May 31, 2013

Təbii Seçmə

Bu yazımızda təbiət gerçəyi olan Təkamülün ən təsirli və güclü mexanizmindən, Təbii Seçmədən bəhs edəcəyik. Xüsusilə, Təbii Seçmənin əhəmiyyəti və gücünü izah etməyə çalışacağıq. Bu səbəbdən oxuyarkən darıxmayacağınızı və yeni məlumatlar öyrənə biləcəyinizi düşünürük.

Yazımızda, Təbii Seçməni daha qısa cümlələrlə, dəqiq bir şəkildə izah etmək istəyirik: İlk olaraq, canlılarda genetik müxtəliflikdən irəli gələn bir çox fərqlilik olduğunu bilirik. Məsələn siz, əkiz olmayan bir qardaşınızdan və ata-ananızdan olduqca fərqlisiniz. Bu xarici görünüşün cəminə "fenotip" deyilir. Bunu təyin edən genetik quruluşun cəminə isə "genotip" deyilir. Genotipiniz, fenotipinizi və digər hər şeyinizi təyin edir. Təbii Seçmə, fenotiptəki fərqliliklərlə əlaqədar yaşadığı mühitə daha uyğun olan canlıların həyatda qala bilməsi, oxşar şəkildə uyğun olmayanların məğlub olaraq yox olması deməkdir. Həyatda qala bilən və ya daha asan şəkildə qala bilən bir canlı, törəyə biləcək və balalarına öz genetik materialının yarısını (meyoz bölünmə) ötürə biləcək. Bu yarım genetik materialın içərisində özünü təbiətə qarşı üstün edən genlərin olma ehtimalı da yüksəkdir. Hər bala, genlərinin yarısını anasından, digər yarısını isə atasından alır. Bunların cəminin yaratdığı müxtəliflik, əgər balanın mühitə daha adaptasiya olmasını təmin edirsə, bala daha asan həyatda qalır, böyüyür və törəyir. Bunun nəticəsində, özünü daha üstün edən kombinasiyanın yarısını balalarına köçürür. Təbii Seçmə, bu şəkildə, davamlı olaraq, nəsillərə aid fərdləri məğlub etdirir və ya "sürüşdürür".

Təbii Seçmə ilk etapda xarici xüsusiyyətlər üzərində təsirli olur. Yəni, genetik xüsusiyyətlərinizin (genotip) necə olduğuna baxılmadan, bunların xarici xüsusiyyətləriniz üzərindəki təsirləri araşdırılaraq, Təbii Seçmənin işləmə mexanizmi aydın ola bilər.

Təbii Seçmənin çox qədim bir tarixi var. Bəzi canlıların təbiətə qarşı təsadüfi bir şəkildə daha üstün hala gəldikləri fikirini ilk irəli sürən adam e.ə. 450-ci illərdə yaşamış olan Empedokldur. Daha sonra şagirdi Lukretius, daha sonra Aristotel, əl-Cehiz kimi adlar həyat mübarizəsini təyin etmiş və inkişaf etdirmişdir. Həmçinin Biruni, təbiətdə bu tip bir seçmə olduğunu irəli sürmüşdür. 18-ci əsrdə bir müddət fasilədən sonra təkrar gündəmə gələn Təbii Seçmə fikri, Pierre Luis Maupertius tərəfindən aktuallaşmışdır. Lakin bütün bunların fikirlərindən yola çıxıb, möhtəşəm bir müşahidə gücü və müqayisə qabiliyyətiylə, ətraflı şərhləriylə irəli sürən və o günə qədərki Platonçu və Lamarkçı izahlardan təmizləyən adam, 19-cu əsrin dahisi olaraq xatırlanan Çarlz Robert Darvin'dir.

Çox uzun sürəcəyi üçün, bu fikrin Darvində necə inkişaf etdiyini izah etməyəcəyik. Amma bir neçə əhəmiyyətli məsələdən bəhs etmək lazımdır. Darvin, Biql səfərinə çıxdığı illərdə, Christ's College'də oxuyurdu. Bura, rahib alimlər yetişdirən bir teologiya (din-elm) məktəbi idi. Burada Darvin, məşhur bir botanikaçı teoloq olan John Stevens Henslow'un rəğbətini qazanmışdı. Henslow təbiətdə müəyyən səbəblərdən bu qədər böyük bir müxtəliflik və canlılar arasında kiçik fərqliliklər olduğunu düşünürdü. O dövrə qədər bir çox insan İncildəki yaradılışı təsdiq etməyə çalışmışdı, lakin konkret dəlillərə çatılmamışdı. Bu səbəblə Henslow, İncildəki yaradılışın gözəlliyi və gücünü sübut etmək və konkret tapıntılar əldə etmək üçün, ən parlaq şagirdlərindən biri olan Çarlz Darvini seçmiş və Biql gəmisinin çıxacağı səfər üçün Kapitan Robert FitzRoya onu təklif etmişdi. Yəni Darvin, həmin vaxt rahib olmaq üçün təhsil alırdı və güclü bir şəkildə yaradılışa inanırdı. Biql təklifini qəbul etmə səbəbi də təbiətə olan inanılmaz eşqi və yaradılışı elmi olaraq isbat edən ilk adam olma arzusu idi. Darvinin səfəri tam 5 il davam etdi və yaradılışı sübut etmək baxımından xəyal qırıqlıqlarıyla dolu keçdi. Lakin heç bir zaman, Təkamül Əleyhdarlarının iddiasındakı kimi Qalapaqos adalarında "vəhy enmiş kimi" Təbii Seçmə qanununu tapmadı; onsuz da özündən əvvəlki bir çox insan bu fikri irəli sürmüşdü. O isə, bu fikirlərin nə qədər doğru, yaradılış inancının isə nə qədər əsassız olduğunu, 5 illik çalışma və tədqiqatlar nəticəsində gördü və bu müşahidələrini elmi bir təlim halına gətirdi. Bu təliminin mərkəzinə də, eynən Cazibə Qüvvəsi kimi bir fakt olan Təbii Seçməni yerləşdirdi.

Təbii Seçmə, həqiqətən də olduqca güclü və təsirli bir təbiət qanunudur. Çünki vəhşi təbiət, bu anda evinizdə oturduğunuzda xəyal edə bilməyəcəyiniz qədər kompleks proseslər üzərinə qurulmuşdur və ən kiçik bir səhv ölümlə nəticələnir. Hərçənd heç bir canlı mükəmməl olmadığı və Müxtəliflik Mexanizmləri sayəsində davamlı olaraq canlılar arasında bəzi fərqliliklər meydana gəldiyi üçün (əkiz olmayan qardaşınızdan və ata-ananızdan nə qədər fərqli olduğunuzu düşünün), təbiətdə bəzi canlılar mühitə uyğunlaşmış, bəziləri isə uyğunlaşa bilməmişdir. Bu, təbiətdə davamlı bir seçmənin olmasını da özü ilə gətirməkdədir. Çünki ilkin canlılıqdan bəri təkamülləşən "var olma məqsədimiz" aydındır: Həyatda qalmaqtörəmək. Bunun xaricindəki bütün həyat məqsədləri (sənət, musiqi, əyləncə, dinclik, din, və s.) insan tərəfindən zəkanın təkamülüylə birlikdə uydurulmuşdur və başqa heç bir canlıda bu ikincil həyat məqsədləri yoxdur. Bu ikincili məqsədlərin təbiət üçün heç bir mənası yoxdur və etibarsızdır. Bu uydurulmuş həyat məqsədlərindən hər hansı birini və hətta heç birini etmədən nəslinizi və varlığınızı davam etdirə bilərsiniz - ki təbiət üçün əhəmiyyətli olan, nəslin artırılmasıdır. Məsələn, insan növü həyatda qalma mübarizəsinə son versə və ya törəməkdən imtina etsə, ən yaxşı ehtimalla 90 ildə tək bir insan fərdi belə həyatda qalmaz və insan növünün nəsli kəsilər. Bu səbəblə, insanların da, özü kimi olan digər bütün heyvanlar və canlılar kimi var olmasında tək məqsədi həyatda qala bilmək və çoxalmaqdır.

Təbii Seçmə, təməl olaraq bunlardan birincisiylə, həyatda qalmaqla əlaqəlidir. Təbiətdəki bəhs etdiyimiz müxtəlifliklər səbəbiylə, üstün olanlar davamlı olaraq seçilir və gələcək nəsillərə özlərindəki üstün xüsusiyyətləri təmin edən genləri köçürmə şansı əldə edirlər. Bunun nəticəsində, hər dəfəsində, bir qədər daha çox üstün gen köçürülür və hər yeni nəsildə meydana gələn bala fərdlərin mühitə daha da adaptasiya olmaları təmin edilir. Buna "təcrübəli seçmə" (təcrübəli təkamül) deyilir.

Bu yerdə, mövzuyla əlaqəli bir başqa təbiət həqiqətini vurğulamalıyıq: Təkamül keçirən fərdlər deyil, populyasiyalar və nəsillərdir! Bunu anlamaq, bir neçə digər yazımızda da bildirdiyimiz kimi çox əhəmiyyətlidir. Bu, bir çox səhvləri aradan qaldıracaq. Bu qanunun iddia etdiyi budur: Canlılar, tək-tək təkamülləşmirlər. Yəni heç bir X canlısının tək bir fərdi (məsələn bir antilopun ya da insanın) ömrü ərzində dəyişib təkamül keçirə bilməz. Bunun yerinə, bir nəsildəki ya da populyasiyadakı ən üstün fərdlər davamlı olaraq seçilir və balalarına genlərini köçürürlər. Beləcə, nəsillər boyunca, təcrübəli bir irəliləmə müşahidə edilir; tək-tək fərdlərdə və fərdlərin ömürləri boyunca deyil. Qısacası, Təkamülü araşdırmaq üçün tək bir canlını ələ alıb müşahidə edə bilməzsiniz, o canlının nəsillər boyu, bütün qohumlarını (əcdadlardan müasirlərə qədər) ələ almağınız və araşdırmağınız lazımdır.

Bunun nəticəsində, məsələn bir mühitdə daha güclü pəncələrə sahib olmaq bir üstünlükdürsə, davamlı olaraq, eyni populyasiya daxilindəki ən güclü pəncəlilər həyatda qalmağı daha asan bacaracaq. Bunun nəticəsi nədir? Artmaq üçün daha çox enerjiyə sahib ola biləcəklər, daha üstün hala keçərək dişiləri daha asan özlərinə cəlb edə biləcəklər və hətta dişilər daha asan ov edən erkəkləri seçəcəyi, erkəklər daha müvəffəqiyyətli dişiləri seçəcəyi üçün yenə üstün mövqeyə keçmiş olacaqlar. Hətta, daha asan ov edən bir fərdin cütləşmək üçün yalnız daha çox enerjisi deyil, daha çox zamanı da olacaqdır. Bu kimi faktorlar sayəsində daha çox törəyə biləcək və özündəki güclü pəncə variasiyasını təmin edən genləri balalarına (gələcək nəsillərə) köçürə biləcəklər. Beləcə balalarda da bu xüsusiyyətin görünməsi ehtimalı artacaq. Digər tərəfdən, gücsüz pəncəli bir fərd, ov etməyə çalışdığından çoxalmağa zaman və enerji tapa bilməyəcək və ya dişilərə təsir edə bilməyəcək və ölüb, artma şansını tamamilə itirəcəkdir. Bu səbəblə də özündəki bu nisbi olaraq zəif variasiyaya səbəb olan genləri balalarına köçürə bilməyəcək. Seçmə məhz belə işləyir.

Burada bunu anlamaq çox əhəmiyyətlidir: Pəncə nümunəmizdə olduğu kimi və ya ağılınıza gələ biləcək hər hansı bir başqa nümunə üçün əhəmiyyətli olan, ətrafmühit şərtləridir. Təkamül araşdırıldıqda, mütləq çox istiqamətli bir tədqiqat aparmaq lazımdır. Çünki Təkamülə təsir edən yüzlərlə, minlərlə amil ola bilər. Məsələn, 100 il boyunca bir mühitdə güclü pəncələrə sahib olmaq üstünlük təmin edə bilər, amma çox sürətli qaçmaq o qədər də əhəmiyyətli olmaya bilər. Lakin mühitdə meydana gələ biləcək hər hansı bir dəyişiklik (ov-ovçu tarazlıqlarının dəyişməsi, quraqlıq, zəlzələlər, bitki örtüyünün dəyişməsi, iqlim və s.) nəticəsində tarazlıqlar tərsinə dönə bilər və güclü, qalın, əzələli pəncələrə sahib olmaq yerinə, daha sürətli qaçmaq üstün hala gələ bilər. Bu vəziyyətdə, seçmə də anında tərsinə dönəcək və güclü pəncəlilərin yerinə sürətli qaçanlar dəstəklənəcək. Bu da, seçmənin və dolayısı ilə təkamülün tək bir istiqaməti olmadığını göstərir. Əvvəldən təyin edəcəyiniz və ya təxmin etməyə çalışacağınız istiqamət, əvvəldən təxmin edilə bilməyən ətraf şərtləriylə birlikdə davamlı və təsadüfi olaraq istiqamət dəyişdirir.

Eyni zamanda, tək bir xüsusiyyətin dəyişməsi də tək istiqamətli deyil. Məsələn pəncənin təkamülləşə bilməsi üçün, yalnız pəncəni təşkil edən əzələlərin inkişafı kifayət deyil. Bu əzələlərin bağlandığı sümüklər, sümükləri bir-birinə bağlayan bağlar, qonşu əzələlər, buna bağlı olaraq beyindəki bəzi idarəetmə mərkəzləri, bu bölgələrin dəyişməsinə bağlı olaraq bəzi digər orqanlar, bu orqanların dəyişməsinə bağlı olaraq bəzi sistemlər, pəncələrin inkişafına bağlı olaraq sinir və qan dövranı sistemləri və bir çox amil təkamülləşməli və bu pəncə təkamülünə adaptasiya ola bilməlidir. Yəni pəncə təkamülləşsə də, lakin beynin pəncəni nəzarət edən hissəsi bu yeni vəziyyətə adaptasiya ola bilməsə, bu yenə canlı üçün uğursuz olacaq. Və ya pəncə təkamülləşərsə, pəncəni qidalandıran damarlar və sinirlər buna görə adaptasiya ola bilməzlərsə, pəncə gücsüz qalacaqdır. Dediyimiz kimi, Təkamül çox istiqamətlidir və tək bir baxımdan araşdırıla bilməz.


Təbii Seçmənin 3 əsas növü var:

1) İstiqamətli Təbii Seçmə

İstiqamətli Təbii Seçmə, az əvvəlki pəncə nümunəmizdə olduğu kimi, müəyyən bir xüsusiyyətin üstün olduğu vəziyyətlərdə, Təkamülün müvəqqəti o istiqamətə doğru irəliləməsi və o xüsusiyyətə sahib olan fərdlərin üstün mövqeyə keçmələridir. Amma bu istiqamətin davamlı və təbiət şərtlərinin təsadüfi dəyişməsiylə dəyişə biləcəyini unutmayın. Seçmə adı sizi çaşdırmasın.

















Yuxarıda görə biləcəyiniz kimi, İstiqamətli Təbii Seçmə nəticəsində, orijinal populyasiyadakı bir xüsusiyyətin paylaşılması, başqa bir oriyentasiyaya doğru, istiqamətli olaraq sürüşür. Yuxarıdakı qrafikdə üfüqi oxa "pəncə gücü" yazılsa, güclü pəncələrin üstünlüklü olduğu bir vəziyyətdə, pəncə gücü davamlı olaraq artmağa meylli olacaq və qrafik sağa (daha güclü pəncələrə) doğru sürüşəcək.


2) Stabilləşdirici Təbii Seçmə

Bir populyasiyadakı fərdlərin hər bir xüsusiyyəti, təməl olaraq bir qrafik göstərir. Məsələn insan növü üçün ağırlıq paylaşılmasına baxsaq, orta ağırlıqdakı fərdlərdən daha çox taparıq: təsadüfi 100 nəfər kişi seçsək, bunların 60-70 nəfəri orta kişi ağırlığı olan 80-90 kq. arasında olacaqdır. Amma bu 100 adamın içərisində, orta hesaba görə daha az sayda zəif kişi (60-70 kq.) və yenə az sayda kök kişi (100-110 kq.) olacaq. Bu da, qrafik olaraq bir parabola əyrisi əldə etməyimizə səbəb olur.

Beləliklə, bəzən uclarda olmaq üstün olmamağa səbəb ola bilər. Məsələn, bir insan körpəsi normal olaraq 3-4 kq və 45-55 santimetr olaraq doğulur; çünki ana bətnindən çıxa bilmək üçün orta hesabla bu xüsusiyyətlərdə olmaq lazımdır. lakin xüsusilə kilo baxımından bu sərhədlərə uyğun gəlməyən körpələr, doğum əsnasında ölə bilərlər. Yəni çox ağır və ya həddindən artıq zəif doğulan körpələr, ya ana bətnindən çıxa bilməyəcək ya da həyatda qala bilmək üçün lazımlı olan ağırlığa sahib ola bilməyəcəklər. Bu səbəblə də ölərək məğlub olacaqlar və hər vaxt orta vəziyyətə, çəkiyə sahib olanlar üstün olacaq.

Bunun nəticəsində, orta vəziyyətli fərdlərin sayı daim artacaq və müəyyən bir yerdə sabitlənmə meydana gələcək. Bu cür seçmənin qrafiki aşağıdakı kimidir:





















Yuxarıda gördüyünüz kimi, xüsusiyyət paylaşması baxımından uclarda qalanlar uduzacaq və ortalardakı fərdlər dəstəklənəcəkdir. Bunun nəticəsində uc tərəfdəki fərdlər həyatda qala bilməyib sayları azalacaq və ortalardakı fərdlərin sayı artacaq. Buna, stabilləşdirici təbii seçmə deyilir.

3) Pozucu (Dizruptiv) Təbii Seçmə

Bu vəziyyətdə isə, parabola əyrisinin ortasındakı fərdlər üstünlüksüz mövqedə qalacaq və uclardakılar üstün mövqeyə keçəcəklər. Məsələn bir bitki üçün, çox uzun boylular yüksəkdən uçan heyvanlar tərəfindən, alçaq boylular isə yerə yaxın yaşayan heyvanlar tərəfindən tozlandırılacaq. Amma orta boya sahib olanların səviyyəsində yaşayan bir heyvan yoxdursa, tozlanmaları çətinləşəcək və çoxala bilməyəcəklər. Bu vəziyyətdə, uclarda olan fərdlər üstün mövqeyə keçəcək və saylarını artıracaqlar. Bu tip seçməyə aid qrafik aşağıdakıdır:



















Qrafikdən çıxarılacaq çox əhəmiyyətli bir nəticə var: Pozucu Təbii Seçmə, bir populyasiyadakı fərdləri ikiyə bölməyə meyllidir və bu, növyaranma prosesini inanılmaz dərəcədə dəstəkləyən bir xüsusiyyətdir. Pozucu Təbii Seçmə sayəsində ikiyə bölünən bir populyasiyadan, fərqli istiqamətlərdə təkamül keçirməsi nəticəsində yeni növlər ortaya çıxacaqdır.

Aydın olduğu kimi, Təbii Seçmə təbiətdə fərqli formalarda baş verə bilər.

Son olaraq, Təbii Seçmə və Təkamül əlaqəsinə dair son söz demək istəyirik: İnsanların çoxu indiki vaxtda təbiətdə bir seçmə olduğunu istər istəməz qəbul etməkdədirlər, çünki bu Cazibə Qüvvəsi qədər aydın və müşahidə edilə bilən bir faktdır. Lakin həmin insanların bəzilərinin Təkamülü rədd ettiklərini görürük. Halbuki bu, Cazibə Qüvvəsini qəbul edib, bizim tikdiyimiz bütün binaların Cazibə Qüvvəsi sayəsində inşa edilə bildiyini rədd etmək kimi bir vəziyyətdir. Çünki Təbii Seçmə varsa, Təkamül qaçılmazdır. Fərdlər arasındakı fərqliliklər Təbii Seçmə sayəsində ayırd edilir və bu, davamlı olaraq növlərin dəyişilməsinə səbəb olur. Ümumiyyətlə insanların qəbul etməkdə çətinlik çəkdiyi hissə, növlərin bir-birinə çevrilməsidir. Bunu, saxtakar məlumat qaynaqları bir siçanın filə çevrilməsi kimi izah etməyə çalışdıqları üçün, anlamaq çətinləşməkdədir. Amma yazılarımızı oxuyanların asanca görə biləcəyi kimi, növyaranma prosesi bu demək deyil və kifayət qədər yavaş reallaşır. Məsələn Pozucu Təbii Seçmədə gördüyümüz kimi, bir populyasiya, müəyyən bir xüsusiyyət baxımından ikiyə bölünə bilir (məsələn bir ağac, bir meymun, bir siçan populyasiyası). Daha sonra, bu ikiyə bölünmüş fərdlər, fərqli mühitlərdə yaşamaq məcburiyyətində qalır və öz mühitlərinə aid bir seçməyə məruz qalırlar. Təcrübəli Seçmə sayəsində zamanla, kiçik dəyişilmələr keçirirlər. Sonda isə, Növləşmə Mexanizmləri adlı yazımızda bəhs etdiyimiz üsullarla bir-birlərindən fərqliləşirlər. Hər nə qədər yeni yaranan nəsillər, əcdad nəsillərə oxşasa də, onlarla cütləşə bilməyəcək qədər fərqli və morfoloji olaraq da fərqli ola bilirlər. Bu Təkamüldür. Təbii Seçməni qəbul edib, Təkamülü rədd etmək məlumatsızlıq və məntiqsizlikdir.


Süni seçmə haqqında olan yazımızı da oxumağınız məsləhət görülür.


Qaynaqlar:

discovery.com
actionbioscience.org

wikipedia.org
biology-online.org
daha ətraflı...

May 27, 2013

Arxeologiya və Zaman Əlaqəsi

İbtidai-icma (Prehistory) Arxeologiyası Nədir?


Geoloji dövrlər hesaba qatılaraq araşdırıldıqda, yaşadığımız planetin 4.5 milyard ildir mövcud olduğu məlum olur. İlk formalaşan kontinental qabıq, ultramafik xüsusiyyətdəki (dəyişməyə davamlı olaraq açıq) qayalardan meydana gəlməkdə idi. Varlığın həyatı baxımından böyük əhəmiyyət kəsb edən suyun mənşəyi isə Prekambri dövrünə aid edilir.
daha ətraflı...

May 26, 2013

Yaradılışçıların "Alverçi" Başlıqlı Video Saxtakarlığı

Bir neçə gün bundan əvvəl səhifəmizdə, Darwin'in şərəfinə Darwinius masillae adı verilmiş qədim primat növü fosilini paylaşmışdıq və indiyə qədər, təkamülün bizə doğru gəldiyi yolda kəşf olunmuş ən qədim primat fosili olduğunu bildirmişdik. Bu fosil insana doğru gələn təkamül yolundan bizə olduqca əhəmiyyətli məlumatlar verir (ilk əcdadlarımızın nəyə bənzədiyi mövzusunda). Görünür bu fosil Təkamül Biologiyasından anlayışı olmayan bəzi yaradılışçıları (Yaradılış yoxsa təsadüf?) həqiqi mənada "cırnadıb"
daha ətraflı...

May 25, 2013

Saxta Fosil Nədir?

Təkamül təliminə qarşı əldə bayraq kimi istifadə edilən iddialardan biri budur: "Təkamülçülər saxta fosillərlə insanları aldadır, onları meymun olmaqda ittiham edirlər! Piltdown Adamı, Yava Adamı kimi fosillər ortaya qoyaraq insanların təkamül keçirdiklərini deməyə çalışırlar! Halbuki bu fosillərin saxta olduğu X tarixdə X adlı şəxs tərəfindən aşkar edilib!
daha ətraflı...

Tələlər tarakanları təkamülləşdirir

Avropada yaşayan bir tarakan növü, onları məhv etmək üçün insanların istifadə etdiyi şəkər tələlərinə qarşı təkamül keçirərək, bu tələlərə düşməyəcək şəkildə yeni bir xüsusiyyət qazandılar. 

Amerikalı elm adamları, apardıqları tədqiqatda mutasiyaya uğramış bir qrup tarakanın dad alma duyğularını yenidən təşkil edərək, onları məhv etmək üçün qurulan tələlərdə istifadə edilən şəkəri "şirin" yerinə "acı" hesab edəcək şəkildə təkamülləşdiyini göstərdilər.

Şimali Karolina Dövlət Universitetindən olan tədqiqatçılar bu vəziyyəti tarakanlara cem və ya fıstıq əzməsi verərək təcrübədən keçirdilər. Sonrasında bəzi həşaratların reseptorlarını analiz etdilər.

Eyni qrupdan olan tədqiqatçılarından bəziləri, 20 il əvvəl həşərat dərmanların artıq tarakanlara təsir etmədiyini bildirmişdilər. Prof. Coby Schal dünyanın ən prestijli elm jurnallarından olan Science'da, bu mexanizmin arxasında duran səbəbi ortaya qoymağa nail oldu.

Təcrübənin ilk hissəsində tədqiqatçılar ac olan tarakanlara iki yeməkdən birini seçmə azadlığı verdilər: fıstıq əzməsi və ya cem. Prof. Schal, tədqiqatla əlaqədar bunları bildirir:


"Cemin tərkibində şəkərin miqdarı çoxdur. Fıstıq əzməsində isə şəkərin miqdarı azdır. Mutasiyaya uğrayan bəzi həşaratların cemi seçdikdən sonra birdən geriyə sıçrayaraq bu yeməkdən uzaqlaşdıqlarını və fıstıq əzməsinə daha böyük maraq göstərdiklərini müşahidə etdik."

Təcrübənin ikinci hissəsində isə bu yeməkdən çəkinmə davranışının səbəbi məlum oldu. Tədqiqatçılar tarakanları hərəkətsiz hala gətirdilər və kiçik elektrodlar istifadə edərək dad reseptorlarının, yəni böcəyin ağız hissələrində olan və dadlara reaksiya verən mikroskopik tüklərin fəaliyyətini təqib etdilər. Prof. Schal bunları belə açıqlayır:



"Bu mutant tarakanlarda acı dadlara reaksiya verən reseptorlar eyni zamanda şəkərə də reaksiya göstərirdi. Bu səbəblə şəkəri acı olaraq qəbul edirdilər. Əslində şirin dadlara reaksiya göstərən hüceyrələr də işləyirdi, lakin acı dad reseptorları bunları qabaqlayıb üstünlüklü olurdular. Nəticə olaraq acı dad şirin dada təzyiq göstərirdi. Tarakanlar başını iki yana yelləyərək bu mayeni istehlak etməyi rədd edirdilər. Sonda isə şəkər başın iki yanına da bulaşırdı."

Londonda yerləşən Zoologiya İnstitutundan olan prof. Elli Leadbeater bu tədqiqat barədə bunları deyir:



"Adətən, təbii seçmə bir heyvanın dad bacarıqlarını təkamülləşdirdiyində sadəcə heyvanı müəyyən bir dada daha həssas və ya laqeyd hala gətirir. Məsələn, nektar toplayan arılar digər arılara görə şəkərə daha az həssasdırlar. Bu da, onların yalnız konsentrə nektar yığması mənasını verir. Təkamül, şəkərin onlara daha az şirin gəlməsinə səbəb olmuşdur, lakin bunu hələ də sevirlər. Tarakan hadisəsində isə, şəkər həqiqətən də acı qəbul edilir. Təbii seçmə üçün içərisində zəhər saxlayan şəkərləri qəbul etməməyi təmin etmək məqsədiylə inkişaf etdirilən təsirli və sürətli bir üsuldur."

Prof. Schal, bunun insanla həşəratlar arasındakı "silahlanma yarışı"nın bir başqa nümunəsi olduğunu bildirir: 


"Tarakanlara həşərat öldürən dərmanlar atırıq, onlar da bunlardan xilas olacaq mexanizmlər təkamülləşdirirlər. Həmişə tarakanlara böyük hörmət etmişəm. Bizə, insanlara bağlıdırlar, amma bizdən faydalanmasını da bilirlər."

Qaynaq: BBC
daha ətraflı...

May 20, 2013

Mutasiyalar

Bu yazımızda mutasiyalara ətraflı toxunacağıq və bəlkə də bəzi qaranlıq və çətin anlaşılan məsələləri aydınlaşdırmaq baxımından ən əhəmiyyətli yazılarımızdan biri olacaq. Çünki təəssüf ki bu gün bəzi elmdən həqiqi mənada anlayışı olmayan qaynaqlar və elm yerinə bu qaynaqları çatdıran Təhsil Nazirliyi kimi təhsil müəssisələri üzündən mutasiyalar, Təkamül Nəzəriyyəsinin mərkəzinə yerləşdirilməyə çalışılır. Bunun səbəbi aydındır: Elmi bir həqiqətə, lakin içərisindəki təsadüfilik ünsürləri önə çıxarılaraq, "Baxın, hər şeyə təsadüf gözüylə baxırlar!" şəklində şərhlər edərək elmə, elmin və elm insanlarına gözü bağlı təhqir edərək hücum edirlər. Bu insanların və təşkilatların etdiyi də açıq-aşkar budur. Hələ mövzu haqqında zəngin məlumata sahib olmayan
daha ətraflı...

May 17, 2013

İtlərin təkamülü 32.000 il əvvəl başladı

İnsanlarla itlər yaxşı dostdurlar. Yeni araşdırmalar bu iki növün təkamül tarixlərinin birlikdə başladığını göstərir. 3 gün əvvəl Çin Elm Akademiyası tərəfindən aparılan tədqiqata görə, 32 min il əvvəl qurdlardan ayrılan itlər, bu zamandan etibarən beyin və həzm sistemi orqanlarının inkişafında insanlara bənzər dəyişikliklər sərgilədi.

Nature Communications jurnalında yer alan araşdırmada eyni zamanda, itlərin düşündüyümüzdən daha qədim zamanlarda əhilləşdirildiyi fikri müdafiə edildi. İtlər və insanlar, ortaq həyat sahəsi mənimsəmələri sayəsində təkamül proseslərində də bənzərliklər ortaya qoymuşdurlar.

Tədqiqatçılar, "Əhilləşmə, əhali sıxlığının artması və sıx mühitlərdə həyatın önə çıxardığı bir anlayış olaraq, insan və itlərin içində olduğu çətin həyat şərtləri, hər iki növün də şəriklik tapdığı bir "seçmə təzyiqi" ortaya çıxarmış ola bilər" deyə bildirdilər.

Elm adamları, qurdların dəqiq olaraq nə vaxt əhilləşdirildiklərini və insanın ən yaxın dostu halına çevrildiklərini bilmirdilər. Sibir dağlarında tapılan it kəllə sümüyü fosili, itlərin qurdlardan ayrılaraq ilk dəfə təxminən 32 min il əvvəl əhilləşdirilmiş ola biləcəyinə dair məlumatlar verir. Genetik analizlər isə itlərin Çində ilk olaraq 16 min il əvvəl əhilləşdirildiklərinii ortaya qoyur. Elm dünyasında qəbul edilən ümumi görüş isə itlərin insan həyatına 10 min il əvvəl yaxşıca uyğunlaşma təmin etdiyi istiqamətində idi.

Çinli genetik alim Guo-dong Wang və həmkarları, dörd qurd, üç Çin iti, bir Alman çoban iti, Belçika Malinoisi və Tibet çoban iti növlərinin DNT-ni yaxşıca araşdırdı. DNT analizləri, itlərin qurdlardan 32 min il əvvəl ayrıldığını və yeni bir təkamül cığırına daxil olduğunu göstərdi.

NBC News'un yaydığı xəbərə görə, tədqiqatçılar, Çinə xas olan itlərin, itlərin ümumi əhilləşdirilmə müddətində əskik hissəni təmsil edə biləcəyini bildirdilər.

32 min il əvvəlindən etibarən itlərin mərhələli olaraq insan həyatına girdiyi və zaman içində it populyasiyalarında ani enişlər yaşanmadığı bilinərkən, insanların verdikləri qida artıqlarıyla bəslənməyə başlayan itlər həyatımızın bir hissəsi oldular.

Guo-dong və onun qrupu, əldə etdikləri nəticələri insan və it genləriylə müqayisə etdi. Nəticələr, iki növün həzm orqanları və metabolizmində bənzər genetik dəyişikliklər göstərdiyinə işarə etdi. Nümunə olaraq, it və insanlarda olan kolestrol daşıyıcı genin bənzər olduğu məlum oldu. Bu əhəmiyyətli tapıntının, insan və itlərin bir yerdə yaşadığı mühitlərdə heyvan sayına müqayisədə bitki nisbətinin azalmasından qaynaqlanmış ola biləcəyi də həmçinin bildirildi. 

Araşdırmada, beynin də təkamül müddətində bəzi oxşarlıqlar olduğu kəşf edildi. Belə ki, beyində olan kimyəvi maddə - serotoninə təsir edən genlərin bənzər olduğu aydın oldu. İnsanlarda serotoninə təsir edən genlərin fərqliliyi aqressivlik ölçüsünü təyin edir.


Qaynaq: Nature
daha ətraflı...

May 16, 2013

Klonlama üsuluyla ilk insan kök hüceyrəsi yaradıldı

ABŞ-dan olan elm adamları bu gün ilk dəfə klonlama üsuluyla insan kök hüceyrəsi yaratdıqları xəbərini yaydılar. Bunun üçün klon qoyun Dolly'nin inkişaf etdirilməsini təmin edən bir metodu istifadə etdiklərini bildirən Portland'daki Oregon Sağlamlıq və Elm Universitetindən olan alimlər, hədəflərinin insan klonlamaq olmadığını isə xüsusilə vurğuladılar.

Yaradılan kök hüceyrələrin hər cür hüceyrə istehsalında istifadə edilə bilmə ehtimalı səbəbiylə, gələcəkdə xəstə və ya yaralanmış hüceyrələri əvəz edərək istifadə edilməsi hədəflənir.

"Cell" adlı elm jurnalında nəşr olunan tədqiqatı aparan Şokrat Mitalipov başçılığındakı qrup, təcrübəni parkinson, skleroz (MS), ürək xəstəlikləri və onurğa iliyi yaralanmaları kimi bir çox narahatlığın müalicəsi istiqamətində böyük bir addım olaraq görür.

Elm adamları bir dəri hüceyrəsindən alınan genetik materialı, hüceyrə nüvəsi çıxarılmış bir yumurta hüceyrəsiylə birləşdirməyə nail oldular.  

Şokrat Mitalipov, "Edilən detallı araşdırma bu üsulla əldə edilən kök hüceyrələrin normal embrionik kök hüceyrələr kimi digər bir çox fərqli hüceyrə tipinə çevrilə bildiyini təsdiqləmişdir" deyə açıqlama verdi.

Qaynaq: ntvmsnbc
daha ətraflı...

İnsanın mənşəyini maraqlandıran yeni tapıntı

Binghamton Universitetində işləyən bir antropoloq tərəfindən icra edilən və bu həftə PNAS jurnalında nəşr olunan tədqiqatda, qədim dövrlərdə Cənubi Afrikada yaşamış iki fərqli insan əcdad növünə aid olan qulaq sümüyünün hissələri tapılmışdır. Bu tapıntı, müasir insanların mənşəyindən xəbər verə bilər.

Bu kiçik qalıq sümükləri, insan skeletində, digər sümüklərlə müqayisədə doğuşdan yetkinliyə gələnə qədər eyni qalır. Bu səbəbdən, onların formaları baxımından kiçik olmasına baxmayaraq, bu təkamül məlumatının çox güclü bir genetik xəzinə içində olduğunu göstərir.

Araşdırma, Binghamton Universitetində antropoloq olan Rolf Quam başçılığında ABŞ, İtaliya və İspaniyadaki elmi təşkilatlardan qatılan tədqiqatçıların yaratdığı Beynəlxalq bir tədqiqat qrupu tərəfindən icra edilmişdir. Qrup, erkən dövrlərdə yaşamış hominid növlərindən "Paranthropus robustus""Australopithecus africanus"ların üç fərqli qulaq içi sümüklərini analiz etdilər. Bu əhəmiyyətli məlumatlar, Cənubi Afrikada yerləşən "Swartkrans və Sterkfontein" adlı mağaralarda əldə olundu.

Tədqiqatçılar, işin bir neçə əhəmiyyətli tapıntısını hesabat qatdılar. Malleus adlı qalıq parçası insan kimi, görünüşləri və ölçülərinə görə ən yaxın qohumlarımız olan oranqutan, şimpanze və qorillalardan fərqli olduğundan ayırd edilə bilər. Bu erkən insan əcdadlarımızın kəllə, diş və skelet strukturları bir çox baxımdan homo sapiens'ə (müasir insan) görə primitivdir. Bu hominid növlərinin xüsusilə də Malleus'daki anatomik dəyişiklikləri bizim təkamül tariximizə təsir etmiş ola bilər. Quam'a görə "İnsanın təkamülündə iki ayaq üzərində dik durma, yerimə və it dişlərinin inkişafı əhəmiyyətli bir faktordur".

Araşdırılan Malleus adlı qalıq, bildiklərimizi dəyişdirəcək şəkildə yenilik etməyimizi təmin edə bilər. Quam, "Tapılacaq hər erkən dövrlərə aid yaşamış insanabənzər fosili bu iddialarımızı sübut edə bilər" deyə bildirir. Malleus'un iç qulaq sümük hissələri, müasir oranqutan, şimpanze və qorilla növləriylə müqayisədə daha çox inkişaf etmişdir. Həmçinin Quam, "Bu tapıntılar, insanlarla meymun növlərini bir-birindən ayıra və təkamül müddətindəki dəyişmələri təsdiq edə bilər" deyir.

Bu insan əcdadlarının daxili və xarici qulaq sümüklərindəki anatomik fərqliliklər müasir insanla müqayisə edildikdə, bu ilk insanabənzər əcdadların eşitmə tutumlarının bizimkilərlə eyni olduğunu görmək olar. Bu iş qəti olaraq bunu göstərir ki qrup, yüksək səviyyəli 3 ölçülü virtual rekonstruksiya istifadə edərək bu ilk homonidlərin qulaq içinin funksional quruluşunu çıxarmışdırlar. Qrup Şimali İspaniyadakı Sierra də Atapuerca adlı mağarada tapılan 500 min illik insan qalıqlarına da eyni texnikanı tətbiq etmişdi. Qrup üzvləri bu mağarada yaşamış olan Neandertal insanlarının da Homo sapiens kimi bir qulaq asma duyğusu olduğunu deyirlər. Müasir insanın qulaq asma duyğusunun isə AustralopithecusParanthropus insanlarından təkamülləşərək dövrümüzə qədər gəldiyini asanca deyə bilərik.

Qaynaq: ScienceDaily
daha ətraflı...

May 15, 2013

30 dəqiqə ərzində nəfəs almadan yaşaya biləcəyik

Boston Uşaq Xəstəxanasında təcrübələr aparan bir tədqiqat qrupu, qan axışına oksigen əlavə edilməsini təmin edən bir mikro hissəcik inkişaf etdiməyə nail oldu. Kəşf sayəsində, insanların ağciyərlərindəki havanı istehlak etmək, yəni tənəffüs etmədən oksigen ehtiyacını qarşılaya bilmək yolunda böyük addım atılmış oldu.

TechWench saytının yaydığı xəbərə görə, tənəffüs çatışmamazlığından ölüm təhlükəsi yaşayan xəstələr ən az 30 dəqiqə boyunca həyatda qala biləcəklər. Bu müddət, tənəffüs çatışmamazlığı səbəbiylə meydana gələn infarkt üçün kafi hesab edilir. 

Qana oksigen əlavə edə bilən yeni mikro hissəcik, qırmızı qan hüceyrələrinə nisbətdə üç-dörd qat daha çox oksigen daşıyır. Oksigen, yağdan çıxarılan hüceyrə divarını təmsil edən hissəcikdə yığılır. Hüceyrə divarının yağdan olması, əvvəllər müxtəlif materiallardan yaradılan hissəciklərlə müqayisədə, elastikliyi sayəsində qanın kapilyar damarlarda dayanmamağını, dövr etməsini təmin edir. 

Prof. John Kheir'in başında durduğu tədqiqat qrupu, tibb sahəsində yeni cığır aça biləcək kəşfi tənəffüs çatışmamazlığı çəkən gənc bir xəstəni itirmələrindən sonra həyata keçirdi. Sətəlcəm olan gənc qız, ağciyərləri qanla dolmağa başladıqdan sonra müdaxilə edilə biləcək kifayət qədər vaxt olmadığı üçün ani ürək dayanması nəticəsində həyatını itirdi. 

Elm adamları, qana oksigen köçürmə üsulunun tibbdən başqa hərbi və digər sahələrdə də istifadə edilə biləcəyini bildirdilər. Bu kəşf gələcəkdə sualtı dalğıcların 30 dəqiqə ərzində quruya çıxmadan yaşamağını təmin edə biləcək.

Qaynaq: ntvmsnbc
daha ətraflı...

Oranqutan Zəkası və Təqlid Etmə Bacarığı

Bu möhtəşəm fotoşəkil 2008-ci ildə nəşr olunan "Meşənin Mütəfəkkirləri: Oranqutan Hesabatı" adlı kitabda yayımlanmışdır. Kitabın müəllifləri Schuster, Smits və Ullal ilk dəfə bu qədər dəqiq üsulla, bir alət istifadə edərək ov edən bir oranqutan fotoşəklinin çəkildiyini deyirlər:

"...Bir erkək oranqutan budaqlardan tutunaraq suyu bir çubuqla qarışdırır və bu şəkildə balıqları ovlamağa çalışır. Bu qeyri-adi və Dünya səviyyəsində olduqca yayılan fotoşəkil, Borneo'da yerləşən Kaja adasında çəkilmişdir. Bu fərd bölgədə, Gohong çayı
daha ətraflı...

May 14, 2013

"Harun Yahya"nın saxtakarlıqları

Harun Yahya ləqəbli elm düşməni Adnan Oktarı yəqin ki çoxları tanıyır və kim olduğunu yaxşı bilirlər. Əsas məsələ isə tam başqa mövzunu əhatə edir. Bu insan yazdığı kitablarında (əslində fərqli qaynaqlardan tərcümə etdiyi) təkamül təliminə zərbə endirmək üçün əlindən gələn saxtakarlığı edir. Buna səbəb bir çox şey ola bilər, lakin düşünürəm ki bu yazıda həmin səbəblər
daha ətraflı...

May 10, 2013

İnsanın Təkamülü

Bu dəfə sizlərə insanın təkamülündən bəhs edəcəyik. Uzun bir mövzu olduğuna görə birbaşa izaha keçmək istəyirik. Dərhal başlayaq.

Ümumi olaraq, fosillər üzərindən irəliləsək, bilməyimiz lazım olan şey, yer qabığında dərinlərə endikcə zamanda geriyə getdiyimizdir. Çünki ilk fosilləşən sümüklər, yer qatlarının ən altında iştirak edir, üzərinə bir çox qat minmişdir. Həmçinin arxeologiya, paleontologiya və paleoantropologiya olduqca yavaş irəliləyirlər. Qazma metodlarını görmüsünüz, görməmisinizsə də, Böyük Kanyon qədər dərin çuxurlar qazmaq üçün belə yalnız diş fırçaları istifadəsi nümunəsini verə bilərik. Çox yavaş irəliləmək məcburiyyətindədirlər, çünki qalıqlar çox həssasdırlar və asanca dağıla bilərlər. Bu da, təkamül dəlillərinə çatma sürətimizi azaldır; lakin əlbəttə bu dərd deyil, əldəki məlumatlarla belə təkamül dəfələrlə və asanlıqla təsdiq edilir.

daha ətraflı...

May 9, 2013

Genlər Necə Dəyişilir?


Bu mövzuda ilk öncə anlamalı olduğunuz ən əhəmiyyətli məsələ budur: genlərimiz xarici dünyanı "qavramır". Çünki sizi yaradan hər şey baxdığınızda "cansız" deyəcəyəyiniz və həqiqətən də cansız olan atomlar və molekullardır. Bunların fərqli birləşməsi nəticəsində karbohidratlar, yağlar, zülallar, və s. yaranır. Bunların cəminə və bunlar arasındakı topdan əlaqəyə isə biz "canlılıq" deyirik. Halbuki "canlı" və "cansız" deyə bir anlayış əslində yoxdur. Amma bu işin çox fərqli bir ölçüsü olduğu və ayrı bir qeydə layiq olduğu üçün bu məsələni keçirəm. Burada bilməyiniz lazım olan, genlərimizin ya da hər hansı bir başqa quruluş daşımızın ətrafı və mühiti qavramadığıdır.

Yaxşı bəs bu dəyişiklik necə baş verir?

 Belə: Mutasiyalar və ya crossing-over, transpozonal sıçrayışlar və bənzəri təsadüfi hadisələr nəticəsində genlərimiz davamlı olaraq və riyazi bir təsadüfilik daxilində dəyişir. Məlumat olaraq, yalnız mutasiyalar, gündə orta hesabla 10.000 dəfə baş verir, tək bir insanda. Bunlara meyoz əsnasında meydana gələn crossing-over'dəki genetik dəyişiklikləri, hər an meydana gələ biləcək olan transpozonal sıçrayışları və s. də əlavə etmək lazımdır. Onların nəticəsində, bir növə aid bir çox fərqli növ meydana gəlir. İnsanların bir-birinə bənzəməməsi buna görədir. Əslində heyvanların hamısının içində bir çox fərqlilik var, yalnız bunları bizim gözümüz vərdiş etmədiyi üçün görə bilmərik. Eynilə çinli olmayanların "Çinlilərin hamısı bə
nzərdir!" iddiası kimi. Əslində çinlilər də bizim hamımızı bir-birimizə bənzədir. Bunun səbəbi, onların içərisində yaşamadığımız və ya sadəcə çinli olmadığımızdır. Bənzər şəkildə, sprutlar ya da göyərçinlər arasında fiziki fərqlilikləri də bir baxışda görmək çətindir, ancaq "işlək" bir göz bunu ayırd edə biləcək.

 Təsadüfən meydana gələn saysız variant (növ) təbiət qarşısında bir növ imtahana tabedir. Çünki bu müxtəliflik ümumiyyətlə təsadüfən meydana gəlir. Lakin təbiət şərtləri müəyyən anlar daxilində, diqqətə çarpandır. Məsələn bu anda, normal şərtlər altında, 20 kiloqram olaraq doğulacaq olan bir it balası, keysəriyyə yolu ilə müdaxilə edilmədiyi müddətcə öləcək, çünki anasının qarnından çıxa bilməz. Yəni embrioloji inkişaf zamanı, hamiləlik müddətinin sonundakı kilonu nəzarət edən və ya bu xüsusiyyət üzərində təsiri olan genlərin təsadüfi dəyişməsi, 20 kq'lıq bir balanı meydana gətirə bilər, ancaq bu bala təbiətdə məğlub olar. Ya da qısa boylu zürafələr budaqlara çata bilməz və ya asan cütləşə bilməz (dişilər uzun boyluları seçir) və buna görə gec, tez məğlub olarlar. Nümunələr sonsuz sayda artırıla bilər.

Bu səbəbdən, təsadüfi meydana gəlmiş olan variantlardan bir qismi, təbiətə adaptasiya ola bilmədikləri üçün uduzur. Məğlub olmaq, ölmək ya da nəsil artırmamaq şəklində görülə bilər. Bunlardan birinin meydana gəlməsi, özündəki bu müxtəlifliyi var edən genlərin balalara ötürülməməsi deməkdir (ümumiyyətlə bu "zəif" fərd ölür ya da törəyə bilmir). Beləcə o "növ" yox olur. Digər tərəfdən, genlərindəki müxtəliflikdən təbii mühitə daha çox adaptasiya olacaq şəkildə var olan bir fərdin genləri onun həyatda qalmasına və ya törəməsinə qatqı təmin edir. Beləcə o dəyişilmiş gen balaya ötürülür.

Bu şəkildə kumulyativ bir irəliləyiş əldə edilir və nəsillər sonunda, populyasiyalarda davamlı olaraq (mühit şərtlərinin dəyişmədiyi düşünülərsə) müəyyən bir istiqamətə doğru bir gen təcrübəsi meydana gəlir. Təkamül budur. Çünki müəyyən bir nəsil sonunda, artıq canlılar o qədər çox dəyişir ki, bir müddət sonra bu genlərin təcrübəsi nəticəsində dəyişən fərdlər, əcdadlarıyla (araşdırdığımız populyasiyanın ilk başdakı fərdləriylə) cütləşə bilmirlər, çünki artım mexanizmləri də dəyişir. Buna biz "növləşmə" deyirik.

Uzun sözün qısası, genlər "dəyişikliklərin lazımlı olduğunu anlamırlar". Genlər, təsadüfi olaraq dəyişirlər. Daha sonra bu dəyişiklik, təbiətdə "test edilir". Əgər ki dəyişmə canlıya fayda təmin edirsə, gələcək nəsillərə daha çox köçürülür. Əgər gen zərərlidirsə, canlı məğlub olur və o gen ötürülə bilmir. Təkamül də bu şəkildə, hər zaman o andakı mühitə ən adaptasiya ola bilmiş fərdlərin həyatda qalmaları və nəsil artırmalarıyla çox dağınıq bir cığır üzərində irəliləyir. Bu məzmunda, beynin olduqca sıravi bir orqan olduğunu və genlər üzərində heç bir təsiri olmadığını düşünmək olar.

daha ətraflı...

"Atam da insandır, uşağım da insan olacaq, eləysə fərqli bir növ necə meydana gələ bilər?"

Bir çox insanlar təkamülün necə gerçəkləşdiyini anlamırlar və adətən belə bir sual ortaya qoyurlar: "Atam da insandır, uşağım da insan olacaq, o zaman təkamül necə reallaşa bilər, fərqli bir növ necə meydana gələ bilər?Bu yazıda sizlərə bu hadisənin necə baş verdiyini izah etməyə çalışacağıq.

İlk öncə bunu demək lazımdır ki, təkamül və növləşmə 100-200 il ərzində gerçəkləşən bir hadisə deyil. Bunun baş verməsi üçün milyon illərə ehtiyac duyulur (təbii ki bu illər ərzində təkamülün sürəti azala və arta bilər). Zamanı axıb gedən bir fakt olaraq düşünəcək olsaq, bu anda hər birimiz bu zaman içərisində hərəkət etməkdə olan varlıqlarıq. Bu səbəbdən doğuluruq, böyüyürük, artırıq və ölürük. Bütün bunları orta hesabla 70-80 il içərisində edirik. 80 ilimizi kağıza kiçik bir xətt olaraq çəkdiyimizi düşünün.

Daha sonra, bu 80 ili göstərən xəttin başına, ana və atamızı əlavə etdiyimizi fərz edin. Onların birləşməsi nəticəsində biz var ola bildik. Biz onlardan doğulmuş olan bir fərdlərik. Və bəli, onlar kimi insanıq. Lakin diqqət yetirməyimiz lazım olan məsələ budur: Onlardan ciddi şəkildə fərqli xüsusiyyətlərimiz var. Davranışlarımız fərqlidir. Zəkamız fərqlidir. Meyllərimiz fərqlidir. Fiziki xüsusiyyətlərimiz müəyyən bir dərəcədə fərqlidir.

Daha da geriyə gedək. Ana və atamız üçün də 80 illik bir ömür xətti çəkək. Onların da ana və atalarını əlavə edək. Daha sonra onların da 80 illik ömür xəttlərini çəkək və onların da ana atalarını doğuş hissələrinə əlavə edək. Beləcə geriyə doğru getdiyimizdə, davamlı olaraq, ən azından uzun bir müddət insan fərdləri ilə qarşılaşarıq, bu qaçılmazdır. Lakin, məsələn 10 nəsil, 20 nəsil, deyək ki 50 nəsil geriyə getdiyimizdə, təxminən 4.000 il geriyə getmiş olarıq. Təkamül Biologiyası və onu maraqlandıran sahələr sayəsində bilirik ki 4.000 il əvvəl insan yenə insan idi. Amma yəqin ki, o dövrün fiziki, davranış və genetik xüsusiyyətləri baxımından günümüzdən tamamilə fərqli idi. İnsanların meylləri fərqli idi. Boyları fərqli idi. Ömürləri bizimkindən çox qısa idi, əksəriyyəti 30 yaşına çatmadan ölürdü. Həyatları təməldən fərqli idi. Bu, onların yetişdirilmə formalarını, bu səbəbdən bütün xüsusiyyətlərini dəyişdirirdi. Deyək ki ömürləri yenə 80 il idi (əslində 30 il qədər olsa da). Həmişə bir ömrü 80 il olaraq düşünərək daha da geriyə gedək...

Həmçinin buradakı bir başqa əhəmiyyətli məsələ, geriyə getdikcə daha çox insanı əhatə edən "nəsil ağacları" ilə toqquşmağımızdır. Yəni məsələn indiki vaxtda Azərbaycanda yaşayan bir A insanının nəsil ağacını çəkərək geriyə getdiyimizi düşünək. 4.000 il əvvələ qədər geri getdiyimizdə, yolda Gürcüstan, Ermənistan, İran, İraq, Türkiyə, Yunanıstan və s. ölkələrdən və hətta çox daha uzaq ölkələrdən insanların nəsil ağaclarını işin içinə daxil etməyə başlayarıq. Çünki bəlkə bizim 50-ci nəsildən babamızın soyu, Dünyanın tamamilə fərqli bir nöqtəsində idi. Yalnız köçlər və fərqli səbəblərlə, 50-ci nəsildən olan babamızın uşaqlarının və nəvələrinin fərqli istiqamətlərə dağılmasından ötəri o soy bizə qədər gəldi. Bu, Təkamül Müddətini anlamaq mövzusunda əhəmiyyətli bir məsələdir. Buna az sonra qayıdacağıq.

Dövrümüzdən 100 nəsil geriyə getdiyimizdə, 8.000 il geriyə getmiş olacağıq. Hələ insan, insandır. Lakin artıq 100 nəsil əvvəlki bir fərdi alıb, günümüzdəki bir fərdlə müqayisə edəcək olsaq, fərqliliklər siyahısı daha da uzun olacaq. Bioloji olaraq hələ "insan" (Homo sapiens) olan insan, fiziki olaraq olduqca fərqlidir. Daha da geriyə, 200 nəsil, 300 nəsil, 500 nəsil, 1.000 nəsil, deyək ki 2.500 nəsil getdiyimizdə, 200.000 il geriyə getmiş olarıq. Artıq bu nöqtədə ələ alacağımız bir insan fərdi ilə, günümüzdən ələ alacağımız insan fərdi o qədər fərqlidir ki, eyni növ olduqlarını söyləmək mümkün olmayacaq. Çünki hər insan ana-atadan, həmişə insan balalar doğulsa da, təbiətdə, xüsusilə vəhşi mühitdə yalnız müəyyən xüsusiyyətlərə sahib fərdlər həyatda qala bilirlər. Bu da, fiziki xüsusiyyətlərin müəyyən şəkillərdə seçilməsi və ötürülməsi deməkdir. Bu səbəbdən, yalnız ana/ata ilə bala əsasında baxsaq həmişə eyni növdən fərdlər doğulur. Lakin qarşılaşdırmağımızı və araşdırmağımızı daha geniş zaman aralığına bölsək, fərqliliklərin artmasından ötəri eyni canlıdan bəhs etdiyimizi iddia etmək getdikcə çətinləşəcək.

200.000 il əvvəl yaşayan Cro Magnon insanı, ən ilkin müasir insan fərdləri olaraq tanınmaqdadır. Əgər ömür xəttlərini daha da geriyə aparıb, on minlərlə nəsil geriyə getsəniz görəcəyiniz şey, getdikcə insandan uzaqlaşıb vəhşi heyvanlara bənzəyən fərdlər olacaq. Hər biri ana atasından alacaq, onları təkrarlayacaq, bənzəyəcək fərd kimidir. Amma araşdırma etdiyimiz aralığı genişlətdikcə bənzərliklər getdikcə azalacaq.

Bu şəkildə geriyə gedərək, əgər ömrün 80 ildə sabit olduğunu fərz etsək, 75.000 nəsil (6 milyon il) geriyə gedəcək olsaq qarşılaşacağımız, "insan" olmasını gözlədiyimiz fərdlər, indiki vaxtda görməyə vərdiş etdiyimiz şimpanzelərə bənzəyən canlılara çox bənzəyəcək. Bəlkə hələ insana aid bəzi xüsusiyyətlər görmək mümkün olacaq, ancaq əsla "Bəli, bu bildiyimiz insandır" demək mümkün olmayacaq. Lakin o canlının nəsli günümüzə doğru təqib edilsə, davamlı olaraq hər bir fərdin balaları ələ alınsa, hər səfərində kiçik fərqliliklər və təbiət tərəfindən, cütləşmə nəticəsində yaradılan müxtəliflik üzərində edilən seçmə nəticəsində, nəsillər sonunda getdikcə fərqləndirmə olduğu görülə bilər.

Burada başa düşülməsi lazım olan bir başqa məsələ budur: 6 milyon il əvvələ getdiyimizdə gördüyümüz əcdadların "şimpanzelərə" bənzədiyini dedik; ancaq bu əcdadlar qətiliklə şimpanze deyildirlər! Açıqlayaq: Necə ki, insan fərdlərindən birindən başlayıb keçmişə doğru getdiyimizdə, davamlı olaraq daha çox nəsil ağacını daxil etməyimiz lazımdırsa, 6 milyon il əvvəlinə getdiyimizdə də, şimpanzelərin nəsil ağaclarıyla qarşılaşdığımızı və bizim nəsil ağaçlarımızının onlarınkıyla toqquşduğunu görərik. Yəni, müasir dövrdə Azərbaycanda yaşayan bir insandan başlayıb geriyə doğru getdiyimizdə və eyni şəkildə müasir dövrdə Konqo çayı, Afrika ətrafında yaşayan şimpanzedən başlayıb geriyə getdiyimizdə, bizim və onların nəsil ağaclarının tam 6 milyon il, hətta bəlkə daha da əvvəlində toqquşduğunu görə bilərik. Bu da, insanlarla şimpanzelərin yaxın qohumluğunu ortaya qoyur.

Bu bizə, Təkamül Biologiyasının möhtəşəm inteqrativ və açıqlayıcı gücünü bir daha göstərir: Eyni növə aid fərdlərin nəsil ağaclarını toqquşdurmaq üçün daha yaxın keçmişə getməyimiz kifayət edərkən, fərqli növləri toqquşdurmaq üçün çox daha gerilərı getməyimiz şərtdir. Ancaq kifayət qədər geriyə getsək, məsələn 47.500.000 nəsil geriyə gedəcək olsaq, yəni təxminən 3.8 milyard il əvvəlinə qədər bu nəsil ağacını davam etdirsək, yolda qarşılaşdığımız bütün canlıların nəsil ağaclarının bir-birləriylə toqquşduğunu görə bilərik, bu da əslində yer üzündə yaşayan bütün canlıların bir hüceyrədən təkamül etdiyini və bir-birləriylə qohum olduğunu göstərir. O zamandan günümüzə doğru yaxınlaşdığımızda isə, davamlı olaraq bölünmələr olacaq, fərdlərin fərqli istiqamətlərə, fərqli coğrafiyalara, fərqli təkamül pillələrinə sürünməyi nəticəsində fərqli növlər meydana gələcək. Bu növlər, dediyimiz kimi çox uzun illərin keçməsi nəticəsində meydana gəlməkdədir. Bəli, ana-atadan bənzər fərd doğulacaq; lakin müəyyən fərqliliklərə sahib olan fərdlərin, fərqli istiqamətlərə dağılıb, fərqli seçmə təzyiqləri altında qalmaları nəticəsində, nəsillər sonunda fərqli növlər meydana gələcəkdir.

Yəni nəsil ağacımızı geriyə doğru təqib etsək, əvvəl şimpanzelərlə, sonra qorillalarla, sonra oranqutanlarla, sonra tək-tək digər "primates" ya da primat qruplarıyla, sonra digər məməlilərlə, sonra yavaş-yavaş sürünənlərin nəhəng qruplarıyla, və s. şəklində bütün canlılarla addım-addım nəsil ağacımızın toqquşduğunu görərik. Bir bananla ortaq əcdadlarımızı (təbii ki, nə bitkiyə, nə də heyvana bənzəyən bu əcdad, sadə bir təkhüceyrəli orqanizmdir) görmək üçün milyardlarla il geriyə getmək lazım olarkən, bir balıq ilə ortaq əcdadımız üçün yüz milyonlarla il geriyə, bir məməli ilə ortaq əcdadımızı görmək üçün on milyonlarla il geriyə, bir primatla ortaq əcdadımızı görmək üçün milyonlarla il geriyə, bir Kanadalı ilə ortaq əcdadımızı görmək üçün yüz minlərlə il geriyə, uzaq qohumumuz ilə ortaq əcdadımızı görmək üçün bir neçə nəsil geriyə, qardaş və ya bacımızla ortaq əcdadımızı görmək üçünsə tək bir nəsil geriyə getməyimiz, yəni öz valideynlərimizə baxmağımız kifayətdir.

Beləcə, Darwin, bu ovsunlayıcı kəşfini sadəcə bu sözlərlə izah edirdi: "Bu həyat fikrində ehtişam var!"

Ümidvarıq yazımız ağlınızdakı bir çox qaranlıq qalan sualların üzərindən xətt çəkmişdir. Həmçinin, təkamülün və növləşmənin daha da geniş izahını almaq istəsəniz Növləşmə və Növləşmə Mexanizmləri adlı yazımızı oxumağınızı məsləhət görürük.
daha ətraflı...

May 8, 2013

Krossinq-over

Bu yazımızda sizlərə Təkamülün əsas olmasa da, ikinci mexanizmləri hesab olunan, amma əhəmiyyətli dəyişikliklərə səbəb olan proseslərdən bəhs edəcəyik. Dərhal izaha keçək.

Bu mexanizmlər, yazımızın içərisində görəcəyiniz kimi, eynilə mutasiyalar kimi təbiətə canlılıq baxımından müxtəliflik və vəsait təmin edən mexanizmlərdir. Hər hansı bir seçmə xüsusiyyətləri yoxdur. Lakin bildiyiniz kimi Təkamül, təbii proseslər içərisində canlılar arasındakı fərqliliklərin təbiət şərtləri daxilində "seçilməsi" və ya "ayırd edilməsi" nəticəsində meydana gəlir. Bu səbəbdən bu ikinci mexanizmlər və mutasiyalar olmasaydı, hər hansı bir canlı müxtəlifliyi təmin edilə bilməzdi və Təkamül baş verməzdi. Mutasiyaların yüzlərlə fərqli növünü bilirik. Üstəlik, bundan çoxunu da, bu yazımızda toxunacağımız ikinci mexanizmləri də biləcəyik.

Bu səbəbdən Təkamül biologiyasını anlamaq baxımından bu mexanizmlərin bilinməsi də çox böyük əhəmiyyət kəsb edir. Təkamüldən bir az anlayışı olan insanlar təkamül müddəti üçün müxtəlifliyi təmin edən tək ünsürün mutasiyalar olduğunu zənn edirlər. Halbuki bundan daha çoxu var və bu yazımızda sizə bunlardan bəhs etmək istəyirik. Ümid edirik ki faydalı olacaq.


Krossinq-over (Chromosomal Crossover ya da Gen Ötürülməsi), homoloji xromosomlar arasında meydana gələn genetik material (gen) ötürülməsidir. Bu nöqtədə homoloji xromosomları təyin etməkdə fayda görürük:

Homoloji xromosomlar, eyni uzunluqda, eyni sentromer (xromosom mərkəzi) mövqesinə sahib olan, eyni boyama naxışını daşıyan və hər bir lokusda (gen bölgəsi) eyni xarakterə sahib olan genləri daşıyan xromosom siyahısına deyilir. Homoloji xromosom cütləri daxilində, cütlərdən biri anadan, digəri atadan gəlir. Hər xromosomdan, iki ədəd xromatid olur və bunlara qardaş xromatidlər adı verilir. Aşağıda bunu görə bilərsiniz:




Meyoz bölünmə zamanı, Profaz-I mərhələsində sinapsis deyilən bir hadisə meydana gəlir (aşağıdaki fotoşəkildə göstərilmişdir) və homoloji xromosomlar bir-birləriylə düyünlənirlər. Bu düyün, Profaz-I mərhələsinin ortalarında başlayır və sonuna qədər davam edir. Bu müddət ərzində, homoloji xromosomların bir-biriylə bölgələri yer dəyişdirə bilər. Bu hadisəyə krossinq-over deyilir. Aşağıda bu hadisə göstərilmişdir:




İndi, çox irəli getmədən bir məlumatı vurğulamaq istəyirik: DNT dediyimiz molekul son dərəcə sıravi atomlar kolleksiyasıdır. Yalnız bu atomlar kolleksiyasının milyonlarla illik seçmə müddəti nəticəsində ona qatdığı biokimyəvi vəzifələr insanı heyrətləndirir və fövqəltəbii bir molekulmuş kimi düşünməsinə səbəb olur. Halbuki daha əvvəl də izah etdiyimiz kimi DNT də adi fizika və kimya qaydalarına tabedir, normal biokimyəvi reaksiyalar nəticəsində istehsal olunur və bütün funksiyasını bu biokimyəvi reaksiyalar sayəsində görür. Yəni onu "təsirli" edəcək heç bir əlavə xüsusiyyəti yoxdur. Bu vəziyyət, crossing-over hadisəsiylə daha da dəqiqləşir: Homoloji xromosomlar üzərindəki genlər də DNT-ni meydana gətirən atomlar və molekullar yığınıdır. Genlər bir araya gələrək DNT-ni və xromosomları meydana gətirirlər. Bu genlərin quruluşu da, olduqca sıravi biokimyəvi molekullar olduğu üçün və hər hansı bir şüura sahib olmadıqları üçün bölünmə zamanı yan-yana gəldiklərində və bir-birlərinə deydiklərində hansı xromosoma aid olduqlarının "fərqində ola bilməyəcəkləri" üzündən sıravi fizika və kimya qanunları daxilində (itələmə-çəkmə qüvvələri kimi ) bir xromosomdan digərinə keçə bilirlər. Çünki genlərin "oturduqları" bölgələr, bildiyimiz fiziki və kimyəvi bağlarla tutulur və yer dəyişdirən genlərin quruluşu bir-birinə olduqca bənzər olduğu üçün, yer dəyişmə nəticəsində xromosomda bir uyğunlaşmama meydana gəlir. Yəni irəli bir texnologiyayla krossinq-over'ə hər an müdaxilə etsək, əvvəldən hazırlamaq istədiyimiz gen kombinasiyasını, yer dəyişdirmə bölgəsinə yerləşdirə bilərik və xromosomların təbiri yerindədirsə "ruhu belə duymaz". Nəticədə fiziki və kimyəvi xüsusiyyətləri uyuşduqdan sonra, orada olan maddənin məzmunu hər hansı bir əhəmiyyət kəsb etmir.

Daha çox uzatmadan davam edək. Krossinq-over hadisəsi ilk dəfə 1909-cu ildə Frans Alfons Janssens tərəfindən müşahidə edilmişdir və "chiasmatic" olaraq adlandırılmışdır. Lakin sonradan, 1916-cı ildə, məşhur Amerikalı təkamülçü bioloq Thomas Hunt Morgan tərəfindən detalları da ortaya çıxarılmış, təcrübi olaraq göstərilmiş və "Təkamül Nəzəriyyəsinin Bir Tənqidi" (A Critique of the Theory of Evolution) adlı məqaləsində "krossinq-over" hadisəsini izah etmişdir. Hal-hazırda "chiasma" krossinq-over hadisəsi zamanı dəyişdirilən genlərin bir-birinə toxunduğu bölgə olaraq xatırlanır. Aşağıdakı fotoşəkil, Morganın krossinq-over'i izah etmək üçün istifadə etdiyi fiqurdur:




Krossinq-over'in çox da mürəkkəb olmayan biokimyası vardır: Spo11 adlı bir zülalın DNT ilə görüşməsi sonrasında meyotik rekombinasiya əməliyyatı dediyimiz bir əməliyyat başlayır. DNT-nin cüt spiralvari quruluşu helikaz kimi fermentlər vasitəsilə açılır. Eqzonükleaz fermentlərindən bir neçəsi sayəsində DNT-nin 5 'ucları həzm etdirilir və 3' ucları çıxarılmağa başlanır. Dmc1 və Rad51 zülalları tək lentli DNT hissələrini örtür və nükleoproteinlər formalaşır. Rekombinaz fermentləri sayəsində DNT lentlərindən birinin qırıq ucları, qarşı xromatidi işğal edir. Tək lentli DNT-nin 3 'ucunda olan DNT-Prime tamamlayıcı lentin genetik quruluşunun digər tərəfdəki lentə keçməsinə səbəb olurlar. Bu sırada meydana gələn xromatid ucları görüşdüyü bölgələrə chiasma, dəyişmə hadisəsinə isə crossing-over deyilir. Krossinq-over'i və parçaları izah edən gözəl bir digər vizual əlavə edək:





Daha yuxarıda da ifadə bildirdiyimizkimi, eukariotların hamısında hər bir hüceyrə bir genin iki fərqli kopiyasını daşıyır. Bu nüsxələrin hər birinə allel deyilir. Hər bir bala, hər hansı bir xüsusiyyətlə əlaqədar olaraq, ana və atasından bir allel alır. Bu səbəbdən meyoz bölünmə zamanı bir fərdin çıxardığı qametlər (artım hüceyrələri), bir sıra allelə malikdir. Bu fərdin, cütləşəcəyi fərdin artım hüceyrələri də, digər bir allel sırasına sabibdir. Bunlar, döllənmədən sonra bir araya gələrək hər bir fərddəki genetik vəsaiti meydana gətirirlər. Bu sayədə hər bir fərddə, ana və atasından gələn bir gen dəsti (allel seti) olur. Aşağıda, bu anlayışlar gözəl bir şəkildə göstərilmişdir:




Əgər krossinq-over olmasaydı, hər bir qamet tək tip allel seti daşayır olacaqdı. Krossinq-over sayəsində bu allel arasında dəyişmə meydana gəlir, beləcə saysız fərqli kombinasiya əldə edilir. Bu da, demək olar ki, hər bir spermanın və yumurtanın bir-birindən fərqli olmasını təmin edir (təbii ki mutasiyalar və daha sonra bəhs edəcəyimiz digər ikinci mexanizmlər ilə birlikdə). Qısaca krossinq-over, allellərin təsadüfi qarışığına səbəb olan təbiət hadisəsidir.

Krossinq-over əsnasında, genlərin mövqeləri dəyişmir. Bir xromosom üzərindəki bütün genlər, olması lazım olan yerlərində qalırlar. Yalnız, qarşı homoloji xromosomu meydana gətirən xromatidlərdən birindən (hər bir xromosomda iki ədəd qardaş xromatid olur) allel alınır ya da ona allel verilir. Bu sayədə, baladan ana-atanın genlərinə aid hər hansı bir kombinasiya nəzəri olaraq tapılır. Sıralamada deyil, daşınılan xüsusiyyətlərdə dəyişiklik meydana gəlir. Bu, Mendelin 3-cü qanunu:Sərbəst Paylaşma Qanunudur
.

Burada əhəmiyyətli bir məsələ də, krossinq-over'in hər gendə eyni ehtimalla yaranmadığıdır. Bunun səbəbi genetik məsafə dediyimiz və yuxarıda bəhs etdiyimiz təkamülçü bioloq Morganın şərəfinə, vahid olaraq Morgan (Mo) ilə ölçülən məsafədir. Bu məsafə bir xromosom üzərindəki genlərin bir-birindən uzaqlığını təyin edir. Çox sadə olaraq, krossinq-over'də hər genin yer dəyişdirmə şansının eyni olmama səbəbi, bir-birinə yaxın genlərin, bərabərcə ötürülmə şanslarının daha yüksək olmasındandır. Məsələn ABCDEFGHIJKLMNOPR şəklində genlər olduğunu fərz etsək və chiasma bölgəsinin mövqesindən ötəri B qarşı tərəfə köçürüləcəksə, A ilə C-dən də onunla birlikdə köçürülmə ehtimalı, P'nin köçürülmə ehtimalından çox daha yüksəkdir. Bunun səbəbi, əlbəttə, DNT-nin bir tam olması və fiziki, kimyəvi qüvvələrlə genlərin bir-birinə bağlı olmasıdır. Köçürmə zamanı köçürülən parça, qonşularını da özü ilə aparmağa çalışacaq.

Təbii ki, DNT "mükəmməl" bir molekul olmadığı üçün, tez-tez bu mexanizmdə səhvlər meydana gəlir və bunun nəticəsində krossinq-over'lər bir mutasiyaya çevrilə bilirlər. Yer dəyişdirmək üzrə qopan hissələr bəzi hallarda qarşı tərəfə çata bilmir. Və ya qarşıya keçən parçalara, mühitdə olan bəzi nükleotidlər yapışaraq artıq və səhv parçaların meydana gəlməsinə səbəb ola bilər. Bütün bunlar, çox vaxt problemli fərdlərin meydana gəlməsinə səbəb olsa da, bəzi hallarda uc dərəcədə amma sağlam fərdlərin var olmasına səbəb olur. Tamamilə sağlam ilə tamamilə xəstə arasındakı sonsuz ehtimal canlıların müxtəlifliyinə səbəb olur.

Bütün bunlardan aydın ola biləcəyi kimi, krossinq-over sayəsində canlılar arasında çox müxtəlif tiplər var olurlar. Bu tiplər həyata gəldikdən sonra, daha əvvəl açıqladığımız seçmə mexanizmlərinə tabe tutulurlar. Və bunlar arasında, həyata gəldikləri mühit şərtlərinə ən uyğun olanlar həyatda qalıb varlıqlarını davam etdirə, nəsl artıra biləcək və özlərini güclü edən kombinasiyaları balalarına ötürəcəkdir. Mühit şərtlərinə uyğun olmayan genetik kombinasiyalara sahib olanlar, daha doğrusu sahib olduğu genetik kombinasiyaya görə əldə etdiyi fiziki xüsusiyyətlər həyata gəldiyi təbiət şərtlərinə uyğun olmayanlar isə məğlub olduqları üçün bu "pis" kombinasiyaları balalarına ötürmürlər. Ən azı, yalnız Təbii Seçmə yolu ilə olan Təkamül təkcə bu şəkildə işləyir.

Göründüyü kimi, əslində başa düşülməsi çətin heç bir şey yoxdur. Fərd istəsə, bu təbiət qanunlarını asanlıqla anlaya bilər və hadisələrin meydana gəlmə zəncirini kiçik parçalara bölərək necə təkamülləşdiyini görə bilər. Bu sayədə, təbiətdəki hər bir fenomen açıqlana və Təkamül sayəsində canlılarda meydana gələn hər cür müxtəliflik asanlıqla izah oluna bilər.
daha ətraflı...

Archaeopteryx Haqqında...

Bu yazımızda elm düşmənlərinin tez-tez, əslində çox da elmi bir termin olmayan "ara növ" termini daxilində hücum etdikləri Archaeopteryx'i ələ alacağıq.








Bir çox elmdən kənar qaynaqlarda Archaeopteryx'in sürünənlərlə quşlar arası bir keçid olmadığı bildirilir. Səbəb kimi isə bunları göstərirlər:

1) Uçan canlılarda olan sinə sümüyü (sternum) tapılmır;

2) Tüklərin quruluşu canlının bir keçid forması kimi deyil, bir quş kimi "mükəmməl" uça bildiyini göstərir;

3) Qanadlardakı pəncələr və ağzındakı dişlər ara keçid növü olmadığını göstərir;

4) Qulaq quruluşu dövrümüzün müasir quşları ilə eynidir;

5) Qanadları ara keçid növü olmasına dəstək olmur;

6) Fosilin yaşadığı dövrlə əlaqədar "zamanlama səhvi" var.


Bu tip iddialarla, bu qalığın saxta olduğunu "sübut edirlər", ən pis ehtimalla da Təkamül Nəzəriyyəsini "darmadağın" etdiklərini düşünürlər. Guya "hər hansı" bir jurnalın "hər hansı" bir sayında "hər hansı" bir alim bu fosilin ifşa olunduğunu irəli sürübmüş. Bu fikirlərinin dayaqsız olduğunu ortaya qoyan çoxlu kitab və dəyərli elm adamı var. Gəlin əldə olan məlumatlar və bu elm adamlarının yazıları daxilində bu iddialara bir-bir nəzər salaq:



1) Wellnhofer'in araşdırdığı və yazdığı kimi (1993), Archaeopteryx'in bir sternum sümüyü var idi, amma digər fosillər kimi fosilləşmədiyi üçün, Archaeopteryx ilk tapıldıqda bu sümük ayırd edilməmişdi. Elmdən anlayışı olmayan şəxslər aktual olmayan və yalnış qaynaqlardan yola çıxaraq öz istədikləri istiqamətdə dəlilləri təhrif edirlər.

2) Speakman & Thomas (1994) müasir quşların asimmetrik tük quruluşu ilə guya
Archaeopteryx'in tük quruluşunu müqayisə ediblər. "Asimmetriya Dərəcəsi" deyilən və ortalığı qarışdıran bir ölçü metodu var. Bu metodu istifadə edən Speakman & Thomas Archaeopteryx'in bu ölçümə görə 1.25 dəyərində bir asimmetriya nisbətinə sahib olduğunu iddia etmişlərdir. Bu dəyəri isə, hal-hazırda tamamilə tərk edilmiş bir metod olaraq, quşların "uça bilmə tutumu" ilə nisbətləmiş və səhvə yol vermişlər. Nəticədə bu dəyərin müasir və uçan bir quşunkuna görə (ən pisi belə 2.2 'dir) çox aşağı, müasir və uça bilməyən bir quşunkuyla isə az qala eyni olduğunu ifadə etmişlər. Elm düşmənlərinin yalan qurduqları araşdırma budur. Bu dırnaqarası elm adamlarının iddiasına görə Archaeopteryx yalnız uça bilməyən müasir bir quşdur və bir keçid növü deyil. Ancaq sonradan edilən araşdırmalarda, Speakman & Thomasın bir Archaeopteryx tükü ilə belə müqayisə etmədikləri məlum olmuşdur və elm səhnəsindən silinmişlərdir. Təbii ki dövrümüzün elm düşmənləri bunu görməzlikdən gəlirlər. Lakin araşdırmalar bunu açıqca ortaya qoymaqdadır. İlk olaraq Norberg (1995), Speakman & Thomasın qanad qıvrımını hesaba qatmadan nəticələr tapdıqlarını isbat etmişdir, ki bir quşun uça bilməsindəki ən əhəmiyyətli faktorlardan biri də elə qanadın qıvrımıdır (curvature). Paul Davis 1996-ci ildə Speakman & Thomasın qanaddaki tükləri belə səhv sayaraq hesablar etdiklərini sübut etmişdir. Daha sonradan edilən araşdırmalarda, Speakman & Thomasın araşdırmasına ən ağır zərbə enmişdir: Asimmetriya Dərəcəsi'nin bir quşun "uçuş tutumu" ilə əlaqədar olmadığı təsdiq edilmişdir. Asimmetriya Dərəcəsi, yalnız uçan quşlarda manevr qabiliyyətini ölçmək və dırmaşma uçuşlarındakı yetkinliyi təyin etmək üçün istifadə edilir (JMV Rayner). Bu səbəbdən əldə edəcəyimiz nəticə, Archaeopteryx'in müasir quşlardakından fərqli olaraq aşağı asimmetriyaya sahib olduğu, ancaq müasir quşlarınkından fərqli olaraq bu aşağı asimmetriyanın (ki uçmaq üçün normalda yüksək asimmetriya lazımdır, müasir quş tükləri xeyli asimmetrikdir) Archaeopteryx'in uçmasına maneə olmadığıdır. Bu da onun bir keçid növü olduğunu sübut edir.

3) Bu iddiada elm düşmənləri hədəf çaşdırma taktikasını istifadə edirlər. Archaeopteryx'in pəncələrinin olması, elm adamlarına görə bir ara keçid növü olduğunun sübutudur. Elm düşmənləri isə, Archaeopteryx'in pəncələri olmasının sürünənlərlə bir əlaqəsi olmadığını söyləyirlər və baş qarışdırırlar. Tezisi dəstəkləmək üçün də elmi bir gerçək olan və hələ də var olan Touraco corythaixOpisthocomus hoazin növlərini göstərərək, bu uça bilməyən quşların da pəncələri olduğunu, lakin bu iki növün sürünənlərlə heç bir əlaqəsi olmadığını söyləyirlər. Onsuz da elm adamları bu növlərin sürünənlərlə bir əlaqəsi olduğunu iddia etmirlər. Bəhs edilən növlər tamamilə fərqli növlərdir və bir növün sürünənlərlə əlaqəsi olmaması, bənzər xüsusiyyətlərə sahib olan, amma əlaqəsi olmayan bir başqa növün də sürünənlərlə əlaqəsi olmadığını göstərmir. Yəni elm düşmənləri, məntiq səhvini istifadə edərək baş qarışdırırlar.

4) Ostrom'un 1976-cı ildə nəşr etdiyi və hələ də çökdürülməmiş olan tədqiqatının 132-ci səhifəsinə baxdığımızda görə biləcəyimiz kimi, Archaeopteryx'in qulaq quruluşunda olan və tibb elmində "Stout quadrate" olaraq təyin olunan və bunun titrəşməsi nəticəsində "eşitmə" hadisəsini reallaşdıran sümük, sürünənlərdəkinə görə olduqca böyük idi, lakin sürünənlərinkində olduğu kimi üst çənə bölgəsinə bitişik idi. Bu da, elm düşmənlərinin bu iddiasının əsasını təşkil edən Prof. Duane Gish'in qulaq quruluşu iddiasının yalan olduğunu sübut etmişdir.

5) Elm düşmənlərinin saxtakarlıqları, istifadə etdikləri qaynaqlarını yeniləməmədiklərindən və dəqiq araşdırmadıqlarından aydın ola bilər. Çünki SpringerLink, Web of Science, Google academics kimi elmi mənbə axtarış mühərriklərində etdiyimiz kiçik bir araşdırma nəticəsində, elm düşmənlərinin, elm adamının adını belə doğru yazmadığı ortaya çıxmışdır. Prof. J. Richard Hinchcliffe, tüklü dinozavrlar üzərinə araşdırma edən və Təkamül Nəzəriyyəsini qəbul edən, həmçinin Archaeopteryx'in bir keçid növü olduğunu da qəbul edən bir elm adamıdır. Bunu, məqaləsindən görə bilərik: "... Çində əldə edilən son tapıntılar da gözlər önünə sərmişdir ki, tüklü dinozavr təkamülünün pillələrindən biri olan Archaeopteryx ... ". Həmçinin eyni professor, Təkamül Nəzəriyyəsini dəstəkləyən "Əza Təkamülünün İnkişaf Bazası" (Developmental Basis of Limb Evolution) başlıqlı məqalənin də müəllifidir. Elm düşmənləri Təkamül Nəzəriyyəsinə hücum edir və onlarla ilini, hətta ömürlərini bu işə həsr edən elm adamlarının işlərini görməməzlikdən gələrək, onları Təkamül Əleyhdarı olaraq çatdırırlar və elmdən kənar yazılarında qaynaq olaraq utanmadan bunu istifadə edirlər. Çox təəssüf ki insanlarımız, bu işin mütəxəssislərinə güvənməkdənsə, elmdən anlayışı olmayanların yalanlarına üz tuturlar. Bu, bir az da, təhsilin aşağı səviyyədə olmasından qaynaqlanır.

6) Həmin elm düşmənləri, "zamanlama səhvi" olaraq Eoalulavis (120 milyon il əvvəl yaşamışdır) adlı bir növü göstərirlər və Archaeopteryx'dən (150 milyon il əvvəl yaşamışdır) daha gənc olmasına baxmayaraq günümüzdəki müasir quşlara aid qanad quruluşuna sahib olduğunu iddia edirlər. Elm düşmənləri, burada da, öz cahilliklərinə qurban gedərək bir söz oyununa müraciət edirlər və insanları çaşdırırlar. Təkamül Nəzəriyyəsini çürütmək üçün irəli sürdükləri Eoalulavis, onsuz da Archaeopteryx'dən təkamülləşmiş olan bir növdür və onun davamçısıdır. Eynilə Homo neanderthalensis ilə Homo erectus'un eyni zamanlarda yaşadığı kimi, bu növlər də eyni zamanlarda yaşamış, ancaq biri digərindən təkamülləşmiş olan növlərdir. Elm düşmənləri, Təkamül Təlimi daxilində heç bir elmi məlumata sahib olmadıqları kimi öz aləmlərində yalanlarla yaşamaqda olduqları üçün, təkamülü bir zəncir olaraq düşünmələrindən və "ara növ" olaraq bir zənciri tamamlayan hər növ canlının var olması lazım olduğuna inanmalarından irəli gəlir. Halbuki təkamül müddəti bir "zəncir" olaraq deyil, bir "ağac" olaraq düşünülməlidir. Bu ağac daxilində, tək bir populyasiyadan iki ya da daha çox istiqamətə doğru təkamülləşən yeni növlər bir yerdə, eyni zamanda yaşaya bilərlər. Yəni Archaeopteryx'dən təkamülləşən Eoalulavis, əcdadı ilə bir yerdə bir müddət yaşamışdır və bu kifayət qədər elmi, təbii və həqiqidir. Lakin elm düşmənləri bu növü sanki tamamilə fərqli bir növ kimi göstərərək söz oyunu nümayiş etdirirlər və saxtakarlıqlarını bir daha ortaya qoyurlar.



Nəticə olaraq; sürünənlərdən quşlara keçid, onlarla fərqli fosillə sübut edilmişdir və "əskiksiz" bir keçid ortaya qoyulmuşdur. Təkcə Archaeopteryx belə bu keçidi təsdiqləyə biləcək bir növdür, lakin yaşamış olan tək tüklü dinozavr deyil. Elm düşmənləri, hər səfərində öz qazdıqları yalan quyusuna düşürlər. Dünyada hələ də yüz minlərlə elm adamı, ömürlərini həqiqətlərə həsr edərək bu tip əhəmiyyətsiz şəxslərə baş qoşmurlar və gerçək haradadırsa mütləq tapıb çıxarırlar.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top