Rudiment orqanlara hər növdə rast gələ bilərik. Bu orqanların təkamül müddəti ərzində necə dəyişildiyinin uğurlu nümunələrindən biri isə toyuqlardaki korlaşmış və inkişafdan qalmış ayaq barmağı və qanad sümükləri strukturlarıdır.
Toyuqların qanadlarında, yəni əslində "əl" olan strukturlarında 3 barmaq, ayaqlarında isə 4 barmaq var. Amma quşlar da, digər yerdə yaşayan onurğalılar kimi tetrapodlardan, yəni 4 üzvlü heyvanlardan təkamülləşmişdir.
Tetrapodların hamısında adətən 5 barmaq olur. Bu səbəbdən, toyuqlardaki əskik barmaqların varlığı təkamül dəyişiklikləri olduğunu göstərir. Bəs bundan necə əmin ola bilərik?
1997-cu ildə Burke və Feduccia, bu mövzunu araşdırmaq üzrə toyuq rüşeymlərini histolojik boyama üsullarıyla rəngləyərək barmaq strukturlarını öyrənməyə başladılar. Müşahidə etdikləri isə möhtəşəm bir şəkildə təkamül həqiqətini gözlər önünə qoydu:
Toyuqların inkişafı zamanı həm əllərində, həm də ayaqlarında 1 ədəd artıq barmaq meydana gəlirdi. Yəni əllərində (qanadlarında) 4, ayaqlarında 5 barmaq olurdu. Lakin sonradan bu artıq sümük inkişafdan qalaraq yox oldu və yetkin quşlarda tamamilə görünməz hal aldı. Quşlarda əcdadlarından qalma bu barmaqlar inkişaf əsnasında yox olur və quşların yaşamaq üçün adaptasiya olduqları barmaq sayına çatırdı. Yəni təkamül, quş embrionlarında da dəqiq bir şəkildə müşahidə edilə bilər.
Qaynaq: Evolutionary Analysis, Scott Freeman & Jon Herron

0 şərh var:
Post a Comment