rədd etmək məlumatsızlıq və məntiqsizlikdir.


Süni seçmə haqqında olan yazımızı da oxumağınız məsləhət görülür.


Qaynaqlar:

discovery.com
actionbioscience.org

wikipedia.org
biology-online.org
daha ətraflı...

May 27, 2013

Arxeologiya və Zaman Əlaqəsi

İbtidai-icma (Prehistory) Arxeologiyası Nədir?


Geoloji dövrlər hesaba qatılaraq araşdırıldıqda, yaşadığımız planetin 4.5 milyard ildir mövcud olduğu məlum olur. İlk formalaşan kontinental qabıq, ultramafik xüsusiyyətdəki (dəyişməyə davamlı olaraq açıq) qayalardan meydana gəlməkdə idi. Varlığın həyatı baxımından böyük əhəmiyyət kəsb edən suyun mənşəyi isə Prekambri dövrünə aid edilir.
daha ətraflı...

May 26, 2013

Yaradılışçıların "Alverçi" Başlıqlı Video Saxtakarlığı

Bir neçə gün bundan əvvəl səhifəmizdə, Darwin'in şərəfinə Darwinius masillae adı verilmiş qədim primat növü fosilini paylaşmışdıq və indiyə qədər, təkamülün bizə doğru gəldiyi yolda kəşf olunmuş ən qədim primat fosili olduğunu bildirmişdik. Bu fosil insana doğru gələn təkamül yolundan bizə olduqca əhəmiyyətli məlumatlar verir (ilk əcdadlarımızın nəyə bənzədiyi mövzusunda). Görünür bu fosil Təkamül Biologiyasından anlayışı olmayan bəzi yaradılışçıları (Yaradılış yoxsa təsadüf?) həqiqi mənada "cırnadıb"
daha ətraflı...

May 25, 2013

Saxta Fosil Nədir?

Təkamül təliminə qarşı əldə bayraq kimi istifadə edilən iddialardan biri budur: "Təkamülçülər saxta fosillərlə insanları aldadır, onları meymun olmaqda ittiham edirlər! Piltdown Adamı, Yava Adamı kimi fosillər ortaya qoyaraq insanların təkamül keçirdiklərini deməyə çalışırlar! Halbuki bu fosillərin saxta olduğu X tarixdə X adlı şəxs tərəfindən aşkar edilib!
daha ətraflı...

Tələlər tarakanları təkamülləşdirir

Avropada yaşayan bir tarakan növü, onları məhv etmək üçün insanların istifadə etdiyi şəkər tələlərinə qarşı təkamül keçirərək, bu tələlərə düşməyəcək şəkildə yeni bir xüsusiyyət qazandılar. 

Amerikalı elm adamları, apardıqları tədqiqatda mutasiyaya uğramış bir qrup tarakanın dad alma duyğularını yenidən təşkil edərək, onları məhv etmək üçün qurulan tələlərdə istifadə edilən şəkəri "şirin" yerinə "acı" hesab edəcək şəkildə təkamülləşdiyini göstərdilər.

Şimali Karolina Dövlət Universitetindən olan tədqiqatçılar bu vəziyyəti tarakanlara cem və ya fıstıq əzməsi verərək təcrübədən keçirdilər. Sonrasında bəzi həşaratların reseptorlarını analiz etdilər.

Eyni qrupdan olan tədqiqatçılarından bəziləri, 20 il əvvəl həşərat dərmanların artıq tarakanlara təsir etmədiyini bildirmişdilər. Prof. Coby Schal dünyanın ən prestijli elm jurnallarından olan Science'da, bu mexanizmin arxasında duran səbəbi ortaya qoymağa nail oldu.

Təcrübənin ilk hissəsində tədqiqatçılar ac olan tarakanlara iki yeməkdən birini seçmə azadlığı verdilər: fıstıq əzməsi və ya cem. Prof. Schal, tədqiqatla əlaqədar bunları bildirir:


"Cemin tərkibində şəkərin miqdarı çoxdur. Fıstıq əzməsində isə şəkərin miqdarı azdır. Mutasiyaya uğrayan bəzi həşaratların cemi seçdikdən sonra birdən geriyə sıçrayaraq bu yeməkdən uzaqlaşdıqlarını və fıstıq əzməsinə daha böyük maraq göstərdiklərini müşahidə etdik."

Təcrübənin ikinci hissəsində isə bu yeməkdən çəkinmə davranışının səbəbi məlum oldu. Tədqiqatçılar tarakanları hərəkətsiz hala gətirdilər və kiçik elektrodlar istifadə edərək dad reseptorlarının, yəni böcəyin ağız hissələrində olan və dadlara reaksiya verən mikroskopik tüklərin fəaliyyətini təqib etdilər. Prof. Schal bunları belə açıqlayır:



"Bu mutant tarakanlarda acı dadlara reaksiya verən reseptorlar eyni zamanda şəkərə də reaksiya göstərirdi. Bu səbəblə şəkəri acı olaraq qəbul edirdilər. Əslində şirin dadlara reaksiya göstərən hüceyrələr də işləyirdi, lakin acı dad reseptorları bunları qabaqlayıb üstünlüklü olurdular. Nəticə olaraq acı dad şirin dada təzyiq göstərirdi. Tarakanlar başını iki yana yelləyərək bu mayeni istehlak etməyi rədd edirdilər. Sonda isə şəkər başın iki yanına da bulaşırdı."

Londonda yerləşən Zoologiya İnstitutundan olan prof. Elli Leadbeater bu tədqiqat barədə bunları deyir:



"Adətən, təbii seçmə bir heyvanın dad bacarıqlarını təkamülləşdirdiyində sadəcə heyvanı müəyyən bir dada daha həssas və ya laqeyd hala gətirir. Məsələn, nektar toplayan arılar digər arılara görə şəkərə daha az həssasdırlar. Bu da, onların yalnız konsentrə nektar yığması mənasını verir. Təkamül, şəkərin onlara daha az şirin gəlməsinə səbəb olmuşdur, lakin bunu hələ də sevirlər. Tarakan hadisəsində isə, şəkər həqiqətən də acı qəbul edilir. Təbii seçmə üçün içərisində zəhər saxlayan şəkərləri qəbul etməməyi təmin etmək məqsədiylə inkişaf etdirilən təsirli və sürətli bir üsuldur."

Prof. Schal, bunun insanla həşəratlar arasındakı "silahlanma yarışı"nın bir başqa nümunəsi olduğunu bildirir: 


"Tarakanlara həşərat öldürən dərmanlar atırıq, onlar da bunlardan xilas olacaq mexanizmlər təkamülləşdirirlər. Həmişə tarakanlara böyük hörmət etmişəm. Bizə, insanlara bağlıdırlar, amma bizdən faydalanmasını da bilirlər."

Qaynaq: BBC
daha ətraflı...

May 20, 2013

Mutasiyalar

Bu yazımızda mutasiyalara ətraflı toxunacağıq və bəlkə də bəzi qaranlıq və çətin anlaşılan məsələləri aydınlaşdırmaq baxımından ən əhəmiyyətli yazılarımızdan biri olacaq. Çünki təəssüf ki bu gün bəzi elmdən həqiqi mənada anlayışı olmayan qaynaqlar və elm yerinə bu qaynaqları çatdıran Təhsil Nazirliyi kimi təhsil müəssisələri üzündən mutasiyalar, Təkamül Nəzəriyyəsinin mərkəzinə yerləşdirilməyə çalışılır. Bunun səbəbi aydındır: Elmi bir həqiqətə, lakin içərisindəki təsadüfilik ünsürləri önə çıxarılaraq, "Baxın, hər şeyə təsadüf gözüylə baxırlar!" şəklində şərhlər edərək elmə, elmin və elm insanlarına gözü bağlı təhqir edərək hücum edirlər. Bu insanların və təşkilatların etdiyi də açıq-aşkar budur. Hələ mövzu haqqında zəngin məlumata sahib olmayan
daha ətraflı...

May 17, 2013

İtlərin təkamülü 32.000 il əvvəl başladı

İnsanlarla itlər yaxşı dostdurlar. Yeni araşdırmalar bu iki növün təkamül tarixlərinin birlikdə başladığını göstərir. 3 gün əvvəl Çin Elm Akademiyası tərəfindən aparılan tədqiqata görə, 32 min il əvvəl qurdlardan ayrılan itlər, bu zamandan etibarən beyin və həzm sistemi orqanlarının inkişafında insanlara bənzər dəyişikliklər sərgilədi.

Nature Communications jurnalında yer alan araşdırmada eyni zamanda, itlərin düşündüyümüzdən daha qədim zamanlarda əhilləşdirildiyi fikri müdafiə edildi. İtlər və insanlar, ortaq həyat sahəsi mənimsəmələri sayəsində təkamül proseslərində də bənzərliklər ortaya qoymuşdurlar.

Tədqiqatçılar, "Əhilləşmə, əhali sıxlığının artması və sıx mühitlərdə həyatın önə çıxardığı bir anlayış olaraq, insan və itlərin içində olduğu çətin həyat şərtləri, hər iki növün də şəriklik tapdığı bir "seçmə təzyiqi" ortaya çıxarmış ola bilər" deyə bildirdilər.

Elm adamları, qurdların dəqiq olaraq nə vaxt əhilləşdirildiklərini və insanın ən yaxın dostu halına çevrildiklərini bilmirdilər. Sibir dağlarında tapılan it kəllə sümüyü fosili, itlərin qurdlardan ayrılaraq ilk dəfə təxminən 32 min il əvvəl əhilləşdirilmiş ola biləcəyinə dair məlumatlar verir. Genetik analizlər isə itlərin Çində ilk olaraq 16 min il əvvəl əhilləşdirildiklərinii ortaya qoyur. Elm dünyasında qəbul edilən ümumi görüş isə itlərin insan həyatına 10 min il əvvəl yaxşıca uyğunlaşma təmin etdiyi istiqamətində idi.

Çinli genetik alim Guo-dong Wang və həmkarları, dörd qurd, üç Çin iti, bir Alman çoban iti, Belçika Malinoisi və Tibet çoban iti növlərinin DNT-ni yaxşıca araşdırdı. DNT analizləri, itlərin qurdlardan 32 min il əvvəl ayrıldığını və yeni bir təkamül cığırına daxil olduğunu göstərdi.

NBC News'un yaydığı xəbərə görə, tədqiqatçılar, Çinə xas olan itlərin, itlərin ümumi əhilləşdirilmə müddətində əskik hissəni təmsil edə biləcəyini bildirdilər.

32 min il əvvəlindən etibarən itlərin mərhələli olaraq insan həyatına girdiyi və zaman içində it populyasiyalarında ani enişlər yaşanmadığı bilinərkən, insanların verdikləri qida artıqlarıyla bəslənməyə başlayan itlər həyatımızın bir hissəsi oldular.

Guo-dong və onun qrupu, əldə etdikləri nəticələri insan və it genləriylə müqayisə etdi. Nəticələr, iki növün həzm orqanları və metabolizmində bənzər genetik dəyişikliklər göstərdiyinə işarə etdi. Nümunə olaraq, it və insanlarda olan kolestrol daşıyıcı genin bənzər olduğu məlum oldu. Bu əhəmiyyətli tapıntının, insan və itlərin bir yerdə yaşadığı mühitlərdə heyvan sayına müqayisədə bitki nisbətinin azalmasından qaynaqlanmış ola biləcəyi də həmçinin bildirildi. 

Araşdırmada, beynin də təkamül müddətində bəzi oxşarlıqlar olduğu kəşf edildi. Belə ki, beyində olan kimyəvi maddə - serotoninə təsir edən genlərin bənzər olduğu aydın oldu. İnsanlarda serotoninə təsir edən genlərin fərqliliyi aqressivlik ölçüsünü təyin edir.


Qaynaq: Nature
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top