April 8, 2013

DNT kosmosda meydana gəldi?

NASA, DNT-nin hissəciklərinin, yəni həyatın hissəciklərinin kosmosda meydana gəlmiş ola biləcəyini göstərən yeni dəlillər tapdı. Sübut, Yerdə həyatın meydana gəlməsini təmin edən hissəciklərin ilk olaraq kosmosda meydana gəlmiş ola biləcəyini göstərir. Tədqiqatı aparan NASA mütəxəssisləri, üzərində DNT elementləri olan bəzi meteoritlərin bu komponentləri kosmosdan gətirdiyini düşünür.

Bu, NASA-nın eyni mövzudakı yeganə tədqiqatı deyil. Goddard Kosmos Uçuş Mərkəzi mütəxəssisləri, buna bənzər işlərin 1960-cı ildən bəri aparıldığını xatırladır. Ancaq, tədqiqatçılar daha əvvəl meteoritlərdə tapılan DNT hissəciklərinin kosmosdamı, yoxsa sonradan Yerdəki həyat formalarındanmı meydana gəldiklərindən əmin ola bilmirdilər. NASA mütəxəssisi Michael Callahan, "Bu hissəciklərin əslində ilk olaraq kosmosda meydana gəldiyinə dair əlimizdə ilk dəfə dəlil var" dedi.

Alimlər daha əvvəl asteroid və kometalarda həyat meydana gətirmə bacarığına malik olan kimyəvi maddələr olduğuna dair fərqli dəlillər əldə etmişdi. Məsələn, Wild 2 adlı kometada canlıların əhəmiyyətli bir parçası hesab olunan zülalları meydana gətirən bəzi amin turşularının mövcudluğu müəyyən olunmuşdu.

NASA-nın internet saytında yer alan xəbərə görə Antartikadan gətirilən meteoritlərdə DNT-nin nukleobaz olaraq adlandırılan parçasını meydana gətirən adenin və guanin'lərə rast gəlindi. Mütəxəssislər bu komponentlərin Yer üzündə formalaşmış ola bilməyəcəyini iddia edirlər, çünki həmin komponentlərə bizim planetdə bu halda rast gəlinmir. Bütün bu tapıntılar "həyatın" bizim planetdə yox, kosmosda formalaşıb sonradan bizim planetə düşdüyünü göstərir. Mütəxəssislər, meteoritlər üzərində yer üzünə dəydikdən sonra parçalara ayrılan DNT hissəciklərinin daha sonra həyatı meydana gətirən DNT bloklarına çevrildiyini hesab edirlər. Araşdırma, Proceedings of the National Academy of Sciences jurnalında nəşr olundu.

Qaynaq: NASA
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top