ABŞ-dan olan tədqiqatçılar marixuananın faydasını tapdıqlarını açıqladılar. Marixuananın komponentləri immun sistemini insanda immunçatışmazlığı virusundan (İİV) qoruya bilər. Tədqiqatın nəticələri AIDS Research and Human Retroviruses jurnalında dərc edildi.
Amerikadan olan alimlər aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq marixuananın tərkibindəki komponentlərin immun sistemini insan immunçatışmazlığı virusundan qoruya biləcəyini deyirlər.
Marixuana, elmi adı cannabis - kənafdan (və ya çətənə) hazırlanan psixoaktiv vasitə. İnsan orqanizminə təsiri kənafdaki psixoaktiv maddələrlə (kannabinoidlər) əlaqəlidir, ən təsirlisi delta-9-tetrahidrokannabinoldur. Mütəxəssislər üç əsas kənaf növləri olduğunu bildirirlər: Cannabis sativa, Cannabis indica və Cannabis ruderalis. Cannabis ruderalis tərkibində ən az tetrahidrokannabinol olan növdur.
Alimlər tədqiqatda meymunlar üzərində təcrübələr apararaq marixuananın tərkibindəki əsas psixoaktiv komponent tetrahidrokannabinol (THK) istifadəsinin bağırsaqda yerləşən immun hüceyrələrini qoruduğunu aydınlaşdırdılar.
Təcrübələrin nəticələrinə görə THK T-hüceyrələrini (limfositlər) qoruyaraq bağırsaqda İİV aktivliyinin qarşısını alır.
İİV - insanda immunçatışmazlığı virusu, son mərhələsi QİÇS adıyla tanınan infeksion xəstəliyə səbəb olur. Virus selikli qişanın birbaşa əlaqəsi və ya İİV daşıyan qan, sperma, vaginal ifrazatlar, döş südü və s. yollarla ötürülür.
Mütəxəssislər qeyd edirlər ki, marixuananın komponentləri ən az xəstəliyin inkişafını yavaşlada bilər. Perspektivdə alimlər tetrahidrokannabinol modifikasiyasını İİV ilə mübarizə üçün istifadə etməyi planlaşdırırlar.
Həmçinin oxuyun:
Siqaret asılılığı neandertallardan qaynaqlanır
Elektroşok vasitəsilə xatirələr silindi
Yaşlanmağın sirri tapıldı

0 şərh var:
Post a Comment