Showing posts with label Məqalələr. Show all posts
Showing posts with label Məqalələr. Show all posts

April 2, 2018

İnsan və şimpanze xromosomları arasındakı say fərqi necə yarandı?


Bu suallar yəqin ki bir çoxunuzu düşündürmüşdür: insanın 23 cüt (46 ədəd) xromosomu varkən, ən yaxın qohumumuz olan və ən son ortaq əcdadımızı paylaşdığımız şimpanzelər (əslində bütün şimpanzelər, qorillalar və oranqutanlar) nəyə görə 24 cüt (48 ədəd) xromosoma sahibdir? Bu, necə baş vermişdir? Nə vaxtsa 48 xromosomdan 46 xromosoma eniş yaşandısa, 46 xromosomlular populyasiyada üstün vəziyyətə necə gəlmişdir? 48 xromosomlu normal insana niyə rast gəlinmir?

Bu suallara bir-bir cavab verək. Əvvəlcə, bir əhəmiyyətli məlumatı diqqətinizə çatdırmaq istəyirik: Xromosomların azalması, çox da anormal bir vəziyyət deyil və təbiətdə tez-tez müşahidə edilir. Qısa texniki məlumat verəcək olsaq... Xromosomlar, əslində DNT-nin paketlənmə forması deməkdir və yalnız uzun DNT məlumatının necə paketləndiyi ilə əlaqədardır. X xromosomun "X" adlandırılmasının səbəbi, içərisində saxladığı uzun DNT zəncirinin X hərfinə bənzər şəkildə paketlənmiş, düzülmüş olmasıdır. Y xromosomu üçün də eyni vəziyyət keçərlidir. Aşağıda həm X həm də Y xromosomu yan-yana görürsünüz. İşin içində bir az da elm adamlarının təxəyyülü olduğunu, xromosom adının və şəklinin heç bir məna ifadə etmədiyini, əsl mənanın xromosomu meydana gətirən DNT zəncirində (heliksində) gizləndiyini də qeyd etmək istəyirik.


Həqiqi Xromosom Şəkli-1

Həqiqi Xromosom Şəkli-2

İnsanda bu və buna bənzər xromosomlardan 23 cüt, şimpanzedə isə (2A və 2B fərqinə diqqət yetirin) 24 cüt vardır.


İnsanın Xromosom Dəsti

Şimpanzenin Xromosom Dəsti

Xromosomların uc qisimlərinə telomer, birləşib iki xromatid və ya bir xromosom halını aldıqları birləşmə nöqtələrinə isə sentromer deyilir. Genomu bilinən canlılarda, telomer və sentromer quruluşları, kimyəvi strukturları baxımından ayırd edilməkdədir. Bu, sonrakı şərhlərimizdə vacib rol oynayacaq.

İndi, bu nöqtəni anladıqdan sonra, ikinci bir nöqtəyə və əslində bir mutasiya tipinə keçə bilərik: Robertson Tipli Yerdəyişmə Mutasiyası (Robertsonian Translocation Mutation). Bu mutasiya tipində, iki xromosom bir-birinə qarışır və ya yapışır. Bu qarışma, çox fərqli nöqtələrdə meydana gəlir və bütün canlılıq kimi, tamamilə kimyəvi xüsusiyyətlər və struktur üzərində qurulmuşdur.

Bu qədər texniki məlumatdan sonra, yenidən təkamül keçmişimizə qayıdaq... Dediyimiz kimi, insanlar, şimpanzelərlə ortaq əcdaddan ayrıldıqdan sonra, xromosom azalması yaşamışdır. "Nəyə görə şimpanzelər xromosom artımı yaşamış olmasın" deyə soruşa bilərsiniz. Bu o qədər də real deyil, çünki xromosom qazanmaq, itirməkdən çox çətindir. Eyni zamanda, digər insanabənzər meymunlarda 48 xromosom varkən, yalnız insanda 46 xromosom olması, digərlərinin müstəqil olaraq xromosom qazanmağındansa insanın xromosom itirməsini məntiqli etməkdədir.

Alimlər, şimpanze və insan genomu üzərində ətraflı araşdırmalar aparmış və çox maraqlı bir tapıntıya rast gəlmişlər: Normal halda, hər xromosomda 1 sentromer (xromosomun ortasında) və 2 telomer (iki ucda) olur. Lakin insana aid 2-ci xromosoma baxdıqda, maraqlı bir quruluş görürük. 2-ci xromosomumuzun ortasında telomerə rast gəlinir və bu başqa heç bir xromosomumuzda olmayan, gözlənilməz bir vəziyyətdir. Bu da alimləri, 2-ci xromosomun iki ədəd şimpanze xromosomunun qarışması nəticəsində meydana gəldiyi və insanın bu səbəbdən 46 xromosoma sahib olduğu düşüncəsinə yönəltdi.

Yaxşı, bəs şimpanzedəki hansı 2 xromosom qarışdı ki bizim 2-ci xromosomumuz meydana gəldi? Araşdırmaçıların əldə etdiyi tapıntılar burada da bitmir. Tədqiqatlar, şimpanzelərin 12 və 13-cü xromosomlarının, bizim 2-ci xromosomumuz ilə son dərəcə bənzər quruluş və funksiyalara sahib olduğunu ortaya çıxardı. Genom bənzərliyi, nukleotid düzülməsi ilə əlaqəlidir. Ancaq bunların paketlənmə forması olan xromosom quruluşu, genom bənzərliyi 99% olan iki canlıda belə olduqca fərqli ola bilər. Yuxarıdakı şəkildə də bu paketlənmənin, yəni xromosomların olduqca fərqli olduğunu görürük. Ancaq şimpanzelərin 12 və 13-cü xromosomlarının kimyəvi quruluşu da, bizim 2-ci xromosomumuza ümumi bənzərlikdən daha yaxındır. Bu da, alimlərin düşüncəsini gücləndirməkdədir.

Bu xromosom azalması, çox vaxt canlıda bir ziyana səbəb olmaz. Çünki qeyd etdiyimiz kimi, xromosomlar yalnız əsl məlumat daşıyan DNT-lərin necə paketləndiyi ilə əlaqədardır. Əsas məlumat orada mövcud olduğu müddətdə, paketlənmə tipi əhəmiyyət kəsb etmir. Daha əvvəl də dediyimiz kimi, onsuz da bu xromosom azalmasına təbiətdə tez-tez rast gəlirik. Bir neçə nümunə göstərək:

Məsələn vəhşi təbiətdə yaşayan atların 33 cüt (66 ədəd) xromosomu var. Ancaq əhliləşdirilmiş atlarda 32 cüt xromosom olur. Bənzər mutasiya, yaxın keçmişdə (atların əhliləşdirilməsi çox da keçmiş hadisə deyil) baş vermişdir. Başqa maraqlı nümunə isə kəpənəklərdir: Cənubi Amerika Philaethria Kəpənəyinin xromosom sayı 12 ilə 88 arasında dəyişir! Bu qədər fərqli xromosom sayına baxmayaraq, necə olub ki yaranan kəpənəklərin hamısı "kəpənək"dir və ümumən bir-birinə bənzəyirlər? Çünki dediyimiz kimi, 12 xromosomlu paketlənmə tipi ilə 88 xromosomlu paketlənmə tipi eyni genomu və yaxud eyni DNT-ni daşıdığı müddətdə bir məna ifadə etmir.

Burada bir başqa nöqtəyə toxunmaqda fayda var: Xromosom ayrılması, bizi "insan", onları "şimpanze" edən hadisə olmaya bilər. Tamamilə fərqli şəkildə növləşmə baş vermiş, lakin bu hadisənin də onun üzərində "xidməti" olmuş ola bilər. Və böyük ehtimalla, vəziyyət belədir. Coğrafi və cinsi izolyasiya nəticəsində, Növyaranma Mexanizmləri adlı yazımızda izah etdiyimiz kimi bir növləşmə meydana gəlmiş ola bilər. Xromosom fərqlilikləri isə, sonradan bunun üzərinə əlavə olunmuş bir fərq olaraq qarşımıza çıxa bilər. Buna bir qədər sonra təkrar dönəcəyik.

Uzun sözün qisası, artıq olduqca əmin şəkildə, 48 xromosomdan 46 xromosoma necə təkamülləşdiyimizi bilirik. Bu yerdə iki sual meydana çıxır: 46 xromosomlu fərdlər, 48 xromosomlularla necə cütləşdilər? Və, 46 xromosomlu fərdlər, 48 xromosomlu fərdlərə necə üstün gəldilər?

İlk olaraq, 46 xromosomlu bir fərd ilə 48 xromosomlu bir fərdin cütləşməsi vəziyyətini araşdırmaq lazımdır. Dediyimiz kimi, əskik xromosomluluq, genetik baxımdan heç bir problem yaratmaz; ta ki bu fərd çoxalmaq istəyənə qədər...

46 xromosomlu fərd ilə 48 xromosomlu fərd texniki olaraq cütləşə bilər; ancaq statistik olaraq balaların 66%-dən çoxu abort olacaqdır. Yəni hələ hamiləlik zamanı, bala öləcəkdir. Ancaq yenə də, bu ölümün mütləq olmadığını və müəyyən ehtimallar daxilində baş verəcəyini vurğulamaq istəyirik.

Hər bir insanda, yuxarıda da toxunduğumuz kimi, hər xromosomdan 2 ədəd vardır. Yəni xromosom 1-dən 2 ədəd, xromosom 2-dən 2 ədəd və sair. Meyoz əsnasında hər bir hüceyrə bu xromosomlardan birini götürür. Beləcə, meyozdan sonra xromosom sayı yarıya enir. Ancaq döllənmə nəticəsində yaranan ziqot, həm anadan, həm də atadan 1 xromosom alacağı üçün, say tamamlanır. Əskik xromosomlularda problem məhz burada başlayır: Bu ziqotlarda, 1 ədəd tək və 1 əlavə xromosoma sahib cüt xromosom olur.

Stanford Universitetinin Tibb Məktəbindən Dr. Barry Starr, bu vəziyyəti izah etmək üçün belə bir sxemdən istifadə edir (sxem 14 və 15-ci xromosomlar üzərində qurulmuşdur):


Fərqli Xromosomluların Cütləşməsi

Yuxarıdakı qrafikdə, sağ tərəfdəki fərddə əskik/qarışmış xromosom görülür və asanlıq baxımından şəkildə yalnız bu xromosomlar göstərilmişdir (bütün xromosomların qoşalaşdığını unutmayın). Bir alt sıra, mümkün çoxalma hüceyrəsi (yumurtahüceyrə və ya spermatazoid) yaranmağını göstərməkdədir. Ən aşağıda isə bunların necə birləşə biləcəyi statistik olaraq verilmişdir. Üzəri xətli olanlar, xromosom əskikliyi ya da çoxluğundan ötəri abort olacaq fərdlərdir. Ancaq diqqət yetirilməsi lazım olan nöqtə, 33% civarında da olsa problemli xromosom sırasına sahib olanların həyatda qalacağı və bunların da 50%-nin hələ də problemli xromosom sırasını daşımış olacağıdır. Yəni populyasiya içərisində, nisbi olaraq zəif də olsa, bu fərdlərin yayılması ehtimalı vardır.

Son olaraq, indi gələk bu fərdlərin necə yayılmış ola biləcəyinə... İlk ehtimal, genetik sürüklənmə ilə izah edilə bilər. Yəni bir qrup 46 xromosomlu insan hansısa səbəbdən ana populyasiyadan ayrılaraq öz kiçik populyasiyalarını qurmuş və sonra yayılaraq müstəqil mövqeyə gəlmiş ola bilərlər. Bu vəziyyətdə, bir sual yarana bilər: 46 xromosomluluq, görəsən bir fayda vermiş ola bilərmi? İndiyə qədər buna dair bir nəticə əldə edilməyib; ancaq bu, olmadığı mənasını vermir. 46 xromosomluluğun təmin etdiyi dolayı bir təsir (məsələn iki ayaq üzərinə qalxmada ya da danışmada bir müsbət fayda), bəlkə də digərlərinə üstün gəlməyimizə səbəb olmuşdur. Ancaq hələ də belə bir dəqiq səbəb tapılmayıb. Bir başqa ehtimal, 46 xromosomlu populyasiyanın yayılmasından sonra, 48 xromosomluların müəyyən səbəbdən yox olması ola bilər. Bu tip "genetik daralma" adlandırılan vəziyyətlər, tez-tez görülməkdədir. Məsələn bunlardan biri, 75.000 il əvvəl meydana gələn buz dövründən sonra yalnız 70.000 insan fərdinin həyatda qalmış olmasıdır. Yəni bugünkü 7.5 milyard insan, bu 70.000 fərdin nəvələridir və dolayısı ilə onların genetik quruluşunu daşıyır. Buna, Genetik Sürüklənmə daxilində "kəşf təsiri" deyirik. Nəvələr, populyasiyanı "kəşf edən" əcdadlarının gen hovuzunu davam etdirirlər (təbii ki mutasiyalar və cinsi çoxalma genomumuza müxtəliflik qazandırmışdır).

Digər ehtimal, xromosomların qarışması əsnasında meydana gələn kimyəvi hadisələr nəticəsində, bəzi yeni genlərin yaradılmış (nəticədə gen dediyimiz struktur da, hər şey kimi sadə kimyəvi maddələrdir) və bunun nəticəsində 46 xromosomluların üstünlük təmin etmiş ola biləcəyidir. Ancaq bu mövzuda da konkret bir dəlilimiz yoxdur.

Bir başqa və ən güclü ehtimal, qohum evliliklərini və bu evliliklərdən doğulan uşaqları əhatə etməkdədir. Bu ehtimalda, xromosom əskikliyinə sahib -məsələn- ikinci dərəcəli qohumların bir-biri ilə cütləşməsi vəziyyəti müzakirə mövzusudur. Eyni tip mutasiyaya sahib olan fərdlərin qarşılaşması ehtimalı inanılmaz dərəcədə az olsa da, qohumlarda bu vəziyyət görülə bilər və əgər qohum evlilikləri də nəzərə alınsa, ehtimallar olduqca arta bilər.

İndi, yenə Dr. Starrın bu mövzuyla əlaqədar bir başqa sxeminə baxaq:


Xromosom Əskikliyinə Sahib 2 Fərdin Cütləşməsi

Bu mürəkkəb cədvəl, ikisində də xromosom qarışması/əskikliyi olan iki fərdin cütləşməsi vəziyyətini statistik olaraq izah etməkdədir. Cədvəldə ən üstdəki 6 qutu atanın, ən soldakı 6 qutu isə ananın qamet ehtimallarını göstərməkdədir. Digər qutular, bunların cütləşmə ehtimallarını ələ almaqdadır və üzəri xətli olanlar, böyük ehtimalla abort olacaq balaları göstərir.

Bu sxem şərh olunduqda, balaların həyatda qalma ehtimalının 36-da 8 (~22%) olduğu ortaya çıxır. Və bütün balaların 36-da 1-i (~3%) iki xromosom baxımından da qarışma vəziyyətinə sahib olacaq (bu ehtimal, ortadakı dairə içərisindəkidir). Bu aşağı ehtimal bir dəfə reallaşa bilsə (yüzlərlə, minlərlə sınaq nəsil olacağını unutmayın), sonrası daha asan olacaqdır. Çünki iki xromosom baxımından da yapışıq olma vəziyyəti olan bir fərdin, normal fərdlə cütləşməsi vəziyyətində, balaların həyatda qalma ehtimalı, başqa səbəblər gözardı edilsə 100% olacaq.

Dr. Starr, bu vəziyyəti belə cədvəlləşdirir:


2 Xromosom Baxımından Da Mutant Olan Fərdin, Normal Fərdlə Cütləşməsi

Görüldüyü kimi bu cütləşmə nəticəsində, mutant olan fərd simmetrik bir itkiyə sahib olduğu üçün, cütləşmə müvəffəqiyyətlə reallaşacaq və balaların hamısı həyatda qalacaqdır. Balalar da bir xromosom baxımından 100% ehtimalla mutant olacaq və bu nəsillər nəticəsində əskik xromosomluluq üstün hala gələ biləcəkdir. Bu prosesin 6 milyon ilə yaxın bir müddət davam edə biləcəyini də unutmamaq lazımdır.

Qısacası, hər nə səbəbdən olursa olsun, təkamül keçmişimizdə bir nöqtədə xromosom sayımız azalmış və bir şəkildə bu yeni xromosom vəziyyətindəkilər üstün hala gəlmişdir. Bizim vəzifəmiz isə, davamlı elmi araşdırmalarla təkamül tarixinin bu çətin sirrlərini həll etməkdir.


Mənbə:
1. evrimagaci.org/article/tr/sempanzeler-ile-insanlar-arasindaki-kromozom-sayisi-farki-uzerine
2. genetics.thetech.org/original_news/news124

daha ətraflı...

Luvr Muzeyindəki zərrəcik sürətləndiricisi: AGLAE


Parisdə yerləşən Luvr Muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə, kuratorların sərgiləməyi düşünmədikləri bir əsər var: muzeyin zərrəcik sürətləndiricisi. Bu, Dan Braunun romanı deyil. "Accélérateur Grand Louvre d'analyse élémentaire", yəni qısaca AGLAE adlı cihaz realdır və 1988-ci ildən bəri muzeyin bir parçasıdır.

Araşdırmaçılar, əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi qiymətli məlumat verə bilər.

Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid).

Oturmuş Katib
Maşını idarə edən qrupun rəhbəri Kler Paçeko deyir: "AGLAE-nin tamamilə mədəni irsə həsr edilməsi onu bənzərsiz edir". Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir. 

Paçeko, Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko, sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir. Fiziklər və mühəndislər, araşdırmalarını kuratorlar və sənət tarixçiləri ilə birlikdə aparır.

AGLAE-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, əsərlər üzərində tədqiqat aparılarkən zərər verməməsidir. Əgər söhbət mədəni mirasdan gedirsə, bu ilk prioritet olur. AGLAE-də istifadə edilən texnikalar arasında, litium və uran arasındakı elementlərin ən kiçik izlərini belə müəyyən edə bilən, zərrəciklə induksiya olunan rentgen və qamma şüaların emission spektrometriya üsulları var. 


AGLAE-dən əvvəl tədqiqat obyektlərinin analizi üçün nümunələrin potensial təhlükələri olan vakuum otağına yerləşdirilməsi lazım idi. Vakuum otağına yerləşməyən böyük obyektlərin araşdırılması isə ümumiyyətlə mümkün deyildi. AGLAE-nin şüaları vakuumdan kənarda da çalışdığından, tədqiqatçılar istənilən ölçülü və formalı obyekti araşdıra bilir. 


Mənbə: symmetrymagazine.org

daha ətraflı...

March 15, 2018

Ən yaxşı təhsil sistemləri nəyi doğru edir?

Cənubi Koreya və Finlandiya 50 il əvvəl bərbad təhsil sistemlərinə sahib idi. Finlandiya, iqtisadi baxımdan Avropanın ögey övladı münasibəti ilə qarşılaşma riski yaşayırdı. Cənubi Koreya isə vətəndaş müharibəsindən əziyyət çəkirdi. Ancaq son yarım əsrdə həm Cənubi Koreya həm də Finlandiya, məktəblərdə böyük yeniliklər reallaşdırdı və indi hər iki ölkə də bunun müsbət nəticələrini görür. Yaxşı biz, bu iki müvəffəqiyyətli, amma bir-birinə zidd təhsil modellərindən nə öyrənə bilərik? Gəlin bu ölkələrin təhsildə atdığı doğru addımlara birlikdə baxaq.

Koreya Modeli: Dayanıqlılıq və çox, çox, çox çalışmaq


Cənubi Koreya, Asiya ölkələri arasında ən müvəffəqiyyətli ölkə olaraq digərlərindən önə çıxır. Ölkədəki oxuma/yazma göstəricisi 100%-dir.  Ayrıca Koreya, beynəlxalq müqayisəli uğur testlərində ön sıralarda yer alır. Buna tənqidi düşünmə və analiz testləri də daxildir. Amma bu uğur şagirdlərə asan başa gəlmir: Müvəffəqiyyət əldə etmək üçün onlar çox güclü və mərhəmətsiz təzyiq altında yaşayır. Qabiliyyət çox da diqqətə alınmır, çünki ölkə mədəniyyəti ilk növbədə çalışqanlığa böyük əhəmiyyət verir. Uğursuzluq üçün heç bir bəhanə qəbul edilmir. Uşaqlar il ərzində həm məktəbdə, həm də xüsusi müəllimlərdən dərs alır. "Əgər çox çalışsanız, kifayət qədər ağıllı ola bilərsiniz" inancı hakimdir.

Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) təhsil direktoru və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil məsləhətçisi Andreas Schleicher deyir: "Koreyalılar parlaq gələcəyə sahib olmaq üçün bu çətin dövrü sovuşdurmalıyam deyə düşünür. Bu bir, qısa müddətli çətinlik və uzun müddətli xoşbəxtlik vəziyyətidir". Bu yalnız ailələrin övladlarına təzyiq etməsi deyil. Bu mədəniyyət, ənənəvi olaraq uyğunluğu və nizamı müqəddəs hesab etdiyi üçün digər şagirdlərin təzyiqi də səmərəlilik gözləntilərini artıra bilər. Georgia Universitetinin məktəbəqədər təhsil üzrə professoru Joe Tobin deyir: "Bu cəmiyyət davranışı, erkən uşaqlıq dövrü təhsilində belə özünü göstərir". Digər Asiya ölkələrində olduğu kimi Koreyada da siniflərin sayı olduqca çoxdur. Ancaq Koreyada hədəf, müəllimin sinifə bir cəmiyyət kimi liderlik etməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir. Halbuki Amerikada, müəllimlər şagirdlərlə fərdi münasibət yaratmağa üstünlük verdiyi üçün, qarşılıqlı əlaqələrin inkişafı diqqətdən kənarda qala bilir.

"Düşünürəm ki, övladlarımızı öyrətməyin daha yaxşı və ya daha pis yolları olduğu çox açıqdır. Əgər orta Amerika təhsili ilə orta Koreya təhsili arasında seçim etmək məcburiyyətində qalsam, istəmədən də olsa Koreya modelini seçərdim. Reallıq budur ki, müasir dünyada uşaqlar necə öyrənmək, necə çalışmaq və müvəffəqiyyətsizlikdən sonra yola necə davam etmək lazım olduğunu öyrənmək məcburiyyətindədir. Və Koreya modeli tam da bunları öyrədir" deyə "Dünyanın Ən Ağıllı Uşaqları" (The Smartest Kids in the World) kitabının müəllifi Amanda Ripley bildirir.

Finlandiya Modeli: Məktəbdənkənar alternativ, daxili motivasiya


Finlandiyada isə, şagirdlər ciddi və çevik olmağın faydalarını öyrənirlər. Fin modeli, pedaqoqların fikrinə görə utopiyadır. Finlandiyada məktəb cəmiyyətin mərkəzində iştirak edir. Məktəb yalnız təhsil xidməti deyil, ictimai xidmətlər də təqdim edir. Təhsilin məqsədi şəxsiyyət yaratmaqdır.

Fin mədəniyyəti, daxili motivasiyanı və fərdi maraqları qiymətləndirir. Finlandiya təhsil sistemində nisbətən daha qısa və məktəb tərəfindən maliyyələşən məktəbdənkənar fəaliyyətlərlə zənginləşdirilmiş bir məktəb günü keçirilir. Yeganə istisna, məktəblər tərəfindən deyil, şəhər idarəetmə strukturları tərəfindən maliyyələşən idman sahəsidir. Onlar, ən əhəmiyyətli öyrənmənin sinifdən kənarda reallaşdığına inanır. Yuxarı sinif şagirdlərinin aldığı dərslərin 3-də 1-i könüllüdür və ali məktəbə qəbul olmaq üçün hansı imtahana girəcəklərinə belə özləri qərar verir.

Finlandiyalı pedaqoq və yazıçı Pasi Sahlberg'ə görə bütün bunlar, Avropanın təzyiqi və ölkənin tarixi keçmişi arasında sıxışmış vəziyyətdə qalan bu gənclərdə təkbaşına motivasiya, bir işə yaramır: "Finlər Finlandiya xaricində boy göstərə bilməzlər. Bu da insanların təhsili daha ciddi qəbul etməsini təmin edir. Məsələn kimsə bizim danışdığımız komik dili istifadə etmir. Finlandiya iki dillidir və hər şagird həm Fin həm də İsveç dilini öyrənir. Və müvəffəqiyyətli olmaq istəyən hər Finli mütləq başqa bir dil də öyrənməlidir. Bu əsasən İngiliscədir. Bundan əlavə Almanca, Fransızca, Rusca və başqa dilləri də öyrənir. Ən kiçik uşaq belə özlərindən başqa kimsənin Fin dilində danışmadığını anlayır. Əgər həyatda fərqlənmək istəyirlərsə, dil öyrənmək məcburiyyətindədirlər".

Finlandiyalılar ilə Cənubi Koreyalıların ümumi bir ortaq nöqtəsi var: Müəllimlərə və onların akademik uğurlarına göstərilən dərin hörmət. Finlandiyada təhsil proqramı müraciətlərinin yalnız 10-da 1-i qəbul edilir. 1970-ci illərdə müəllim kolleclərinin 80%-nin bağlanmasından sonra yalnız ən yaxşı universitet təhsil proqramları qaldı. Bu da ölkədəki müəllimlərin statusunu yüksəltdi. Finlandiyada müəllimlər ildə 600 saat dərs verir. Qalan vaxtlarını peşə inkişafına, iş yoldaşları, şagirdlər və ailələr ilə görüşməyə ayırırlar.

Nəticə olaraq dünyanın uğurlu təhsil mədəniyyətlərində şagirdlərin müvəffəqiyyətlərinə yalnız ailə, şagird ya da müəllim deyil, əsasən sistem cavabdehdir. Sistemi isə ölkənin mədəniyyəti yaradır.


Mənbə: ideas.ted.com
daha ətraflı...

February 25, 2018

Ən kiçikdən ən böyüyə: Kainat


Bildiyimiz kimi, içində yaşadığımız kainat və bütün maddələr atomlardan meydana gəlir. Onuda bilirik ki, atomlar gözlə görülə bilməyəcək qədər kiçik obyektlərdir. Amma nə qədər kiçik? Saymaq istəsək hər hansı bir cisimdəki atomları saya bilərikmi?

Belə bir misal göstərək: Kiçik qənd parçasındakı atomların sayı 10 üstü 27-dir. Başqa sözlə, 1 və 27 sıfırdan ibarət olan bir ədəd. Bu ədədi nəinki sözlə ifadə etmək, hətta beyində canlandırmaq belə çox çətindir. Bu ədədin böyüklüyünü təsəvvür etmək üçün bir bənzətmə etməyə çalışacağıq. Qənd parçasında 10 üstü 27 atom olduğunu qeyd etdik. İndi isə 10 üstü 27 ədəd qum dənəsinin nə qədər yer tutduğunu təxmin etməyə çalışaq. Bir yük maşını? Bir çimərliyi dolduracaq qədər? Xeyr, bunlardan qat-qat çox. Bu qədər qumla bütün Yer səthi yarım metr qalınlıqda qum təbəqəsi ilə örtülə bilər. Yəni, atom bu qədər kiçikdir.

Bir az da dərinə enib atomun içinə baxmaq istəsək, mərkəzdə proton və neytronlardan ibarət olan nüvə və ətrafında müəyyən orbitlərdə hərəkət edən elektronlar olduğunu görərik. Bəs bir proton nə qədər kiçikdir? Bunu təsəvvür edə bilmək üçün miqyası bir az böyütmək lazımdır. Bir proton və bir elektrondan yaranmış ən sadə atom olan hidrogen atomunu bir az böyüdək. Mərkəzdəki protonun 1 mm. diametrdə olduğunu düşünsək (bu diyircəkli qələmin kağız üzərində meydana gətirdiyi nöqtə qədərdir), ətrafındakı elektron ondan 100 metr irəlidə yerləşəcəkdir. Bu ölçüdə elektronu görə bilərikmi? Kütləsi protonun 1840-da 1-i qədər olan elektron bu ölçüdə bir toz zərrəsindən də kiçik olacaq. Göründüyü kimi, ətrafımızdakı bütün maddələr yox sayıla biləcək qədər kiçik zərrəciklərdən ibarətdir.

Miqyasımızı indi də əks istiqamətə çevirib kosmosa açılaq. Günəş sisteminin böyüklüyü və ətrafımızdakı göy cisimləri arasındakı məsafə nə qədərdir? Mövzu kosmos olunca məsafələr milyon kilometrlərlə ifadə edilir.

Gözümüz qarşısında əyani günəş sistemi modeli meydana gətirmək üçün məsafə rəqəmlərindən 9 sıfır ataq. Bu miqyasda Yer 12 mm. ölçüdə bir fındıq boydadır. Ay isə bir yaşıl noxud qədərdir və bizdən 40 sm. uzaqda dayanır. 150 m. kənara baxdıqda 1,5 m. diametrdə nəhəng bir kürə görürük: Günəş. 750 m. kənarda 70 sm. diametriylə bir fitnes topu boyda olan Yupiter görünür. Neptun və artıq planetlikdən azad etdiyimiz Pluton 2,5 km. uzaqda görüş sahəmizin xaricindədirlər. Deyəsən Günəşi çox böyük hesab etdiniz? Bizdən xeyli uzaqda olan Betelgeuse adlı ulduzun diametrinin günəşinkindən 1.300 dəfə çox olduğunu xatırlayaq.

Günəş sisteminin xaricinə çıxıb davam etsək, qarşılaşacağımız ilk göy cismi bizə ən yaxın ulduz olan Proxima Centauri 40.000.000 km. aralıda yerləşir. Daha uzaqlara baxmaq istəsək, miqyası bir az da kiçiltməliyik. Məsafələrdən 6 sıfır da atıb baxdıqda Günəş sisteminin 4,5 m. diametrdə və Proxima Centaurinin isə 40 km. uzaqda olduğunu görərik. İçində olduğumuz və təxminən 200 milyard ulduzdan meydana gələn Süd Yolu qalaktikası isə 1.000 km. diametrli bir disk olaraq qarşımıza çıxır.



Bu miqyas da kifayət etmir artıq. Daha 6 sıfır da atsaq (indiyə qədər cəmi 21 sıfır atmış olduq), Süd Yolu qalaktikamız 1 m. diametrdədir və bizə ən yaxın qalaktika olan Andromeda 22 m. kənardadır. Yolumuza davam etsək hər 50-60 metrdə bir qalaktika ilə qarşılaşırıq və kainatın müşahidə edə bildiyimiz qismində bu qalaktikaların böyük ölçülü olanlarından təxminən 300 milyard, kiçiklərindən isə 7-8 trilyon ədəd var. Bu vaxt insan beyninin böyük rəqəmləri anlamaqda çətinlik çəkdiyini də xatırlatmaq istəyirəm. Burada ədəd sayma ilə bənzətmə edək:

Saniyədə bir ədəd saydığımızı düşünsək, minə qədər saymaq təxminən 17 dəqiqə çəkər. Bir milyona qədər saymaq Ginnes Rekordu qırmaq istəyən bir adam üçün yemədən, içmədən, yatmadan 12 gün tələb edir. Yaxşı, bəs bir milyarda qədər saymaq üçün nə qədər vaxt lazımdır? Eyni şərtlərdə düz 32 il. Müşahidə edə bildiyimiz kainatın böyüklüyünü və atomaltı dünyanın kiçikliyini təsəvvür etmək insan üçün həqiqətən də çox çətindir.  

daha ətraflı...

February 22, 2018

Kainatda mövcud olan ulduz növləri


Ulduzlar da canlı varlıqlar kimi növlərə ayrılır. Ulduz növləri, yaranma anındakı kütləsindən tutmuş, ömrü boyunca baş verən dəyişmələrə qədər bir çox amil tərəfindən təyin olunur. Bu yazımızda, kainatda görə biləcəyimiz müəyyən ulduz növlərinə və onların əsas strukturlarına nəzər yetirəcəyik.

Ulduzların "sağlam ömür" yaşadığı bir zaman kəsiyi vardır. Astronomlar ulduzların bu balanslı və sağlam ömür hissəsini "ana mərhələ" olaraq xarakterizə edirlər. Ulduz bu müddət ərzində, nüvəsindəki çox sıx maddənin böyük qismini meydana gətirən hidrogeni heliuma çevirərək enerji istehsal edir.

Ana mərhələ ulduzları kütlələrinə görə (Günəşin kütləsini "1" olaraq götürürük) təsnif edildikdə, ən ağırdan ən yüngülə doğru, simvolik olaraq O, B, A, F, G, KM hərfləri ilə adlandırılır. Bu hərflər, ulduzun kütləsini və eyni zamanda spektr növünü göstərir.

Bu şəkildə, O-B spektr növünə aid bir ulduzun mavi, K-M spektr növünə aid digər ulduzun isə narıncı işıltısı görülür

Ana mərhələnin müddəti ulduzun doğum anındakı kütləsinə görə fərqlilik göstərsə də, gənclik günləri əvvəl-axır sona çatan ulduzumuz dəyişməyə və fərqli növlərə çevriləcəyi mərhələyə daxil olmağa başlayır. Ümumi prinsip belədir: ulduzun kütləsi nə qədər azdırsa o qədər uzun yaşayar. İndi, bir-bir müəyyən ulduz növlərinə baxaq.

1. "Proxima Centauri" Tipli Qırmızı Cırtdan Ulduzlar (M Spektr Sinfi)


Günəşin 7.5-60%-i qədər kütləyə sahib olan M sinif qırmızı cırtdan ulduzların ana mərhələdə keçirdikləri müddət kütlələrinə görə 70 milyard il ilə bir neçə trilyon il arasında dəyişir. Kütləsi ən çox olanlar ömürlərinin sonunda ağ cırtdana çevrilərək ölürlər. Daha aşağı kütləli cırtdanlar isə, yavaşca sönərək qara cırtdana çevriləcək. 13.8 milyard yaşlı kainatda, indiyə qədər heç bir qırmızı cırtdan ulduz ana mərhələdən çıxıb qara cırtdana çevrilərək ölməmişdir.

Qırmızı cırtdan ulduzlar, kainatda sayca ən çox olanlardır və bütün ulduzların 80%-ni təşkil edirlər.

2. "Epsilon Eridani" Tipli Narıncı Cırtdan Ulduzlar (K Spektr Sinfi)


Günəşin 60-85%-i qədər kütləyə sahib olan K sinif narıncı cırtdan ulduzların ana mərhələdə keçirdikləri müddət, kütlələrindən asılı olaraq 20-50 milyard ildir. Bu müddətin sonunda, əvvəl qırmızı nəhəng ulduza, sonra isə planetar dumanlıq meydana gətirərək ağ cırtdana çevrilib ölürlər. Kainatda, bu günə qədər heç bir K sinif ana mərhələ ulduzu qırmızı nəhəngə çevriləcək qədər yaşlanmamış və ölməmişdir.

Narıncı cırtdan ulduzlar, kainatda var olan ulduzların təxminən 8%-ni təşkil edirlər.

3. "Günəş" Tipli Sarı Ulduzlar (G Spektr Sinfi)


Günəşin 85-110%-i qədər kütləyə sahib olan G sinif sarı cırtdan ulduzlar, kütlələrindən asılı olaraq 8-15 milyard il ana mərhələdə qalır və sonradan qırmızı nəhəngə çevrilirlər. Sonda isə planetar dumanlıq meydana gətirib ağ cırtdana çevrilərək həyatlarını başa vururlar. Kainatda bu günə qədər yaranan Günəş kimi ulduzların yarıya yaxını ya qırmızı nəhəngə çevrilmiş, ya da ağ cırtdana çevrilərək ölmüşdür.

Sarı ulduzlar, kainatda var olan ulduzların təxminən 3.5%-ni təşkil edirlər.

4. "Sirius" Tipli Ağ Ulduzlar (A və F Spektr Sinfi)


Günəşdən 1.5-2.5 dəfə artıq kütləyə sahib olan A və F sinif ulduzların ana mərhələsi, kütləsindən asılı olaraq təxminən 300 milyon il ilə 4 milyard il arasında bir müddəti əhatə edər. Bu müddətin sonunda ulduz qırmızı nəhəngə çevrilir. Sonra, əvvəl planetar dumanlığa və nəhayət ağ cırtdana çevrilərək ölür. Bu gün var olan qırmızı nəhəng ulduzlarla ağ cırtdanların çox böyük bir qismi A və F sinif ulduzların yaşlanması və ölməsi nəticəsində meydana gəlmişdir.

Kainatda bu gün mövcud olan ana mərhələdəki ulduzların 0.7%-i A, 2%-i F sinif ulduzlardır.

5. "Eta Carinae" Tipli Mavi-Ağ Nəhəng Ulduzlar (O və B Spektr Sinfi)


Günəşdən 3.5-120 dəfə artıq kütləyə sahib olan O və B sinif nəhəng ulduzlar üçün ana mərhələ, kütləsindən asılı olaraq 1-150 milyon ildir. Bu müddətin sonunda ulduz sürətlə qırmızı nəhəngə, sonra isə, ən böyük kütləli olanlar supernova partlaması nəticəsində neytron ulduzuna və ya qara dəliyə çevrilir. Daha aşağı kütləli olanlar isə, qırmızı nəhəng mərhələsindən sonra planetar dumanlıq meydana gətirərək ağ cırtdan kimi həyatla vidalaşırlar.

Bu ulduzlar, kainatda ən az ulduz növüdür və bütün ulduzların yalnız 0.1%-i B, 0.00001%-i O sinif ulduzlardır.

6. "Betelgeuse" Tipli Qırmızı Nəhəng Ulduzlar


Ana mərhələnin sonuna gəlib yaşlanan ulduzun nüvəsindəki hidrogen azaldıqda, artıq ulduzu doğulduğu gündən bəri daxilə çökməyə məcbur edən cazibə qüvvəsinin qarşısını alan şüalanma təzyiqi azalır və ulduzun hidrostatik tarazlığı pozulur. Pozulan tarazlıq səbəbi ilə cazibə qüvvəsi üstünlüyü ələ alır və ulduzu meydana gətirən maddə öz ağırlığı altında daxilə çöküb sıxılmağa başlayır.

Günəşin indiki və 5 milyard il sonrakı ölçüləri

Ulduz çökdükcə, sıxışan nüvə bölgəsindəki təzyiq və istilik artır. Təzyiq və sıxılmanın yaratdığı istilik nüvədə 100 milyon santiqrad dərəcəyə çatdıqda, nüvədə yığılmış helium atomları, birləşərək karbon atomları meydana gətirməyə başlayır.

Eyni anda, nüvə ətrafında fəaliyyətsiz qalmış bütün hidrogen də reaksiyaya daxil olur. Ortaya çıxan bu ani və böyük enerji ulduzun çökməsinə maneə törətdiyi kimi, başqa bir hadisəyə də səbəb olur: Ulduz genişlənməyə başlayır. Bu genişlənən ulduzlara "qırmızı nəhəng" deyirik.

Tipik qırmızı nəhəng ulduz, başlanğıc kütləsinə görə ana mərhələdəki diametrindən 100, hətta bir neçə min dəfə böyük ölçüyə çata bilər.

7. Ölü Ulduzlar


Bu yazımızda saydığımız müəyyən ulduz növləri, "ulduzların enerji istehsal edib hələ də parlamağa davam etdikləri" müddət içində görülürlər. Neytron ulduzuAğ Cırtdan ulduzlar, artıq enerji yaratmaq qabiliyyətini itirmiş, ölü ulduzlardır və onları ulduz növləri adı altında təsnif etməyimiz doğru olmaz. 

Bundan əlavə, bəzən səhv olaraq ulduz kimi xarakterizə edilən "Qəhvəyi Cırtdan" adlı göy cisimləri də ulduz deyil. 


Mənbə: kozmikanafor.com
daha ətraflı...

February 19, 2018

Elm inkarçılığının 5 əsas xüsusiyyəti və həll yolları


Elmi həqiqətləri rədd etməyin, təhlükəli ictimai nəticələri vardır. Məsələn, insan immunçatmamazlığı virusunun (İİV) qazanılmış immun çatmamazlığı sindromuna (QİÇS) səbəb olmadığına dair inanclar Cənubi Afrikada 330.000-dən çox adamın ölümünə, siqaretlə xərçəng xəstəliyi arasındakı əlaqənin rədd edilməsi isə bütün dünyada milyonlarla erkən ölümə səbəb oldu. Peyvənd əleyhdarları sayəsində, qarşısı alına bilən xəstəliklər əvvəlki gücünə qovuşmağa başladı. 

Elmin inkar edilməsi, özümüzü görməməzliyə vuracağımız və ya rədd edə biləcəyimiz bir vəziyyət deyil. Yaxşı, bəs əks mübarizədə ortaya tutarlı cavablar çıxarmaq mövzusunda elmi araşdırmalar nə deyir? Ortaq qənaət, həllin, elmi ünsiyyəti gücləndirmək lazım olduğu istiqamətindədir. Lakin aparılan araşdırmalar, insanların mövcud inancını və ya dünya görüşünü təhdid edən dəlil təqdim etməyinizin, istənmədən də olsa onların mövcud inanclarını gücləndirərək əks təsirə səbəb ola biləcəyini ortaya qoyur. Bu vəziyyətə "əks zərbə təsiri" deyilir. Bu təsirə dair ilk elmi təcrübələrin tarixi 1975-ci ilə qədər uzanır. 

Kanzas Universitetindən bir psixoloq, Xristian gəncə, İsanın yenidən dirilməyəcəyinə dair yalnız iştirakçının reaksiyasının nə olacağını görmək məqsədi ilə uydurulmuş dəlillər təqdim etmişdi. Ortaya çıxan nəticə çox da çaşdırıcı deyildi. Onun inancını təhdid edən bu dəlillərə verdiyi reaksiya inancının daha da güclənməsinə səbəb olmuşdu. Bu tərzdə bir reaksiyanın necə olduğunu görmək üçün, siz də oxşar sadə təcrübələr apara bilərsiniz.

Təkamül Nəzəriyyəsinin bu şəkildə inkar edilməsinin səbəblərindən biri də budur.  Çünki təkamül, insanların mövcud inanclarını təhdid edən güclü dəlillər təqdim edir. Nəticədə, hər nə qədər artıq tragikomik bir hal almış olsa da, alacağınız cavablardan biri böyük ehtimalla yenə elmi qavrama və məlumatdan məhrum olan "Niyə indiki meymunlar insan olmur?" sualı olacaqdır. Bu sual sizi güldürsə də, qarşı tərəfdə mövcud inancın daha da güclənməsinə səbəb olan özünütəsdiq həzzinə səbəb olur. 

Məsələn, ABŞ-da Respublikaçılara İraqda kütləvi qırğın silahlarının istifadə edilmədiyinə dair dəlillər təqdim edildikdə, bu vəziyyət tam əks təsirə səbəb olmuş və insanların İraqda kütləvi qırğın silahının istifadə edildiyinə dair inanclarını daha da gücləndirmişdi.

Bir araşdırmada, siyasi mühafizəkarlar, iqlim dəyişməsində insan təsirinin böyük olduğu ilə əlaqədar elmi konsensus əldə edildiyinə dair məlumatlandırıldıqda, onların, insanların iqlim dəyişməsinə səbəb olduğu iddiasını daha az qəbul etdikləri görüldü. 

"Personality and Social Psychology"nin illik simpoziumunda qeyd edilən bir tədqiqatda, müəyyən mövzu üzərində sadəcə dəlillər və məlumatlara diqqət ayırmağın bir insanın düşüncəsini dəyişdirmək üçün kafi olmadığını, hətta onun öz "həqiqətlərini" əks hücum olaraq təqdim etmə meylini ortaya çıxardığını göstərir.

Elmi Rədd Etmə Yanaşmasının 5 Əsas Xüsusiyyəti 

Elmi rədd etmə, 5 əsas və bir çox xarakterik amilin uyğun şəkildə istifadə edildiyi yanaşmadır. İnkarçılar, fikirlərinin əsassız qalmasından əksər hallarda narahatlıq duymaz, hətta bunu ortodoks dominantlığa və siyasi doğruçuluğa qarşı öz intellektual cəsarətlərinin təzahürü olaraq görürlər. Ən məşhur xüsusiyyətlərindən biri də özlərini tez-tez Qalileyə bənzətmələridir.

1. Saxta Mütəxəssislər 

Bunlar, müəyyən bir sahədə mütəxəssis olmaq məqsədi güdən, lakin fikirləri mövcud elmi məlumat ilə tamamilə tutarsız olanlardır. Saxta mütəxəssis fikirlərinə müraciət edilən mübahisələr, ümumiyyətlə əsl mütəxəssislərin və araşdırmaçıların qaralandığı və günahlandırıldığı, aparılan araşdırmaların dəyərsizləşdirilməyə çalışıldığı və şübhəylə yanaşılmasına çatdırıldığı bir nəticəyə doğru çevrilir.

2. Məntiqi Yanılma 

Məsələn, siqaret tərəfdarı olan qruplar, Hitlerin də siqaret əleyhinə kompaniyaları müdafiə etdiyini, bu səbəbdən siqaret əleyhinə araşdırmaların neo-faşistlərin nəzarətində olduğunu irəli sürür. Məntiqi yanılmalar, əks arqumenti çürütmək üçün, səhv dilemmalar meydana gətirməyi, diqqət və marağı başqa istiqamətə yönəltməyi və arqumenti dəyişdirmək üçün ad hominem tərzli məqsədli cəhdləri ehtiva edir. 

3. Araşdırmanın Çata Bilməyəcəyi İmkansız Gözləntilər Yaratmaq 

Məsələn, iqlim dəyişməsi həqiqətini rədd edənlər, termometrin icadından əvvəlki etibarlı temperatur qeydlərinin əskikliyinə işarə edir. Bəziləri isə, bir fenomenə dair fikrı tamamilə rədd etmənin vasitəsi olaraq riyazi modelləşdirmələrin özündəki naməlumluğu istifadə edir. 

4. Seçici Yanaşma

Elmi rədd edənlərin bir başqa xüsusiyyəti isə seçici yanaşmadır. Bu xüsusiyyət, bir mövzu barəsində güclü elmi razılığa baxmayaraq, nisbətən zəif araşdırmadakı qüsurları axtarıb tapmaq ya da obyektivliyi zəif olan bir araşdırmanın məlumatlarını istifadə edərək bütün mövzunu gözdən salmağa çalışmaq şəklində özünü göstərir.

5. Konspirasiya Nəzəriyyələri

Elmi baxışların böyük əksəriyyəti bir şeyin doğru olduğunu qəbul etsə də, inkarçılar, elm adamlarının bu nəticəyə gəlmək üçün sübutları müstəqil olaraq araşdırdığını etiraf etməyəcək. Elmi işlərdəki "resenziya" prosesi, konspirasiyaçılar tərəfindən, əks görüşlərin sıxışdırıldığı, nəticələri dəstəkləməyən dəlillərin və ya məntiqi əsası olmayan düşüncələrin təhlil edildiyi bir müddət olaraq qiymətləndirilir. 

Daha Çox Elmi Dəlil, Müqaviməti Gücləndirir 

İronik şəkildə, müəyyən mövzuya dair elmi həqiqətləri rədd edən bir insana daha çox elmi dəlil təqdim etmə cəhdi, rədd etmə davranışı ilə bağlı ictimai elmi araşdırmaları gözardı edən çox da yararlı bir üsul deyil. Yəni məsələnin mənşəyinə dair problemi həll etməsəniz, effektiv həll üsulu da tətbiq edə bilməzsiniz. Problemin böyük bir qismi, insanların elmi nəticələri siyasi, dini ya da ictimai mühakimələrindən yola çıxaraq qiymətləndirməsindən qaynaqlanır. Bu səbəbdən, insanın dünya görüşünün güclü təsirlərini nəzərə almadan edilən elmi ünsiyyət cəhdləri, əksər hallarda faydasız olur. 

Keçmişdə aparılan araşdırmalar, düşüncələri dəyişdirməyin bu cür çətin olmasının səbəblərindən birinin, hər hansı bir insana bir mövzuya dair yeni dünyagörüşləri təqdim etmənin, qaçılmaz olaraq onun beynində mövcud dərkini gücləndirən məlumat şəbəkələrinin ortaya çıxması olduğunu irəli sürmüşdü.

Elmin Rədd Edilməsinə Elmi Yolla Necə Cavab Verə Bilərik? 

Problemin cavabı bir psixologiya sahəsi olan "peyvənd nəzəriyyəsi"ndədir. Peyvənd düşüncəsi, sadəcə peyvənd mexanizminin analogiyasıdır. Bir virusun yayılmasına maneə törətmək üçün, virusun daha zəif formasının təqdim edilməsi lazımdır. Bu sadə anlayış, təcrübədə milyonlarla insanın həyatını xilas etmişdir. 

Psixologiya sahəsində isə, peyvənd nəzəriyyəsi, məlumatın peyvənd edilməsinin tətbiqini nəzərdə tutur. Belə ki, elm öyrədərkən, özümüzü yalnız elmi yolla ifadə etməli olduğumuzu hiss edirik. Yəni sağlam qavrama üçün lazımı məlumat veririk. Bu vəziyyət, eynilə xəstə insanlara vitaminlər vermək kimidir.  Lakin, vitaminlər virusa qarşı immunitet yaratmaq nöqtəsində faydasızdır. 

Burada, fikir yanılması meydana gətirməyə bənzəyən bir hərəkət vardır. Yaxşı elmi fikir sahibi ola bilərsiniz. Ancaq, elmi təhrif edən bir miflə qarşılaşsanız, elm və bu mif arasındakı qarşıdurmayla üz-üzə qalırsınız. Və əgər ki, elmi təhrif edən bu texnikanın necə istifadə edildiyini anlamasanız, bu qarşıdurmanı aradan qaldıracaq həll tapmaqda çətinlik çəkərsiniz. 

Peyvənd nəzəriyyəsi sahəsindəki yarım əsrlik araşdırmalar, səhv məlumatın təsirini azaltmağın ən yaxşı üsulunun bu səhv məlumatın daha zəif formasının insanlara təqdim edilməsi olduğunu göstərir. Bunu bacarmağın yolu da, mifdəki yanılmaları açıqlamaqdan keçir. İnsanlar elmi təhrif etmədə istifadə edilən texnikaları anlasa, miflərin yerinə həqiqətləri qoya biləcək yanaşmanı asanlıqla ortaya çıxara bilər. 

Peyvənd etmə nəzəriyyəsinin funksionallığını göstərməyin bəlkə də ən gözəl yollarından biri peyvəndə dair bir mifə toxunmaq olacaq. Məsələn, peyvəndin autizmə səbəb olduğunu iddia edən məşhur mifə baxaq. 

Son dərəcə məşhur olan bu mifin ortaya çıxmasının səbəbi "Lancet"də dərc olunan bir araşdırmadır. Araşdırmanın saxta olduğu sonradan aydın olmuş və jurnal tərəfindən nəşrdən qaldırılmışdır. Lakin, autizm inkişafının bəzi uşaqlarda peyvənd edildikləri vaxtlara uyğun gəlməsi mifin yayılmasına səbəb olmuşdur. 

Bu mifin istifadə etdiyi məntiq hiyləsi "post hoc, ergo propter hoc" Latınca, "bundan sonra, elə isə buna görə" şəklindədir. Məsələn, X və Y hadisəsi ardıcıl baş vermiş iki hadisə olsun. Məğzi "post hoc" olan bu məntiqi hiylə hadisəyə bu şəkildə yaxınlaşır, Y hadisəsi, X hadisəsindən sonra olduğu üçün, Y hadisəsinin səbəbi X hadisəsidir. Reallıqda isə, Y hadisəsi, X hadisəsi olmasa da baş verəcəkdi. 

Halbuki səbəb göstərməyin yeganə yolu, statistik baxımdan dəqiq elmi araşdırmalar aparmaq olacaq. Bir çox araşdırma, bu mövzunu ciddi öyrənmiş və autizmlə peyvənd arasında hər hansı əlaqə müəyyən olunmamışdır. 

Digər tərəfdən silahlanma yarışı kimi, yeni kompleks məlumat əvvəlkinə üstün gəldikdə, razısalma əsasən, yeni məlumatı mövcud bəzi köhnə məlumatlarla birləşdirərək təqdim etdikdə mümkün olur. Məsələn, "bəli, qatıqda bakteriya var, ancaq bu bakteriya faydalı ola bilər" kimi. Əgər bu şəkildə edilməzsə, cəhdlər böyük ehtimalla boşa çıxacaq və köhnə dünyagörüşü insanın şüurunda daha şiddətli bir müdafiəyə səbəb olacaqdır. 

"Peyvənd Edilmiş Beyinlər" 

Elmi həqiqəti rədd edən adamı, ona daha çox elmi fakt təqdim etmədən də razı sala bilərsiniz. Bunu, elmi rədd edən iddiaların zəif tərəflərini özünə göstərmək yolu ilə etmək olar. Yəni, səhv məlumata qarşı peyvənd edə bilərsiniz. 

Peyvənd etmə nəzəriyyəsinin praktik tətbiqləri, məktəblərdə xüsusilə Təbiət Elmləri dərslərində qavrama yanılmasına əsaslanan (başqa sözlə aqnotoloji əsaslı tədris) tədrisdə özünü göstərir. Bu təhsil forması, elm haqqındakı qavrama yanılmalarını çürüdərək verilən təhsili ehtiva edir. Bu yanaşma, sadəcə elm öyrədən ənənəvi təhsil üsullarından daha çox təhsil qazancları ilə nəticələnir. 

Elmi rədd edən yanaşmalara, əsasən daha güclü elmi arqumentlərlə cavab verilməyə çalışılır. Lakin, bu vəziyyət ehtiyacın yalnız yarısıdır. Elmi araşdırmalar, bizə bir həll təqdim edir: İnsanları, elmi rədd edən iddiaların daha zəif formaları ilə üzbəüz buraxın; beləliklə elmi rədd etmə davranışına dair müqavimət inkişaf etdirmələrinə səbəb olarsınız.


Mənbə: bilimfili.com
daha ətraflı...

February 14, 2018

Eşqin təkamülü və niyə aşiq oluruq?


Onu görürsünüz... Gözlərinə baxdığınız, qoxusunu duyduğunuz, bədəninə toxunduğunuz zaman yerə-göyə sığmırsınız. Ürək döyüntüləriniz sürətlənir, üzünüz qızarır, döş qəfəsiniz üzərində bir ağırlıq hiss edirsiniz. Qarnınızda sanki "kəpənəklər uçuşur". Əgər təsir kifayət qədər güclüdürsə düzləriniz zəifləyir və halsızlaşmağa başlayırsınız. 

Yalnız bu qədər də deyil! Tərləyirsiniz, göz bəbəkləriniz böyüyür. Ətrafa, tər qoxunuzla qarışacaq şəkildə az miqdarda qoxu hormonları (feromonlar) saçmağa başlayırsınız. Bunların miqdarı, təsirləndiyiniz adamın yanında qalmağa davam etdiyiniz müddətdə daha da artır. Bu arada iştahınız itir, mədə və bağırsaqlarınız daha yavaş işləməyə başlayır, ağzınız quruyur. Çünki bədən əsas funksiyalardan olan çoxalma (seks) instinktinə yönəlmişdir. Beyninizin fəaliyyəti artır, bədən, var olma məqsədini həyata keçirmək üçün hazır vəziyyətə gətirilir. 

Siz, aşiqsiniz.

Bəli, eşqi tərif etmək mövzusunda ədəbiyyatçılar və filosoflar qədər müvəffəqiyyətli olmadığımızı qəbul edirik. Çox təəssüf ki, bu günə qədər öyrədilən və xəyallarınızdakı eşqi izah edə bilmirik. Lakin bir mövzuda dəqiq şəkildə iddialıyıq: Eşqi sizə bu günə qədər edilənlərin hər birindən daha həqiqi və dəqiq şəkildə izah edə, mövzuyla əlaqədar elmi reallıqları ortaya qoya və sizə "əsl eşq"dən kənar, "eşqin həqiqətlərini" izah edə bilərik. Bu məqaləmizdə də bunu etməyə çalışacağıq. Ümid edirik ki, faydalı olacaqdır.


Bildiyiniz kimi eşq mövzusunda minlərlə şeirlər yazılmış, mədhiyyələr qoşulmuş, mahnılar bəstələnmiş, əfsanələr uydurulmuş, nağıllar yaradılmış və eşqin gücü, qulaqdan qulağa, "ürəkdən ürəyə" bütün dünyanı ələ almışdır (aha, indi deyəsən bir az ədəbi oldu, nə deyirsiniz?). Yaxşı, bütün bu bənzətmələr və az qala heç bir zaman həqiqəti əks etdirməyən şişirdilmiş hekayələr bir tərəfə, doğrudan da, görəsən eşq nədir? Niyə aşiq oluruq? Daha əhəmiyyətlisi, eşq kimi bir duyğu təkamül prosesində hansı səbəbdən inkişaf etmiş, qorunmuş və dəstəklənmişdir? Digər heyvanlar da aşiq olurmu? Eşqin sevgidən fərqi varmı və varsa nədir? 

İlk olaraq, az əvvəl də toxunduğumuz kimi eşq, heç də ədəbi kitablarda göstərilən "sehirli" bir mexanizmə sahib deyil, əksinə, olduqca adi və mexaniki olaraq inkişaf edən bir duyğudur. Elmi baxımdan, ən fundamental duyğu olan qorxudan və ya bir çox heyvan növündə görülən xoşbəxtlikdən elə bir fərqi yoxdur. Əlbəttə insanların bu duyğunu şişirtmələri və mədəni təkamülləri daxilində izah etmələri son dərəcə təbiidir və elm adamları tərəfindən anlaşılandır. Bu, növümüzü qismən fərqləndirən xüsusiyyətlərdən biridir və bu cür cazibədar, həqiqəti əks etdirməyən, ancaq insan daxilindəki estetik duyğulara xitab edən tərifləri çox da kiçiltməmək lazım olduğunun da fərqindəyik. Nəticədə mədəni subyektlərimizin hər biri insanı "insan" etməyə xidmət edir və buna ədəbi izahlarımız da daxildir. Lakin şeirlər və dərin fəlsəfi düşüncələr insanı bir yerə qədər xoşbəxt etsə və müxtəlif mövzularda dərin düşüncələrə sövq etsə də, bir nöqtədən sonra beyin, istər istəməz "Bütün bunlar xoşdur, amma eşqin arxasında gizlənən həqiqət nədir?" deyə soruşacaqdır. Onda bu sualın cavabını yalnız elm verə bilər. 

Eşq Nədir?

Eşqin elmi tərəfini anlamaq istəyən, əvvəlcə bunu bilməli və qəbul etməlidir: Eşq, bədənimizdəki başqa proseslər kimi, tamamilə biokimyəvi reaksiyalardan ibarətdir və heç bir metafizik və mütləq olaraq "mücərrəd" olan bir məna daşımır! Çox vaxt insanlar bunu qəbul etməkdə çətinlik çəkirlər və böyük ehtimalla bu sətirlərin oxucuları olaraq siz də qeyd etdiyimiz həqiqəti inadla, bəlkə də acıqla rədd edəcəksiniz. Çünki bir çox insan, xüsusilə eşq kimi çox vaxt müsbət, ancaq yeri gəldikdə əzab verə bilən "epik" duyğulardan danışdıqda, mövzunun ədəbi və fəlsəfi dərinliyi içərisində itməkdə və reallıqdan uzaqlaşmaqdadırlar. Həqiqət, son dərəcə sadə bir şəkildə gözümüzün qarşısındadır: eşq, bütün duyğular kimi neyronal və hormonal yollar vasitəsi ilə izah edilir. Bunu məqalə boyunca görəcəksiniz. 

Yəqin ki çoxunuzu güldürəcək qədər sadə görünən, lakin cəmiyyət içərisində mövcud olan yanlış inanclarla əlaqədar olaraq qeyd etmək istədiyimiz ikinci əhəmiyyətli nöqtə budur: eşq, qəti şəkildə ürəklə əlaqədar bir duyğu deyil və başqa duyğular kimi yalnız və yalnız beyində meydana gəlir. Yəni, bütün duyğular kimi "eşq" də beyində yaranr, beyində qəbul edilir və beyində bitir. Beyində baş verən bu proseslər digər orqanlara təsir etsə də, yaşanan duyğuların təsirlənən orqanlarla (məsələn ürəklə, əzələlərlə, bağırsaqlarla) heç bir əlaqəsi yoxdur. 


Bu dəqiqləşdirmələrdən sonra, gələk eşqin tərifinə... Məşhur Merriam-Webster lüğətində olduqca sadə bir şəkildə təyin olunmaqdadır: 

"Eşq, güclü bir bağlılıq hissi və fərdi bağlanma duyğusudur". Biz bu duyğunu sevgi və eşq deyə iki şəkildə araşdırsaq da, İngilis dilində belə bir fərq yoxdur və hər növ sevgi üçün "eşq" sözü istifadə edilməkdədir. Bu səbəbdən, lüğətdəki eşqin yalnız kişi və qadın arasındakı sevgi olaraq düşünülməsi doğru olmayacaq. Ancaq bu məqalədəki eşqin, "fərdin öz cinsi oriyentasiyası daxilində, maraq duyduğu cinsə qarşı sıx sevgi duyma halı", yəni gündəlik həyatda istifadə etdiyimiz "eşq" olduğunu ifadə etmək istəyirik. 

Eşqin Təkamül Əsasları

Eşq, bütün duyğular kimi adi və məşhur bir duyğu olduğuna görə, bioloji olaraq araşdırıla bilməsi lazımdır. Bu duyğu, bir deyil müxtəlif elm sahələri tərəfindən araşdırılmaqdadır. Məsələn bunlar arasında təkamül psixologiyası, təkamül biologiyası, antropologiya və neyrofiziologiya vardır. Biz mövzunu yalnız təkamül biologiyası və neyrofiziologiya baxımından ələ alacağıq.

İlk olaraq, eşqin hansı səbəbdən təkamülləşdiyini, yəni elmi mənşəyini izah etməkdə fayda görürük. Bu sayədə, aşiq olduğumuz zaman bədənimizdə meydana gələn bioloji və fiziki dəyişikliklərin səbəblərini daha asan anlaya biləcəyik.

Eşqin təkamülləşməsinin səbəblərini tam olaraq bilmək çox təəssüf ki mümkün deyil. Çünki duyğular, arxalarında fosillər buraxmır və birbaşa genlərlə analiz edilmirlər: fərddən fərdə, zamandan zamana, məkandan məkana dəyişə bilir və ətraf mühitlə, insanın öz keçmişi ilə və başqa nə qədər amillə çox möhkəm əlaqədədirlər. Hələ ki eşq kimi fərdin bütün xüsusiyyətlərinin cəminə bağlı olaraq ortaya çıxan bir duyğunun, bundan yüz minlərlə və hətta milyonlarla il əvvəlki versiyalarını görə bilməyimizin hər hansı bir yolu yoxdur. Lakin təkamül biologiyasında tez-tez müraciət edilən bir üsul olaraq, müasir (insan da daxil olmaqla) heyvan növlərinin sevgi anlayışlarına/davranışlarına baxaraq və bunlar arasındakı bənzərliklər ilə əkslikləri təhlil edərək, təkamül prosesindəki davranışları təyin etmək mümkündür. Üstəlik bu davranışların fizioloji mənşələrini anladıqca, genlər üzərindən gedərək hansı dəyişmələr yaşandığını və təkamül prosesində eşqin nə kimi əsasları tapıldığı mövzusunda nəticələr əldə edə bilər, bu nəticələri fərqli heyvan qruplarında test edərək səhv çıxara bilərik. 

İlk baxışda, eşqin təkamülləşməsinin ən kritik səbəblərindən birinin seks olduğu açıq şəkildə görüləcəkdir. Çünki artıq bilindiyi kimi, ən mürəkkəb heyvan növlərindən ən sadə quruluşlu bakteriyalara qədər bütün canlılar yaşamaq və çoxalmaq instinktləri üzərində qurulmuş bir genetik struktura sahibdir. Bu, həyatın var ola bilməsinin ən əsas qanunudur. Bu yolda, yaşamaq və ya çoxalmaq müvəffəqiyyətini artıracaq hər amil və üsul bir üstünlük olacaq və bu səbəbdən təbii proseslər sırasına seçiləcəkdir. Eşq də, çoxalmanı təmin etməyi və zəmanət altına almağı baxımından əhəmiyyətli bir amildir. Çünki, fərdlərin bir-birini anlaması və bir-birinə bağlanması üçün çox güclü bir hormonal amildir və bu sayədə, romantik bərabərlikdən baş verəcək cinsi birləşmə şansını qat-qat artırır. Bir duyğu olaraq eşq bu prosesi, empatiyaəlaqə qurma kimi ikincili duyğuları özündə saxlayaraq edir. İndi buna misal göstərək:

Xəyali bir mühit düşünək: 100-ü qadın və 100-ü kişi olmaqla hər biri 200 nəfərdən ibarət A və B qrupları olsun. İzahat asan olsun deyə hamının heteroseksual olduğunu düşünək, yəni kişilər qadınlardan, qadınlar da kişilərdən xoşlansın. A qrupunda, empatiya, əlaqə qurma, sevgi və nəhayət eşq kimi duyğular olsun. B qrupunda isə bu duyğuların heç olmadığını fərz edək. Bu vəziyyətdə, iki qrup sərbəst şəkildə buraxıldıqda, çoxalma müvəffəqiyyətləri təkamül baxımından eşqin hansı səbəbdən təkamülləşdiyinə dair fikirlər verəcək: Böyük ehtimalla, bir-birinə qarşı empatiya, sevgi və eşq duyan populyasiyalarda, özünə uyğun hesab etdiyi fərdə qarşı bağlanma, arzulama və sevgi duyma kimi hisslər, nəhayət cinsi müvəffəqiyyəti də gətirəcəkdir. Digər qrupda isə, hamı ilə təsadüfi cütləşmə, çox böyük ehtimalla bir-biriylə uyğunluğu olmayan fərdlərin cütləşmə ehtimalını artıracaq, bu da populyasiyanın gələcəyini təhlükə altına alacaqdır. Yəni eşq, seksin qarşısını açan və onu sığortalayan bir mexanizm olaraq təkamülləşmiş ola bilər. Bu yəqin ki belədir.


Burada başa düşülməsi lazım olan başqa bir vacib nöqtə var: Fərdi ehtiyat plan. Bir adama aşiq olub olmayacağımızı, oxşar şəkildə, kimə aşiq olacağımızı da seçə bilməməkdəyik. Bunun səbəbini heç düşündünüzmü? Bir kişi olduğunuzu düşünək: Bir qadına aşiq olduğunuzda, əvvəlcə dayanıb "Burnu 30 dərəcə əyriliyə sahib, gözləri bir-birindən 5 santimetr aralıı və mavi, saçları 56 santimetr uzunluqda və sarı, boyu 1.66 metr və çəkisi 55 kiloqram. Bu qız tam mənlikdir!" deyə düşünərsinizmi? Əlbəttə xeyr. Bir baxış belə, beyninizin anidən bir şəxsə bağlanmasına səbəb ola bilər. Təkamül üstünlüyü də burdan qaynaqlanmaqdadır: İmkan olan hər mühitdə cinsi müvəffəqiyyətə çatmaqdansa, o cinsi müvəffəqiyyəti təmin edəcək amilləri yaratmağınıza səbəb olacaq bir duyğunun təkamülləşməsi son dərəcə faydalıdır.

Bizim "fərdi ehtiyat plan" olaraq təyin etdiyimiz amil, eşq daxilində məhz buna görə əhəmiyyətlidir. Sizin kimə aşiq olacağınızı, bioloji və mədəni ehtiyat planınız təyin etməkdədir. Bioloji quruluşunuz, yəni genetik və inkişaf xüsusiyyətləriniz sizin ilk baxışdakı seçimlərinizi təyin etməkdə rol oynayır. Mədəni xüsusiyyətləriniz isə, aşiq olacağınız şəxslərin sizin üçün ictimai mənada nə qədər uyğun olduğunu müəyyənləşdirməyinizi təmin edəcəkdir. Bəzən ilk baxışda çox yaraşıqlı hesab etdiyimiz insanlar, onlarla danışdıqdan və ictimai-mədəni vəziyyətini anladıqdan sonra gözümüzdən düşür. Tam əksinə, ilk baxışda bəyənmədiyimiz şəxslərlə danışdıqca, onlara sevgi duyduğumuzu da fərq edə bilərik. Beləliklə beyniniz, bütün bu proseslər olarkən, sizin ictimai-bioloji ehtiyat planınız ilə bu şəxsin ehtiyat planı arasındakı uyğunluğa bağlı olaraq eşq duyğusunu, sizin nəzarətinizdən tamamilə müstəqil olaraq reallaşdıra bilməkdədir. Fərdi zövqlərimizin genetik və ekoloji bir çox amildən ötəri bir-birindən tamamilə fərqli olması, eşqin hədəflərinin də tamamilə fərqli olmasına səbəb olur. Buna görə bəzən cütləri bir-birinə yaraşdırmaz və layiq görmərik; ya da tam əksinə, bir-birinə yaraşdırarıq.

Bu səbəbdən, təkamül nəzərindən baxdıqda, A və B qrupları arasındakı uğurlu cütləşmə nisbəti müqayisə ediləcək olsa, A qrupunun daha müvəffəqiyyətli balalar törədə bilmə ehtimalı yüksəkdir. Bəlkə B qrupu da müvəffəqiyyətli ola biləcək (çünki çoxalmağı bacarırlar); lakin A qrupunun balaları, nəsillər keçdikcə, B qrupundan daha üstün ola biləcək. Təkamül analizi ancaq bu şəkildə aparıla bilər: uzun müddətdə, nəsillər boyunca iki populyasiya içərisindəki uyğunlaşma müvəffəqiyyəti qrafiklərinin necə dəyişdiyi əhəmiyyətlidir. Hətta dəyişən mühit şərtlərində, eşq və bağlılıq kimi duyğular sayəsində uyğun fərdlərin bir-biriylə cütləşməsi, gələcək nəsillərin daha uyğun olmasını təmin edə bilər. Bütün bunların, təkamül biologiyası daxilində çox sadə bir səbəbi vardır: cinsi seçmə.  Beyninizin, ilk mərhələdə tamamilə instinktiv olaraq etdiyi seçimlər, ən güclü təkamül mexanizmlərindən biri olan cinsi seçmənin fəaliyyətini əks etdirir. 

Bu yazımızın mövzusu olmadığı üçün ətraflı məlumat verməsək də, cinsi seçmənin təsir etdiyi davranışların da eşqlə əlaqədar hərəkətlərimizdə böyük rol oynadığını deyə bilərik. Ancaq çox qısa və sadə şəkildə yekunlaşdıracaq olsaq, bir növün içərisindəki fərqli cinsdən olan fərdlərin, özləriylə ən uyğun olacaq fərdləri istər instinktiv, istərsə də düşünərək seçməsi, təbiətin ən fundamental qanunlarından biri olan cinsi seçməni əks etdirir. Bütün canlıların xüsusilə instinktiv davranışları, seçmə nəticəsində müvəffəqiyyətli ola biləcək şəkildə xüsusiləşmişdir. Əlbəttə, hər vaxt olduğu kimi, populyasiya daxilində geniş bir müxtəliflik (variasiya) vardır: Bəzi fərdlər daha məqsədəuyğun seçimlər edə biləcək xüsusiyyətlərə sahibkən, bəziləri bundan məhrumdur. Dəyişən ətraf mühit şərtləri daxilində, bu müxtəliflik çərçivəsində ən uyğunların davamlı seçilməyi təkamülə səbəb olacaqdır. Bu təkamülün içərisində eşq kimi duyğular da, cinsi seçmə (başqa sözlə təkamül) tərəfindən dəstəklənir. 

Növümüzün (və digər bir çox növün) kişi və qadınları, bir-birini müəyyən xüsusiyyətlərə görə seçirlər və özlərinə uyğun gördükləri xüsusiyyətdə olanlarla cütləşməyə üstünlük verirlər. Bu, təkamülün cinsi seçmə mexanizmidir. Cinsi seçmə, beyin baxımından olduqca inkişaf etmiş heyvan növü olan insanda yalnız fiziki xüsusiyyətlərə görə deyil, əvvəl qeyd etdiyimiz kimi ehtiyat plan məlumatlarımıza bağlı olaraq da edilməkdədir. Ancaq nə olursa olsun, ortada bir seçim vardır və bu, təkamül prosesində gələcək nəsillərdəki fərdlərin (balalarımızın) genetik quruluşuna birbaşa təsir edir.

Bu səbəbdən, cinsi seçmənin təsirli olmadığı, yəni cinslərin bir-birini hər hansı bir əhəmiyyətli şərtə bağlı olaraq seçmədikləri, təsadüfi cütləşən növlər belə indiki vaxtda həyatda qala bilməkdədir; ancaq bir çox növdə cinsi seçmə keçərlidir. Bunun səbəbi, eşq, sevgi və bağlılıq duyğularının populyasiyanın cinsi müvəffəqiyyətini artırması ola bilər.

Eyni zamanda, eşqin yalnız cinsi müvəffəqiyyət üçün təkamülləşmədiyini düşünən bir çox elm adamı da var. Çünki həm insan, həm də digər heyvan növləri araşdırılacaq olsa, hər eşqin sonu, seks ilə bitməməkdədir. Bənzər şəkildə hər seks, eşqə dair duyğuları da daşımamaqdadır. Məsələn cütləşmədən sonra erkəyin başını qopararaq yeyən dişi dəvədəlləyinin və ya bənzər şəkildə balalamadan sonra erkəyi öldürən bir "qara dul" hörümçəyinin o əsnada çox da eşq dolu duyğulara sahib olmadığı aşkardır (təbii ki dəvədəlləyinin eşq anlayışı bizdən çox fərqli deyilsə). Bu vəziyyətdə, eşqin təkamül keçmişində başqa bir səbəb də gizlənmiş ola bilər. Təkamül psixoloqları, bu mövzunun detallarını işıqlandırmaq üçün əmək sərf etməkdədirlər. İndi bu mövzudakı bəzi əhəmiyyətli tapıntılara toxunaq.

Təkamül Psixologiyasının Eşqə Yanaşması

Əlaqə... Təkamül prosesində, xüsusilə ictimai quruluşa sahib olan növlərdə, populyasiyanı bir yerdə tutan ən əhəmiyyətli xüsusiyyətlərdən biri, fərdlər arasında yaranan əlaqələrdir. Valideyn ilə övlad, eyni dövrdə doğulmuş fərdlər, erkəklər və dişilər arasında yaranan əlaqələr, ictimai quruluşu gücləndirməkdə və təkamül baxımından üstün mövqeyə keçilməsini təmin edir. Ayrıca bu əlaqə duyğusu, empatiya duyğusunu da özü ilə gətirməkdə və beləliklə, eqoist və müstəqil davranan fərdlər yerinə, bir bütün olaraq hərəkət ədə bilən növlər təkamülləşə bilməkdədir. Bu səbəbdən növün davamlılığı və gücü baxımından eşq duyğusu əhəmiyyət ifadə etmiş ola bilər. Təsadüfi cütləşən fərdlərdə, valideynlər ilə balalar arasındakı sevginin fərqli bir formaya çevrilməsi, cinsiyyətlər arası sevginin təkamülləşməsinə səbəb olmuş ola bilər. Çünki xüsusilə valideyn ilə bala arasındakı sevgi, qarşılıqlı bir gizli mənfəət əlaqəsinə söykənir. 

"Ana sevgisi" mədəni quruluşumuz daxilində hər nə qədər "uca" olsa da, təkamül baxımından olduqca mənfəətçi bir əlaqənin məhsulu olaraq inkişaf etmişdir: Ana, balasına baxaraq özünün daha irəliyə apara bilməyəcəyi genlərinin, gələcək nəsillərə köçürülməsinə nail olur. Bala isə, anası tərəfindən baxılaraq, digər balalara görə üstün mövqeyə keçə bilir. Beləcə həm bala, həm də ana təkamül baxımdan xeyir qazanmış olur. Əlbəttə bu şüurlu və ya məqsədli olaraq edilmir; ancaq orqanizmlərin genetik təchizatının bu cür eqoizmlə yüklənmiş olduğunu göstərən çoxlu məlumat vardır. Xüsusilə mədəni təkamülümüz sayəsində inkişaf etdirdiyimiz digər ictimai xüsusiyyətlər, bu cür eqoizmləri çox vaxt sıxışdırmaqdadır. Məsələn başqasının övladına və hətta başqa növlərin balalarına, tamamilə qarşılıqsız kimi görünən bir sevgi bəsləyə bilirik (bu sevginin belə qarşılıqlı olduğunu iddia bir çox elm adamı olsa da).

Bu səbəbdən eşqin təkamülünün əsasları, cinsi motivlər və cəmiyyət fərdləri arasındakı əlaqənin, növün davamlılığına qatqı təmin etməsinə söykənməkdədir deyə bilərik.


Başqa əhəmiyyətli nöqtə, valideynlər arasında qurulacaq əlaqənin balalar üçün əhəmiyyət kəsb etmiş olmasıdır. Çox növdə erkəklər, cütləşmədən sonra yuvanı tərk edərək yeni potensial partnyorlar axtarmağa başlayır. Bu, bəzi növlər üçün faydalı strategiya olsa da, növümüz üçün müsbət hal olduğu deyilə bilməz. Çünki beynimizin təkamülündən və başımızın böyüklüyündən ötəri, iki ayaq üzərində yaşamağa uyğun növümüzün doğumu olduqca ağrılı bir hal almış, təkamül prosesində körpələrin və qadınların bədənləri bu çətin doğuşu reallaşdıra biləcək bəzi dəyişmələr keçirmişdir: kəlləmiz yumşaq və elastik olaraq doğuluruq, analar doğuma yaxın ağrıkəsici təsiri olan hormonlar ifraz edirlər və sair. Ancaq hamısından əhəmiyyətlisi, növümüzün körpələri, inkişaflarının hələ çox əvvəlindəykən doğulur və inkişaf mərhələlərinin böyük qismini, ana bətnindən kənarda, vəhşi həyat içərisində keçirirlər (indiki vaxtda bu həyat artıq hər kəs üçün "vəhşi" olmasa da). Bu səbəbdən növümüzün körpələri, təkamül baxımdan olduqca sərfəsiz mövqedədir. Lakin belə bir böyük beyin üçün, iki ayaq üzərində dayanan və dolayısı ilə doğum kanalı dar qalmaq məcburiyyətində olan bir növ daxilində, bu şəkildə təkamül qaçılmazdır. Beləliklə, bioloji təkamülün formalaşdırdığı mədəniyyət, insan valideynlərinin arasındakı əlaqəni gücləndirəcək şəkildə inkişaf etmişdir. Bunu bacara bilməyənlər və ya bu vəziyyətə uyğunlaşmayanlar hər nəsildə ələnmişdir.

Bunun necə olduğunu anlamaq olduqca sadədir: hər insanın, təkamül prosesi daxilində sahib olduğu xarakterlər vardır. Bunu yazı içərisində "fərdi ehtiyat plan" olaraq təyin etmişdik. Bu ehtiyat plan səbəbindən, bəzi fərdlər ailə anlayışına və sevgiyə daha meylli olarkən, bəziləri bundan uzaqdır. Bu səbəbdən vəhşi həyatda, əgər ki ailə və bütünlük anlayışlarını dəstəkləyəcək vəziyyətlər meydana gəldisə (ki az əvvəl izah etdiyimiz səbəblərlə növümüz üzərində belə bir təzyiq meydana gəlmişdir), bir-birinə daha çox bağlılıq duyan və dolayısı ilə ailə qurmağa və ailəni davam etdirməyə meylli olanlar üstün mövqedə olacaqlar. Bu üstünlüyün təkamül prosesində davamlı seçilməyi, eşq kimi bağlılıq duyğularının inkişafını və güclənməsini təmin etmiş ola bilər. Birlikdə yaşayaraq balalarını uzun müddət və daha güclü şəkildə qoruyan fərdlər, qaçılmaz olaraq daha üstün olacaqlar. Bu səbəbdən, öz genlərinin qarışığı olan balalar arasından da, bu meylə ən uyğun genlərə sahib olanlar və bu duyğulara sadiq olaraq böyüdülən fərdlər, vəhşi həyatda daha üstün olacaqlar. Bu da eşq kimi duyğuların hər nəsildə daha da artması və populyasiya daxilində sabitlənməsi mənasını verir.

Gördüyünüz kimi eşqin təkamülünü bir istiqamətdə araşdırmaq olduqca çətindir. Doğum formamızdan, iki ayaq üzərində gedəcək şəkildə təkamülümüzə, beyin quruluşumuza və böyüklüyünə qədər bir çox amil, eşq kimi bir duyğunun təkamülündə rol oynamış ola bilər. Ancaq nə olursa olsun, eşqin təkamül baxımdan faydalı olması, bu xüsusiyyətin növümüzdə qorunmasını təmin etmişdir.

Digər Heyvanlar Da Aşiq Olurmu? 

Təkamül mövzusunu tamamlamadan əvvəl, digər heyvan növlərinə qısaca nəzər yetirməkdə fayda olduğunu düşünürük. Ən nəhayət təkamül, var olmuş, var olan və var olacaq bütün növlərin bir-biri ilə qohum olduğu həqiqətini bizə göstərdi. Bu vəziyyətdə, sahib olduğumuz xüsusiyyətlərin eynilərini və ya bənzərlərini bizə daha yaxın növlərdə görməyi gözləmək son dərəcə təbiidir.

Əslində digər növlərdə eşq qədər güclü bir sevgi amilinə birbaşa rast gəlinmir. Bu, təkamül biologiyasında son dərəcə aludə olduğumuz bir vəziyyətdir. Çünki eşq bir duyğu olaraq beyində olub bitən məvhumdur və bizim beynimiz qədər inkişaf etmiş beynə sahib heç bir canlı təkamülləşməmişdir. Bu vəziyyətdə beyin mənşəli bir amilin bu mürəkkəblikdə, bir başqa növdə olmasını gözləmək doğru olmayacaq. Lakin buna baxmayaraq, bir çox başqa heyvan növündə sevgi anlayışının olduğunu görürük. Xüsusilə də romantik baxımdan son dərəcə inkişaf etmiş bir canlı qrupu olan məməli heyvanlarda…

Heyvanların yalnız instinktlərlə hərəkət etmədikləri, bizim kimi şüur, dərrakə və düşüncə sahibi olduqları bu gün artıq geniş şəkildə bilinən və qəbul edilən bir həqiqətdir. Bu canlıları robot və ya proqramlaşdırılmış maşın olaraq görmək tamamilə səhvdir. Başqa heyvanlar da düşünərək qərar verə və seçim edə bilir. Ancaq eşq kimi demək olar ki tamamilə instinktiv olan duyğularda onsuz da ağıla çox yer qalmamaqda və şüurlu seçimlər əhəmiyyətsiz sayılmaqdadır.


Digər heyvanların da həzz, empatiya, ağrı, kədər, utanma, qəzəb duyduqlarını çox dəqiq şəkildə bilirik. Yaxşı, bəs eşq? Tam olaraq "eşq" formasında təyin oluna biləcəyi barəsində hələ qəti bir məlumat olmasa da, heyvanların sevgi duyduqları bəllidir. Bir itin sahibinə duyduğu heyranlıq və bağlılıq bunun ən məşhur nümunələrindən biridir. Ayrıca ən yaxın qohumumuz olan bonobo meymunlarının bəzi populyasiyalarında, eynilə insanlarda eşqin təkamülündə olduğu kimi, bir-birinə sevgi duyan və bağlılıqları daha güclü olan fərdlərin balalarının daha üstün olduğunu göstərən məlumatlar əldə edilmişdir. Yəni onlarda da, bizdəki kimi bir eşq duyğusunun təkamülləşmiş və ya təkamülləşir olması mümkündür.

Növümüzü fərqli edən xüsusiyyətimizin beynimiz olduğunu qeyd etmişdik. Digər heyvanlarda, bənzər duyğular təkamülləşmiş olmasına baxmayaraq, bunların bizdəki qədər mürəkkəb olmamasının səbəblərindən biri beynimizin təkamülüdür. Bir başqa səbəb isə, bu təkamülə paralel olaraq inkişaf edən ictimai-mədəni keyfiyyətlərimizdir. Yəni növümüz, çox mürəkkəb bir ictimai şəbəkəyə malikdir və bu, bioloji təkamül nəticəsində ortaya çıxan bir çox xüsusiyyətin, mədəniyyət çərçivəsində yenidən təyin olunmasına səbəb olmuşdur. Bu çox dərin və tamam ayrı bir mövzudur; ancaq eşqin ədəbi və fəlsəfi şərhləri, indiki vaxtda homoseksuallara edilən təzyiqlər və eşq ilə əlaqəli başqa amillər araşdırılacaq olsa, bu mövzunun arxasında bioloji təkamüldən əlavə digər amillərin də olduğuni göstərir. Mədəni olan hər şeyin əsasında, bioloji ehtiyat plan yatdığını görə bilərik. Bu səbəbdən, digər heyvanlar üzərindəki araşdırmalar artdıqca, eşqin təkamül mənşələrinə daha dəqiq bir işıq tutulacağı ortadadır. Hələlik, digər heyvanların bir çoxunun, bizdəki qədər mürəkkəb olmasa da, sevgi anlayışları olduğunu söyləmək böyük ehtimalla səhv olmayacaq.


Eşqin Neyrogen Əsasları

Eşqin neyrogen əsasları, bizə o əsnada nələri və niyə hiss etdiyimizə dair çox dəqiq məlumatlar təqdim etməkdədir. Əvvəlcə, eşqin bütün duyğular kimi tamamilə hormonal proseslər nəticəsində bədənimizdə baş verən reaksiyaların cəmində hiss edilən bir duyğu olduğunu xatırlayaq. Yəni eşqi anlamaq istəyiriksə, arxasındakı neyrokimyəvi əsasları anlamağımız lazımdır.

Eşq duyğusuna səbəb olan əsas hormonlar və kimyəvi maddələr olaraq qarşımıza sinir böyümə faktoru, testosteron, estrogen, dofamin, norepinefrin (noradrenalin), serotonin, oksitosin və son olaraq vazopressin çıxır. Göründüyü kimi eşqin bizə qarmaqarışıq hisslər yaşatmasının səbəbi, olduqca mürəkkəb bir hormonal tarazlığa söykənmiş olmasıdır.

İndi isə, təkamül biologiyası ilə əlaqədar şərhlərimizdən də yola çıxaraq, özümüzə uyğun hesab etdiyimiz (bioloji və ya mədəni olaraq) bir fərdlə qarşılaşdığımızda, bu hormonların bədənimizdə hansı dəyişmələr yaratdığına nəzər salaq:

Testosteron: Xüsusilə ilk aşiq olma anında və oxşar vəziyyətlərdə təsirli bir cinsi hormondur. Maraq duyduğunuz cinsə qarşı şəhvət və istək duymağınıza və onu arzulamağınıza səbəb olur. Qadınlarda az miqdarda olur və eyni funksiyaları vardır; ancaq kişilərdə bundan əlavə, eşqin ilk mərhələlərində penisin və xayaların cinsi birləşməyə hazırlanmasını təmin edir. 

Estrogen: Xüsusilə ilk aşiq olma anında və oxşar vəziyyətlərdə təsirli bir cinsi hormondur. Maraq duyduğunuz cinsə qarşı şəhvət və istək duymanıza və onu arzulamağınıza səbəb olur. Kişilərdə az miqdarda olur və eyni funksiyaları vardır; ancaq qadınlarda bundan əlavə, uşaqlıq yolunun və uşaqlığın cinsi birləşməyə hazırlanmasını təmin edir. 

Sinir Böyümə Faktoru: Eşq hormonları arasına nisbi olaraq yeni qatılan bu kimyəvi maddə, xüsusilə ilk aşiq olduğumuz zamanlarda sürətlə artır, 1 ildən sonra isə tədricən azalır və əvvəlki səviyyəsinə dönür. Alimlər bu səbəbdən, eşq ömrünün əslində 1-2 il civarında olduğunu düşünür. Bu da əsasən məntiqlidir; çünki insanın bir nəfərə bağlanması, təkamül müxtəlifliyi qarşısında maneə yaratmaqdadır. İnsanın mədəni quruluşu, onu birnigahlı ictimai həyata məcbur etmişdir. İlk zamankı kimi bir eşq duyğusu olmasa belə cütlər həm ictimai məsuliyyətləri səbəbi ilə, həm də bir-birinə duyduqları bağlılıq və sevgi əlaqələrindən ötəri uzun müddət birlikdə qala bilməkdədir. Ancaq təkrar etmək lazımdır ki, həm insan, həm də yaxın qohumları, ictimai olaraq birnigahlı olsalar belə, cinsi olaraq çoxnigahlı olacaq şəkildə təkamülləşmiş növlərdir.

Dofamin: Neyronal mediator olan dofamin adlı kimyəvi maddə, ifraz olunduğu zaman bədəndə xoşbəxtlik və rahatlıq hisslərini oyandırır. İnsana əlavə enerji və diqqət verir. Bu sayədə, diqqətiniz aşiq olduğunuz fərdə cəmlənir və ona qovuşmaq üçün lazım olan əlavə enerji və diqqət təmin edilir. Bu da, təkamül baxımından irəli sürülən arqumentləri dəstəkləyir. Ayrıca, aşiq olmaqdan xoşlanmağımızın səbəbi, bu gözəl duyğulardır. Müxtəlif narkotik və sakitləşdirici dərmanların yaratdığı eyni təsirə səbəb olur.

Noradrenalin: Aşiq olduğumuz zaman keçirdiyimiz stresə qarşı ifraz olunan hormondur. Stress, fərd üzərində yaradılan hər cür ekoloji təzyiqdən qaynaqlana bilər və eşq, bu təzyiqlərdən yalnız biridir. Ancaq noradrenalinin ifraz olunması səbəbi ilə ürək döyüntüləri sürətlənir, dodaqlar və ağız quruyur, əzələlərə gedən qan artır, mədə və bağırsaq əzələləri boşalır. Bu da yenə, ola biləcək bir cütləşməyə hazırlıq mərhələsi olaraq görülə bilər. Noradrenalin səbəbi ilə, aşiq olduğumuzda ürək döyüntüləri sürətləndiyindən və mədəmizdəki əzələlər boşaldığından, "ürək ilə aşiq olduğumuzu" və "qarınımızda kəpənəklər uçuşduğunu" hiss edirik. Amma aşiq olan orqan beyindir.

Serotonin: Başlıca xoşbəxtlik hormonu olan serotonin, eşqin əsas hormonları arasında yer alır. Aşiq olduğumuzda, başqasını düşünə bilməmək səbəbimiz, serotonin səviyyəsindəki dalğalanmadır. Qısaca aşiq olduğumuz zaman, eynilə ciddi bir xəstəlik olan obsessiv-kompulsiv davranış pozğunluğunda olduğu kimi, həyəcanlı hal alırıq. Bu da yenə, arzulanan hədəfə çatmaq üçün təkamül üstünlüyü təmin edən hormonal tənzimləmədir.

Oksitosin: Sinir Böyümə Faktorunda eşqin ömründən bir az bəhs etmişdik və eşqin texniki olaraq bitməsinə baxmayaraq cütlərin ümumiyyətlə uzun illər bir yerdə qala bildiklərini söyləmişdik. Uzun müddət birlikdə qala bilməyimizi təmin edən, eşqin bir başqa amili olaraq göstərdiyimiz bağlılıq duyğusudur. Oksitosin, bağlılıq duyğumuzu gücləndirərək yoldaşımızdan ayrılmamağımızı təmin edir. Oksitosin səviyyəsində anormallıqlar olan fərdlərin evliliklərinin də müvəffəqiyyətsiz olduğu düşünülür. Ayrıca oksitosinin valideyn-övlad əlaqələrində də yüksək miqdarda ifraz olunması, eşqin təkamül mənşələriylə əlaqədar arqumentlərə dəstək verir. Oksitosin, eyni zamanda orqazm əsnasında da yüksək miqdarda ifraz olunur. Bu da, eşq ilə cinsi münasibətlər arasındakı əlaqə haqqında fikirlər verməkdədir. 

Oksitosin

Vazopressin: Eynilə oksitosin kimi vazopressin də uzun müddət bərabər qalmağı təmin edən hormonlardan biridir. Valideyn-övlad arasında qurulan və ömür boyu davam etməsinin faydalı olduğu bu əlaqələr, cinslər arasında da qurulduqda, ictimai müvəffəqiyyət və sabitlik təmin edilə biləcəyi və bu səbəbdən təkamül prosesində belə bir bağlılıq duyğusunun təkamülləşdiyi düşünülməkdədir. Ayrıca vazopressin, seksdən sonra da ifraz olunur. 

Bu səbəbdən, eşqin təkamül və bioloji mənşəyinə baxdıqda, son dərəcə adi və aydın bir duyğu olduğunu görə bilərik. Əlbəttə mədəni təkamülümüz daxilində eşqə və digər duyğulara mənalar yükləməyimiz son dərəcə başadüşüləndir. Ancaq bunları şişirdərək elmə daxil etməyə çalışmaq lazım deyil. 

Bütün bunları ağılınızın bir küncündə saxlayaraq, eşqlə dolu bir həyat yaşamağınızı arzu edirik.


Mənbə: evrimagaci.org
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top