Mif-1: "Ayaq üstə su içmək zərərlidir, çünki ayaq üstə dayanarkən içdiyimiz su birbaşa onikibarmaq bağırsağa keçir, mədədə kifayət qədər qalmır və bu səbəbdən mədə turşusu ilə qarışmır, içərisindəki bakteriyalar ölmür."
Mif-2: "Ayaq üstə dayanan bir insanın qəbul etdiyi maye qida birbaşa onikibarmaq bağırsağa keçir. Mədənin kiçik əyriliyinə uyğun gələn hissəsində Waldeyerin mədə yolu adlanan nov vardır. Maye qidalar bu yoldan keçərək kiçik bir açıqlığı olan mədə çıxacağından onikibarmaq bağırsağa keçir. Yəni insanların ayaq üstə qəbul etdikləri su və maye qidalar mədədə qalmadan birbaşa onikibarmaq bağırsağa keçir."
Həqiqət: Duruş vəziyyətiniz ilə su içməniz arasında heç bir əlaqə yoxdur. Bu tamamilə yanlış bir məlumatdır və ayaq üstə su içənlərin xəstəliklərə tutulma tezliyinin çox olduğunu göstərən heç bir elmi araşdırma yoxdur. Bu səbəbdən arqument uydurmadır və tamamilə mənasız bir fərziyyədir.
Məlumat-1: Su, son dərəcə axıcı bir mayedir. Mifi yaradanların iddia etdiyi şəkildə, bir qatı maddə kimi hərəkət etmir. Mədə hansı vəziyyətdə olursa olsun, qida borusundan keçib mədəyə çatan su turbulent axın nəticəsində çalxalanacaq və mədə turşusuyla normal bir şəkildə qarışacaq. Bəhs edilən "birbaşa keçid" yalnız qatı və kiçik parçalar üçün etibarlı ola bilər ki bu da mədənin formasından ötəri doğru olmayacaq. Aşağıda mayeylə dolu bir mədənin sxematik görünüşü göstərilməkdədir:
Məlumat-2: Mədədə "mayelərin keçdiyi" bir "Waldeyerin Mədə Yolu" adlı nov yoxdur. Bu tamamilə uydurma bir termindir. Anatomiya və bəzən cərrahi elmlərdə "Waldeyer Fassiyası" olaraq təyin olunan "fascia of Waldeyer" ya da "Waldeyer's Fascia" termini var. Ancaq bunun mədədə suyun axını ilə hər hansı bir əlaqəsi yoxdur və düz bağırsaq nahiyəsində yerləşir. Bəzi mənbələrdə, qida borusunun sonu (mədənin girişi) ilə onikibarmaq bağırsağ arasındakı ən qısa məsafə olaraq təyin olunsa da bu səhvdir. Bu iki nöqtə arasındakı ən qısa məsafə "curvatura ventriculi minor" adlanır. Bu səbəbdən mədədə tapıldığı iddia edilən yol və ya xüsusiləşmiş nov bir xəyal məhsuludur.
Məlumat-3: Mədənin forması, duruş vəziyyətindən asılı olaraq demək olar ki heç dəyişmir. Əlbəttə, çəki miqdarına və orqanların anlıq vəziyyətilə əlaqədar olaraq hərəkətlərimiz müxtəlif orqanların bir qədər sıxılmasına və ya gərgin hala gəlməsinə səbəb ola bilər; ancaq bunun hər hansı bir prosesə nəzərəçarpan dərəcədə təsir etməsi mümkün deyil. Üstəlik bu dəyişmə olsa belə, su axışının və patogenlərin öldürülməsinin bununla bir əlaqəsi yoxdur. Ayaq üstə dayanan insanın mədəsi aşağıdakı kimi görünür və bu şəkildən də görülə biləcəyi kimi mədəyə düşən suyun, mədə turşusu ilə qarışması üçün çox zaman olacaqdır. Əgər bir mayenin udulduqdan sonra yolu necə keçəcəyi və qıvrımlardan necə sıçrayaraq axacağı düşünülsə, nə demək istədiyimiz (və arqumentin axmaqlığı) dəqiq bir şəkildə görüləcəkdir. Qaldı ki mədə forması, insandan insana olduqca dəyişir. Buna görə bir ümumiləşdirmə aparılması qeyri-mümkündür.
Məlumat 4: İnsanlar, təkamül müddətində sonradan iki ayaq üzərinə qalxmış növlərdir. Anatomiyamız hal-hazırda da 4 ayaq üzərində yeriməyə adaptasiyalıdır; iki ayaqlılığa hələ də tam olaraq uyğun deyilik (fəqərə yırtıqları, kürək ağrıları, bel ağrıları, vs. buna əyani misaldır). Bu vəziyyətdə, həzm sistemimiz də əsasən digər 4 ayaqlı heyvanlarınkına bənzəməkdədir və bu şəkildə adaptasiya olmuşdur. Belə olan halda, ən uyğun su içməyin 4 ayaq üzərində olduğunumu gözləmək lazımdır? Əlbəttə xeyr. Eynilə ayaq üstə su içmənin zərərli olduğunu söyləmək kimi, 4 ayaq üzərində su içmənin ən uyğun olduğunu söyləmək də axmaqlıq olacaq. Çünki mayelərin həzm edilməsinin və ya detoksikasiyasının duruş vəziyyəti ilə hər hansı bir əlaqəsi yoxdur.
İstinad buradadır

0 şərh var:
Post a Comment