April 8, 2013

İnsanın Əcdadlarının Dəriləri Nə Rəng İdi?

Dövrümüzün insanlarının son əcdadlarının dəri rənginin qara olduğunu deyə bilərik. Yəni bu günki ağ dəri rənginin, qara dəri rəngindən təkamülləşdiyi məlumdur.

İnsanların son 1.7 - 1.2 milyon ildir az qala tüklərini tamamilə itirmiş bir canlı qrupu olduğunu bilirik (ki bu dövrdə də bildiyimiz qədəriylə bizlər, yəni Homo sapiens növü tapılmırdı). Bu tük tökülməsinin mənbələri 4 milyon il əvvəlinə qədər uzana bilər.

Tükləri hələ də olan, insanabənzər primat əcdadlarımıza dönəcək olsaq (ki bu ən az 4-6 milyon il geriyə getmək deməkdir), bu canlıların dərilərinin açıq-qara olduğunu deyə bilərik. Çünki tüklər, UV şüalarının böyük nisbətdə qarşısını alırdı və əlavə bir melanin qoruma layına ehtiyac duyulmurdu. Yalnız az miqdarda, bədənə cüzi əsmərlik verəcək qədər UV şüası kafi olacaqdı. Bu günkü tüklü meymunlarda da bənzər vəziyyətləri görürük.

Lakin insan növü, tüklərini itirdikdən sonra Afrika kimi ölümcül istiliklər və şüaların gəldiyi bir coğrafiyada, sözün tam mənasıyla "lüm-lüt" qalmışdı. Bu səbəblə, nəsillər içərisində, doğumdan etibarən daha tünd bədənli insanlar üstünlüklü hala gəlmiş və melanosit hüceyrələri daha çox melanin istehsal edəcək şəkildə adaptasiya olmuşdur.

Bütün bunlar, insanın 4 milyon il əvvəlki əcdadlarından, təxminən 150.000 il əvvəl, Homo sapiensin ilkin fərdləri ilk olaraq Afrikadan çıxaraq Uzaq Şərq və Şimali Avropa ərazilərinə köç edənə qədər, hər keçən nəsildə daha tünd bədənli və zənci fərdlərin ortaya çıxmasına səbəb olmuşdur. Sonradan, yayıldığı yeni coğrafiyalardakı UV şüası miqdarına adaptasiya olan növümüz, bir-birindən fərqli bədən rəngləri təkamülləşdirmişdir. Bunlardan ən geniş yayılmış olanlarından biri isə ağ dəri rəngidir.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top