Ürək dayanması təcrübəsi yaşamış bir çox xəstələr ölümün astanasında keçirdikləri həyəcanlı anları unuda bilmirlər. Onlar, ya sonu parlaq işıq saçan tunel gördüklərini, ya vəfat etmiş qohumları ilə ünsiyyətdə olduqlarını, ya da özlərini kənardan müşahidə edib, otaqda baş verən hər şeyi eşitdiklərini deyirlər. Bunun, iki dünya arasındaki keçid mərhələsi olduğuna əminliklərini bildirən teoloqların sayı az deyil.
Mütəxəssislərin dediyinə görə, belə bir hadisənin səbəbi ürək fəaliyyəti yavaşladıqda beyin aktivliyinin sürətlə artmasıdır. Alimlər apardıqları tədqiqatda doqquz siçovulu asfiksiyaya məruz qoyaraq, xüsusi cihazlarla onların vəziyyətini öyrənməyə çalışıblar. Bu xüsusi qurğu elektrokardioqraf və ya elektroensefaloqrafı xatırladır. Məlum olub ki, ürək dayandıqdan və beyin aktivliyi ani olaraq artdıqdan sonra bu fenomenal prosesi cəmi 30 saniyə ərzində müşahidə etmək olar. Beynin qısamüddətli aktivliyi qlükoza və oksigen axınının dayanmasından sonra meydana gəlir.
Tədqiqatçılar beyin və ürək arasında yeni əlaqə aşkar etdiklərini qeyd edirlər. Belə ki, ürək aktivliyinin yavaşlamasından sonra beyin siqnalları və ürək döyüntüləri arasında sinxronluq olduğunu açığa çıxarıblar. Hər iki fəaliyyətin üst-üstə düşdüyü bu mərhələdə qəribə görmələr müşahidə oluna bilər.
2012-ci ildə ölüm anı həyəcanları araşdırmaları mərkəzindən olan alimlər "işıqlı tunel" və digər oxşar hadisələrin spontan olaraq meydana gələn "ayıq" və ya şüurlu yuxu görmələri olduğunu qismən sübut etməyə nail olmuşdular. Şüurlu yuxular və ölüm anında yaşanan həyəcanların hər ikisində də eyni beyin mexanizmləri işə düşürdü.
Alimlər siçovulların beyin siqnallarını susduraraq, beyin mədəciklərinin fibrillyasiyasını yavaşlada biliblər, nəticədə qan dövranı dayanıb. Beyin və ürəyin bu "duetinin" nəticəsi olaraq meydana gələn görmələr bəzi hallarda insanlara yaşamaq ümidi verə bilər - bunu, bir növ, ölümlə mübarizə kimi də adlandırmaq olar, alimlər deyir. Bununla belə geriyə daha bir neçə vacib sual qalır ki, gələcək araşdırmalarda yekun nəticələr alınacağı güman edilir.
Həmçinin oxuyun:
* Yuxularımıza necə nəzarət edə bilərik?
* Həyat və ölüm arasındaki "sərhəd" nədir?
* Niyə stress infarkta səbəb olur?

0 şərh var:
Post a Comment