September 28, 2013

"Təkamülçülərin Etirafları?"

Çox vaxt elm düşmənləri "Təkamülçülərin etirafları!" adı altında təkamülçü alimlərin sözlərini paylaşırlar. Əsas diqqət yetiriləcək məqam budur: Onlar özlərinə sərf edən hissələri kəsib götürürlər. Məsələn, Aziz Nesinin məşhur bir ifadəsi var:

"Mən tanrıya inanıram" desəm, bilin ki, ağlımı itirmişəm.


Gəlin "desəm, bilin ki, ağlımı itirmişəm." hissəsini kəsib ataq, təkcə "Mən tanrıya inanıram" hissəsini saxlayaq. Görək nə alınır.


"Mən tanrıya inanıram." 


Bəli! Aziz Nesin ateist olmağına baxmayaraq tanrıya inanırmış!



İndi isə sizə yaradılış tərəfdarlarının sevdiyi alimlərdən biri olan (burada söhbət əsl alimlərdən gedir, fırıldaqçı Harun Yahya kimi və onun davamçısı olan saxtakarlardan deyil) Michael J. Behe haqqında bəhs edək (Behe həmçinin yaradılışçıların məşhur "sadələşdirilə bilinməz komplekslik" arqumentinin ən kəskin müdafiəçisi idi, buna baxmayaraq təbii ki həqiqi elm adamı olduğuna şübhə edilməməlidir). 2010-cu ildən etibarən o artıq təkamülü qəbul etmişdir (həyatın necə yaranması ilə bağlı isə hələ ki yaradılışı dəstəkləyir, lakin bunun təkamüllə əlaqəsi yoxdur, təkamülün istiqaməti və sahəsi başqadır). Bunu Behenin "The Edge of Evolution" kitabından araşdıra bilərsiniz. Sizə alimin təkamülü qəbul etdiyi göründüyü (etirafını demirik, çünki alimlər ikiüzlülük etmir; bir növ təkamülü qəbul edişini deyək) qısa yazısını təqdim edək:



"Bir yazarın başqa bir yazarın sözünün yazılışında etdiyi alışılmadıq bir yazıda səhvin eynisini etməsində "plaqiat" iddiasının möhkəmlənməsi kimi iki fərqli nəsil, genetik qəza kimi görünən bir şeyi paylaşdıqlarında da ortaq mənşə fikri razı salan hala gəlir. Bu cür bir dəlil insan və şimpanze genomlarında görülür. Məsələn, insanlar və şimpanzelər digər məməlilərdə C vitamininə dəstək olan bir genin pozulmuş kopyalarını daşıyırlar. Bunun nəticəsində nə insanlar, nə də şimpanzelər C vitamini ifraz edə bilmir. Əgər iki növün əcdadı bu mutasiyanı daşıyırsa və onu nəslindən gələn iki növə köçürürsə, bu, vəziyyəti təmiz şəkildə aydınlaşdırır.

İnsanlarla digər primatların ortaq bir əcdadı paylaşdıqlarına dair daha təminedici dəlil, yalnız işləyən deyil, eyni zamanda pozulmuş hemoqlobin genlərindən gəlir. İnsanın DNT-də, iki qamma geni ilə doğuşdan sonra işləyən bir genin arasında pozulmuş bir gen var. Bu gen, beta zənciri üçün işləyən bir geni xatırladsa da, sıralamadaki xüsusiyyətlər səbəbiylə müvəffəqiyyətli bir şəkildə zülal kodlaşdırması edə bilmir. Şimpanze DNT-i eyni pozisiyada çox bənzər bir genə malikdir. İnsanın bu geninin başında, genin deaktiv olmasına səbəb olan iki ədəd müəyyən nukleotid dəyişikliyi var. Şimpanze genində də eyni dəyişiklik gözə dəyir. İnsanın bu pozulmuş geninin bir az irəlilərində bir yerdə müəyyən bir hərf əskikdir, burada silinmə mutasiyası baş vermişdir. Bu silinmə geri alına bilməz şəkildə genin kodlaşdırmasını qarışdırmışdır. Məhz eyni hərf şimpanze genində də yoxdur. İnsanın bu pozulmuş geninin sonlarına doğru daha bir hərf əskikdir. Bu hərf eynən şimpanze genində də əskikdir. 

İnsan və şimpanze DNT-lərindəki eyni genlərdəki eyni mövqelərdə eyni səhvlər var. Əgər bir ortaq əcdad ilk olaraq bu mutasiya səhvlərinə sahib olub, daha sonralar bu iki müasir növün yaranmasına səbəb oldusa, bu vəziyyət bu iki növün niyə bu səhvlərə sahib olduğunu açıqlayacaq. Şimpanzelərlə insanların ortaq əcdada sahib olduğu fikrinə daha qüvvətli necə bir dəlil ola biləcəyini düşünmək çətindir.

Pozulmuş genlərdə əldə edilən bu qüvvətli dəlil insanların əcdadından da çox uzağa işarə edir. Geriyə qalan bir neçə tapmacaya baxmayaraq Darvinin, Yer üzərindəki bütün canlıların bioloji qohum olduğuna istiqamətli təsbitinin doğruluğundan şübhə etmək üçün heç bir əsas yoxdur."


Michael J. Behe, The Edge of Evolution, səh. 70-71

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top