Oksford Universitetindən olan alimlər insanın strateji planlaşdırmasına və çox məsələliyə cavabdeh olan beyin nahiyyəsini aşkar ediblər. Beyin nahiyyəsinin meymunlar daxil olmaqla heyvanlarda mövcud olmadığı qeyd edilir.
Prefrontal qabığın alın hissəsinin yan nahiyəsi adlandırılan yeni beyin bölgəsinin insanları digər canlılardan fərqləndirən xüsusiyyət olduğu hesab edilir. Tədqiqatla əlaqədar məqalə Neuron jurnalında dərc edildi.
Tədqiqatın müəlliflərindən olan Oksford Universiteti professoru Matthew Rushworth beyin nahiyyəsinin düşüncə prosesləri ilə əlaqəli olduğunu deyir.
Araşdırılmış nahiyyə baş beyin qabığının ventrolateral alın hissəsi adlanan bölgədə yerləşir. Alimlər əvvəllər bu hissəni yüksək düşüncə səviyyəsi ilə əlaqələndirirdilər. Nahiyyədə həmçinin dil və danışığa nəzarət edən Brok hissəsi yer alır.
Tədqiqatda iştirak edən Rushworth və həmkarı Franz-Xaver Neubert 25 insanın maqnetik rezonans tomoqrafiyası nəticələrini 25 makakanınkilə müqayisə etdilər. Sonda ventrolateral nahiyyənin 12 hissəsindən 11-in eyni olduğunu aydınlaşdıran alimlər dəqiqləşdirilmiş dar hissəyə makaka beynində rast gəlmədiklərini bildirdilər.
Strateji planlaşdırma, çox məsələlik və qərar verməyə nəzarət edən bu nahiyyənin insanı heyvanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri olduğu hesab edilir.
Həmçinin oxuyun:
İnsanlar heyvanlardan ağıllı deyillər
Elmin gəldiyi son razılıq: "Heyvanlar da şüurludur"
Seks beyin fəaliyyətini gücləndirir

"İnsana xas olan və bütün bu hərəkətlərimizi yerinə yetirməyə yardım edən beyin hissəsini aşkar etdik", - Rushworth izah edir.
Araşdırılmış nahiyyə baş beyin qabığının ventrolateral alın hissəsi adlanan bölgədə yerləşir. Alimlər əvvəllər bu hissəni yüksək düşüncə səviyyəsi ilə əlaqələndirirdilər. Nahiyyədə həmçinin dil və danışığa nəzarət edən Brok hissəsi yer alır.
Tədqiqatda iştirak edən Rushworth və həmkarı Franz-Xaver Neubert 25 insanın maqnetik rezonans tomoqrafiyası nəticələrini 25 makakanınkilə müqayisə etdilər. Sonda ventrolateral nahiyyənin 12 hissəsindən 11-in eyni olduğunu aydınlaşdıran alimlər dəqiqləşdirilmiş dar hissəyə makaka beynində rast gəlmədiklərini bildirdilər.
Strateji planlaşdırma, çox məsələlik və qərar verməyə nəzarət edən bu nahiyyənin insanı heyvanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri olduğu hesab edilir.
Həmçinin oxuyun:
İnsanlar heyvanlardan ağıllı deyillər
Elmin gəldiyi son razılıq: "Heyvanlar da şüurludur"
Seks beyin fəaliyyətini gücləndirir
0 şərh var:
Post a Comment