Tısbağaların çanaqlarının necə bir təkamül müddəti sonunda meydana gəldiyi elm adamlarını uzun müddətdir maraqlandıran bir elmi sirr idi.
Nature jurnalında nəşr olunan yeni bir tədqiqat, 'bağa' adı verilən sümük çanağının formalaşması haqqında yeni məlumatlara çatılmasını təmin etdi. Tədqiqatçılar, nəsli tükənmiş bir Cənubi Afrika sürünəninin fosilləşmiş skeletinin 30-55 milyon illik təkamül dövrüylə əlaqədar məlumatlar verdiyini açıqladılar.
Təxminən 260 milyon illik olduğu hesab olunan fosil, tısbağaların əcdadı olaraq təyin olunan Eunotosaurus'a aiddir. Bu fosilin eyni nəsildən gələn bir başqa fosillə diqqətə çarpan fərqliliklər göstərdiyi bildirilir.
Eunotosaurus təxminən yüz il əvvəl kəşf edilmişdi, lakin son tədqiqata qədər bu sürünənin digər tısbağa fosilləriylə hər hansı bir müqayisəsi edilməmişdi. Tısbağaların çanaqları təxminən 50 sümükdən ibarətdir. Qabırğalar, çiyin sümükləri və onurğalar bir-birinə bağlanaraq bu bərk çanağı meydana gətirir.
Bu çanağın necə meydana gəldiyi tısbağa embrionları araşdırıldığında açıq şəkildə görülür. Əvvəl çiyin sümükləri genişlənir, ardından da onurğaların genişlənməsi tamamlanır. Son olaraq bütün bu sümüklər bir xarici membrana ilə sarılır və bərkiyir.
Tədqiqatı aparan qrupun lideri "Yale Universiteti"ndən olan prof. Tyler Lyson "Tısbağa çanaqları olduqca kompleks bir quruluşa sahibdir. İlk dəfə 260 milyon il əvvəl Perm Dövründə meydana gəlməyə başladığı məlumdur" dedi.
Bundan 210 milyon il əvvəl yaşamış bir tısbağa fosili, meydana gəlmə prosesini tamamlamış bir çanağa sahibdir. Amma təxminən bu tısbağadan 10 milyon il əvvəl yaşamış və Çində tapılmış, Odontochelys semitestac olaraq adlandırılmış bir başqa fosildə isə çanağın tam meydana gəlmədiyi açıq-aşkar görülür.
Tyler Lyson, "Eunotosaurus'un kürəyində eynilə indiki vaxtda yaşayan tısbağalardakına bənzər T şəklində 9 böyük qabırğa sümüyü var idi. Amma Eunotosaurus'un onurğaları ilə qabırğaları bir-birinə bağlanmamışdı və qabırğaların arasında digər heyvanlarda müşahidə edilən əzələlər tapılmırdı" deyə fikirlərini açıqlayır.
Qabırğaların tənəffüs sistemində əhəmiyyətli bir funksiyaya sahib olduğunu deyən Lyson, "Özünü qorumaq üçün qabırğalarından imtina edən tısbağaların nəfəs almaq üçün başqa bir yol tapmaları lazım idi. Bunu da qarın hissəsində bənzəri olmayan bir əzələ bağı inkişaf etdirərək bacarmışdılar. Bu bağ, tısbağa ağciyərləri ilə digər orqanlarını sararaq nəfəs almalarına dəstək təmin edirdi" deyə həmçinin bildirdi. Lyson, qorunma təmin edən çanağın eyni zamanda ehtiva etdiyi dəmir, kalium və maqneziumun laktik turşu yığılmasını önləməsi nəticəsində tısbağanın digər onurğalılara nisbətdə su altında daha uzun müddət qalmasına dəstək olduğunu da açıqladı.
Qaynaq: YaleNews, Cell, NCBI

0 şərh var:
Post a Comment