Alimlərin 20 min il əvvəlinə aid it dişlərindən əldə etdiyi məlumatlar, itlərin mənşələrinin hesab edildiyi kimi Orta Şərqə deyil, Avropaya aid olduğunu və ilk dəfə Avropalı ovçular tərəfindən əhilləşdirildiklərini göstərdi. Yeni tapıntılar qədim canavarların əhilləşərək ovçu itlərə doğru təkamülləşdiyini bir daha təsdiq etmiş oldu.
Science jurnalına danışan Kaliforniya Universiteti bioloqu Robert Wayne, antik fosillərdən əldə edilən DNT-nin itlərin təkamülü haqqında yeni məlumatlar verdiyini dedi. Wayne:
Science jurnalında dünən dərc olunan tədqiqat nəticələri, insanın ən sadiq dostu olan itlərin qədim dövrlərdə necə əhilləşdirildikləri sualını da gündəmə gətirdi. Tədqiqatçılar itlərin 30 min il əvvəlki dövrdən insanlarla yaşamağa başladığını düşünürlər. Bu dövrdə əhilləşməyin Yaxın Şərq, Afrika, Avrasiya və Asiyanın şərqində baş verdiyi təxmin edilirdi. Necə əhilləşdirildikləri sualına da, canavarların insanlarla yaşamağa başlamasıyla, zamanla qədim ovçu itlərə çevrildikləri cavabı verilir.
Bəzi alimlər isə əhilləşmə prosesinin, əkinçiliyin inkişafıyla başlayan məskunlaşma həyatıyla, insanların atdıqları leşlərlə və itlərin də bu leşlərlə qidalanmasıyla baş verdiyi versiyasını müdafiə edir.
Wayne və həmkarları, tədqiqatda 10 qədim canavar bənzəri heyvanla, səkkiz qədim it bənzəri heyvanın 1.000-36.000 il əvvəlinə aid mitoxondrial DNT (yalnız anadan ötürülən) nümunələrini araşdırdılar. Həmçinin, 77 it, 49 canavar və 4 çaqqaldan DNT nümunələri alındı və DNT izləri təkamül ağacında qruplaşdırıldı. Müasir itlər qruplaşdırmada müasir canavarlarla çox yaxın çıxmasa da, qədim it və qədim canavar DNT-ləri yaxın qohumluq göstərdi.
Nəticələr, itlərin Avropada əkinçilik həyatının başlamasından əvvəl, ovçu-yığıcı Avropalılar tərəfindən 18-32 min il əvvəl əhilləşdirildiyini göstərdi. Wayne, qədim ovçu-toplayıcı insanların öz itləriylə birlikdə fərqli bölgələrə köç etdiyini, Orta Şərq kimi bölgələrdə itlərin canavarlarla cütləşməsi səbəbindən də mənşələrinin səhvən Orta Şərq olduğunu düşündüklərini dedi.
Bundan başqa, Rusiyada və Belçikada tapılan 33-36 min il əvvəlinə aid kəllə sümükləri, itlərə fərqli bölgələrdə əhilləşdirilmə tətbiq edildiyinə işarə etmişdi. Amma qədim insanların bu sınaqları müvəffəqiyyətli olmamışdı.
Qaynaq: Sciencemag , LiveScience , NBC News

"Müasir itlərin, hesab etdiyimiz kimi Orta Şərq və ya Asiyada deyil, Avropada təkamülləşdiyinə və təxminən 25 min il əvvəl canavarlardan ayrıldığına əmin olduq."

0 şərh var:
Post a Comment