New South Wales Universitetindən olan alimlər 30 il əvvəl nəsli kəsilmiş bir heyvanın canlı rüşeymini meydana gətirməyi bacardıqlarını açıqladılar. Bu üsul nəsili kəsilmiş digər canlıları təkrar həyata qaytarmaqda istifadə edilə bilər.
Klonlaşdırılmış qoyun Dolly'də istifadə edilən üsula oxşar şəkildə, 1980-ci illərdə nəsli kəsilən Platypus qurbağasının cansız genetik materialı, DNT-si yaxın bir cins qurbağadan alınan yumurtaya aşılandı. Bir neçə gün sonra isə Platypus qurbağası embrionu ilk dəfə həyata geri dönmüş oldu.
Tədqiqatçı Mike Archer, ilk baxışda yumurtanın hərəkətsiz göründüyünü, ancaq anidən hüceyrələrdən birinin bölünməyə başladığını, sonra ard-arda bir neçə dəfə bölündüyünü izah etdi. Bioloq Michael Mahony:
Embrion tam inkişaf etməyi bacara bilməmiş olsa da, elm adamlarına görə, bu üsulun, yəni somatik hüceyrə nukleus transferi üsulunun yetkin fərdlər meydana gətirməsi sadəcə vaxt tələb edir. Archer:
İndiyə qədər yaşamayan heyvan növlərini həyata qaytarmaq fantastika hesab edilirdi, inkişaf etdirilən hüceyrə transfer üsulları isə nəsli kəsilmək üzrə olan və uzun illər əvvəl nəsli kəsilmiş növləri həyata qaytarma mövzusunda ümid verir.
Qaynaq: Treehugger

"Bu texnika ilk dəfə nəsli kəsilən bir növdə müvəffəqiyyət qazandırdı."
Embrion tam inkişaf etməyi bacara bilməmiş olsa da, elm adamlarına görə, bu üsulun, yəni somatik hüceyrə nukleus transferi üsulunun yetkin fərdlər meydana gətirməsi sadəcə vaxt tələb edir. Archer:
"Bu qurbağa növünü əvvəlki kimi tullana bilən vəziyyətə gətirməyi gözləyirik."
İndiyə qədər yaşamayan heyvan növlərini həyata qaytarmaq fantastika hesab edilirdi, inkişaf etdirilən hüceyrə transfer üsulları isə nəsli kəsilmək üzrə olan və uzun illər əvvəl nəsli kəsilmiş növləri həyata qaytarma mövzusunda ümid verir.
Qaynaq: Treehugger
0 şərh var:
Post a Comment