Kent Universitetindən (Britaniya) olan Stephen Lowry və həmkarları Yarkovsky effekti adı ilə tanınan təsirin təzahürlərini izləyərək, tozu Yerə 2005-ci ildə yapon zondu "Hayabusa" köməyi ilə gətirilən İtokawa asteroidinin ilk dəfə iç hissəsinə baxmağa nail oldular. Tədqiqatın nəticələri 5 fevral 2014 tarixində Astronomy & Astrophysics jurnalında dərc edildi.
Alimlər Çilidə yerləşən Avropa Cənubi Rəsədxanasının (ESO) NTT teleskopu vasitəsilə İtokawa asteroidinin dövrünü müşahidə edərək ilk dəfə bir asteroidin içərisinə göz gəzdirib onun nüvə strukturunun eyni kimyəvi tərkibli olmadığını aydınlaşdırdılar.
19-cu əsrin sonlarında rus mühəndisi İvan Yarkovsky asteroidin səthini Günəş altında qızdırdıqda və gecə onun soyuduğunda asteroidin bir növ "mühərrik" kimi işləyə və zamanla orbitindən uzaqlaşa biləcəyinin fərqinə varmışdı.
Bu fenomenin gücü asteroidin bir neçə xüsusiyyətindən asılıdır - onun əks olunma bacarığı və kimyəvi tərkibi kimi. Kiçik səma cismlərinin kütləsinin hesablanması üçün düşünülən Yarkovsky effekti, onların orbitlərinin necə dəyişiləcəyinin anlaşılması üçün də istifadə edilir. Məqalənin müəllifləri qeyd edirlər ki, bu effektin gücünün dəyişiklikləri üzərindəki fasiləsiz müşahidələr İtokawa asteroidinin səthinin müxtəlif hissələrindəki kimyəvi tərkibin və mineralların fiziki xüsusiyyətlərinin fərqliliklərini ortaya çıxarmalıdır.
NTT teleskopunun alətlərini istifadə edərək Lowry və həmkarları asteroidin fırlanma sürətinin getdikcə artdığını öyrəndilər - hər il onun öz oxu ətrafındaki dövr mərhələsi 0,045 saniyə qısalırdı. Bu, İtokawa'nın "qantelinin" iki yarısının fərqli minerallardan təşkil olunduğunu göstərir.
Qaynaq: Phys.org

"İlk dəfə bir asteroidin nüvəsinin nəyə oxşadığı və orada nələrin baş verdiyinə dair məlumatlar əldə etməyə nail olduq. Struktur baxımından İtakowa'nın qarışıq olduğunu öyrəndik və bu tapıntı Günəş sistemindəki obyektlərin davranışlarına nəzarət edən qanunların öyrənilməsi yolunda atılmış böyük addım hesab edilməlidir", - Lowry deyir.
Qaynaq: Phys.org
0 şərh var:
Post a Comment