September 30, 2013

T-Rex'in Qohumu Olan Növ

Təkamül Nəzəriyyəsinin irəli sürülməsindən bu yana, ilk təkamülçü bioloqlar əldəki az məlumat və tapıntılara baxmayaraq quşların dinozavrlardan, ən azından sürünənlərdən təkamülləşdiyini iddia edirdilər. Bu iddia uzun illər güclü faktlarla dəstəklənmədii və elm ictimaiyyətində həmişə şübhəylə qarşılandı. Yalnız 1970-ci illərdən etibarən ard-arda kəşf edilən tüklü dinozavr fosilləri koməyi ilə Archaeopteryx və nəsli haqda əhəmiyyətli məlumatlara yiyələndik.

Müasir dövrümüzdə onlarla fərqli tüklü dinozavr növü haqda bilirik və quşların dinozavrlardan təkamülləşdiyinə əmin olmuşuq. Hal-hazırda müzakirə edilən isə, quşların dinozavrlardan necə və nə vaxt ayrıldığı və öz təkamül cığırına girdiyi mövzusudur. Bu mövzuda bir çox fərqli fikirlər var, lakin hər biri güclü məlumatlara əsaslanır. Elmi araşdırmalar bu sürətlə irəliləsə, bu sualların cavabları çox yaxın bir müddətdə veriləcək.

Təxminən bir il bundan əvvəl Nature jurnalında yayımlanan bir tapıntı elm dünyasına yeni qatqı təmin etdi. Çünki edilən kəşf təkcə quşların təkamülünə dair izlər daşımırdı, eyni zamanda məşhur olan Tyrannosarus'kimilərin (T-Rex və qohumları) təkamülünə istiqamət verirdi.

Çinli elm adamı Xu Xang 125 milyon il əvvəl yaşamış, 10 metr boyu olan bir dinozavrın qalığını tapmışdı. "Yutyrannus huali" adı verilən bu növ, "gözəl tüklü bədheybət" mənasını verirdi. T-Rex'lərin yaxın qohumu olduğu təsdiq edilməklə birlikdə, həmçinin T-Rex'dən 60 milyon il əvvəl yaşamış bir növ olduğu məlum olmuşdu. 125 milyon il əvvəl yaşamış bu canlı növünün boyu T-Rex'in sinəsinə qədər çatırdı.


Tüklərin (lələklərin) yalnız quşlara xas olan adaptasiya olduğunu bilməyimiz, tüklü dinozavrlar tapmağın nə qədər əhəmiyyətli olduğunu göstərir. Tüklər, bədənin istilik itkisinə qarşı tədbir görmək məqsədiylə təkamülləşmiş olsa da, uçuş üçün də çox böyük əhəmiyyətə malikdir. Təkamül müddətində quşların uçmağa başladığı dövr ilə dinozavrların tükləndikləri dövrün üst-üstə düşməsi, aradakı təkamül əlaqəsinə dair məlumatlar verir.

Həmçinin quşların hələ də ayaqlarının pulcuqlu olması (toyuqların ayaqlarına baxın), sürünən əcdadlarına dair açıq-aydın nümunə kimi qarşımıza çıxır. Bu tapıntılardan sonra T-Rex və qohumlarına yeni bir yanaşma gətirmək lazım olacaq.

Qaynaq: Discovermagazine , Nature
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top