August 25, 2013

7500 illik ayaqqabı

İran, Ermənistan və Türkiyə sərhədinə yaxın bir ərazi olan Vayots Dzor'da bir mağarada ən qədim dəri ayaqqabısı tapılmışdır. Miladdan əvvəl 5500-ci ilə aid olan ayaqqabı mağarada torpağa basdırılmış halda idi. Torpaq altında qaldığı üçün ayaqqabının bağları dövrümüzə qədər möhkəm qala bilmişdir.

Ayaqqabının bir qadına aid olduğu hesab edilir. Ayaqqabının ölçüləri araşdırıldıqdan sonra 38 nömrə olduğu məlum olmuşdur.

Cork Universitetindən olan arxeoloq Ron Pinhasi "Əvvəl ayaqqabı qalıqlarının Miladdan əvvəl 600 ya da 700 il əvvəlinə aid olduğunu düşünürdük. Çünki ayaqqabı çox yaxşı qorunmuş vəziyyətdə idi" deyir. Karbon testi nəticəsində e.ə. 5500-ci ilə tarixlənən ayaqqabının tapıldığı Vayots Dzor bölgəsindəki dağlarda o dövrdə xırda əkinçilik birlikləri mövcud idi.


Dəridən hazırlanan ayaqqabının içində otlara da rast gəlinmişdir. Amma arxeoloqlar bunun soyuqdan qorunma üçünmü, yoxsa ayaqqabıya bəzək vermək üçünmü əlavə edildiyi mövzusunda əmin deyillər. Ayaqqabını Ermənistan Arxeologiya İnstitutundan doktorantura tələbəsi Diana Zardaryan kəşf etmişdir.


Prof. Ron Pinhasi tədqiqatda
                               Ayaqqabının tapıldığı yer
    
Qaynaq: blogs.plos.org
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top