April 8, 2013

Yararlı Mutasiya Nümunələri

1) E. coli bakteriyası normal olaraq laktozanı parçalaya bilmir (laktoza intoleransı). Lakin Boston Universitetindən Prof. John Cairns və qrup həmkarlarının etdikləri və New Scientist jurnalında nəşr olunan bir təcrübə nəticəsində, Mu adlı bir bakteriofaq (bakteriyaları infeksiyalaşdıran bir virus) istifadə edilərək genetik materialda olan beta-galactosidase genində meydana gətirilən bir mutasiya sayəsində bakteriyaların laktozu həzm edə bilməyə başladıqları ortaya çıxmışdır. Daha sonradan fərqli üsullarla bənzər təcrübələr təkrarlanmış və eyni nəticələr əldə olunmuşdur. Bu da bakteriyalar baxımından bir yararlı mutasiya nümunəsi olaraq qarşımıza çıxmaqdadır.

2) 2001-ci ildə aparılan bir tədqiqatın nəticəsinə görə, insanlarda olan CCR5 adlı bir gendə meydana gələn 32 silinmə tipi mutasiya nəticəsində bu gen baxımından homoziqot fərdlərdə HIV müqaviməti, heteroziqotlarda isə HIV əlamətlərinin ortaya çıxmasında gecikmə meydana gəldiyi sübut edilmişdir. Bu, yararlı mutasiyalara bir nümunədir.

3) Bennett, Mittler və Lenski'nin Evolution jurnalında nəşr etdikləri bir araşdırmaya görə araşdırmaçılar 2.000 nəsil boyunca 37 santiqrad dərəcədə yaşamağa uyğun E. coli bakteriyası yetişdirmişlərdir. Daha sonra bu populyasiyadan 3 nümunə populyasiya alınıb 32 dərəcədə, 37 dərəcədə və 42 dərəcədəki mühitlərə yerləşdirilmiş və 2.000 nəsil daha keçməsi gözlənilmişdir. Bu nəsillərin adaptiv müvəffəqiyyətləri (təkamül dəyişmələri) davamlı təqib edilmişdir. İlk anda 32 dərəcəyə buraxılan nəslə görə, 2.000'-ci nəsil 10% daha adaptiv müvəffəqiyyətə sahib olan fərdlərdən meydana gəlmişdir, yəni populyasiya içərisində yeni istiliyə qarşı bir təkamül prosesi baş vermişdir. Oxşar şəkildə, 42 dərəcəyə buraxılan ilk nəsilə görə, 2.000'-ci nəsil 20% daha müvəffəqiyyətlidir. 37 dərəcədə buraxılan fərdlərdə heç bir adaptiv dəyişiklik müşahidə olunmamışdır. Bu vəziyyətin nəsillər içərisində meydana gələn mutasiyalara bağlı bir müxtəlifliyin seçilməsindən və yığılmasından qaynaqlandığı təsdiq edilmişdir. Bu da yararlı mutasiyaya bir nümunədir.

Daha bir neçə nümunə də artırmaq olar. Həmçinin bir mutasiya eyni zamanda həm yararlı, həm də zərərli ola bilər. Misalçün, bədənimizdəki bir bakteriyada baş verən mutasiya bakteriya üçün yararlı hesab olunacaq, çünki bu sayədə bizim immunitet sisteminizdən qurtulmağın yolunu tapan variasiyalar meydana gələcək. Bunların da təbii seçmə ilə dəstəklənməsi nəticəsində orqanizmimiz bakteriyanın köləsi halına gələcək və bu proses bizi ölümə doğru aparacaq. Gördüyünüz kimi bir mutasiya bakteriya üçün yararlı, insan üçün isə zərərli oldu. Buna səbəbdən də bir mutasiya növünə iddialı şəkildə zərərli və ya yararlı demək yalnış olardı.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top