Elm adamları beynin fiziki yaşlanmağı idarə edən hissəsini tapdıqlarını açıqladılar. Bu kəşf, qocalma sürətini azaltmaq üçün edilən müdaxilələrə alternativ olacaq.
Nature jurnalından alınan xəbərə görə, bədənimizin yaşlanmasının səbəbi beyində olan, inkişaf, artım və metbolizmaya nəzarət edən hipotalamusdan asılıdır. Yaşlanmanın səbəbinin beyində olduğu uzun müddətdir hesab edilsə də, aparılan yeni tədqiqat bu iddialara ilk dəlili gətirdi.
Tədqiqatçı qrup, siçanlar üzərində etdikləri təcrübələrdə, hipotalamusdan beynə siqnal ötürən NF-kb molekulunu aktivləşdirərək və ya dayandıraraq yaşlanmağı sürətləndirib-yavaşlatmağı bacardı. NF-kb molekulu aktivləşdirildikdən sonra qocalığın əlamətləri olan əzələ zəifləməsi, dərinin büzüşməsi, sümüyün əriməsi və yaddaş zəiflikləri böyük nisbətdə azaldıldı. Bundan başqa tədqiqatçılar siçanlara GnRH hormonu verərək yaşlanmağı yavaşlada bildiklərini dedilər.
Albert Einstein adına Tibb İnstitutunda aparılan tədqiqatlara başçılıq edən farmakologiya professoru Dongsheng Cai bu sözləri əlavə etdi:
Qaynaq: Nature

"Təcrübələrimiz, hipotalamus hədəf alınaraq yaşlanmağa maneə törətmək üçün edilən ilkin strategiyaları əhatə edir. Tədqiqatların nəticələrinə görə, nəinki yaşlılıqla gələn xəstəliklərə qarşı müqavimət yaratmaq, hətta onları aradan götürüb yaşlanma sürətini azaltmaq da mümkündür. Amma hal hazırda yaşlanma prosesini tamamilə dayandıra biləcəyimizə inanmırıq."
Qaynaq: Nature
0 şərh var:
Post a Comment