April 8, 2013

Qayıdan Qırtlaq Siniri (Recurrent Laryngeal Nerve)

Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər.

Şəkildə də açıqca görüldüyü kimi, sinir, nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Yaxşı, soldakı geri dönən qırtlaq sərhədinin belə onunla bir yol izləməsinin səbəbi nədir? Var olduğu iddia edilən dizaynerin səhvi ya da diqqətsizliyi nəticəsindəmi bu hala gəlmişdir yoxsa evolyusional keçmişəmi malikdir?

Dizayneri bir yana qoyaq, əlimizdə olan sübutlardan bəhs edək.

Canlı həyatın suda başladığı düşünülsə, baxmağımız lazım olanların balıqlar olduğunu görərik. Balıqların ürəyi, bizim dörd kameralı ürəyimizdən fərqli olaraq iki kameralıdır və qan, qarın aortası adlandırılan mərkəzi bir arteriyadan şaxələnir. Qarın aortası, hər iki tərəfdəki altı qəlsəməyə gedən (ən çox) altı qol cütlüyünə ayrılır. Daha sonra qan, zəngin bir şəkildə oksigenlə bağlanacağı qəlsəmələrdən keçir. Qəlsəmələrdən sonra, yenə altı cüt qan damarı tərəfindən toplanan qan, kürək aortası deyilən və balığın ortasından keçən tək bir böyük damarda birləşərək bədənin geri qalan hissəsinə dağılır. Altı qəlsəmə arteriyası cütü, balıqlarda bizdə olduğundan daha aşkar olan, onurğalıların seqmentləşmiş bədən planına bir dəlildir. Ovsunlayıcı bir şəkildə (ətraflı anatomik araşdırıldığında görüləcəyi üzrə) "qırtlaq kəmərləri" açıqca irsi qəlsəmələrdən törəmiş olan insan embriosunda aşkar görülür. Əlbəttə bu kəmərlər qəlsəmə funksiyası görmür, amma beş həftəlik insan embrionları qəlsəməli kiçik çəhrayı balıqlar olaraq qəbul edilə bilərlər.

Çox dərinə getmədən mövzuya geri dönəcək olsaq, balıqlarda olan vaqus sərhədinin son üç qəlsəmə bəsləyən qollara ayrılması və bu səbəblə bu qolların, əlaqədar qəlsəmə aortasının arxasından dolaşması son dərəcə təbiidir.

Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır. Təkamül müddətində damarlar da bu orqanlara uyğunlaşma təmin edəcək şəkildə dəyişməyə başlamışdır. Bu dəyişikliklər əsnasında bir-birləri ilə olan sıralı əlaqələr də ortadan qalxmışdır və boyun ilə birlikdə kompleks bir quruluşa bürünmüşdür. Geri dönən qırtlaq siniri də bu qarışıqlıqda payına düşəni almışdır.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top