April 8, 2013

İnsan gözünün təkamülündəki səhvlər

Gözümüzün təkamülü, hər quruluş kimi hələ də davam etməkdədir. Dəyişən Dünya şərtləri, üzərimizdə müxtəlif təzyiqlər yaradır. Ozon təbəqəsinin deşilməsi, texnologiyanın inkişafı və s. vəziyyətlər, ətrafımızdakı radiasiyanın gözümüzdə daha çox təsiri olmasına səbəb olmaqdadır. Bu andakı "görülən sahə" olaraq təbir edilən və əlbəttə ki insan üçün uydurulmuş olan (başqa canlılar başqa intervalları görə bilərlər) sərhəd, bizə bu qədəri "kifayət etdiyi" üçün təkamülləşmişdir. Niyə bütün frekans aralığını görə bilmirik? Çünki ehtiyacımız yoxdur və üzərimizdə bu istiqamətdə bir təkamül təzyiqi olmamışdır. Gələcəkdə, dəyişən ehtiyaclar və ətraf şərtləri nəticəsində təkamül müxtəlif istiqamətlərə doğru irəliləyə biləcək.

Əlbəttə təkamülü idarə edən fövqəltəbii hər hansı bir qüvvə olmadığı üçün, təbiət tez-tez səhvlər edə və ya təkamül sayəsində qazanılan strukturlar, ətraf təzyiqləri altında "mükəmməl"dən olduqca uzaq şəkildə təkamülləşə bilər.

Göz, quruluşu etibarilə, əldəki materialların ən yaxşı şəkildə istifadə edilərək vizual məlumatın beynə köçürülməsini təmin etmək məqsədiylə təkamülləşmişdir. Lakin bu təkamül əsnasında, bəzi çox ciddi "qarışıqlıqlar" və "səhvlər" meydana gəlir.

Gözdə olan ən ciddi səhvlərdən biri onurğalıları gözündədir. Əslində bizlər də daxil olmaq üzrə onurğalılar, əgər ki fövqəltəbii bir şəkildə var edilsəydilər ya da təkamül müddət "mükəmməl" bir şəkildə işləsəydi, bu anda olduğundan yüz qat daha yaxşı görmə bacarığına sahib olmalıydıq. Çox təəssüf ki təkamül müddəti əsnasında gözdən beynə məlumatları çatdıran retina təbəqəsi meydana gələrkən, strukturca tərs bir əlaqə qurulmuşdur. Yəni adətən işığı qəbul edib bunu elektrokimyəvi siqnallara çevirəcək olan hüceyrələr qabaqda, bu siqnalları beyinə yönəldən sinirlər arxada olması lazım olmalıykən, tam tərs bir quruluş təkamülləşmişdir. Bu səbəblə, işığa həssas hüceyrələr, sinir şəbəkəsinin arxasında yer almaq vəziyyətində qalmışlar. Bu da, gözə gələn işığın əvvəlcə, mənasız bir şəkildə, sinirlərdən ibarət olan sıx şəbəkəsini keçməsini tələb edir və bu, işığın keyfiyyətini kifayət qədər pozur.

Səhv, bununla da məhdudlaşmır: bu sinirlər gözün ən iç hissəsində iştirak etdiyi üçün, bir nöqtədə gözün "içərisindən" keçərək beynə getmələri lazımdır və bunun reallaşdığı bölgədə də bir kor nöqtə var. Əgər gözünüzdə struktur problemi olsa (ki Dünya səviyyəsində 40 milyon insanın hal-hazırda zərər çəkmiş olduğu bir vəziyyətdir) işıq bu kor nöqtəyə düşə bilər və burada işığı qəbul edən hüceyrələr tapıla bilmədiyi üçün (çünki oradan damarlar və sinirlər keçir və beynə doğru yol alır) korluq problemi ortaya çıxa bilər.

Fotoşəkildə görüldüyü kimi, məntiqli bir "dizayn"da olması lazım olanın əksinə, işığı qəbul edən hüceyrələrin olduğu təbəqənin ("light sensors" olaraq ifadə edilən qırmızı təbəqənin) üzərində sinir şəbəkəsi ("nerves" olaraq ifadə edilən boz xətlər) var və bu şəbəkə, işıq hüceyrələrinə gələn işığın təsirini lazımsız yerə azaldır. Həmçinin boz bir çıxıntı olaraq göstərilən və beynə gedən optik sinirin olduğu nöqtədə işığa həssas hüceyrələrə yer yoxdur və buna görə işıq bura düşəcək olsa insan görə bilməyəcək.

Halbuki başıayaqlılarda (cephalopoda) retina bu şəkildə deyil, tam tərsi və olması lazım olan şəkildədir: ən üstdə sensor hüceyrələri var, bunların arxasında isə sinirlər yerləşir. Bu sayədə başıayaqlıların sinirləri, sensor hüceyrələrinin "içərisindən" keçərək beynə getmək məcburiyyətində qalmırlar və bir kor nöqtə meydana gəlmir. Beləcə bu canlılarda korluq meydana gəlmir. Demək təkamül müddətində bunu təmin etmək mümkündür və qeyri-mümkün deyil, qarşısında ekoloji bir maneə yoxdur. Onurğalılarda olan, başıayaqlılarda olmayan bu səhv yalnız Təkamül Biologiyası ilə açıqlana bilər.

Başıayaqlılarda retina beyindən ayrı olaraq təkamülləşdiyi üçün, gözün arxasında yer ala bilmişdir. 2009-cu ildə Kröger apardığı tədqiqatla Zebrabalıqları kimi kiçik gözlərə sahib olan balıqlarda tərs əlaqənin onlara kor olmaq bahasına üstünlük təmin etdiyini sübut etmişdir. Bu sayədə artıq bilirik ki, dənizlərdə yüz milyon il əvvəl yaşayan onurğalı əcdadlarımızın olduqları mühitə adaptasiya ola bilmək üçün inkişaf etdirdikləri quruluş, hal-hazırda üstünlük sağlamamasına baxmayaraq, kökdən dəyişdirmək çox çətin olduğu üçün, "mükəmməl" olmasa da iş görə bildiyi üçün və dəyişməsi üçün üzərində təkamül təzyiqi olmadığı üçün onurğalılarda hələ də qorunur. Yəni təkamül müddətində qazanılmış bir xüsusiyyət, genetik səbəblərlə yüz milyon ildir köçürülür və balıqlar üçün "uğurlu" olan göz, nəvə növlərdə artıq "qüsur" halını alır. Bu, başqa heç nə ilə açıqlana bilməz.

Hətta şərhlər burada da qurtarmır. Məməlilər, sürünənlərdən ayrıldıqdan sonra bu "səhv" göz quruluşunu demək olar ki, olduğu kimi qoruyublar. Lakin sürünənlərin bir qolu olaraq ayrılan quşlar, eyni səhv quruluşu "pekten" adlı bir zülalın çıxarıla bilməsini təmin edərək inkişaf etdiriblər və sensor hüceyrələrinin qarşısını bağlayan sinirlərin çoxunu yox ediblər.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top