April 29, 2013

Növyaranma mexanizmləri

Bu yazımızda əhəmiyyətli bir anlayış olan növyaranma (növləşmə) anlayışından və növlərin inkişaf formalarından bəhs edəcəyik. Beləliklə bir növün digərinə necə çevrildiyini çox dəqiq bir şəkildə anlaya biləcəyinizi düşünürük. Dərhal başlayaq.

İlk olaraq, ümumi anlayışı ağıldan silərək başlamaqda fayda görürük: Növyaranma bir siçanın bir filə bir neçə nəsil ərzində və ya qısa müddətdə və ya bir anda dəyişməsi DEYİL! Daha yaxın bir nümunə verəcək olsaq, növlərin təkümülü bir meymunun bir neçə nəsil keçirərək bir insana çevrilməsi deyil. Və ya dənizdə yaşayan canlının bir anda quruya çıxıb qaçmağa başlaması deyil. Çox təəssüf ki elmi olmayan bəzi qaynaqlar insanların ağılında bu şəkildə bir obraz yaratmağa çalışaraq, dərhal sonra söyləyəcəkləri "Nə qədər də axmaqcadır deyil mi?" kimi sözlərinə zəmin hazırlamağı hədəfləyirlər. Təbii ki elmdə bu tip əsassız iddiaların yeri yoxdur.

 Elmi olaraq növləşmə (və ya növyaranma) nədir?

Növləşmə, Bioloji Növ Tərifi daxilində, sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının, müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir.

Növləşmə mexanizmləri hansılardır?


1) Allopatrik Növləşmə:





Daha əvvəl də qeyd etdiyimiz kimi, növlərin bir-biriylə cütləşə bilməyəcək qədər və ya məhsuldar döllər verə bilməyəcək qədər dəyişmələrinin ən əsas yolu, aralarına girəcək və ya xarici faktorlarca soxulacaq olan fiziki maneələrdir (baryerlərdir). Bunu bir az açıqlayaq:

Təbiət, davamlı olaraq dəyişir. Qitələr hərəkət edər, mövsümlər dəyişir, külək və axıntılar istiqamət dəyişdirir, quraqlıq müşahidə olunur və daha minlərlə bu cür dəyişən təbii hadisələr baş verir. Bu dəyişmələr əsnasında, müəyyən bölgələrdə yaşayan canlılar bir-birlərindən ayrı düşə bilərlər və ya bir növ içərisindəki canlılardan bəziləri başqa bölgələrə köç etmək məcburiyyətində qalarkən, bir qismi hal-hazırda var olduqları bölgədə qala bilərlər. Ssenariləri sonsuz sayda diversifikasiya edə bilərik. Bir dənəsini ələ alaq:

A növündən bir siçan populyasiyasıni düşünək. Bu siçanlar, normalda bol ağaclıq və seyrək günəş alan, ovçularından asanca gizlənə biləcəkləri kolların olduğu, torpağın yumşaq olduğu və bu səbəbdən torpağı deşərək çuxur açmanın sadə olduğu, ortalama olaraq 15 dərəcə istiliyə sahib olan, asanlıqla qida tapılan bir bölgədə yaşayır olsunlar. Yaşadıqları bölgədə bir də çay olsun. Bu çayın digər yaxası isə, tam tərs xüsusiyyətlər göstərsin: nisbi olaraq qısa boylu və az ağacların olduğu, çox günəş alan və bu səbəbdən ortalama istiliyi 23 dərəcə ətrafında olan, torpağın quraq və sərt olduğu səbəbindən da deşmənin çətin olduğu, qida tapmanın nisbi olaraq çətin olduğu və ovçuların çox daha aktiv olaraq olduğu bir sahə olsun. Burada yaşamaq çətin olduğundan A növünə aid fərdlərin o yaxada yaşamadığını düşünək.

Bu vəziyyətdə yüzlərlə ildir yaşayarkən, bölgədə çox şiddətli, məsələn 9.0 şiddətində bir zəlzələ meydana gəldiyini fərz edək. Bu zəlzələnin, çayın axışını azdırdığını və əvvəllər A növündən siçanların olduğu bölgənin tam ortasından keçməyə başladığını və siçan populyasiyasının tam ortadan ikiyə ayırdığını, siçanların bir qismini (yarısı deyək) quraq tərəfə atdığını fərz edək. İndi, siçanlar tamamilə fərqli bir mühitdədirlər və burada həyatda qalma mübarizəsi aparacaqlar. Quru torpağa daha yaxşı adaptasiya olanların, daha güclü qazıcı üzvlərə sahib olanların, ovçulardan daha aktiv olaraq qaça bilənlərin, yüksək istiliklərə və şiddətli günəş şüalarına daha çox dözə bilənlərin həyatda qalacağını görmək çətin deyil.

Bu şəkildə, əvvəllər bir-biri ilə rahatca çütləşə bilən siçanlar, artıq çay səbəbindən bir-birləriylə cütləşməyəcəklər. Çayın araya girməsiylə populyasiyanın fərdlərini bir-birindən ayırmasına coğrafi izolyasiya; növlərin bir-biriylə cütləşmələrinə mane olacaq şəkildə olan coğrafi izolyasiyaya isə cinsi izolyasiya deyilir (məsələn bu çay, bir quş populyasiyasını coğrafi olaraq bölə bilər, ancaq cinsi olaraq bölə bilməz, çünki quşlar çayın üzərindən uça bilirlər).

Bir-birindən ayrılan bu populyasiyalar fərqli seçmə təzyiqləri təsirində, nəsillər boyu öz içlərində, amma bir-birləriylə cütləşməyəcək şəkildə törəyirlər və həyatlarını davam etdirirlər. İlk mühitdən, yeni və quraq mühitə keçən canlılar üzərində yuxarıda bəhs etdiyimiz kimi sıx bir seçmə təzyiqi meydana gəlir və davamlı olaraq populyasiyada müəyyən fərdlər üstünlüklü mövqedə olur və seçilir. Digərləri isə məğlub olur. Nəsillər boyu bu seçmə davam edir və yeni mühitdəki siçanlar, yavaş-yavaş o mühitə daha çox adaptasiya olacaq şəkildə (daha doğrusu daha çox adaptasiya olanların seçilməsi nəticəsində) fərqlənirlər. Bu Təkamüldür.


Növləşmə deyə bir prosesin olduğuna əmin olduq. Yaxşı bəs növləşmə hansı məqamda dövrəyə girir?


Yeni mühitə keçən populyasiya yalnız morfoloji xüsusiyyətlər baxımından dəyişilmir. Bir digər səhv qəbul edilən məsələ də budur. Bir ayının daha güclü pəncələr inkişaf etdirməsi (daha doğrusu daha güclü pencəli olan ayıların seçilərək həyatda qalması) yalnız pəncə quruluşunu morfoloji olaraq maraqlandıran bir dəyişiklik deyil. Bu dəyişmə daxilində, sümüklər, əzələlər və tendonların yenidən təşkil edilməsi lazımdır (daha doğrusu ən uyğun olaraq təşkil edilənlər üstünlüklü olurlar və seçilirlər), bu pəncəni bəsləyən damarlar və sinirlər dəyişir və inkişaf edir, hətta lazım olsa beyin bu yeni pəncəni idarə edə bilmək üçün daha da inkişaf edir. Hətta bu inkişaf daxilində (başqa orqanları ələ alsaq) bəzi orqanların yerlərinin dəyişməsi və ya daha fərqli formalara bürünməsi lazım ola bilər. Yəni bir dəyişiklik zəncirvari olaraq bir çox dəyişikliyi özü ilə gətirr. Bu da Təkamüldür.

Bu dəyişikliklər ümumiyyətlə çox kiçik addımlar halında olur və əsla tək bir fərddə meydana gəlmirlər! Bu da səhv anlaşılan digər bir nöqtədir: Təkamül, heç vaxt fərdlər üzərində reallaşmır! Yəni bir insan heç vaxt təkamülləşmir. Təkamülləşən populyasiyalardır! Çünki təkamülləşmək üçün həyatda qalmaq və nəsil artırmaq lazımdır. Artım olmasa təkamül də baş verməz. Artım nəticəsində yaranan fərqli çeşidlikdəki fərdlər təbiət qarşısında testə tabe tutulurlar. Ən müvəffəqiyyətli olanlar həyatda qalır və törəyirlər, bunun nəticəsində də özlərini nisbi olaraq üstün edən genləri balalarına ötürürlər. Beləcə nəsillər boyunca təkamül baş verir, heç bir zaman tək fərdlər təkamülləşmir.

Bir öncəki siçan misalına qayıdacaq olsaq; yeni mühitə zorla keçirilən fərdlər nəsillər boyunca fərqlənirlər və yaşadıqları tamamilə zidd mühitə adaptasiya olacaq şəkildə təkamülləşirlər. Yuxarıdakı ayı nümunəsində də açıqladığımız kimi, tək bir dəyişiklik belə onlarla müxtəlif dəyişikliyi özü ilə gətirəcək. Bunun nəticəsində zəncirvari olaraq bir çox xüsusiyyət dəyişəcək: Əzələ strukturları, tük rəngi, ölçülər, ayaq tipləri və s. kökdən dəyişəcək. Bu sinir sisteminə, skelet sisteminə, dövran sisteminə və digər bir çox sistemə və orqanə təsir edəcək. Və ən nəhayət, artım sistemi də bundan təsirlənəcək. Ümumiyyətlə artım sisteminin təsirlənməsi bilavasitə yollarla olar. Digər sistemlər, orqanlar və strukturlar dəyişərkən dəyişən əslində fizioloji görünüşləri deyil. Dəyişən genlərdir. Daha doğru bir ifadə ilə, davamlı olaraq daha üstün xüsusiyyətlərə sahib quruluş, orqan və sistemləri kodlaşdıran gen strukturları, populyasiya içi müxtəliflik daxilində seçilir. Bu seçmə nəticəsində növlər fərqliləşirlər və fərqli canlılar təbiət şərtlərinə tabe tutularlar. Ən müvəffəqiyyətlilər həyatda qalır və nəsil artırır. Bunun nəticəsində yenə genlər seçilir. Bu belə davam edir. Bu genetik təcrübə və dəyişmə axır-əvvəl artım mexanizmlərini və artım əsnasında istifadə edilən sperma və yumurtanın genetik quruluşunu dəyişdirir. Bunun nəticəsində, saysız nəsil sonra, yeni mühitə getməyə məcbur edilən fərdlər o qədər fərqlənirlər ki, köhnə mühitlərində qalmış olan fərdlərlə cütləşə bilmirlər. Buna "Allopatrik növləşmə" deyilir. Yəni fiziki maneələr səbəbiylə meydana gələn coğrafi və cinsi izolyasiya nəticəsində yaranan növləşmə.


Yaxşı bəs iki növ arasındakı fərqlilik nə qədərdir?


Bu çox əhəmiyyətli bir nöqtədir. Sizin həyata baxış bucağınız və biologiyadan nə qədər anladığınız çox böyük əhəmiyyət kəsb edir. Siz bütün siçanlara "siçandı də" deyib keçən birisiniz? Yoxsa həqiqi bir elm insanı gözüylə, aradakı ən kiçik fərqi belə görəcək şəkildə ixtisaslaşmış birisinizmi? Bu məsələ sualın cavabını verəcək.

Əsasında - çox vaxt təkamül əleyhdarlarının israrla iddia etdiyi və praktiki olaraq haqlı, texniki olaraq haqsız olduqları kimi - "siçan hələ də siçandır". Yəni dəyişmə elə gözlənilildiyi kimi bir siçanın bir filə çevrilməsi kimi deyil. Rəng dəyişir, quruluş dəyişir, xüsusiyyətlər dəyişir amma "siçan - siçandır". Təbii ki biologiyadan anlayışı olmayan biri üçün siçan bəlkə hələ də siçan kimi görünür, ancaq artıq köhnə siçan deyil! Və bu anda, yalnız bir neçə on və ya yüz nəsil içərisində meydana gələn dəyişmələrdən bəhs etmişik. Daha fərqli ssenarilər daxilində, daha fərqli təkamülü işin içinə qata bilərdik: Məsələn, yeni mühitdə böyüklük inanılmaz üstünlük təmin etsəydi nə baş verəcəkdi? Bizim əvvəllər o "siçan" dediyimiz şey, günümüzün nisbi olaraq kiçik pişikləri ölçüsünə qədər büyüsələrdi (təbii strukturlarında və görünüşlərində yüzlərlə, minlərlə dəyişiklik meydana gələrək, və diqqət! "Siçan pişiyə çevrilsəydi demirəm, yalnız ölçü verirəm) ? O zaman da onlara "siçan" deyəcəkmiydik?

Hər nəysə, bu məsələni artıq keçirəm. Qısaca bəli, ortada ciddi bir dəyişmə var və bu yalnız bir neçə on və ya yüz nəsil içərisində ortaya çıxır. Artıq bu yeni "siçanlar" tamamilə ayrı bir təkamül cığırına girirlər. Elmi adları bəlkə yenə Mus cinsi içərisindədir, ancaq köhnə mühitdə qalan siçanların adı Mus Carol idisə, yeni mühitdəki siçanların adı Mus cervicolor ola bilər. Yəni, fərqli bir növ meydana gəlmişdir.

Əgər ki növlər arasında fərqliləşmə meydana gəlsəydi, ancaq hələ bir-birləriylə cütləşmiş olsaydılar, o zaman yeni mühitdə təkamülləşən qrupa bir alt növ deyəcəkdik və köhnə mühitdə qalmış qrupun adı Mus Carol carol olacaqkən, yeni növün adı Mus Carol cervicolor olacaqdı.

Bu fərqliləşmə çox uzun müddət sürərsə və fərqli dəyişikliklər işin içinə girərsə, bir müddət sonra dallanmalar və izolyasiyalar o qədər artar ki, yeni cinslər (növ birlikləri) meydana gələr. Təkamül Ağacı bu şəkildə yeni budaqların yaranması nəticəsində qurulur.


2) Simpatrik Növləşmə:




Növləşmə yalnız fiziki maneələr nəticəsində meydana gəlmir. Bəzən, bir populyasiyanın fərdləri (məsələn bir əvvəlki siçan populyasiyası) bir-birlərindən coğrafi bir baryerlə (məsələn zəlzələ nəticəsində istiqaməti dəyişən çayla) ayrılmadan da, eyni populyasiya içərisində növləşə bilərlər. İndi isə buna toxunacağıq.

Simpatrik növləşmə, fiziki baryerlərlə bir-birlərindən ayrılmayan populyasiyalar içərisində meydana gələn növləşməyə verilən addır. Bunu dərhal bir nümunə ilə açıqlamaq istəyirəm, sonra bəzi şərhlərə girəcəyəm:

1800-cü illərin ortasında Rhagoletis pomonella adlı bir ağcaqanad, yalnız Şimali Amerikada olan yemişan (hawthorn) üzərində yaşayır, cütləşir və yumurtalarını qoyurdu. Ancaq bundan 150 il əvvəl, Avropalıların bir qismi Şimali Amerikaya alma ağaclarını gətirmişdi və ekməyə başlamışdı. Bundan sonra, Rhagoletis'lərin bir qismi, digərləri ilə eyni mühitdə olan alma ağacları üzərində yaşamağa başladı. Bunun səbəbi, alma ağaclarının yemişan bitkisi ilə olduqca yaxın qohum olmasıdır. Bu nöqtədə əhəmiyyətli bir fərq var: Alma, yemişana görə fərqli qoxu verirdi və mövsümi yetkinləşmə zamanı yemişandan daha əvvəl idi.

Alma ağacları yeni bir həyat sahəsi olduğu və hələ ələ keçirilmədiyi üçün, ağaclar üzərinə yerləşən Rhagoletis'lər qısa müddətdə azadlıq üstünlüklərini istifadə edərək saylarını artırdılar və alma ağacının qoxusunu seçim edəcək və almanın meydana gəldiyi dövrdə yumurtalarını buraxacaq şəkildə ferqliləşməyə başladılar. Digər tərəfdə, yemişan üzərində yaşayanlar isə həyatlarını əvvəllər də olduğu davam etdirirdilər.

Hal-hazırda, Şimali Amerikada iki qrup Rhagoletis pomonella yaşamaqdadır. Bir qrup, yumurtalarını yalnız yemişan üzərindəki meyvələrə buraxır, bir digər qrup isə yalnız alma ağacları üzərinə. Bundan başqa, bu iki bitkinin yetkinləşmə dövrləri bir-birindən fərqli olduğuna görə aralarında, coğrafi izolyasiyaya bağlı olmadan ibarət olan cinsi izolyasiya meydana gəlmişdir; yəni iki qrup (varyete, növ) bir-biri ilə çox uzun illərdir cütləşmir və həmişə öz aralarında cütləşirlər. Halbuki ağaclar çox vaxt bənzər bölgələrdə olur.

Araşdırmaçılar bu iki qrupun bir-birindən hər keçən il daha da uzaqlaşdığını və növləşmə yolunda getdiklərini düşünürlər. Hətta artıq bunlara iki fərqli alt növ olaraq baxan araşdırmaçılar belə var. Çünki bu iki qrupun sürfəyə çevrilmə zamanı, böyümə sürətləri, və s. xüsusiyyətləri olduqca fərqliləşirlər. Belə ki, bir parazit növü yalnız alma üzərindəki qrupu təsirləyərkən, digər qrupa təsir edə bilmir; bu da genetik fərqliləşməyə gətirib çıxarır. Bu, simpatrik növləşmədir.

Simpatrik növləşmə həşəratlar sinfində olduqca tez görülməklə birlikdə, əksəriyyətlə bitkilər aləmiylə birlikdə xatırlanır. Çünki simpatrik növləşmənin ən əhəmiyyətli qıcıqlandırıcısı çox xromosomluluq (polyploidy) deyilən genetik bir faktdır. Çox xromosomlu canlılarda, genetik bir səhvdən ötəri genetik materialın çoxalması nəticəsində ayrılma meydana gəlir və bir fərddə, olması lazım olandan çox xromosom dəsti tapılır. Çox xromosomluluq, tək bir növ içərisində meydana gələ biləcəyi kimi (autopolyploidy), birdən
ələ bilər. Bunları bir şəkildə görəcək olsaq:



Yuxarıda şəkildə görə biləcəyiniz kimi, ən soldakı hüceyrə mbölünmə keçirir və normalda bir cüt xromosom setinə (2n) sahib olan ana hüceyrənin, DNT nüsxəsinin nəticəsində bir xromosom setinə sahib (n) 4 ədəd hüceyrə meydana gətirməsi gözlənilir. Ancaq təbiət mükəmməl olaraq çalışamadığı üçün, meyozda səhv meydana gəlir və bu (2n) hüceyrədən, yenə (2n) olan iki ədəd gamet hüceyrəsi (sperma və ya yumurta) meydana gəlir. Daha sonra, bunların bir-biri ilə birləşməsi nəticəsində iki cüt xromosom setinə (4n) sahib bir hüceyrə meydana gələr. Bu, çox-xromosomluluqdur (polyploidy).

Bu hadisə heyvanlarda çox tez baş vermir, çünki çox az heyvan həm sperma həm yumurta çıxarır; çox heyvanlarda cinsi iki-formalılıq (sexual dimorphism) var və erkəklə dişi fərqlidir. Ancaq bəzi heyvanlar və bitkilərin böyük bir qisimi, öz-özünü dölləyə bildiyindən (self-fertilization) bu hadisə görülür.

Bu genetik fərqliliyin meydana gəlməsi, bu yeni canlıların, köhnə və orijinal fərdlərlə cütləşə bilməməsinə, bu səbəbdən də cinsi izolyasiyaya səbəb olur. Bu, nəsillər boyunca sürdüyündə, fərqliliklər meydana gəlir və yığılır. Ən nəhayət, bir növdən iki və ya daha çox növ yaranır.

Botanikaçılar çiçəkli bitkilərin % 70-nın, ayıdöşəyi növlərinin % 95-nın çox xromosomluluq nəticəsində meydana gələn simpatrik növləşmə nəticəsində təkamülləşdiyini deyirlər. Bəzilərinin növləşməyi olduqca yaxın zamanlarda meydana gəlmişdir.

Növləşmənin baş verməsinin bir çox yolu var. Simpatrik növləşmə, xüsusilə bitkilər və özünü dölləyə bilən hermafrodit canlıların təkamüllərində olduqca əhəmiyyətli bir faktdır.


3) Peripatrik Növləşmə:

Peripatrik növləşmə, allopatrik növləşmənin bir alt qolu hesab olunur. Bu növləşmə tipində, bir populyasiya daxilindəki fərdlərin kiçik bir qismi, ana populyasiyadan ayrılır (köç edir) və yeni bir mühitdə həyatlarına davam edərlər. Allopatrik növləşmə ilə aralarındakı tək fərq, allopatrik növləşmədə fiziki bir baryer zorla bir populyasiyani ikiyə ayırması vəziyyəti mövcudkən, peripatrik növləşmədə bunun ümumiyyətlə bir fiziki baryer yerinə köç yolu ilə və nisbi olaraq daha az zərurətdən meydana gəlməsidir (köçlərin də altında ümumiyyətlə zəruri səbəblər yatdığını unutmayın).

Hər nə qədər allopatrik növləşmə ilə xüsusiyyətlər baxımından olduqca oxşarlıq olsa da, peripatrik növləşmə, Təkamül mövzusundakı ən əhəmiyyətli bir neçə şərhi edə bilmək üçün ən yaxşı növləşmə tipidir. Bu əhəmiyyətli anlayışlardan birincisi kəşfçi təsiri (founder effect), ikincisi dar boğaz (bottleneck), üçüncüsü isə bu yazımızda haqqında bəhs etməyəcəyimiz genetik sürünmədir.

Yenə xəyali bir populyasiyanı ələ alaq, bu səfər, bir Pan troglodytes (şimpanze) populyasiyası olsun. Bu populyasiya, yüzlərlə ildir bir meşədə yaşamaqda olsun. Ancaq talehsizlik nəticəsində meydana gələn bir yanğında, meşənin bir qismi yansın və 350 qədər fərddən ibarət olan populyasiyanın böyük hissəsi olduqları bölgə ətrafında həyatda qalmağı bacararkən, nisbi olaraq qorxaq olan 30 fərdilik bir qrupun, ana populyasyadan yüzlərlə kilometr kənara qaçdığını düşünək. Bu populyasiya, köhnə bölgədə qalan Pan troglodytes üzvlərinin heç bir zaman gəlmədiyi, yeni bir sahəyə çatmış olsun. Təbii ki, meşənin heç bir yeri eyni xüsusiyyətlərdə deyil; daha əvvəlki yazılarımızdaki siçan nümunəsində verdiyimiz kimi, tamamilə fərqli şərtlər (qida, istilik, nəm, sığınacaq, ovçu, ov, və s.) ola bilər. Bu vəziyyətdə də, bu şəkildə, olduqca fərqli bir mühitə keçilmiş olsun.





Bu nöqtədə, allopatrik növləşmədən fərqləri bu şəkildə saya bilərik: İlk olaraq, zəruri kimi görünsə də, populyasiyanın böyük hissəsinin köhnə bölgədə qalmasından ötəri bu qədər uzağa qaçmanın kritik bir hadisə olmadığını görməyimiz lazımdır. İkinci olaraq, allopatrik növləşmədə, populyasiya ümumiyyətlə bərabər nisbətlərdə və məcburi olaraq bölünərkən, peripatrik növləşmədə bir tərəfdə böyük bir qrup, digər tərəfdə isə nisbi olaraq kiçik bir qrup var.İndi, bu 30 fərdlik kiçik qrupumuzun, köhnə və 350 fərdlik qrupa görə çox daha az genetik müxtəlifliyi var. Bunu belə düşünə bilərsiniz: Azərbaycana ümumi olaraq baxdığımızda, minlərlə fərqli insan görə biləcəkkən, tək bir bölgədəki, tək bir mənzilin tək bir qatındakı insanları hesaba qatsanız, müxtəliflik və fərqlilik miqdarı olduqca azalacaq.

Bu kiçik qrup, yeni mühitlərində yaşamağa davam edəcək və bir-birləriylə cütləşərək getdikcə böyüyəcək. Ancaq bunlardan meydana gələcək olan yeni populyasiya, açıq bir şəkildə, bu 30 fərdin genetik xüsusiyyətləriylə qarışacaqdır, çünki müxtəliflik azdır. Yəni bir insan populyasiyası üçün düşünsək, mutasiyalar göz ardı edilsə, tamamilə qəhvəyi gözlü olan bir populyasiyada durduq yerdə bir mavi gözlü fərdin çıxması mümkün olmayacaq, o populyasiya, mavi gözlü fərdlərə sahib bir digər populyasiyayla qarışmadığı müddətcə. Bu vəziyyətdə də, eynisi etibarlıdır. Xüsusiyyətlər, 350 populyasiyalıq və geniş müxtəlifliyə malik bir qrupdan deyil, 30 şəxsiyyət və məhdud müxtəlifliyə malik bir qrupdan alınacaq. Bu şəkildə, genetik materialın daha böyük bir qrupdan ayrılan kiçik bir qrupa aid olmasına və onlardan meydana gələcək populyasiyanın, bu ana fərdlərə aid xüsusiyyətləri daşımasına kəşfçi təsiri (founder effect) deyilir. Adından da aydın olduğu kimi, bu 30 fərd, yeni bir bölgə "kəşf etmiş" və ora, öz xüsusiyyətlərini daşımışdır.

Əgər ki geridə və köhnə bölgədə qalan fərdlər ölsəydi və ya törəməyəcəyi hala gəlsəydi və qorxaq / qaçaq olanlar üstünlüklü mövqedə olub törəyə bilsəydi, populyasiya üzərindəki bu təsirə, dar boğaz (bottleneck) deyiləcəkdi. Məsələn, 100 nəfərlik bir populyasiyada meydana gələn bir virus xəstəliyi nəticəsində populyasiyanın çoxu (məsələn 80 adam) ölsə və 20 adam həyatda qalıb, yeni bir populyasiya çıxarmaq üzrə bir-biri ilə cütləşsələr; populyasiyanı bu qədər azaldan bu virus xəstəliyinin təsirinə dar boğaz təsiri deyəcəkdik.

Uzun sözün qısası, Peripatrik növləşmə, fiziki baryerlərin zəruri ayrı-seçkiliyi təsiri olmadan, kiçik bir populyasiyanın, böyük populyasiyadan ayrılması və onlardan fərqliləşmələri nəticəsində meydana gələn növləşmədir. Hekayə, demək olar ki allopatrik növləşməylə eynidir. Yeni mühitə gedən canlılar, yeni mühitə adaptasiya olmağa başladıqca (daha doğrusu Təbii Seçmə, genetik variasiya daxilində ən çox adaptasiya olanları seçdikcə), fərqliləşəcəkdirlər. Bu kiçik fərqliləşmələr, yığılacaq və axır-əvvəl növü nəsillər sonunda tamam ayrı bir nöqtəyə daşıyacaq. Bunun nəticəsində, ana növlə cütləşməyəcək hala gələn populyasiyalar yeni növlər olacaq.


4) Parapatrik Növləşmə:

Beləliklə, allopatrik, simpatrik və peripatrik növləşmənin izahını verdik. İndi isə son növləşmə tipi olan - Parapatrik növləşmədən bəhs edək. Verdiyimiz məlumatlar daxilində, bu tipi anlamaq çox daha asan olacaq. Parapatrik növləşmə, əsas olaraq, allopatrik növləşmə ilə simpatrik növləşmə arasında bir "keçid növləşmə tipidir". Bir az açıqlayaq:

Allopatrik növləşmədə ciddi bir fiziki baryer var. Simpatrik növləşmədə isə, bu baryer tapılmır və fərdlər, bir yerdə olmalarına baxmayaraq daha əvvəlki yazılarımızda açıqladığımız kimi müxtəlif üsullarla bir-birlərindən fərqliləşir və növləşirlər. Parapatrik növləşmə hadisəsində isə, canlı fərdləri arasında tam bir baryer yoxdur və zaman zaman bir-birləriylə qarışırlar. Ancaq, yenə allopatrik növləşmədə olduğu kimi, bəzi mexanizmlər nəticəsində fərdlər bir müddət sonra bir-birləriylə cütləşməməyə başlayırlar və beləcə növləşmə meydana gəlir.





Bunu da, yenə şimpanze populyasiyası ilə izah edə bilərik: Meşə, çox böyük və çox müxtəlif bir həyat sahəsidir. Tək bir meşə daxilində ağla sığmaz sayda növ yaşaya bilər. Növlər bir yana, populyasiyalar bir-birləriylə qonşu və ya iç-içə olaraq yaşayırlar. Ümumiyyətlə, bənzər növlərin fərqli populyasiyaları arasında bir sərhəd çəkilir və bir-birlərinə çox bulaşmırlar (ağaclara və daşlara törə buraxaraq sahələrini işarələyən itləri düşünün). Ancaq yenə də, təbiət şərtləri daxilində, kimi zamanlar qarışmaları ola bilər. Bu qarışmaların azalması və genetik bəzi hadisələr daxilində (azalan heterozigot fitness'i kimi) növləşmə meydana gələ bilər.

Gördüyümüz kimi, növləşmənin ən əsas tipləri allopatrik və simpatrik növləşmələr olmaqla birlikdə, bunların arasında qalan və ya alt qolları olan növləşmə tipləri də elm insanları tərəfindən təyin edilmişdir. Bunlar, təbiətdə, insanın təxmin edə biləcəyindən daha tez meydana gəlir.

Bu da, "Təkamül müşahidə edilə bilərmi?" sualına açıq bir cavab verir: Bəli, Təkamül hər an, hər yerdə müşahidə edilə bilər, müşahidə edilir və müşahidə ediləcək. Tək edilməsi lazım olan, bu işin təhsilini almaq və təbiətə elm insanlarının tərəfsiz gözləriylə baxmağı öyrənməkdir.

Unutmayın: Növləşmə, əsla bir növün bir anda özündən çox fərqli və tamamilə ayrı xüsusiyyətlərə sahib bir digər növə çevrilməsi deyil! Növləşmə, bu qeydlərdə açıqladığımız səbəblərlə meydana gələn kiçik dəyişikliklərin nəsillər boyu və insan ömrünün çatmayacağı illər boyunca yığılması nəticəsində, canlıların çox yavaş, çox narın bir şəkildə fərqliləşməsi, yəni Təkamül keçirməsidir. Bu şəkildə, Kambriyen dövründə yaşamış bir dəniz canlısının günümüzdəki ata qədər davam edən təkamülü 450 milyon il davam edərkən; siçanabənzər (hal-hazırda var olan siçanlar ÇOX fərqli, lakin tipik olaraq və görünüş baxımından ona bənzəyən) bir növün günümüzdəki müasir bir filə çevrilməsi 80 milyon il qədər, insanabənzər-meymunabənzər (günümüzdəki müasir meymunlar deyil!) bir növün şimpanzeyə (Pan troglydytes) çevrilməsi 6 milyon il, insanabənzər bir növün insana çevrilməsi 2 milyon il qədər zaman ala bilər. Və hər şeydən əvvəl milyon il təbirinin nə olduğunu dərk etmək lazımdır. Bu mövzuya da zamanı gəldikcə toxunacağıq.

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top