April 8, 2013

İtlər niyə gəmirməyi sevirlər?

İtlərin əcdadlarını araşdıran elm adamları davamlı sürülər halında yaşayan və ov edən bu heyvanların qida mənbələrinin zamanla dəyişdiyi nəticəsinə gəldilər.

Kolumbiya Milli Universitetindən olan tədqiqatçıların etdiyi araşdırmaya görə itlərin əcdadları, daha böyük ovlar tuta bilmək üçün sürülər halında yaşamağa təxminən 8 milyon il əvvəl başlamışdır. Çənələrinin bu yeni həyat tərzinə uyğun olaraq təkamülləşməsi nəticəsində bu gün insanın ən yaxşı dostu olan itlərin əcdadları ''hiperətyeyən''lər olmuşdurlar.

Prof. Joao Muñoz-Doran və tədqiqatçı qrupu itlərin əcdadlarının bir "ailə ağacı"nı meydana gətirmiş və 300-dən çox it bənzəri növün bir-birləri ilə olan qohumluq əlaqələrini ortaya çıxarmışdır. Bu ailə ağacı sayəsində artıq hansı it növünün təxminən hansı dövrdə ortaya çıxdığı məlum olur və bu sayədə elm adamları bir heyvanın həyat tərzi və daxilində yaşadığı mühitin kəllə sümüyünə necə təsir etdiyini görə bilirlər.

BBC-yə açıqlama verən Prof. Munoz-Doran "Çox fərqli şəkillərdə qidalanan növləri bir-birləri ilə müqayisə etdik. Bundan sonra da hər it növünü ətyeyən, hiperətyeyən və omnivor, yəni həm ət həm də tərəvəz yeyən cinslər olaraq kateqoriyalara ayırdıq." dedi. Müasir itlərin ən yaxın qohumu olan boz canavarların da içində olduğu hiperətyeyən qrupunu araşdıran elm adamları, bu heyvanın güclü çənə sümüyünün və iti dişlərinin qrup halında ov öyrənməsinin ardından təkamülləşdiyini sübut etdilər. Munoz-Doran "Bu tip xüsusiyyətlərin ortaq bir təkamül səbəbindən gəldiyinin fərqindəyik. Səkkiz milyon il əvvəl Asiya, Avropa və Şimali Amerikada meşə sahələri azalmış, geniş çəmənlər artmışdı. Belə mühitlərdə ov edən heyvanlar gruplaşır. Bu sayədə özlərinə hücum edən ovçulara qarşı daha diqqətli ola bilərlər'' dedi.

Alim ''Belə bir vəziyyətdə ovlanan heyvanların aç qalmamaq üçün tək variantı birlikdə hərəkət etməkdir, bu da itlərin həyatındakı təkamülə böyük təsir etmişdir'' deyə sözlərinə davam etdi. Yəni bu dövrdə, dişləri daha böyük və çənə sümükləri daha güclü olan heyvanlar ov ovlayarkən müvəffəqiyyətli olmuş və həyatda qalaraq genlərini sonrakı nəsillərə köçürməyi bacarmışdırlar. Prof. Munoz-Doran ''Beləcə zamanla itlərin əcdadlarının əzələləri güclənmişdir. Xüsusilə də ağızlarının ətrafındakı əzələlər güclənmişdir. Zamanla bu dəyişiklik də bizim hiperətyeyən dediyimiz heyvanların ortaya çıxmasını təmin etmişdir'' dedi.

Tədqiqatçılar hesab edirlər ki ev itlərinin bu qədər sümük gəmirib ət yemələrinin səbəbi bu şəkildə təkamülləşmələridir. Muñoz-Doran ''İtlər mükəmməlcəsinə ət yeyə biləcək və bir şey gəmirə biləcək şəkildə təkamülləşmişdirlər. Bunları etməkdə çox qabiliyyətlidirlər və bu qabiliyyətlərini həmişə istifadə etmək istəyirlər'' deyə açıqladı.


Qaynaq: BBC Nature
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top