April 8, 2013

Zürafələrin boyunları niyə uzundur?

Zürafələri və məşhur boyunlarının əhvalatını həmişə təkamül biologiyası ilə olan əlaqəsindən ötəri bilirik. Lamarck'ın necə yanıldığını, Darwin'in necə daha həqiqi bir nəticə çıxardığını da bilirik. Lakin zürafələrin boyunları, Darwin'i tam fərqli bir baxımdan da təsdiqləyir və təkamülün müzakirə edilməz gücünü göstərir.

Zürafələrin bu ovsunlayıcı boyunları bəzən 2 metrə çata bilər, hətta ötə bilər də. Bilinən ən uzun boyunlu zürafə, 1934-ci ildə tapılmışdır və 2.2 metrlik bir boyuna malikdir. Yalnız boyunu 200 kiloqram ağırlığa sahibdir. Zürafənin ümumi boyunun 6 metr olduğu düşünülsə, bunun nə demək olduğu aydın ola bilər. İnsana vuracaq olsaq, 1.8 metrlik bir insanın 60 santimetrlik bir boya sahib olması kimidir (normalda 10-15 santimetr ətrafında bir boya sahibik).

Yaxşı, siz belə nəhəng bir boyu daşıyacaq bir onurğa dizayn edəcək olsaydınız neçə ədəd fəqərə istifadə edərdiz? 10 ədədmi? 50 ədədmi? Yoxsa 100 ədədmi? Bu qədər çox sayda və sıx istifadə etmək məntiqlidir, çünki zürafə boynunu hərəkət etdikdikcə ağırlıq mərkəzi yer dəyişdirəcək və boynu daşımaq çətin bir hal alacaq.

Lakin təkamül bir dizayner deyil. Təkamül, səhvlər edən və yalnız ən uyğunun həyatda qalmasına yarayan bir müddətdir. Təkamül müddətində yeni növlər yoxdan var edilmirlər, var olan vəsaitlər pillələrlə dəyişilir.

Zürafələrin boynunda axtardığımızı tapırıq: Digər məməlilərin də çoxunda olduğu kimi, zürafələrdə də yalnız 7 ədəd fəqərə sümüyü var. Bu say insanda da eynidir. Yalnız zürafələrdəki bu onurğalar, normaldan çox daha iri və uzundur. Zürafələrin təkamülündə daha çox sayda fəqərə sümüklərinə sahib variasiyalar ümumiyyətlə tapılmadığından, var olan fərdlər arasından ən iri və ən uzun fəqərələrə sahib olanlar seçilmiş və bu sayədə hər yeni nəsildə daha uzun boyunlu zürafələr təkamülləşə bilmişdir.

Zürafələr, hər baxımdan Darwin'in irəli sürdüyü və hal-hazırda elmin ən güclü təlimlərindən biri olan təkamülü təsdiqləyən yüz minlərlə növdən yalnız biridir.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top