August 5, 2013

Qeyri-adi dinozavr növü tapıldı

Bir qrup Amerikalı paleontoloq, ABŞ-ın Utah ştatında apardıqları qazıntı işlərində yeni bir dinozavr növünə aid fosilə rast gəldi.

75 milyon il əvvəl Təbaşir (Kretase) Dövrünə aid olan, Şimali və Mərkəzi Amerikada yaşadığı düşünülən, dimdik formasında böyük bir burnu və buynuzlarıyla diqqət çəkən yeni
bir dinozavr növünə aid fosillər elm dünyasına təqdim edildi. Boyu 4,5 metr, çəkisi isə 1,8 tonna çatan "Nasutoceraptops Titus" adı verilən yeni dinozavr növü Nature adlı məşhur elmi jurnalda yayımlandı.

Dinozavr haqda məlumat yayan Utah Universitetinin "Milli Utah Muzeyi" işçiləri yeni növün xüsusilə çox böyük, dimdikvari burnu və gözlərinin üzərində qeyri-adi ölçülərdə uzun, irəliyə doğru uzanan buynuzları olduğunu bildirdilər. Triceratops ailəsinə mənsub olan yeni növə uzun illər fəaliyyət göstərən paleontoloq Alan Titus'un soyadı birləşdirilərək qoyuldu.

Nature'da yayımlanan tədqiqatda yer alan Denver Təbiət və Elm Muzeyindən olan paleontoloq Scott Sampson, Nasutoceratops növünün asta yeriyən, qorunmaq üçün gur kolluqların arasında gəzişən bir dinozavr olduğunu dedi. Erkəklərinin, dişilərlə birlikdə olmaq üçün "başlarıyla döyüşdüklərini" (marallar kimi) bildirən Sampson, həmçinin qıvrım buynuzlarını döyüşlərdə qalib gəlmək üçün istifadə etdiklərini də açıqladı. Fosilin kəllə sümüyü hissəsi istifadə edilərək 3 ölçülü vizual rekonstruksiya proqramlarıyla fotoşəklin sağında görülən model yaradıldı.

Qaynaq: Nature
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top