Elm adamları, inkişaf etmiş bir mədəniyyət qura biləcək potensiala sahib olduqlarına dair izlər buraxan, lakin həyatda qala bilməyən Neandertallar haqqında əhəmiyyətli bir məlumata yiyələndilər. Müasir insanın əcdadlarıyla eyni böyüklükdə beyni olan Neandertalların beyinlərini çox daha fərqli istifadə etdikləri təyin olundu.
Discovery News'un yaydığı xəbərə görə, Neandertalların beyni görmə və hərəkət etmə qabiliyyətinə fokuslanmışdı. Müəyyən mövzularda üstünlük təmin edən bu vəziyyət, eyni zamanda anlayış qabiliyyətinin çox da inkişaf etməməsinə səbəb oldu. Araşdırma qrupunda olan Robin Dunbar bu səbəblə beynin düşünən hissəsinə daha az yer qaldığını ifadə etdi. Dunbar, Discovery News'a açıqladı: "Yaradıcı düşüncəni formalaşdıran hissə kifayət qədər inkişaf etməmişdi".
İngiltərənin Oxford Universitetində Təkamül Psixologiyası professoru olan Dunbar və həmkarları Eiluned Pearce və Chris Stringer, müasir insanın əcdadlarına aid 32, Neandertala aid 13 kəllə sümüyünü araşdırdılar. Kəllə sümüklərinin 27-75 min il əvvəlinə aid olduğu ifadə edildi.
Görmə bacarığının beynin nə qədər böyük bir hissəsini maraqlandırdığını anlamaq üçün, göz boşluğu ilə vizual məlumatların işləndiyi hissənin ölçüləri alındı. Bədəndəki və vizual sistemdəki fərqliliklər təsbit edildikdən sonra, tədqiqatçılar anlayış qabiliyyəti üçün beyində nə qədər sahə qaldığını araşdırdılar.
Tədqiqatçılar ekoloji fərqliliklərin növlər üçün fərqli təkamül dəyişikliklərinə gətirib çıxardığını bildirdilər. Homo sapiens və Neandertalların ortaq əcdadı olan Homo heidelbergensis, nəhəng bir bədənə sahib olmasına baxmayaraq, Neandertallarda olduğu kimi iri gözlərə sahib deyildi.
Dunbar: "Sahib olduqları iri gözləri yüksək yerlərdə və tropik qurşağın xaricində yaşayan Neandertallar üçün kafi işığın olmadığı mühitlərə adaptasiya olmalarını təmin etdi. Neandertallar həmçinin, daha soyuq iqlimlərdə yaşadıqları üçün bədən itkisini azaldacaq şəkildə Homo Sapiens ilə müqayisədə daha qısa boyluydular.
Qaynaq: ScienceDaily
0 şərh var:
Post a Comment