Bu gün alimlər xərçəng kimi bir çox insan xəstəliklərinin modelləşdirilməsi üçün transgenik siçan və siçovulları istifadə edirlər. Gəmiricilərin genom dəyişdirilməsi texnikası rekombinasiya hadisəsinə, yəni DNT molekulları arasındaki bölgə mübadiləsinə əsaslanır. Bu üsul tez artan gəmiricilərdə işləyir, amma meymunlar üçün uyğun deyil. Digər yandansa sinir sistemi xəstəlikləri kimi bir çox xəstəlikləri gəmiricilər üzərində araşdırmaq çox çətindir.
Bu ana qədər primat genomlarını "redaktə etmək" üçün viruslar DNT-nin lazımlı bölgəsinə yerləşdirilirdi. Lakin burada virusun dəyişikliyə uğratdığı DNT bölgəsinə nəzarət etmək çətinləşirdi. Çinli alimlər ilk dəfə primatlar üzərində CRISPR/Cas9 adlı yeni texnikanı sınaqdan keçirdilər. Bu texnikada genom redaktəsi üçün RNT fraqmentlərindən istifadə edilir. RNT fraqmentləri, DNT molekulunun lazımlı bölgədə bölünməsinə nəzarət edən Cas9 fermentini istiqamətləndirir.
"Apardığımız tədqiqat CRISPR/Cas9'un, yan mutasiyalara ehtiyac duymadan eyni zamanda iki lazımlı geni dəyişdirməyə imkan yaratdığını göstərir. Nəzərə alsaq ki, bir çox insan xəstəlikləri genetik zədələrdən meydana gəlir, o halda meymun genomunun məqsədyönlü modifikasiyası insan xəstəlikləri modellərini əldə etmək üçün dəyərsiz hesab olunmalıdır", - Nanjing Tibb Universitetindən olan Jiahao Sha qeyd edir.
Sha və həmkarları 186 krabyeyən makaka embrionlarının üç genini dəyişikliyə uğratdılar. Ardından alimlər embrionlardan 83-ü 29 dişi makakaya implantasiya etdilər. Onlardan biri 2 əkiz dişi makaka doğmağı bacardı. Daha 8 makaka isə doğmaq üzrədir. Balaların genom oxunması işləri onlarda planlaşdırılmış 3 mutasiyadan 2-nin olduğunu göstərdi.
Qaynaq: Cell , ScienceDaily
0 şərh var:
Post a Comment