Bir çoxları üçün "İon mühərriklərini işə salın!" daha çox Star Wars kimi fantastik filmlərdən tanıdığımız sözlərdir. İnsanların bəzilərinin bundan xəbəri olmasa da, kosmik missiyalarda artıq 40 ildir ki həmin mühərriklərdən istifadə edilir.
NASA Jet Propulsion Laboratory tədqiqat laboratoriyasından olan alimlər ion mühərriklərinə yeni dizayn fikirləşdilər. Açıqlamaya görə, bu yeni mühərriklər gələcəkdə atıla biləcəyimiz Günəş sistemindən kənar missiyalar üçün qapı olacaq.
Müxtəlif ion mühərrikləri NASA tərəfindən 1964-cü ildən, suborbital uçuş proqramı SERT'ə start verildikdən bəri kosmik missiyalar üçün istifadə olunur. Bu hadisədən sonra bir çox kosmik uçuşlarda həmin mühərriklərdən istifadə edilməyə başlanmışdı.
Lakin ion mühərriklərinin üstünlük təmin edə biləcək imkanları yalnız uzaq kosmosa planlaşdırılan uçuşlarda aşkar olundu: NASA Deep Space One və Dawn, həmçinin, ion mühərriklərinin müxtəlif mərhələlərlə aktivləşdiyi, Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin hazırladığı Hayabusa missiyalarında.
İon mühərriklərinin iki əsas növü var: Elektrostatik və elektromaqnetik. Elektrostatik ion mühərrik yanacaq ionizasiyası prinsipi üzrə işləyir. Əvvəlcə elektrondan yüklü ion alınır (təbii ki onun özü əvvəlcədən enerji ilə təmin edilərək). Ardından, yüklü ion elektrostatik sahə yaradan iki xüsusi çəpər arasına yerləşdirilir. Bu, ionları o qədər sürətləndirir ki, sanki ionlar mühərrikdən dartınıb-çıxacaqlar kimi bir vəziyyət yaranır. Beləcə ionlar lazımlı itələmə qüvvəsini təmin edə bilirlər.
Elektromaqnetik ion mühərriki də yanacaq ionizasiyası üsuluyla işləyir. Amma bu dəfə, ionizasiyalaşmış anod və katod arasında sanki bir körpü (axın) yaranmış olur, bu da plazma meydana gətirir. Həmin bu axın, maqnit sahəsini elektik sahəsinə çevirərək yüklü ionların sürətlənməsinə təkan verir. Bunlar da mühərrikdən "Lorentso qüvvəsi" sayəsində çıxırlar.
Bu izah edilənlər kifayət qədər elektrik enerjisi tələb edə bilər.
Elm adamlarının bu məsələyə yeni yanaşımı, maqnit qalxan yaratmaqla kameranın divarlarını yüklü ionlardan qorumaqdan ibarətdir. NASA alimlərinin açıqlamasına görə, kameranın divarlarına təzyiq göstərməyəcək maqnit sahə yaratma üsulu artıq hazırdır və ilkin sınaqlar uğurlu nəticələr vermişdir.
Sözsüz ki gələcəkdə daha böyük ion mühərriklərinin hazırlanmasıyla alimlər daha çox çətinliklərlə üzləşəcəklər, amma həll oluna bilməyəcək hesab edilən əsas çətinlik aradan qaldırıldı. Başqa sözlərlə, indiyə qədər bizə fantastik görünən kosmik missiyalara bir addım da yaxınlaşdıq. Kim bilir, bəlkə də kosmik səyahətlərə çıxmağımıza çox az qaldı.
Qaynaq: Space , NASA

0 şərh var:
Post a Comment