Şəkildə gördüyünüz Heliconius cydno və Heliconiu pachinus kepənəkləridir. Çikaqo Universitetindən olan Marcus Kronforst tərəfindən çəkilmişdir.
Yeni növləri təkamülə təşviq etmək sadəcə bir neçə genetik dəyişikliklə mümkün ola bilər. Təkamülün yaratdığı fərqliliklər əgər meydana gəlsə, çox sürətli şəkildə inkişaf edəcək və genetik olaraq tamamilə təcrid edilmiş növlərə səbəb olacaq.
Yeni bir tədqiqatın başında duran təkamülçü assistent prof. Marcus Kronforst deyir:
Meydana gələn genetik fərqliliklər növyranma prosesində kritik rol oynayır. Kronforst və həmkarları, son mərhələdə bir-birindən ayrılmış 2 yaxın qohum kəpənək növlərinin (Heliconius cydno və Heliconius pachinus) genomlarını analiz etdilər. Oxşar ekoloji həyat şərtlərini işğal etdikləri və hibridləşmənin baş verə bilməsi səbəbindən bu kəpənək növləri az miqdarda da olsa genetik dəyişikliklərə uğrayırlar.
Tədqiqatçılar bu nizamlı gen axışının növyaranma üçün əhəmiyyətli olmayan genetik variantları dayandırdığını gördülər və bu onlara təbii seçmədən təsirlənmiş açar genetik sahələrin təyin olunmasına imkan yaradır. Kəşf etdikləri kəpənək növlərinin genomlarında yalnız 12 kiçik hissələr bir-birindən fərqli idi, digər hissələr isə tamamilə eyni idi. Bunların 8-i cütləşmə və təbii seçmə təzyiqi səbəbiylə, həmçinin yem olmaqdan qorunmaq üçün olduqca əhəmiyyətli olan qanad rəngini kodlaşdırırdı. Digər 4 hissəyə isə hələ tərif verilməmişdi.
Tədqiqatçı qrup eyni zamanda bu 2 növün genomlarını yaxın qohum olan, amma təkamül müddətində daha çox yox olmağa məruz qalan digər bir növlə müqayisə etdi. Nəticədə genetik ayrışmanın baş verdiyini göstərən yüzlərlə genomik dəyişiklik tapıldı. Kronforst açıqlamasında bunları dedi:
Populyasiyalar hələ təmas halında olsalar və yeni döllər meydana gətirsələr də yeni növlərin təkamülü göründüyü qədər çətin olmaya bilər. Kronforst və həmkarları növyaranma prosesində əhəmiyyətli funksiyaya sahib olan 4 fərqli genom sahələrini təsvir etmək üçün plan hazırlayırlar. Eyni zamanda növlərin niyə tropik sahələrdə yayılmış şəkildə meydana gəldiklərini araşdırırlar.
Kronforst deyir:
Qaynaq: phys.org

"Növyaranma təkamülün ən fundamental proseslərindən biridir, amma bir növün ikiyə ayrıldığında genom quruluşunun necə dəyişməsi cavabını tam bilmədiyimiz sualdır."
Meydana gələn genetik fərqliliklər növyranma prosesində kritik rol oynayır. Kronforst və həmkarları, son mərhələdə bir-birindən ayrılmış 2 yaxın qohum kəpənək növlərinin (Heliconius cydno və Heliconius pachinus) genomlarını analiz etdilər. Oxşar ekoloji həyat şərtlərini işğal etdikləri və hibridləşmənin baş verə bilməsi səbəbindən bu kəpənək növləri az miqdarda da olsa genetik dəyişikliklərə uğrayırlar.
Tədqiqatçılar bu nizamlı gen axışının növyaranma üçün əhəmiyyətli olmayan genetik variantları dayandırdığını gördülər və bu onlara təbii seçmədən təsirlənmiş açar genetik sahələrin təyin olunmasına imkan yaradır. Kəşf etdikləri kəpənək növlərinin genomlarında yalnız 12 kiçik hissələr bir-birindən fərqli idi, digər hissələr isə tamamilə eyni idi. Bunların 8-i cütləşmə və təbii seçmə təzyiqi səbəbiylə, həmçinin yem olmaqdan qorunmaq üçün olduqca əhəmiyyətli olan qanad rəngini kodlaşdırırdı. Digər 4 hissəyə isə hələ tərif verilməmişdi.
"Genomun digər hissələrinin irəli və geri yer dəyişməsinə məruz qalmalarına baxmayaraq, bu 12 hissə onların yaşadığı mühitdə daha funksionaldır və beləcə gen hovuzları arasındakı hərəkət aradan qaldırılır", - Kronforst belə izah edir.
Tədqiqatçı qrup eyni zamanda bu 2 növün genomlarını yaxın qohum olan, amma təkamül müddətində daha çox yox olmağa məruz qalan digər bir növlə müqayisə etdi. Nəticədə genetik ayrışmanın baş verdiyini göstərən yüzlərlə genomik dəyişiklik tapıldı. Kronforst açıqlamasında bunları dedi:
"Apardığımız işlər bəzi üstünlük təmin edən mutasiyaların təbii seçmə ilə gen axışı arasında meydana gələn və genom quruluşunda sürətli dəyişiklikləri gətirə biləcək "kəndir çəkmə yarışına" səbəb olmaq üçün yetərli olduğunu sübut etdi."
Populyasiyalar hələ təmas halında olsalar və yeni döllər meydana gətirsələr də yeni növlərin təkamülü göründüyü qədər çətin olmaya bilər. Kronforst və həmkarları növyaranma prosesində əhəmiyyətli funksiyaya sahib olan 4 fərqli genom sahələrini təsvir etmək üçün plan hazırlayırlar. Eyni zamanda növlərin niyə tropik sahələrdə yayılmış şəkildə meydana gəldiklərini araşdırırlar.
Kronforst deyir:
"Təbii seçmənin populyasiyaları fərqli istiqamətlərə doğru aparmasıyla meydana gələn növyaranmanın digər orqanizmlərin təkamülündə əhəmiyyətli yer alması ehtimallar arasındadır və bunun ortaq proses olub-olmadığı müşahidə ediləcək."
Qaynaq: phys.org
0 şərh var:
Post a Comment