30 avqust 2004-cü ildə kəşf olunub. Bu planet
Yerdən təxminən 2 dəfə böyük və 40 işıq ili uzaqlıqdadır. Planetin ən nəzərəçarpan
xüsusiyyəti tamamən almazdan ibarət olmasıdır. Səth temperaturunun təxminən
1600°S olduğu ehtimal olunur. Çox sürətlə fırlandığı üçün, bu planetdə 1 il 18
saata bərabərdir. Alimlərin planet haqqında dedikləri belədir: “Planetə
baxdığınızda qayalıqlarla örtülü bir səth görünür. Lakin kimyəvi strukturu fərqlidir.
Su və Qranit təbəqəsi əvəzinə Almaz ilə örtülüdür.”
6. Qaynar Buz Planeti ( Gliese 436 b )
2004-cü ildə Dr.Paul Butler və Geoffrey
Marcy'nin rəhbəri olduqları araşdırma qrupu tərəfindən kəşf edilmişdir. Səth
temperaturu 400°S -dən çox olmasına baxmayaraq, cazibə qüvvəsinin çox böyük
olması, böyük bir təzyiq yaratmaqdadır. Bu təzyiq, su buxarını səth üzərində
qatılaşdırıb isti buz kütləsinə çevirir. Bunun nəticəsidir ki, planetin səthində
400°S -də çox qaynar buz kütləsi mövcuddur.
5. Qaranlıq Planet ( Tres 2b )
Tres-2b bizim Günəş sistemimizdən 750 işıq
ili uzaqlıqdadır. 21 avqust 2006-cı ildə Kepler Kosmik Peyki tərəfindən aşkar
edilmişdir. 2011-ci ildə, bilinən ən qaranlıq planet olaraq qeyd edilmişdir. Bunun səbəbi, səthinə düşən işığın sadəcə
1%-ni əks etdirib, qalanını udmasıdır. Ətrafında işıq qaynaqları olmasına
baxmayaraq, səthi zülmət qaranlıqdır.
4. Bilinən Ən Böyük Su Kütləsi
Yerdən 12 işıq ili uzaqlıqda olan bu su
kütləsi, 2011-ci ildə NASA tərəfindən kəşf olunmuşdur. Aparılan araşdırmalara
görə; Bu planetdə, Yerin bütün okeanlarındakı suyun 140 trilyon qatı qədər su
mövcuddur. Buxar halında olan su kütləsinin ətrafını, "Kuasar" adlandırılan
və ortasında qara dəlik olan cisim bürüyür. Araşdırmanı icra edən qruplardan
birinin prezidenti Bradford; etdikləri bu kəşfin, düşünülənin əksinə suyun kainatda
hətta ən qədim zamanlardan bəri mövcud olduğu fikrini dəstəklədiyini vurğuladı.
3. Nəhəng Alkohol Buludları ( Sagittarius B
)
Sagittarius B adlı bu bulud, 2001-ci ildə kəşf edilmişdir. Qaz və Toz buludlarından
ibarət olan Sagittarius B'nin tərkibində milyonlarla litr alkohol mövcuddur.
Araşdırma aparan qrupun üzvü Barry Turner, Sagittarius'da tapdıqları bu alkoholun olduqca mühüm
olduğunu, kosmosda sərbəst halda mövcud olan mürəkkəb tərkibinin öyrənilməsinin
bir çox elmi araşdırmaya təkan verəcəyini vurğulamışdır. Bu buludların yeganə mənfi
tərəfi Yerdən olduqca çox, təxminən 26 min işıq ili uzaqlıqda olmasıdır.
2. Bilinən Ən Böyük Quruluş
Kuasar, kainatın uzaq küncündə, ağlasığmaz
enerji ilə parıldayan adalara verilən addır. Böyük Kuasar qrupu isə 73 ədəd
Kuasardan ibarət olan və təxminən 4 milyard işıq ili genişliyində olan bir
struktura sahibdir. Südyolu qalaktikasından 40.000 dəfə böyük olan bu quruluş o
qədər böyükdür ki, hal-hazırda bilinən astronomiya modelləri bu quruluşu izah
etməkdə aciz qalır.
1. Qaranlıq Maddə və Qaranlıq Enerji
Kainatda müşahidə etdiyimiz bütün cisimlər,
planetlər, ulduzlar, kuasarlar və ya qalaktikalar kainatın sadəcə 5%-ni əhatə
etməkdədirlər. Digər 95%-lik hissənin; qoxlaya, dada, toxuna, duya və görə bilmədiyimiz,
qısaca olaraq, 5 hissiyat orqanımız ilə qəbul edə bilmədiyimiz qaranlıq maddə və
qaranlıq enerjidən ibarət olduğu düşünülür. Haqqında yox deyiləbiləcək qədər az
məlumata sahib olduğumuz qaranlıq maddə və qaranlıq enerjini müşahidə, test edə
bilməsək də, müşahidə olunan cisimlər üzərində yaratdıqları təsir səbəbindən
mövcud olduğu qəbul edilir. Qaranlıq maddə və qaranlıq enerji, bilinən fizika
qanunlarını və astronomiya teoremlərini sarsıdacaq dərəcədə sirlərlə dolu ola
bilər.
0 şərh var:
Post a Comment