Showing posts with label Genetika. Show all posts
Showing posts with label Genetika. Show all posts

September 23, 2013

Pələng Genom Xəritəsi Hazırlandı

Cənubi Koreyanın Genom İnstitutu və BGI başçılığındaki elmi qrup 9 yaşındakı bir erkək Sibir pələnginin (Panthera tigris altaica) ilk dəfə bütöv genom xəritəsini hazırlamış və onu ağ Benqal pələngi, aslan və qar leopardı daxil olmaqla digər böyük pişikkimilərin genomları ilə müqayisə etmişdir.

Tədqiqatın nəticələri məşhur elmi jurnal olan Nature Genetics'də 17 sentyabr tarixində onlayn yayımlandı.Tədqiqatçılar Sibir pələnginin (Amur pələngi adıyla da

məşhurdur) BGI'nin inkişaf etdirdiyi "SOAPdenovo" adlı xüsusi bir proqram vasitəsilə bütün genom quruluşunu sıralayaraq bir xəritədə topladılar. Nəticədə Sibir pələnginin genomunda 20,226 ədəd zülal kodlaşdıran gen və 2,935 ədəd RNT kodlaşdıran gen olduğu aydın oldu. Qoxu qəbuledici həssaslığı, amin turşusu daşıma və digər metabolik fəaliyyətlərlə əlaqədar genlər digər böyük pişik növlərinin gen quruluşuyla müqayisə edildikdə yüzdə 95% nisbətində uyğunluq olduğu məlum oldu.

Tədqiqatçılar yeni nəsil sıralama texnologiyası istifadə edərək Sibir pələngi ilə birlikdə Benqal pələngi, Afrika aslanı , bəbir , pantera və digər yerli böyük pişiklərin genomlarını müqayisə edərək genlər arasındakı uyğunluğu da müəyyən etdilər. Bu test nəticəsində Sibir pələnginin amin turşusu metabolizminin digər pişik növlərindən fərqli olduğu, ətlə qidalanma vərdişlərinin isə fərqli yollarla təkamülləşdiyi aydın oldu. Həmçinin tədqiqatda pişik növlərinin əzələ güclərini, enerji istehsalı metabolizmini, eşitmə sinirləri və qoxu reseptorlarını idarə edən genlərin pələng növlərində digərlərilə müqayisədə daha çox inkişaf etmiş olduğu və digər pişik növlərinə görə daha sürətli təkamül keçirdikləri elm dünyasına məlum oldu.

Qaynaq: ScienceDaily , Nature
daha ətraflı...

August 2, 2013

İnsan xromosomuna sahib olan siçan

ABŞ-ın Maryland ərazisində Xərçəng İnstitutundan olan elm adamları hər hüceyrəsində insan xromosomu olan bir siçan yaratmağı bacardıqlarını açıqladılar. Bu inkişafın gələcəkdə genetik xəstəliklərin müalicəsində istifadə edilə biləcəyi məlum oldu.

Tədqiqatlarda istifadə olunan insan xromosomlarının laboratoriya mühitində kimyəvi quruluş daşları istifadə edilərək yaradıldığı bildirilərkən, əldə edilən nəticələrin sintetik biologiya sahəsində əhəmiyyətli inkişaflara səbəb olması gözlənilir.


İnsan xromosomuna sahib olan siçanı yaradan qrupdan olan Natalay Kourpina, "Sintetik insan xromosomu yaratmaqdaki məqsədimiz insan hüceyrələrinə gen köçürmək üçün bir üsul tapmaq və insan hüceyrələrində genlərin necə işlədiyini araşdırmaqdır. Gələcəkdə bu şəkildə əldə etdiyimiz məlumatları irsi genetik xəstəliklərin müalicəsini mümkün edəcək bir gen müalicəsi inkişaf etdirməkdə istifadə edə bilərik" dedi.

Prof. Kourpina sintetik insan xromosomunun "xromosom 47" olaraq adlandırıldığını, çünki insanlarda təbii olaraq 46 xromosom olduğunu açıqladı. Kourpina sintetik biologiyanın ən müvəffəqiyyətli istiqamətinin xromosom 47'nin geri qalan xromosomlara təsirinin olduğunu söylədi.


Sintetik biologiya xaricindəki genetik müalicələrdə insan genomuna kənardan genlər əlavə olunur. Prof. Kourpina "Əvvəlki genetik müalicələrdə viruslarla genoma əlavə olunan yeni genlər problem yaradırdı. Lakin sintetik gen müalicəsində əlavə edilən xromosom digər genlərlə problemli təsirlərə girmir" deyə açıqlama verdi.

İnsan xromosomu daşıyan siçan yaratma xəbəri, İngitərə hökumətinin bir çox sintetik biologiya araşdırmalarına 60 milyon sterlinq vəsait ayıracağını açıqadığının ardından yayıldı. Dövlətdən kömək alacaq layihələr arasında 16 fərqli xromosomu laboratoriya mühitində sintetik olaraq yaradacaq dünyanın ilk sintetik orqanizmini yaratma layihəsi də var.

İnsan istehsalı olacaq sintetik mayanın gələcəkdə antibiotiklər və peyvəndlər kimi yeni bioloji materiallar yaratmaq üçün bir platforma meydana gətirə biləcəyi bildirilərkən, sintetik insan xromosomları sayəsində xəstə toxuma və orqanlara sağlam genlərin köçürülməsi fikri də açıqlandı.

Qaynaq: biyomuhendislik
daha ətraflı...

April 8, 2013

DNT kosmosda meydana gəldi?

NASA, DNT-nin hissəciklərinin, yəni həyatın hissəciklərinin kosmosda meydana gəlmiş ola biləcəyini göstərən yeni dəlillər tapdı. Sübut, Yerdə həyatın meydana gəlməsini təmin edən hissəciklərin ilk olaraq kosmosda meydana gəlmiş ola biləcəyini göstərir. Tədqiqatı aparan NASA mütəxəssisləri, üzərində DNT elementləri olan bəzi meteoritlərin bu komponentləri kosmosdan gətirdiyini düşünür.

Bu, NASA-nın eyni mövzudakı yeganə tədqiqatı deyil. Goddard Kosmos Uçuş Mərkəzi mütəxəssisləri, buna bənzər işlərin 1960-cı ildən bəri aparıldığını xatırladır. Ancaq, tədqiqatçılar daha əvvəl meteoritlərdə tapılan DNT hissəciklərinin kosmosdamı, yoxsa sonradan Yerdəki həyat formalarındanmı meydana gəldiklərindən əmin ola bilmirdilər. NASA mütəxəssisi Michael Callahan, "Bu hissəciklərin əslində ilk olaraq kosmosda meydana gəldiyinə dair əlimizdə ilk dəfə dəlil var" dedi.

Alimlər daha əvvəl asteroid və kometalarda həyat meydana gətirmə bacarığına malik olan kimyəvi maddələr olduğuna dair fərqli dəlillər əldə etmişdi. Məsələn, Wild 2 adlı kometada canlıların əhəmiyyətli bir parçası hesab olunan zülalları meydana gətirən bəzi amin turşularının mövcudluğu müəyyən olunmuşdu.

NASA-nın internet saytında yer alan xəbərə görə Antartikadan gətirilən meteoritlərdə DNT-nin nukleobaz olaraq adlandırılan parçasını meydana gətirən adenin və guanin'lərə rast gəlindi. Mütəxəssislər bu komponentlərin Yer üzündə formalaşmış ola bilməyəcəyini iddia edirlər, çünki həmin komponentlərə bizim planetdə bu halda rast gəlinmir. Bütün bu tapıntılar "həyatın" bizim planetdə yox, kosmosda formalaşıb sonradan bizim planetə düşdüyünü göstərir. Mütəxəssislər, meteoritlər üzərində yer üzünə dəydikdən sonra parçalara ayrılan DNT hissəciklərinin daha sonra həyatı meydana gətirən DNT bloklarına çevrildiyini hesab edirlər. Araşdırma, Proceedings of the National Academy of Sciences jurnalında nəşr olundu.

Qaynaq: NASA
daha ətraflı...

Neandertal DNT-si düzüldü

Almaniya Leipzig'dəki Max Planck Təkamül Antropologiyası Universitetindən olan elm adamları cənub Sibirdə 2010-cu ildə tapılan Neandertala aid bir ayaq barmağı sümüyünü istifadə edərək insanın var olmuş ən yaxın qohumu hesab olunan Neandertallara aid genomun 50 qatını başdan sona sıraladı. 1.79 gigabayt sahə örtən genomun 99.9 %'lik qismi insanın gen düzülüşünü təkrar edir. Mitoxondrial DNT və nüvə DNT-si üzərində aparılan araşdırmalardan isə, müasir insan olaraq bilinən biz Homo sapiens növündən qohumlarımıza 1%'lik bir gen ötürülməsi olduğu görülür. Bu da insanlar ilə Neandertalların qarşılaşaraq çütləşdikləri fikrini yenidən təsdiqləyir.

Baş tədqiqatçı Svante Pääbo mövzuyla əlaqədar bunları söyləyir: "Neandertal genomu, bu gün yolda gedən hər hansı bir müasir insanınkı qədər əskiksiz şəkildə ortaya qoyuldu."

Elm adamları hazırda bu yeni genom sıralamasını əllərindəki hissə-hissə olan genomlar ilə müqayisə edirlər. Hissələrdən biri keçən il nəşr olunan Denisova genomuna aiddir. Fotoşəkildə Neandertallar, Denisovalar və müasir insanların təkamül ağacı dəqiq bir şəkildə ortaya qoyulmuşdur.

Pääbo: "Neandertal və Denisovaların keçmişi və müasir insanın ayrıldığı nöqtədən etibarən olan genetik dəyişikliklər haqqında əhəmiyyətli məlumatlar əldə edəcəyik."


Qaynaqlar: Sciencemag , Theverge
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top