İllərdir fiziklər və mühəndislər obyektlərin dünyadakı davranışlarını anlamaq üçün kompüter simulyasiyaları inkişaf etdirməyə çalışırlar. Zəlzələ olmadan əvvəl bir körpünün zəlzələ əsnasında və sonrasındakı halını görmək istəməzdiniz? Super Mario oyunlarında əslində bilmədən davamlı istifadə etdiyimiz simulyasiyalar həyatımızın hər mərhələsində beynimizin içərisindədir. Fotoşəkilə bir daha baxın, oyunun bu hissəsində sisternin gəlməsini, sizin ona doğru qaçma sürətinizə bağlı tullanmağınızı və bir çox oxşar vəziyyətin simulyasiyasını edirsiniz. Simulyasiyalar dünyasına daxil olaq və nələr baş verdiyini görək.
Massaçusets Texnologiya İnstitutundan olan alimlər insanların fiziki dünyanı anlamağa çalışdıqlarında və ya təxmin qurduqlarında, demək olar ki, hamının eyni şeyi etdiyini iddia edirlər. Hamımız bir hadisənin nəticəsi ilə maraqlandığımızda beynimizdə o hadisənin simulyasiyalarını yaradırıq. Tədqiqatçılar insan beyninin fiziki dünyanı dərk etmə məntiqini modelləşdirmək üçün açıq ehtiyat kodlu kompüter oyunlarının fizika mühərrikini istifadə edirlər. Bu mühərrik video oyunlarını daha realistik etmək üçün fizika qanunlarını tətbiq edən proqramdır. Nümunə vermək lazım olsa, Angry Birds'ü götürə bilərik. Fizikanın üfüqi atış və sərbəst düşmə kimi qanunlarının həyata keçirildiyi Angry Birds'ün müvəffəqiyyətinin arxasındakı faktorlardan biri də budur.
Piter Battalya və həmkarlarının təkmilləşdirdiyi video oyun əsaslı kompüter modeli insan beyninin fiziki düşünmə dünyası ilə daha əvvəlki bütün təcrübələrdən daha yaxşı uyğunlaşma göstərir. Tədqiqatçılar təcrübədə iştirakçılardan fiziki qanunların tətbiq olunduğu bəzi təxminlər etmələrini istədilər. Məsələn, külək sürətli əsərsə binanın damındaki daş düşər bilərmi? Düşsə hara düşə bilər? Hər dəfəsində iştirakçıların etdikləri təxminlər kompüter təxminlərilə yaxın çıxdı, amma real dünyanın nəticələriylə çox da yaxınlıq təşkil etmədi.
Bir binanın damından düşən kərpicin 30 metr aşağıda dəqiq hara düşəcəyini müşahidə edərək anlamaq, sözsüz ki, çox çətindir. Bunun üçün insanlar müxtəlif uzunluqda xətkeşlər və hesablama vasitələri icad ediblər. Keçmişə baxdığımızda zəlzələ əsnasında evdə nə olacağıyla əlaqədar yürütdüyümüz təxminlər intuitiv görünür. Bir çox alimin ortaq düşüncəsinə əsasən, indiki vaxtda insanlar dünyanı dərk etmədə göz qərarı ilə etdiyi hesablamalara, bir başqa deyimlə, "baş barmaq qaydalarına" etibar edir.
Başqa bir problem də simulyasiya hesablamalarına güvənməyin nə dərəcədə məntiqli olduğu ilə əlaqəlidir. Hər şeydən əvvəl əgər beynimizdə bir fizika simulyatoru varsa, elə isə əsrlər ərzində bu qədər fizika qanunu niyə kəşf edildi və məktəblərdə niyə hələ də fizika qanunları oxudulur? Cavabın bir hissəsi açıq və qapalı məlumat arasındakı fərqdən qaynaqlanır. Bir quş universitetdə aerodinamika dərsi deyə bilməz, eynən bizim də yeriyə bilmək üçün biofizika oxumağımız gərəkli deyil, amma qapalı məlumat sayəsində düşünmək və yerimək üçün qəti qaydalara ehtiyacımız yoxdur.
Həmçinin oxuyun:
Zaman səyahətçisi internetdə axtarılır
Niyə uşaqlar 7 yaşlarından əvvəlini xatırlamır?
Əlaqənin çətinlikləri

0 şərh var:
Post a Comment