Zülal kodlaşdıran genlərdəki silinmələr və əlavələr çərçivə sürüşdürücü mutasiyalara səbəb ola bilər. DNT 3-lü kodlar halında oxunduğu üçün 1 bazis cütünün silinməsi belə, kodların düzülməsini pozaraq mənasız zülal istehsalına yol açaraq genin funksiyasını pozur. Nadir hallarda baş verən bu mutasiyalar bütün genetik funksiyanı tamamilə silə bilər.
Möhkəm olun və kəmərlərinizi bağlayın: Hamımızın dişlərində mina təbəqəsi var, bunu hamımız bilirik. Mina təbəqəsi olduqca möhkəm təbəqədir və əsas vəzifəsi dişlərimizi xarici faktorlara qarşı qorumaqdır. Lakin, bəzi canlıların dişlərində mina təbəqəsi yoxdur. Müasir növlərə və aralarındakı təkamül əlaqələrinə baxdığımızda, belə nəticə ilə qarşılaşırıq: əgər təkamül nəzəriyyəsi doğrudursa və bütün heyvanlar ortaq əcdaddan gəlirsə, mina təbəqəsi olmayan heyvanların da əcdadlarında mina təbəqələri olmalıdır, çünki ən qədim dövrlərə aid növlərdə də bu təbəqəyə rast gəlinir. Bu səbəbdən, təkamül nəzəriyyəsinə görə bu mina təbəqəsi sonradan itirilmiş olmalıdır.
Bu hipotezi elmi olaraq test edək. Mina təbəqəsini yaradan başlıca zülalın adı enamelin zülalıdır. Bəzi balinalar, zirehlilər və qarışqayeyənlərin dişlərində mina təbəqəsi yoxdur və bu canlılar enamelin zülalını istehsal edə bilmirlər. Əgər canlılar ortaq əcdaddan gəldisə və mina təbəqəsi olmayan canlılar təkamül müddəti içərisində bu təbəqəni itirdilərsə, ''enamelin zülalı istehsal etməyən'' canlılarda funksiyasını itirmiş enamelin genləri olmalıdır. Çünki genlər anidən itə bilməzlər, əvvəlcə funksiyasız hala gələrlər, ardından vəziyyətə bağlı olaraq yox ola bilərlər.
Alimlər bir çox canlıların DNT-sini yaxşıca araşdırdılar və bütün məməlilərin enamelin zülalı kodlaşdıran ENAM geninə sahib olduğunu təsdiqlədilər. Enamelin zülalı istehsal etməyən zirehlilərdə funksiyası pozulmuş ENAM geni tapılmışdı. Aparılan tədqiqatlar nəticəsində gen üzərində təsiri olmuş çərçivə sürüşdürücü mutasiyalara rast gəlindi. Çərçivə sürüşdürücü mutasiyalar bu genləri əvvəllər pozmuşdu. Yəni bu canlılar ENAM geninə sahib olduqları halda, yığılan zərərli mutasiyalarla bu zülalı istehsal edə bilmirdilər. Buna görə də dişlərinin minası yox idi.
İndi isə daha möhkəm durun. Bəzi canlıların ENAM genlərinin, eyni nöqtədə meydana gələn çərçivə sürüşdürücü mutasiyalar səbəbindən pozulduğu məlum oldu. Çərçivə sürüşdürücü mutasiyalar olduqca nadir hallarda baş verir. Bir neçə canlının eyni geni, eyni nöqtədəki mutasiyalarla bir-birindən tamamilə ayrı olaraq pozulmuş ola bilməz, bu, riyazi olaraq çox aşağı ehtimaldır. Bu səbəbdən bu mutasiyalar təkamül müddətindəki ortaq əcdadlarda meydana gəlmiş və növlərə ötürülmüş olmalıdır. Məsələn, Manis pentadactyla və Manis tricuspis növlərinin ENAM geninin 1362-ci nukleotidində silinmə mutasiyası var. Bu mutasiya zülal istehsalını pozmuşdur. Digər heç bir canlı növündə bu mövqedə silinmə yoxdur. Bu silinmə, Manis növlərinin ortaq əcdadlarından qalmışdır və bu vəziyyət başqa heç cür izah oluna bilməz.
Bunun kimi ortaq paylaşılan silinmə mutasiyalara daha çox növdə rast gəlinir. Oxşar gen eyni səhv nəticəsində pozulmuşdur. Enamelin zülalını sintez edə bilməyən bu canlıların da ENAM geninə sahib olması, pozucu mutasiyaların tək-tək göstərilə bilməsi və bəzi mutasiyaların ortaq olması yalnız və yalnız təkamülə işarə edir.
Qaynaq: PLoS Genetics

0 şərh var:
Post a Comment