Almaniya və Böyük Britaniyadan olan astronomlar əvvəllər hesab edildiyinin əksinə olaraq, suyun Yerə kometlər vasitəsilə deyil, asteroidlər sayəsində düşdüyünü təsdiq etdikləri xəbərini yayıblar.
Alimlər SDSS J1242+5226 adlı ağ cırtdan ulduzu araşdırdıqdan sonra belə qənaətə gəliblər. Ağ cırtdan və sub-cırtdan ulduzların içinə aldığı materiya elə paylanır ki, elementlərdən bəziləri "batır", digərləri isə, əksinə, "üzə çıxır". Beləliklə də ulduzların spektrində baş vermiş dəyişikliklər alimlərə udulmuş materiyanın tərkibini analiz etmək şansı yaradır.
"Spitzer" kosmik teleskopunun imkanlarından yararlanaraq, mütəxəssislər SDSS J1242+5226-ın cırtdan planet statuslu Serera ağırlığındanki nəhəng bir asteroidi necə "canına çəkdiyini" müşahidə ediblər. Alimlərin gözlədiyinin əksinə olaraq, asteroidin 40%-in, Yer okeanlarının üçdə birini doldurmağa bəs edəcək miqdarda sudan ibarət olduğu aydın olub. Yəni, əgər Yerin bu günki su ehtiyatını əldə etmək istəsəydik, belə asteroidlərdən cəmi üçünə ehtiyacımız olardı.
Bir müddət əvvəl isə "Hubble" kosmik teleskopu köməyilə Yupiterin peyki Qanimeddə Yerdəkindən də artıq miqdarda su aşkar edilmişdi. Nəhəng okeanı təxminən 100 km qalınlığındakı buz örtüyü qapayırdı. Qanimed Günəş sistemindəki ən iri peykdir.
Əldə edilmiş yeni məlumatlar su ehtiyatı ilə zəngin asteroidlərin qalaktikada nadir hadisə olmadığını göstərir. Bu fakt, öz növbəsində, lazımi miqdarda maye suya malik və Yerə oxşar ekzoplanetləri tapmaq şansımızı artırır, alimlər hesab edir.
Həmçinin oxuyun:
* Yerdəki suyun mənşəyi kometlər deyildi?
* Asteroidin peyki tapıldı
* Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı

0 şərh var:
Post a Comment