August 2, 2013

İnsan Doğan Məməli Canlıdır

İnsan (Homo sapiens) növü, Məməli Heyvanlar (Mammalia) sinfinə daxil olan, plasentalı Heyvanlar (Placentalia) dəstəsi içərisində yer alan bir canlı növüdür. Eynilə digər bütün plasentalı məməli heyvanlar kimi doğaraq artır. Doğuşu digər doğaraq artan məməlilər ilə eynidir. Bu da, ortaq əcdaddan gəldiklərinin minlərlə dəlillərindən yalnız bir dənəsidir.

Məməlilər sinfində 3 böyük klad var. Bunlar, yumurtaqoyan Məməlilər (Monotremata dəstəsi), kisəli Məməlilər (Marsupialia infrasınıfı) və plasentalı Məməlilər (Placentalia infrasinfi) qruplarıdır. Kisəlilər və plasentalı

Məməlilər nəsli tükənmiş bəzi ara növ qrupları (Multituberculata və Eutriconodonta kimi) ilə birlikdə, Doğan Məməlilər (Theriiformes) kladını meydana gətirirlər.

İnsanın qohumluq əlaqələri doğuş tiplərindən tutmuş genetik analizlərlə, morfoloji bənzərliklərlə, fizioloji-homoloji kimi saysız-hesabsız fərqli üsullarla təyin oluna bilər. Onsuz da yumurtaqoyan Məməlilər olan ördəkburunlar və yexidnalar kimi növlərin kəşfi, təkamülün nə dərəcədə dəqiq bir fakt olduğunu göstərməkdədir. Sürünənlər sinfinin bir budağından təkamülləşmiş olan Məməlilər sinfi içərisindəki bu canlılar süd vəzlərinə və tüklərə (məməlilərin ayırd edilməsi üçün istifadə olunan əsas ünsürlər) sahib olmalarına baxmayaraq, eynilə əcdadları kimi yumurtlayaraq artırlar.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top