April 8, 2013

Üzgəclər Necə Ayaq Oldular?

Onurğalıların sudan çıxıb quru həyatına başlaması həyatın tarixindəki əhəmiyyətli hadisələrdən biri olmuşdur. Cell Press jurnalının dekabr ayı buraxılışındaki "Developmental Cell" hissəsində olan araşdırma, əl və ayaqların təkamülünün, müəyyən genləri aktivə edən yeni DNT parçalarının qazanılmasıyla ortaya çıxdığını göstərir.

İspaniyanın Sevilla şəhərindəki Pablo də Olavide Universiteti CSIC'də işləyən Prof. José Luis Gómez-Skarmeta hadisəni belə şərh edib: "Hər şeydən əvvəl bu tapıntı, gen ifadəsi üzərindəki dəyişikliklərin bədənimizi necə dəyişdirdiyini anlamağımızı təmin etdi. Bəzi genetik xəstəliklər orqanların inkişafına mənfi istiqamətdə təsir edir. Üzvlərin meydana gəlməsindən məsul olan genlərin funksiyasını tam olaraq yerinə gətirə bilməməsi də SPD və HFGS kimi xəstəliklərə yol açır.
"

Üzgəclərin üzvlərə necə təkamülləşmiş ola biləcəyini anlamaq üçün Prof. Gómez-Skarmeta və Fernando Casares zebra balığı embrionunun üzgəcləri qisminə bədən parçalarının fərqliləşməsini idarə edən Hoxd13 geni əlavə etdilər. Çaşdırıcı bir şəkildə, genin əlavə olunduğu qismdə üzgəc toxumasının azaldığı müşahidə ediləcəkkən qığırdaq yaranması müşahidə edildi. Bu dəyişiklik yer heyvanlarının üzvlərinin meydana gəlməsinin əsas nöqtələrini yekunlaşdırır. Araşdırmaçılar, bu Hoxd13 nəzarət mexanizminin keçmişdə Hoxd13 geninin ifadə səviyyəsini artırıb-artırmadığını anlamaq üçün daha bir sınaq təşkil etdilər. Bunun üçün siçandaki embrionik üzvlərin ifadəsini idarə edən, lakin balıqlarda olmayan bir DNT nəzarət mexanizmi istifadə etdilər.

Prof. Casares, "Siçandan alıb zebra balığına köcürdüyümüz Hoxd13 nəzarət mexanizminin üzgəc layihəsinin meydana gəlməsini təmin edən geni aktiv etmə xüsusiyyəti olduğunu gördük. Bu nəticə, bu nəzarət mexanizmini aktivləşdirən molekulyar qurğunun balıqların və quru heyvanlarının son ortaq əcdadında olduğunu sübut edir" - deyə sözlərini bitirdi.


Qaynaq: ScienceDaily
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top