April 8, 2013

Olm və ya Proteus (Proteus anguinus)

Bu ilanbənzəri amfibiya növü torpaq altında qalmış su kanallarında yaşayır və tamamilə kordur. Orta hesabla 20-30 santimetr uzunluqdadır. Təkamül müddəti ərzində heç bir işə yaramayacaq qədər korlaşmış, asanca qırılan üzvlərə (qollara və qıçlara) malikdir. Qollarının ucunda üç ədəd, daha da korlaşmış olan qıçlarının ucunda isə iki ədəd barmaq olur. Növün həm balıqlar kimi qəlsəmə yarıqları var, həm də yer sürünənləri kimi ağciyərlərə sahibdirlər. Lakin ağciyərlər çox nadir istifadə edilir, daha çox qəlsəmə yarıqlarına müraciət edilir. Gözlərinin üstü qalın bir dəri təbəqəsi ilə örtülüdür. Bu təbəqənin altında gözlərə çatmaq mümkündür, lakin bu gözlər işləməməkdədir. Bu da, Təkamül müddəti ərzindəki korlaşmanın ən canlı nümunələrindən biridir. Bu gözlər yalnız işığın varlıq-yoxluq vəziyyətinə reaksiya verə bilir, görmə funksiyasını qətiyyən yerinə yetirmir (halbuki tam inkişaf etmiş bir göz quruluşu var). Əsasən İtaliya, Sloveniya, Bosniya və Herseqovina və Xorvatiyada yaşayırlar.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top