Amerikalı alimlər Stiven Hokinqin xəstəliyi ilə mübarizə aparmağın üsulunu tapmağa nail oldular. Həmçinin onun xəstəliyindən əziyyət çəkən bir çox digər insanı müalicə etməyin də. Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc edildi.
Tədqiqatçılar beyin toxumalarındaki iltihablarla, xüsusilə də dağınıq sklerozla əlaqəli xəstəlikləri müalicə etməyin üsulunu tapdıqlarını açıqladılar. Mütəxəssislər qanda əvvəllər məlum olmayan tənzimləyici hüceyrələri aşkar etməyə nail oldular, hansılar ki ehtiyac olduqda hiperaktiv T-hüceyrələri (beyin toxumaları iltihablarının təşəbbüskarları) ilə mübarizə aparmağa qadirdirlər.
Nəticədə bu hüceyrələrin FoxA1 adlanan molekulu yaratmağa cavabdeh olduğu aydınlaşdırıldı. Bu, məhz iltihabları yatıran molekuldur.
Alimlər ümid edirlər ki, kəşfləri beyin toxumalarındaki iltihabların səbəb olduğu xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək. Bu insanlar arasında yan tərəf amiotrofik sklerozdan əziyyət çəkən məşhur astrofizik Stiven Hokinq də var.
Yan tərəf (lateral) amiotrofik skleroz həm də motor neyronların xəstəliyi, motor-neyron iflici, Şarko xəstəliyi və s. adlanır. Bu, mərkəzi sinir sisteminin yavaş irəliləyən, degenerativ xəstəliyidir. Üst və alt hərəkət edici neyronların məğlubiyyəti ilə xarakterizə edilir. Bütün bunlar iflic və ardından əzələlərin atrofiyasına gətirib çıxarır. Tənəffüs yollarının infeksiyaya yoluxması və tənəffüs muskulaturası çatışmazlığı isə ölümə səbəb olur.
Həmçinin oxuyun:
Ölümsüzlük mümkündür
Hokinq sayəsində öyrəndiklərimiz
Hokinq: "Qara dəliklər mövcud deyil"

0 şərh var:
Post a Comment