East Anglia Universiteti (UEA) Təbiət Elmləri fakultəsində aparılan tədqiqatda elmi-tədqiqatçı qrup qalaktikamız xaricindəki planetləri araşdıraraq, Yerin nə qədər müddətə "həyat üçün əlverişsiz" hala gələ biləcəyini öyrənməyə çalışdı.
Nəticələri Astrobiology jurnalında dərc olunan tədqiqatda, getdikcə qızan ulduzların, Yerin də içində olduğu yeddi planetdəki "həyat üçün əlverişli bölgələr" üzərindəki təsirləri araşdırıldı.
Tədqiqata başçılıq edən Andrew Rushby mətbuata verdiyi açıqlamada bunları bildirdi:
"Tədqiqata görə, təxminən 1,75 milyard il sonra Yerdəki şərtlər insanların həyatı üçün əlverişli olmayacaq. Günəşin həcmi böyüyəcək, temperatur artacaq və okeanlar buxarlanacaq. Şərtlər insan həyatının davam etməsi üçün qeyri-mümkün hala gələcək. Amma tədqiqatda insanın səbəb olduğu iqlim dəyişikliyi ya da bir meteoritin planetimizlə toqquşması və ya atom müharibəsi kimi insan həyatını yox edə biləcək ehtimallar nəzərə alınmadı."
Qaynaq: NBC News
0 şərh var:
Post a Comment