Alimlər dünyanın ən böyük Adron Kollayderində edilən ən son təcrübələrdə yeni hissəciyin kəşf edildiyini açıqladılar. Z(4430) adı verilən hissəciyin eyni zamanda "tetrakvark" olaraq adlandırılan bir materiya formasının dəlili də ola biləcəyi hesab edilir.
CERN-in Böyük Adron Kollayderində (LHC) aparılan tədqiqatlar Z(4430) hissəciyinin varlığını təsdiqləyib. Maddənin əsas komponentlərindən olan və birləşərək adronları meydana gətirən kvarkların bu günə qədər ikili və üçlü hissəciklər halında bir araya gəldikləri bilinirdi. Ən son təcrübələr isə dörd kvarkın bir araya gələrək "tetrakvark" adı verilən yeni hissəcik meydana gətirdiyini sübut etdi.
Tetrakvark kəşfini test etmək üçün hələlik mürəkkəb kvant hesablamalarının aparılmadığını bildirən Merilend Universitetindən olan Tomas Koen, fizika qanunlarının tetrakvarkın meydana gəlməsinə icazə verib-vermədiyini hesablamaq üçün lazım olan böyüklükdə kompüterlərin də hələlik əldə olmadığını vurğuladı.
Fransa-İsveçrə sərhədində yerləşən 27 kilometrlik Adron Kollayderində aparılan tədqiqatlarda tetrakvarka aid olduğu hesab edilən 4000 min hissəciyin izinə rast gəlinib.
Həmçinin oxuyun:
Antiqravitasiya axtarışları başlandı
Nobel mükafatına layiq kəşfə imza atıldı
Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?

0 şərh var:
Post a Comment