February 25, 2018

Primatlarda beyin təkamülü


İnsan beyninin təkamülünə dair ən yaxşı qrafiklərdən birini oxucularımıza çatdırmaq istədik. Bu qrafikdə beynin böyüməsi, zəncir şəklində deyil, Köhnə Dünya Meymunları və onlardan ayrılaraq təkamülləşən, bizim də içində olduğumuz Quyruqsuz Meymunlara aid bir təkamül ağacı üzərində göstərilmişdir. Hətta, beynin müxtəlif hissələrinin fərqli nisbətlərdəki təkamülü vurğulanmışdır.
Unudulmaması lazım olan ən vacib nöqtə budur: Beyin böyüklüyü, təkbaşına mənasızdır. Əgər beyin böyüklüyü zəkanın birbaşa göstəricisi olsaydı, kaşalot balinaları 8000 kub sm.-lik beyinlə, bu anda qalaktikamızı işğal edən növ olardı. Biz insanların beyni, yalnız 1400 kub sm. civarında bir həcmə malikdir! Ancaq bir balinanın nəhəng beyni, nəhəng bədəni ilə müqayisə edildikdə ortaya çıxan rəqəm, insan beyninin bədənə nisbətinə görə daha kiçikdir. Böyük bədən, böyük beyin tələb edir. Çünki daha iri bədəni idarə etmək çətindir. Ancaq nə vaxt ki beyin böyüklüyü bədən böyüklüyünə görə daha üstün hala gəlməyə başlayır, o zaman zəkanın önə çıxdığını və beyin təkamülünün nəticəsi olaraq xəyal gücü, düşüncə, şüur, duyğular kimi çox sayda xüsusiyyətin də inkişaf etdiyi görülməkdədir. İnsan təkamülündə əsas amil budur: Növümüzün əcdadlarının beyni, bədən nisbətlərinə görə daha çox böyümüşdür.

Yalnız bu da yetərli deyil! Yüksək səviyyəli əqli funksiyalarımızı təmin edən alın payının, digər paylara nisbəti də çox vacibdir. Eynilə beyin böyüklüyü kimi, bu payın nisbi olaraq böyüməsi də bir növün idrakını artıran əsas amillərdən biridir. Qrafik, qeyd etdiyimiz prosesi göstərməyi baxımından çox əhəmiyyətlidir.

Mənbə: Evrim Ağacı
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top