April 8, 2013

İbrahimov...

İbrahimov — 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya Birliyinin Baş Assambleyasında Azərbaycan ve Sovet astrofiziki, dünyada ilk dəfə Mars planetində qeyri-üzvi birləşmələrin (metal və s.) əsasını təşkil edən molekulların mövcudluğunu kəşf edən Nadir İbrahimovun şərəfinə adlandırılan Mars səthindəki kraterdir.

Nadir Baba oğlu İbrahimov (1932 −1977) — Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Azərbaycan və Sovet astrofizikidir.

Nadir İbrahimov əsasən Günəş sisteminin bir çox planetlərinin atmosferinin fizikasının tədqiqatları ilə məşğul olurdu. İbrahimovun şərəfinə Mars planeti səthində krater adlandır
ılıb.
daha ətraflı...

Öldükdə 21 Qram Kütlə İtiririkmi? Ruh Varmı ?

ƏFSANƏ: İnsanlar öldükləri anda 21 qram yüngülləşirlər. Bu, bədəndən çıxan ruhun ağırlığıdır. Elm adamları X ildə bağlı bir vakuumda etdikləri təcrübə ilə bunu təsdiq etmişlərdir.

HƏQİQƏT: Ruh, elmi bir anlayış deyil və əslində yoxdur. İnsanların anlaya bilmədikləri davranışları və ümumi olaraq insanın həyatda olmasının "qüdrətini" açıqlamaq üçün uydurduqları, bədən-üstü olduğunu iddia etdikləri və əsla ölmədiyini düşündükləri (çünki şüurlu olan insan ölmək fikrindən qorxur, əsla ölməyəcəyini və ya öldükdən sonra yeni və əbədi bir həyata başlayacağını düşünür) bir əfsanədir. Mövzumuz heç də ruh anlayışı olmadığından burada saxlayırıq.

Elm tarixində heç bir zaman tamamilə vakumlanmış bir mühitdə, bir canlı, insan öldürülərək həddindən artıq həssas tərəzilərlə bir ölçüm təcrübəsi edilməmişdir. Bu, insanların şəxsi fikirlərini dəstəkləmək üçün elmi çirkin əməlləri ilə təhrif etmələrinə acı bir nümunədir.

Bu nağılın ortaya çıxması belə olmuşdur: 11 Mart 1907 tarixində New York Times qəzetində (səhifə 5) və Aprel 1907 tarixində American Medicine jurnalında çıxan bir məqaləyə görə Massachusetts'dəki bir xəstəxanada işləyən həkim Duncan MacDougail, ruhun varlığını isbat etmək və ağırlığını ölçmək üçün vakumlu olmayan bir mühitdə, kütlə itkisinin ola biləcəyi bir şəkildə, bir təcrübə hazırlamışdır və ölməkdə olan 6 xəstəsinin ölüm anını təqib etmişdir. Bu xəstələrdən yalnız biri 3/4 ons (təxminən 21 qram) kütlə itirmişdir. Digər beşində heç bir kütlə itkisi olmamışdır. Həkim 15 itlə təcrübəni təkrar etmiş və kütlə dəyişməsinə rastlamayaraq "İnsanların ruhu vardır, lakin itlərin yoxdur.." şəklində əsassız bir nəticəyə çatmışdır. Təcrübə onsuz da başdan müvəffəqiyyətsiz olmuşdur (idarəli olmadığı üçün). Təkcə, məsələn kütlə itkisinin heç bir mənası yoxdur (statistikada belə həssas bir təcrübə üçün yüzlərlə nümunə lazımdır, tək bir adamın məlumatı məna ifadə etmir); yazar qalan 5 nümunədəki kütlə qeybi olmamasını isə "texniki axsaqlıq" olaraq təyin etmişdir (bu da eynən mənasız bir açıqlamadır); ölüm anı dövrümüzün müasir texnikalarıyla belə tam olaraq müəyyənləşə bilməz (həkim, məqaləsində 40 dəqiqəlik bir zaman ərzində dəyişmələri qeyd etdiyini bildirmişdir). Qısaca, edilən təcrübə məşhur mədəniyyətdə bir əfsanə olmağı bacarmış, ancaq heç bir elmi əsası olmayan, zəif bir sınaqdır. Həqiqi bir elm adamının, 6 insan və 15 it üzərində edilən bir təcrübədə, 5 insanda və 15 itin hamısında hər hansı bir kütlə mübadiləsi olmursa, yalnız 1 dəyişməyə baxaraq insanların "ruh" u olduğunu demək yerinə, 5 insan və 15 itə baxaraq heyvanların fövqəl hər hansı bir xüsusiyyətə sahib olmadıqlarını və ya ən azı ölüm zamanı kütlə itkisinin əhəmiyyət verilməyəcək miqdarda olduğunu və ekoloji / fiziki ünsürlərə bağlı olduğunu çıxarması lazım idi.

ELMİ CAVAB: İnsan bədəni öldükdən sonra yüngülləşir, lakin bu 21 qram olaraq heç bir elmi təcrübədə ölçülməmişdir və əsla sabit bir dəyər deyil. Öldüyümüzdə sidik kisəsi boşalaraq içəridə olan sidik çölə çıxır; rektum boşalaraq bağırsaqlarımızdaki nəcis çölə çıxır; ağciyərlərimiz boşalaraq saxladıqları havanı çölə buraxırlar və hətta dərimizdə bəzən bədən mayeləri çölə axır (məsələn ağızımızdan tüpürcək axa bilər). Bütün bunların cəmi, insanlarda fərqli yüngülləşmələrə səbəb ola bilər və bu çox təbiidir. Bunu, onsuz da var olmayan ruh kimi bir elmdən kənar anlayışın ağırlığına əlaqələndirmək mənasızdır (onsuz da metafizik olduğu iddia edilən bir varlığın, fiziki xüsusiyyətlərlə təyin olunması başlı başına bir ziddiyyətdir).
daha ətraflı...

Neandertal DNT-si düzüldü

Almaniya Leipzig'dəki Max Planck Təkamül Antropologiyası Universitetindən olan elm adamları cənub Sibirdə 2010-cu ildə tapılan Neandertala aid bir ayaq barmağı sümüyünü istifadə edərək insanın var olmuş ən yaxın qohumu hesab olunan Neandertallara aid genomun 50 qatını başdan sona sıraladı. 1.79 gigabayt sahə örtən genomun 99.9 %'lik qismi insanın gen düzülüşünü təkrar edir. Mitoxondrial DNT və nüvə DNT-si üzərində aparılan araşdırmalardan isə, müasir insan olaraq bilinən biz Homo sapiens növündən qohumlarımıza 1%'lik bir gen ötürülməsi olduğu görülür. Bu da insanlar ilə Neandertalların qarşılaşaraq çütləşdikləri fikrini yenidən təsdiqləyir.

Baş tədqiqatçı Svante Pääbo mövzuyla əlaqədar bunları söyləyir: "Neandertal genomu, bu gün yolda gedən hər hansı bir müasir insanınkı qədər əskiksiz şəkildə ortaya qoyuldu."

Elm adamları hazırda bu yeni genom sıralamasını əllərindəki hissə-hissə olan genomlar ilə müqayisə edirlər. Hissələrdən biri keçən il nəşr olunan Denisova genomuna aiddir. Fotoşəkildə Neandertallar, Denisovalar və müasir insanların təkamül ağacı dəqiq bir şəkildə ortaya qoyulmuşdur.

Pääbo: "Neandertal və Denisovaların keçmişi və müasir insanın ayrıldığı nöqtədən etibarən olan genetik dəyişikliklər haqqında əhəmiyyətli məlumatlar əldə edəcəyik."


Qaynaqlar: Sciencemag , Theverge
daha ətraflı...

Yararlı Mutasiya Nümunələri

1) E. coli bakteriyası normal olaraq laktozanı parçalaya bilmir (laktoza intoleransı). Lakin Boston Universitetindən Prof. John Cairns və qrup həmkarlarının etdikləri və New Scientist jurnalında nəşr olunan bir təcrübə nəticəsində, Mu adlı bir bakteriofaq (bakteriyaları infeksiyalaşdıran bir virus) istifadə edilərək genetik materialda olan beta-galactosidase genində meydana gətirilən bir mutasiya sayəsində bakteriyaların laktozu həzm edə bilməyə başladıqları ortaya çıxmışdır. Daha sonradan fərqli üsullarla bənzər təcrübələr təkrarlanmış və eyni nəticələr əldə olunmuşdur. Bu da bakteriyalar baxımından bir yararlı mutasiya nümunəsi olaraq qarşımıza çıxmaqdadır.

2) 2001-ci ildə aparılan bir tədqiqatın nəticəsinə görə, insanlarda olan CCR5 adlı bir gendə meydana gələn 32 silinmə tipi mutasiya nəticəsində bu gen baxımından homoziqot fərdlərdə HIV müqaviməti, heteroziqotlarda isə HIV əlamətlərinin ortaya çıxmasında gecikmə meydana gəldiyi sübut edilmişdir. Bu, yararlı mutasiyalara bir nümunədir.

3) Bennett, Mittler və Lenski'nin Evolution jurnalında nəşr etdikləri bir araşdırmaya görə araşdırmaçılar 2.000 nəsil boyunca 37 santiqrad dərəcədə yaşamağa uyğun E. coli bakteriyası yetişdirmişlərdir. Daha sonra bu populyasiyadan 3 nümunə populyasiya alınıb 32 dərəcədə, 37 dərəcədə və 42 dərəcədəki mühitlərə yerləşdirilmiş və 2.000 nəsil daha keçməsi gözlənilmişdir. Bu nəsillərin adaptiv müvəffəqiyyətləri (təkamül dəyişmələri) davamlı təqib edilmişdir. İlk anda 32 dərəcəyə buraxılan nəslə görə, 2.000'-ci nəsil 10% daha adaptiv müvəffəqiyyətə sahib olan fərdlərdən meydana gəlmişdir, yəni populyasiya içərisində yeni istiliyə qarşı bir təkamül prosesi baş vermişdir. Oxşar şəkildə, 42 dərəcəyə buraxılan ilk nəsilə görə, 2.000'-ci nəsil 20% daha müvəffəqiyyətlidir. 37 dərəcədə buraxılan fərdlərdə heç bir adaptiv dəyişiklik müşahidə olunmamışdır. Bu vəziyyətin nəsillər içərisində meydana gələn mutasiyalara bağlı bir müxtəlifliyin seçilməsindən və yığılmasından qaynaqlandığı təsdiq edilmişdir. Bu da yararlı mutasiyaya bir nümunədir.

Daha bir neçə nümunə də artırmaq olar. Həmçinin bir mutasiya eyni zamanda həm yararlı, həm də zərərli ola bilər. Misalçün, bədənimizdəki bir bakteriyada baş verən mutasiya bakteriya üçün yararlı hesab olunacaq, çünki bu sayədə bizim immunitet sisteminizdən qurtulmağın yolunu tapan variasiyalar meydana gələcək. Bunların da təbii seçmə ilə dəstəklənməsi nəticəsində orqanizmimiz bakteriyanın köləsi halına gələcək və bu proses bizi ölümə doğru aparacaq. Gördüyünüz kimi bir mutasiya bakteriya üçün yararlı, insan üçün isə zərərli oldu. Buna səbəbdən də bir mutasiya növünə iddialı şəkildə zərərli və ya yararlı demək yalnış olardı.
daha ətraflı...

İnsanın Əcdadlarının Dəriləri Nə Rəng İdi?

Dövrümüzün insanlarının son əcdadlarının dəri rənginin qara olduğunu deyə bilərik. Yəni bu günki ağ dəri rənginin, qara dəri rəngindən təkamülləşdiyi məlumdur.

İnsanların son 1.7 - 1.2 milyon ildir az qala tüklərini tamamilə itirmiş bir canlı qrupu olduğunu bilirik (ki bu dövrdə də bildiyimiz qədəriylə bizlər, yəni Homo sapiens növü tapılmırdı). Bu tük tökülməsinin mənbələri 4 milyon il əvvəlinə qədər uzana bilər.

Tükləri hələ də olan, insanabənzər primat əcdadlarımıza dönəcək olsaq (ki bu ən az 4-6 milyon il geriyə getmək deməkdir), bu canlıların dərilərinin açıq-qara olduğunu deyə bilərik. Çünki tüklər, UV şüalarının böyük nisbətdə qarşısını alırdı və əlavə bir melanin qoruma layına ehtiyac duyulmurdu. Yalnız az miqdarda, bədənə cüzi əsmərlik verəcək qədər UV şüası kafi olacaqdı. Bu günkü tüklü meymunlarda da bənzər vəziyyətləri görürük.

Lakin insan növü, tüklərini itirdikdən sonra Afrika kimi ölümcül istiliklər və şüaların gəldiyi bir coğrafiyada, sözün tam mənasıyla "lüm-lüt" qalmışdı. Bu səbəblə, nəsillər içərisində, doğumdan etibarən daha tünd bədənli insanlar üstünlüklü hala gəlmiş və melanosit hüceyrələri daha çox melanin istehsal edəcək şəkildə adaptasiya olmuşdur.

Bütün bunlar, insanın 4 milyon il əvvəlki əcdadlarından, təxminən 150.000 il əvvəl, Homo sapiensin ilkin fərdləri ilk olaraq Afrikadan çıxaraq Uzaq Şərq və Şimali Avropa ərazilərinə köç edənə qədər, hər keçən nəsildə daha tünd bədənli və zənci fərdlərin ortaya çıxmasına səbəb olmuşdur. Sonradan, yayıldığı yeni coğrafiyalardakı UV şüası miqdarına adaptasiya olan növümüz, bir-birindən fərqli bədən rəngləri təkamülləşdirmişdir. Bunlardan ən geniş yayılmış olanlarından biri isə ağ dəri rəngidir.
daha ətraflı...

Neandertallar Gözləri Daha Böyük Olduğu Üçünmü Yox Oldular?




Elm adamları, inkişaf etmiş bir mədəniyyət qura biləcək potensiala sahib olduqlarına dair izlər buraxan, lakin həyatda qala bilməyən Neandertallar haqqında əhəmiyyətli bir məlumata yiyələndilər. Müasir insanın əcdadlarıyla eyni böyüklükdə beyni olan Neandertalların beyinlərini çox daha fərqli istifadə etdikləri təyin olundu.

Discovery News'un yaydığı xəbərə görə, Neandertalların beyni görmə və hərəkət etmə qabiliyyətinə fokuslanmışdı. Müəyyən mövzularda üstünlük təmin edən bu vəziyyət, eyni zamanda anlayış qabiliyyətinin çox da inkişaf etməməsinə səbəb oldu. Araşdırma qrupunda olan Robin Dunbar bu səbəblə beynin düşünən hissəsinə daha az yer qaldığını ifadə etdi. Dunbar, Discovery News'a açıqladı: "Yaradıcı düşüncəni formalaşdıran hissə kifayət qədər inkişaf etməmişdi".

İngiltərənin Oxford Universitetində Təkamül Psixologiyası professoru olan Dunbar və həmkarları Eiluned Pearce və Chris Stringer, müasir insanın əcdadlarına aid 32, Neandertala aid 13 kəllə sümüyünü araşdırdılar. Kəllə sümüklərinin 27-75 min il əvvəlinə aid olduğu ifadə edildi.

Görmə bacarığının beynin nə qədər böyük bir hissəsini maraqlandırdığını anlamaq üçün, göz boşluğu ilə vizual məlumatların işləndiyi hissənin ölçüləri alındı. Bədəndəki və vizual sistemdəki fərqliliklər təsbit edildikdən sonra, tədqiqatçılar anlayış qabiliyyəti üçün beyində nə qədər sahə qaldığını araşdırdılar.

Tədqiqatçılar ekoloji fərqliliklərin növlər üçün fərqli təkamül dəyişikliklərinə gətirib çıxardığını bildirdilər. Homo sapiens və Neandertalların ortaq əcdadı olan Homo heidelbergensis, nəhəng bir bədənə sahib olmasına baxmayaraq, Neandertallarda olduğu kimi iri gözlərə sahib deyildi.

Dunbar: "Sahib olduqları iri gözləri yüksək yerlərdə və tropik qurşağın xaricində yaşayan Neandertallar üçün kafi işığın olmadığı mühitlərə adaptasiya olmalarını təmin etdi. Neandertallar həmçinin, daha soyuq iqlimlərdə yaşadıqları üçün bədən itkisini azaldacaq şəkildə Homo Sapiens ilə müqayisədə daha qısa boyluydular.


Qaynaq: ScienceDaily
daha ətraflı...

Dörd ayaqlı əcdadlarımızın ayaq izləri


Təkamül müddətində dənizdən quruya keçidin pəncəüzgəcli balıqlar tərəfindəndən reallaşdığını və üzgəc strukturlarının əvvəlcə ayaqbənzəri strukturlara, sonra isə quruya keçidlə birlikdə bildiyimiz dörd üzvlü (ayaqlı) heyvanların qıçlarına təkamülləşdiyini bilirik. İrlandiyada olan Valentia Adasında, 385 milyon il əvvəl quruya ilk addımlarını atan əcdadlarımızın ayaq izləri kəşf edildi.

Şəkildə ayaq izlərini ayırd edə bilirik. "Manus" adı verilən əl və "Pes" adı verilən ayaq izləri, çarpaz addım hərəkətinə uyğun olan izlər buraxmışdır. Yuxarıdakı şəkildəki izlər, vizualın altından üstünə doğru getmiş bir canlıya aiddir. Vizual "b" hissəsinin sol tərəfində tipik dəniz-quru keçidi nümunələri olan Ictyostega və Acanthostega cinslərindən nümunələr bu addımlara uyğun hala gətirilərək göstərilməkdədir. Sağ tərəfdə isə Tiktaalik canlandırması görülməkdədir. Vizual "c" isə, çarpaz atılan addımların (sol əl ilə sağ ayaq irəli, sonrasında sağ əl ilə sol ayaq irəli şəklində) necə göründüyünu və fosilləşmədəki qarşılıqlarını göstərməkdədir.


Aşağıda bu fosillərin daha əhatəli şəkillərini görə bilərsiniz:



Qaynaq: Nature

daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top