Əsrlər ərzində alimlər insanın orqanizmindəki, ilk baxışdan lazımsız kimi görünən müəyyən orqanların hansı funksional rolları oynadığını aydınlaşdırmağa çalışırdılar. Bunlar arasında ən yararsızları appendiks, büzdüm sümüyü, tük cildi və ya örtüyü, kişilərdəki məməcik və s. orqan və üzvlər hesab edilir.
Çarlz Darvin öz məşhur "Növlərin Mənşəyi" kitabında təkamül müddətində qorunub qalmış insan orqanizminin "rudimentlərini" qeyd etmişdir. Darvin bu rudimentar orqanların, banisi olduğu təkamül nəzəriyyəsinin ən parlaq dəlillərindən olduğunu iddia edirdi: bu orqanlar əcdadlarda sağ qalmaq üçün vacib idisə, zamanla funksionallıqları itmişdi.
Bioloqlar qeyd edir ki, müxtəlif növlərin orqanizmlərindəki oxşar orqanların varlığı, onların bir vaxtlar ortaq əcdadı bölüşdüklərini göstərir. Rudiment orqanlar növlərarası qohumluq əlaqəsini müəyyənləşdirməyə yardım təmin etməklə yanaşı, həm də hər bir növün təkamül tarixini izah edir.
Rudiment orqanizmin degenerativ və ya korlaşmış formada qorunub qalmış artıq orqan və strukturlarına deyilir. Rudimentlərin təzahürünü alimlər uzunmüddətli təkamül fəaliyyəti ilə açıqlayır: bu orqanlara olan ehtiyac itirilsə də, onların funksionallığına nəzarət edən genlər insan DNT-sində hələ də mövcudluğunu davam etdirir.
Tədqiqatçılar artıq uzun müddətdir ki belə orqanların sirlərini açmağa çalışırlar. Bir çox hipotez və nəzəriyyələr hazırlanır. Hər şeydən əvvəl alimləri rudiment orqanın hər hansı bir əlavə funksiyasının qalıb-qalmadığı ilə bağlı suallar maraqlandırır. Təkamülün müəyyən bir mərhələsində onların hansı rolları olduğunu aydınlaşdırmaq üçün də az zaman israf edilmir.
Otyeyən onurğalı heyvanlarda appendiks orqanı bizdəkindən daha iri və inkişaf etmiş formadadır. Əsas vəzifəsi heyvanlarda çoxlu bitki mənşəli qidaların həzminə yardım etməkdir. İnsan appendiksi isə nəzik bağırsağın yoğun bağırsağa keçidində yerləşən kiçik çıxıntıdan ibarətdir, hansı ki digər canlılardan fərqli olaraq, bizim həzm prosesində iştirak etmir.
Bioloqlar bu rudiment orqanın otyeyən əcdadlarımızdan miras qaldığına artıq əmindirlər. Paleontoloq Alfred Şervud Romerin "Onurğalıların Orqanizmi" kitabında qeyd etdiyi kimi, appendiksin əsas faydası hər il çoxlu sayda appendektomiya əməliyyatı edən cərrahlaradır.
Kişilərin məməciklərə nə ehtiyacı var?
Kişilərdə məməciklərin varlığı qədimdən zarafatlara səbəb olmuşdur. Bir çox skeptiklər, təkamül nəzəriyyəsini şübhə altına salaraq kinayə ilə deyir: "Bəs siz necə düşünürsünüz, əgər kişilərdə məməciklər varsa, bu o demək deyilmi ki, onlar qadınlardan yaranıb?"
Sözsüz ki, bu belə deyil. Sadəcə qadınlar kimi kişilər də embrionun erkən mərhələsində məməciklərə sahib olur. Bu mərhələdə uşağı cinsiyyətsiz hesab etmək olar, çünki yalnız sonraki embrional mərhələlərdə "hormon partlayışı" baş verir və cinsiyyət formalaşır. Lakin embriondaki məməciklər bundan əvvəlki mərhələlərdə meydana gəlir.
Ümumiyyətlə süd vəzilərinə, cinsiyyətdən asılı olmayaraq, bütün məməlilərdə rast gəlinir. Kişilərdəki məməcikləri rudiment hesab etmək olar, baxmayaraq ki onlar da seksual coşma prosesində müəyyən rol oynaya bilər. Həmçinin kişilərin sinəsinin süd istehsal etdiyi ilə bağlı hadisələr qeydə alınıb. Süd vəziləri səbəbinən həm də kişilərdə döş xərçəngi olur - təbii ki, çox nadir hallarda.
Büzdüm insan və digər quyruqsuz heyvanların onurğasının aşağı hissəsində yerləşir və özü ilə birlikdə bağlı bir neçə rudimentar fəqərələr təqdim edir. Bu rudiment bizə quyruqlu meymunabənzər əcdadlarımızdan qalmışdır. Əcdadlar bu üzvü tarazlığı saxlamaq, ünsiyyət qurmaq və obyektləri tutmaq üçün istifadə edirdi.
Şüurlu insanın əcdadlarının düz yeriməyi öyrəndiklərindən bu yana quyruğa olan ehtiyac azalmış və çıxıntısı təbii seçmə prosesində zamanla yox olmuşdur. Bəzi alimlər büzdüm sümüyünün insan orqanizmindəki əlavə funksiyalarından bəhs edir: bu üzv fiziki yükün distribusiyası, əsasən də oturaq vəziyyətdəki insanın əyilməsində müəyyən rola malikdir. Lakin büzdümün uğurlu cərrahi çıxarılmasına dair kifayət qədər təcrübələr var və belə bir addım xəstələr üçün heç bir mənfi nəticələrə səbəb olmayıb.
Bəzən uşaqlar büzdümdə bir neçə artıq fəqərələrlə doğulur, yəni atavizm hesab edilən kiçik quyruqla. Belə hadisələr insanın sağlamlığına hər hansı bir təsir göstərmir. Buna baxmayaraq orta əsr Avropasında Kilsə belə uşaqlara "İblisin balası" adı verərək, onları anaları ilə birlikdə yandırmağı əmr edirdi.
Piloereksiya periferik sinir sonluqlarının stimulyasiyasından yaranır, hansı ki tük follikullarının əzələ sıxılmasına nəzarət edir. Belə olduqda insan bədənindəki tüklər qalxaraq "qaz dərisi" effektini meydana gətirir.
Dərisi qatı tüklə örtülü heyvanlarda bu proses olduqca vacibdir: aqressiya və ya qorxunun səbəb olduğu stimullaşdırmada (təşviq etmə) heyvanın tükləri "biz-biz durur". Bu üsulla potensial rəqib və ya qurbanına sanki daha iri və güclü olduğunu göstərmiş olur.
Təkamül müddətində təbiətdən kənar çıxmış və tük cildinin böyük miqdarından azad olmuş insan isə artıq "tük ürpəşməsinə" və ya " biz-biz duran tüklərə" ehtiyac duymur, lakin rudimentar effekt öz reaksiyaları ilə hələ də qorunur.
Şübhəsiz ki, insan bədənindəki bəzi tüklü hissələr bu gün də əhəmiyyətlidir, bu səbəbdən funksionallıqları olduğu kimi qalır. Məsələn, qaşlar gözü tər damlalarından qoruyur, kişi üzündəki qatı tüklər isə təbii seçmə prosesində üstün seksual xüsusiyyət olaraq qalmışdır. Bundan başqa son tədqiqatların nəticələrinə görə üz tükləri soyuq və şüaya qarşı qoruyucu funksiya yerinə yetirir.
Orijinal məqalə buradadır
Həmçinin oxuyun:
Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Y-xromosomu və kişilər yox olmayacaq

Appendiks

Büzdüm

Piloereksiya effekti

0 şərh var:
Post a Comment