Andrew Heaton
TV və filmlərdə bizlərə qeyri-adi yadplanetli dünyalarını göstərirlər və bu planetlərin adətən hər hansı bir "mövzusu" olur. Bir planet - tamamilə nəhəng meşədir, digər planet - geniş qar səhrasıdır, üçüncü planetdə isə nasistlər yaşayır. Lakin məlum olduğu kimi planetlər belə qurulmamışdır. Hamı bilir ki, hər hansı bir real planetin yeganə "mövzusu" - inanılmaz və qorxulu dəhşətdir. Elə bu haqda da danışacam...
№5. İşığı udan acgöz planet
Cəhənnəmi planet formasında təsəvvür etməyə çalışın. Yəqin ki içinizdən biri zalım və qıpqırmızı qızğın qayalar haqda düşünəcək, o dərəcədə közərmiş qayalar ki, Terminatoru belə asanlıqla əridə bilər. Başqa birinizin ağlında işığın, sözün əsl mənasında öldüyü qara nəhəng ölüm kürəsi mənzərəsi peyda olacaq. Təbrik edirəm. Birgə səylərimizlə siz bir az əvvəl TrES-2b adı ilə tanınan uzaqlardaki məşhur nəhəngi təsəvvür etdiz.
Əjdaha ulduz qrupundaki ulduzlardan birinin ətrafında dövr edən TrES-2b insanın kəşf etdiyi ən qaranlıq planetdir. Nə qədər qaranlıqdır? O, səthinə kənardan düşən ulduz işığının 99%-i udur. Beləliklə o kömürdən də qaradır, qara boyadan da qaradır, keçmiş sevgilinizin soyuq və bağışlamaq bilməyən qəlbindən də qaradır. Və bu planetin nə vaxtsa acacağı inandırıcı deyil, çünki öz ulduzundan cəmi 4,8 milyon km uzaqlıqdadır. Astronomiya standartları ilə bu yan-yana və üz-üzə dayanmış iki insan kimidir.
Bu həm də sizin Robinzon kimi heç vaxt o Zülmət Planetinə endirilməyəcəyiniz və orada tənhalıqdan ağlınızı itirməyəcəyiniz deməkdir... çünki sizi dərhal Günəşin səthindən cəmi beş dəfə zəif TrES-2b'nin temperaturu öldürəcək. Bu istilik planetin qaranlıq səthini zolaqlara, cəhənnəm maqmasından ibarət göllərə ayırmışdır.
TrES-2b demək olar ki qarşısına çıxan bütün işığı udur və planetin keçilməz zülmətini yalnız Yer ölçüsündə olan qızğın ölüm dənizləri pozur. Şeytani istilik səbəbindən planet üzərində buludlar meydana gələ bilmir və alimlərin dediyinə görə bu planetin niyə qapqaranlıq olduğunu izah edir. Amma bu heç cür onun doymaz iştahını izah edə bilmir. Bu üzrə nəzəriyyələr çoxdur. Bəlkə də bu atmosferin (necə olursa olsun) yoxluğu ilə əlaqəlidir. Bəlkə də burada günahkar olan işığı udan hissəciklərdir. Şəxsən mən düşünürəm ki, bu TrES-2b'nin bir-birinin üzərinə asanca uzanan tektonik plitələri həqiqi mənada min illik qaynanmağa olan nifrətdən qaralıblar.
№4. Sauronun Gözündən keçən planet
Sauronun gözü - kosmik tullantıların əhatəsində olan gənc ulduz Fomalqautun aldığı əsrarəngiz addır. Açıq kosmosda onlar bir yerdə nəhəng gözü xatırladır..
Qırpınmayan...
Əbədi...
Sonsuzluğun dərinliklərindən sizi izləyən bir gözü...
Ulduza insani xüsusiyyətlər bəxş etmək - ah, necə də mənasızdır. Əgər əsl mənzərə daha dəhşətlidirsə, bunun hansı əhəmiyyəti var? Kosmik tullantılar, qayalar, buz və toz bir yerdə bütün Günəş sistemindən təxminən iki dəfə böyük göz diski meydana gətirir. Baxın, görün hansı miqyasları olan obyektlərlə məşğuluq - siz isə elə düşünürsünüz ki, Starbucks'dan olan qız sizə kapuçinonu yalnış hazırlayıbsa, demək bütün gününüz itirilib. İşiniz çox yüngüldür, cənablar.
Yerdən 25 işıq ili uzaqlıqda yerləşən Yupiter ölçülərində olan səma cismi "Fomalqaut b" bu qəddar və amansız tsikli digər bir planetin onu itələyib orbitindən çıxararaq əbədi məhvə sürüklədiyi səbəbindən yaşayır. Bu, əsl kosmik lənətdir və bundan çox layiqli bir kosmik dəhşət janrında film hazırlamaq olar (insanların əvəzinə planetlərlə).
Fomalqaut b adlı səma cismi ulduz ətrafında gözün mərkəzində fırlanır. Nəzərə alsaq ki bu nəhəng kosmik tullantıdaki kiçik qağayıdır, onun tullantılarla addım başı toqquşduğu və planet ölçülərində feyerverklər meydana gətirdiyi fikri olduqca inandırıcıdır.
№3. Buxarlanan planet
KIC 12557548 b - öz ulduzunun onu yavaş-yavaş ölümlə zorladığı planetdir. Yaxşı, bir az abartdım. Onda daha dramatik deyək. Astronomlar gözümüz qarşısında buxarlanan və öz ardında tozlu komet quyruğunu sürüklədiyi ekzoplaneti kəşf etdilər. Bu quyruq qatilin yerlə sürüklədiyi qurbanın yardım istəyərək buraxdığı qanlı izə oxşayır. Yardım isə onsuz da gəlməyəcək...
İndi bir az elmi dəqiqlik artıraq. KIC 12557548 b planeti öz ulduzu ətrafında bir dövrünü 16 Yer saatı ərzində tamamlayır. Bu da deməkdir ki, planetin səth temperaturu qayalıq və mineralların mövcudluğu üçün olduqca yüksəkdir. Amma bu hələ hamısı deyil. Görünür ki Kainat can verən KIC 12557548 b'yə, onun əriyən dağlarına, maqma çaylarına baxıb bunların az olduğunu qərara almışdır. Bu planetdə nəhəng, demək olar ki kiçik planet ölçülərindəki vulkan püskürmələri görünür. Onlar o qədər güclüdür ki, külü kosmosa uça bilir. Əslində yox, kül kosmik radiasiyadan buxarlanır, çünki KIC 12557548 b'dən heç nə uça bilmir.
KIC 12557548 b'dən bu qədər. Gəl indi səndən danışaq, xüsusi və gözəl olan səndən...
...və KIC 12557548 b'nin səthinə eniş etdikdə başına gələ biləcək bütün digər dəhşətlərdən danışaq.
İlk öncə, səmadan sənə göyün yarısını örtən nəhəng parlaq ulduz baxacaq. Lakin qeyri-adi səmaya diqqət yetirməyə belə vaxtın qalmayacaq, çünki 90%-ı toz bənzəri qayalıqlardan təşkil olunmuş atmosferdə nəfəs almış olacaqsan, daha doğrusu, nəfəs də ala bilməyəcəksən. Ardından, əgər səni dərhal güclü zəlzələlər və vulkan püskürmələri məhv etməsə (halbuki cəmi iki nanosaniyəyə məhv edəcək, amma bu dəfə sənə bir qədər uzun dəhşətli və əzablı dəqiqələr şansı verirəm), hər dəqiqə planetdən kosmosa uçurulub toza çevrilən 10 minlərlə tonn kütlənin başına gələnləri yaşayacaqsan.
№2. Daim edam edilən planet
Kepler-36b - Yerdən təxminən iki dəfə böyük kiçik planetdir. Və onu hər zaman və daim Neptuna oxşayan böyük bacısı, qaz nəhəngi Kepler-36c incidir. Planetlərin orbitləri bir-birinə olduqca yaxındır. Təəssüf ki, orbitləri periodik olaraq o dərəcədə yaxınlaşır ki, böyük bacı kiçik bacıya ciddi zərbə endirməli olur. Yaxınlaşma anında Kepler-36c Kepler-36b'yə demək olar ki edam qurur, güllələrin əvəzinə isə onun, bacısını zəlzələlər və vulkan püskürmələrindən ibarət püreyə çevirmək üçün istifadə etdiyi güclü cazibə qüvvəsi var, hansı ki səthi darmadağın edir.
Lakin daha da dəhşətlisi budur ki, kiçik bacının bu cəzadan sonra düzəlməyə bir saniyəsi belə yoxdur. Vulkanlar püskürməyi dayandırdıqda böyük bacı yenidən peyda olur və qəddar zarafatlarına davam edir. Bu da, sanki cədvələ uyğun olaraq hər 97 Yer günündən bir baş verir. Hər 3 aydan bir Kepler-36b tamamilə quruyur və dirilməyə belə zaman tapmır. Böyük bacı Kepler-36c isə bu müddət ərzində daha da qəddarlaşır. Bunun nə ilə qurtaracağını çox yaxşı bilirik.
№1. Üzərində şüşə yağışı yağan planet
HD 189733b planetinin görünüşü aldadıcıdır. İlk baxışdan o yaşayış üçün əlverişli və Yerə çox oxşayan planet kimidir: eynən belə bir mavi kürədir, heç bir halqası, alovları və ayırdedilməz zülməti yoxdur. Hətta orada buludların və hər hansı bir yadplanetli həyatının olduğunu düşünmək olar. Elə isə oraya niyə də uçmayaq?
İş burasındadır ki, HD 189733b planeti əslində planetlər arası səyyahlar üçün kosmik işgəncə yeridir. Həyat üçün tamamilə əlverişsizdir. Bu, həqiqi mənada üzərində süşə qırıntıları yağışları yağan planetdir.
Atmosferində mavi rəng yayan silisium hissəciklərinin böyük miqdarı yer alır. Planetin mavi rəngi, temperaturun (vulkan içərisindəki temperatur qədərdir) silisium hissəciklərini şüşəyə çevirdiyində, daha da parlaqlaşır. Ardından isə planet şüşə qırıntılarını hər tərəfə saatda 6.500 km sürətlə atmağa başlayır. Beləcə qlobal şüşə tornadosu meydana gəlir. Bu, o qədər vəhşi bir mövzudur ki, hətta fantastlar belə buna toxunmur. Yəni, hər nə qədər HD 189733b planeti kənardan istirahət üçün möhtəşəm bir yer kimi görünsə də, əslində kainatın ən böyük qum püskürtmə maşınıdır.
Qaynaq: Cracked
TV və filmlərdə bizlərə qeyri-adi yadplanetli dünyalarını göstərirlər və bu planetlərin adətən hər hansı bir "mövzusu" olur. Bir planet - tamamilə nəhəng meşədir, digər planet - geniş qar səhrasıdır, üçüncü planetdə isə nasistlər yaşayır. Lakin məlum olduğu kimi planetlər belə qurulmamışdır. Hamı bilir ki, hər hansı bir real planetin yeganə "mövzusu" - inanılmaz və qorxulu dəhşətdir. Elə bu haqda da danışacam...
№5. İşığı udan acgöz planet
Cəhənnəmi planet formasında təsəvvür etməyə çalışın. Yəqin ki içinizdən biri zalım və qıpqırmızı qızğın qayalar haqda düşünəcək, o dərəcədə közərmiş qayalar ki, Terminatoru belə asanlıqla əridə bilər. Başqa birinizin ağlında işığın, sözün əsl mənasında öldüyü qara nəhəng ölüm kürəsi mənzərəsi peyda olacaq. Təbrik edirəm. Birgə səylərimizlə siz bir az əvvəl TrES-2b adı ilə tanınan uzaqlardaki məşhur nəhəngi təsəvvür etdiz.
TrES-2b planeti |
Bu həm də sizin Robinzon kimi heç vaxt o Zülmət Planetinə endirilməyəcəyiniz və orada tənhalıqdan ağlınızı itirməyəcəyiniz deməkdir... çünki sizi dərhal Günəşin səthindən cəmi beş dəfə zəif TrES-2b'nin temperaturu öldürəcək. Bu istilik planetin qaranlıq səthini zolaqlara, cəhənnəm maqmasından ibarət göllərə ayırmışdır.
TrES-2b demək olar ki qarşısına çıxan bütün işığı udur və planetin keçilməz zülmətini yalnız Yer ölçüsündə olan qızğın ölüm dənizləri pozur. Şeytani istilik səbəbindən planet üzərində buludlar meydana gələ bilmir və alimlərin dediyinə görə bu planetin niyə qapqaranlıq olduğunu izah edir. Amma bu heç cür onun doymaz iştahını izah edə bilmir. Bu üzrə nəzəriyyələr çoxdur. Bəlkə də bu atmosferin (necə olursa olsun) yoxluğu ilə əlaqəlidir. Bəlkə də burada günahkar olan işığı udan hissəciklərdir. Şəxsən mən düşünürəm ki, bu TrES-2b'nin bir-birinin üzərinə asanca uzanan tektonik plitələri həqiqi mənada min illik qaynanmağa olan nifrətdən qaralıblar.
№4. Sauronun Gözündən keçən planet
Sauronun gözü - kosmik tullantıların əhatəsində olan gənc ulduz Fomalqautun aldığı əsrarəngiz addır. Açıq kosmosda onlar bir yerdə nəhəng gözü xatırladır..
Qırpınmayan...
Əbədi...
Sonsuzluğun dərinliklərindən sizi izləyən bir gözü...
Fomalqaut ulduz sistemi |
Yerdən 25 işıq ili uzaqlıqda yerləşən Yupiter ölçülərində olan səma cismi "Fomalqaut b" bu qəddar və amansız tsikli digər bir planetin onu itələyib orbitindən çıxararaq əbədi məhvə sürüklədiyi səbəbindən yaşayır. Bu, əsl kosmik lənətdir və bundan çox layiqli bir kosmik dəhşət janrında film hazırlamaq olar (insanların əvəzinə planetlərlə).
Fomalqaut b adlı səma cismi ulduz ətrafında gözün mərkəzində fırlanır. Nəzərə alsaq ki bu nəhəng kosmik tullantıdaki kiçik qağayıdır, onun tullantılarla addım başı toqquşduğu və planet ölçülərində feyerverklər meydana gətirdiyi fikri olduqca inandırıcıdır.
№3. Buxarlanan planet
KIC 12557548 b - öz ulduzunun onu yavaş-yavaş ölümlə zorladığı planetdir. Yaxşı, bir az abartdım. Onda daha dramatik deyək. Astronomlar gözümüz qarşısında buxarlanan və öz ardında tozlu komet quyruğunu sürüklədiyi ekzoplaneti kəşf etdilər. Bu quyruq qatilin yerlə sürüklədiyi qurbanın yardım istəyərək buraxdığı qanlı izə oxşayır. Yardım isə onsuz da gəlməyəcək...
KIC 12557548 b planeti |
KIC 12557548 b'dən bu qədər. Gəl indi səndən danışaq, xüsusi və gözəl olan səndən...
...və KIC 12557548 b'nin səthinə eniş etdikdə başına gələ biləcək bütün digər dəhşətlərdən danışaq.
İlk öncə, səmadan sənə göyün yarısını örtən nəhəng parlaq ulduz baxacaq. Lakin qeyri-adi səmaya diqqət yetirməyə belə vaxtın qalmayacaq, çünki 90%-ı toz bənzəri qayalıqlardan təşkil olunmuş atmosferdə nəfəs almış olacaqsan, daha doğrusu, nəfəs də ala bilməyəcəksən. Ardından, əgər səni dərhal güclü zəlzələlər və vulkan püskürmələri məhv etməsə (halbuki cəmi iki nanosaniyəyə məhv edəcək, amma bu dəfə sənə bir qədər uzun dəhşətli və əzablı dəqiqələr şansı verirəm), hər dəqiqə planetdən kosmosa uçurulub toza çevrilən 10 minlərlə tonn kütlənin başına gələnləri yaşayacaqsan.
№2. Daim edam edilən planet
Kepler-36b'dən Kepler-36c'nin doğuşu |
Lakin daha da dəhşətlisi budur ki, kiçik bacının bu cəzadan sonra düzəlməyə bir saniyəsi belə yoxdur. Vulkanlar püskürməyi dayandırdıqda böyük bacı yenidən peyda olur və qəddar zarafatlarına davam edir. Bu da, sanki cədvələ uyğun olaraq hər 97 Yer günündən bir baş verir. Hər 3 aydan bir Kepler-36b tamamilə quruyur və dirilməyə belə zaman tapmır. Böyük bacı Kepler-36c isə bu müddət ərzində daha da qəddarlaşır. Bunun nə ilə qurtaracağını çox yaxşı bilirik.
№1. Üzərində şüşə yağışı yağan planet
HD 189733b planetinin görünüşü aldadıcıdır. İlk baxışdan o yaşayış üçün əlverişli və Yerə çox oxşayan planet kimidir: eynən belə bir mavi kürədir, heç bir halqası, alovları və ayırdedilməz zülməti yoxdur. Hətta orada buludların və hər hansı bir yadplanetli həyatının olduğunu düşünmək olar. Elə isə oraya niyə də uçmayaq?
İş burasındadır ki, HD 189733b planeti əslində planetlər arası səyyahlar üçün kosmik işgəncə yeridir. Həyat üçün tamamilə əlverişsizdir. Bu, həqiqi mənada üzərində süşə qırıntıları yağışları yağan planetdir.
HD 189733b planeti |
Atmosferində mavi rəng yayan silisium hissəciklərinin böyük miqdarı yer alır. Planetin mavi rəngi, temperaturun (vulkan içərisindəki temperatur qədərdir) silisium hissəciklərini şüşəyə çevirdiyində, daha da parlaqlaşır. Ardından isə planet şüşə qırıntılarını hər tərəfə saatda 6.500 km sürətlə atmağa başlayır. Beləcə qlobal şüşə tornadosu meydana gəlir. Bu, o qədər vəhşi bir mövzudur ki, hətta fantastlar belə buna toxunmur. Yəni, hər nə qədər HD 189733b planeti kənardan istirahət üçün möhtəşəm bir yer kimi görünsə də, əslində kainatın ən böyük qum püskürtmə maşınıdır.
Qaynaq: Cracked
Ne qeseng yazilib ) pozitiv) hem melumatlandim) hem de guldum coxu yerde)
ReplyDelete