ABŞ və Cənubi Koreyadan olan tədqiqatçılar orta yaşlı siçovul və siçanlar üzərində bir neçə tədqiqat apardıqdan sonra maraqlı nəticələr əldə etdilər.
Maryland Universitetindən olan psixoloqlar seksual təcrübənin, qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçidinə cavabdeh olan hipokampdaki yeni neyronların inkişafını stimullaşdırdığını aşkar etdilər.
Təcrübənin nəticələri seksual əlaqədən sonra yetkin siçovullarda neyrogenez prosesinin sürətləndiyini göstərdi: beyinləri faktiki olaraq cavanlaşırdı. Seksual fəaliyyətin qarşısı alındıqda isə neyronların artımı prosesi yenidən zəifləyir, beyin funksiyası aktivliyinin sürəti azalırdı.
Cənubi Koreyanın Kontuk Universitetindən olan bir qrup tədqiqatçı belə qənaətə gəldi ki, davamlı seks müvəffəqiyyətli şəkildə stressin beynə verdiyi mənfi təsirin qarşısını alır. Beyindəki neyronların artımını tormozlayan məhz stressdir. Seksual əlaqədən sonra isə bu funksiya bərpa olunur.
Qaynaq: Telegraph

0 şərh var:
Post a Comment