Tədqiqatçılar Avstraliyanın şərqində ördəkburunların nəsli kəsilmiş növünə aid fosillər tapdılar. Fosillər qədim ördəkburunların bu günkilərdən 2 dəfə böyük olduğunu və kiçik onurğalılar, həşəratlar və planktonlarla qidalandıqlarını təsdiq etdi. Nəsli kəsilmiş ördəkburun növü Obdurodon tharalkooschild adlandırıldı. Nəticələr Journal of Vertebrate Paleontology jurnalında dərc edildi.
Kolumbiya Universitetindən olan Rebecca Pian:
Pian və həmkarları Queensland bölgəsində orta və gec Miosen dövrünə aid yataqları araşdıraraq Avstraliya sularında yaşayan müasir ördəkburunların potensial yaxın qohum növünü tapdılar. Alimlər burada iri kisəli məməlilərə aid bir neçə diş fosili nümunəsinə rast gəldiklərini dedilər. Fosillərin analiz və müqayisə etmə işlərindən sonra, elm adamları qalıqların qədim nəhəng ördəkburuna aid olduğu qənaətinə gəldilər.
Diş qalıqlarının analizləri növün təkcə planktonlarla deyil, həm də kiçik onurğalılar və həşəratlarla qidalandığını göstərdi. Qida rasionunda balıqlar və amfibiyaların olduğunu qeyd edən alimlər, növün təxminən 15-5 milyon il əvvəl yaşadığını açıqladılar.
Qədim ördəkburunların daha iri olduğu faktı bu növlərin təkamülünün hesab etdiyimiz kimi asan baş vermədiyini göstərir. Alimlərin dediyinə görə, Avstraliyada nəsli kəsilmiş nəhəng ördəkburunlarla birlikdə, həm də bu günki kiçik ölçülərə qədər təkamülləşmiş ördəkburunların əcdadları yaşamış ola bilər.
Qaynaq: Live Science , The Conversation

"Yumurtaqoyan məməlilər, misalçün, ördəkburun və yexidnalar cənub qitələrdəki məməlilərin təkamülünün son izləridir. Yeni tapılan ördəkburun növləri müasir yumurtaqoyanların necə təkamülləşdikləri mövzusunda məlumatlar gətirəcək."
Pian və həmkarları Queensland bölgəsində orta və gec Miosen dövrünə aid yataqları araşdıraraq Avstraliya sularında yaşayan müasir ördəkburunların potensial yaxın qohum növünü tapdılar. Alimlər burada iri kisəli məməlilərə aid bir neçə diş fosili nümunəsinə rast gəldiklərini dedilər. Fosillərin analiz və müqayisə etmə işlərindən sonra, elm adamları qalıqların qədim nəhəng ördəkburuna aid olduğu qənaətinə gəldilər.
Diş qalıqlarının analizləri növün təkcə planktonlarla deyil, həm də kiçik onurğalılar və həşəratlarla qidalandığını göstərdi. Qida rasionunda balıqlar və amfibiyaların olduğunu qeyd edən alimlər, növün təxminən 15-5 milyon il əvvəl yaşadığını açıqladılar.
Qədim ördəkburunların daha iri olduğu faktı bu növlərin təkamülünün hesab etdiyimiz kimi asan baş vermədiyini göstərir. Alimlərin dediyinə görə, Avstraliyada nəsli kəsilmiş nəhəng ördəkburunlarla birlikdə, həm də bu günki kiçik ölçülərə qədər təkamülləşmiş ördəkburunların əcdadları yaşamış ola bilər.
Qaynaq: Live Science , The Conversation
0 şərh var:
Post a Comment